Məhkəmə qərarları › İş №2(103)-1513/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1513/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1513/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, nümayəndəsi-vəkili Zalıyev Mayis Mayıl oğlunun, İlkin iddia üzrə cavabdeh Kərimli (İmanova) Badamxanım Azər qızının nümayəndəsivəkili X1 iştirakı ilə ilkin iddia üzrə İddiaçı - cavabdeh Kərimli (İmanova) Badamxanım Azər qızına qarşı «alimentin azaldılması» tələbinə dair ilkin, habelə qarşılıqlı iddia üzrə iddiaçı Kərimli (İmanova) Badamxanım Azər qızının cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh Kərimli (İmanova) Badamxanım Azər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1097/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan rayon Məhkəməsinin 2(057)-954/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi əsasında İddiaçı Yəhya oğlundan tutulan alimentin həcmi azaldılaraq hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) Kərimli (İmanova) Badamxanım Azər qızına verilməsi qət edilmişdir. İddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Kərimli (İmanova) Badamxanım Azər qızına qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin azaldılaraq hər ay 70 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. İddiaçının aylıq əmək haqqısı 250 manat təşkil edir. Əmək haqqından başqa iddiaçının başqa yerdən heç bir gəliri yoxdur. Bundan əlavə iddiaçı atası, anası və ikinci qrup əlil qardaşına qulluq edir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş etmişdir. Öz növbəsində Kərimli (İmanova) X3 Elvin Yahya oğlu qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün 120 manat alimentin tutulması qət edilmişdir. Elvinin iddia ərizəsində göstərilən bəhanələri qarşılıqlı iddia üzrə iddiaçı qəbul etmir. Belə ki, Elvinin anası uşaq baxçasında müəllimə işləyir. Atası isə daimi olaraq Salyan bazarında alver edir. Hazırda uşağı yaşayış minimumu dəfələrlə qaldırılmışdır. Odur ki, 120 manat pul vəsaiti hazırki vaxtda uşağın saxlanmasına kifayət etmir. Sonradan ilkin iddia üzrə iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək, ondan tutulan alimentin məbləğinin hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll olunmuşdur. Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Kərimli (İmanova) Badamxanım Azər qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmişdir, işə birtərəfli baxılmış, işi hərtərəfli araşdırmamış, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarılmasını və digər əsasları göstərməklə apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşə apellyasiya qaydasında baxan kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsini, şikayətin rədd edilməsini xahiş edən ilk iddia üzrə iddiaçını və nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin olunmuş, yəni xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan rayon Məhkəməsinin 2(057)-954/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi əsasında İddiaçı Yəhya oğlundan tutulan alimentin həcmi azaldılaraq hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməlidir,ilk iddia tələbi təmin edilməməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 2(057)-954/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı Yəhya oğlundan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşə əlav edilmiş “MKT-Salyan” filialının xx xxxxxx 2020-ci il tarixli arayışında İddiaçı Yəhya oğlunun “MKT İK MMC”-nin “MKT-Salyan” filialında gözətçi vəzifəsində çalışdığı və aylıq əmək haqqısının 250 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladları qarşılıqlı iddia üzrə iddiaçının himayəsindədir və ilkin iddia üzrə iddiaçının aylıq qazancı az miqdarda olduğundan təyin edilmiş 120 manat məbləğində alimenti ödəməkdə çətinlik edir və bu səbəbdən ondan tutulan alimentin miqdarının hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh isə təyin olunan alimentin məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyinə istinad edərək alimentin həcminin artırılmasını xahiş etmişdir. Kollegiyanın iclasında ilk iddia üzrə İddiaçı izahatında bildirmişdir ki, Salyan rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulan dövrdə o işlməsə də, ailənin tələbatını, uşağın alimentini vaxı-vaxtında ödəyirdi, indi işləyir, lakin hər ay 120 manat ödənilməsi onun üçün çətindir. O, 2018-ci ildən işləyir maaşı 250 manat təşkil edir. Beləliklə kollegiyanın iclasında müəyyən olundu ki, Salyan rayon Məhkəməsinin xx xxx 2017ci il tarixli qətnaməsi ilə İddiaçı 120 manat sabit pul məbləğində aliment tutulmuşdur.Həmin qətnamə ilə İddiaçı razılaşaraq apellyasiya şikayəti verməmişdir.2018-ci ildə o işə düzəlib və ayda 250 manat maaş alır. İddiaçı hazırda Səbail rayon Məhkəməsinə müraciət edərək, maddi vəziyyətinin pisləşməsini əsas gətirərək Səlyan rayon Məhkəməsinin qətnaməsi ilə tutulmuş alimentin məbləğinin azaldılaraq hər ay 70 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi Səlyan Rayon məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı maddi vəziyyəti nəinki pisləşmiş, əksinə 2018-ci ildə o işlə təmin edilərək və ayda 250 manat maaş almaqla onun maddi vəziyyəti yaxşılaşmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstəilənləri nəzərə almayaraq ilk iddianı qismən təmin edərək, Salyan rayon Məhkəməsinin 2(057)-954/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi əsasında İddiaçı Yəhya oğlundan tutulan alimentin həcmini azaltmaqla hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən eməklə səhv nəticəyə gəlmişdir. Odur ki, kollegiya uşağın qanunla qorunan hüquqlarının pozulmaması üçün məhkəmə tərəfindən müəyyən edilmiş sabit pul məbləğində alimentin azaldılmasına dair ilk iddianın təmin edilməsini əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianı təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şkayətində qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin ailəsinin maddi cəhətdən korluq çəkmədiyini, üstəlikdə dolanışıq üçün əkib-becərmək üçün həyətyanı sahələrin olmasını bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən hesab edir ki, ilk iddia üzrə iddiaçının işləməsi ondan tutulan sabit pul məbləğində müəyyən edilmiş alimentin azaldılması üçün əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ı̇ lkiddia üzrə cavabdeh Kərimli (İmanova) Badamxanım Azər qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin olunmuş, yəni xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan rayon Məhkəməsinin 2(057)-954/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi əsasında İddiaçı Yəhya oğlundan tutulan alimentin həcmi azaldılaraq hər ay qazancının 1/4 hissəsi məbləğində müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə ilk iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar