Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1513/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, idddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(010)-4935/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(010)- 730/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı Müqais oğlu ilə Cavabdeh arasında 07 iyul 2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 846 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 04 aprel 2013-cü il təvəllüdlü X3 boşanmadan sonra atası İddiaçı Müqais oğlunun, 08 aprel 2015-ci il təvəllüdlü X4 isə anası Cavabdeh yanında qalması, İddiaçı Müqais oğlundan 08 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi miqdarda alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahdan olan 04 aprel 2013cü il təvəllüdlü X5 boşanmadan sonra onun, 08 aprel 2015-ci il təvəllüdlü X4 cavabdehin yanında qalması, 08 aprel 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi müəyyən edilmişdir. Onun himayəsində qalan övladı xəstədir, bir sıra xəstəliklər mövcuddur, aylıq müalicə və müayinəsi üçün kifayət qədər böyük vəsait sərf olunur. Bu xərcləri təkbaşına qarşılmağa maddi vəziyyəti imkan vermir. Cavabdeh hazırda rəsmi olaraq işlədiyindən aliment onun əmək haqqından tutulmalıdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(010)- 4935/2022 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
5. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə Cavabdeh aztəminatlı hesab edilərək onun xeyrinə aliment tutulmuşdur. Bundan başqa, iddiaçı cavabdehin daimi aylıq gəlirinin və ya başqa qazancının olmasını sübut edəcək dəlilləri də məhkəməyə təqdim etməmişdir. İddia tələbinin təmin edilməsi Cavabdeh öz övladının maddi tələbatlarını ödəməkdə çətinlik çəkməsinə, habelə azyaşlının həyat şəraitinin pisləşməsinə gətirib çıxaracaq. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının aylıq gəliri yüksəkdir və cavabdehin aylıq gəlirlərini nəzərə çarpan şəkildə üstələyir. Əslində iddiaçının cavabdehdən tələb etdiyi aliment miqdarına ehtiyacı yoxdur. Başqa sözlə, hazırkı iddianın qaldırılmasının səbəbi iddiaçının himayəsində olan azyaşlıya baxmaqda maddi çətinlik çəkməsi deyildir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.2, 78.3-cü maddələri ilə əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamə ilə razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, təmin edilməsini xahiş etmişdir.
8. Şikayətinin dəlillərinə görə, Ali Məhkəmənin Plenumunun qərarından da göründüyü kimi, valideynin işləməməsi və qazanca malik olmaması onu aliment öhdəliyindən azad etmir. Cavabdeh məhkəmə iclasında işləmədiyini desə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. Məhkəmə isə cavabdehin dediklərini əsas götürərək onu aztəminatlı hesab edərək iddianı rədd edib. Halbuki, cavabdeh işləmirsə X1 müvafiq mərkəzlərində işsiz (işaxtaran) kimi qeydiyyata durmalı, eyni zamanda aztəminatlı hesab olunursa, ünvanlı sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etməlidir. İş materiallarında cavabdehin aztəminatlı olmasına dair hər hansı sübut yoxdur, odur ki, cavabdeh öz övladının saxlanmasında iştirak etməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə uyğun izahat verib, şikayətin və iddianın təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayəti ilə qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
16. Hazırkı iddianın hüquqi əsası kimi 3 norma çıxış edir: Ailə Məcəlləsinin 78.3 (Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.) və 112.1-ci (Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.), Mülki Prosessual Məcəllənin 233.4-cü (Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.) maddələri.
17. Qeyd olunan normaların məzmununa əsasən iddiaçı tərəfindən digər valideynin daha çox təminatlı olması və ya alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması əsaslandırılmalı və sübuta yetirilməlidir.
18. Lakin iddiaçı tərəfindən qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.
19. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə tərəflərin birgə nikahlarından doğulan uşaqların valideynlərindən kimin yanında qalması və onların saxlanılması üçün aliment tutulması məsələləri tərəflərin qarşılıqlı razılığı ilə həll edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədən görünür ki, iddiaçı özü cavabdehin yanında saxlanılmış uşağa görə aliment ödəməyə razılıq vermiş, öz yanında saxlanılan uşağa görə isə aliment tələbi olmamışdır.
20. İddianın əsası kimi himayəsində qalan uşaqda xəstəliklərin mövcud olması, aylıq müalicə və müayinəsi üçün vəsait sərf olunması qeyd olunsa da, bu halları da təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.
21. Qeyd olunan hallara dair sübut təqdiim olunsa belə, bu halların mövcudluğu yalnız alimentin tutulması üçün deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən valideynlərdən hər birinin əlavə xərclərin ödənilməsinə cəlb oluna bilməsi üçün də əsas ola bilər.
22. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili kimi istinad edilən digər hallara (cavabdeh işləmirsə X1 müvafiq mərkəzlərində işsiz (işaxtaran) kimi qeydiyyata durmalı, eyni zamanda aztəminatlı hesab olunursa, ünvanlı sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etməli, iş materiallarında cavabdehin aztəminatlı olmasına dair hər hansı sübutun olmaması) münasibətdə qeyd edir ki, bu halların mövcud olmaması da qətnamənin ləğv edilərək iddianın təmin edilməsi üçnü əsas ola bilməz.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(010)- 4935/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(010)- 4935/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev