Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1524/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Cavabdeh-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 1717/2020 saylı qərardadından müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il, xx xxx 2013-cü il və xx xxx 2014-cü il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1717/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 tərəfindən xx xxxxxxxx 2020ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-1717/2020 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-1717/2020 saylı qərardadından verilmiş şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, o, qətnamənin surətini xx xxxx 2020-ci il tarixdə deyil, oktyabr ayının əvvəlində almışdır. Tərəflər və müstəqil tələb irəli sürməyən 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən göründüyü kimi, İddiaçı nümayəndəsi Vəkil sistemə proses iştirakçısı kimi daxil edilmiş və onun elektron kabineti var. Məhkəmə tərəfindən qətnamə İddiaçı nümayəndəsi Vəkil elektron kabinetinə xx xxxx 2020-ci il tarixdə yerləşdirilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 tərəfindən tərtib edilmiş apellyasiya şikayətində göstərilmişdir ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 əri İddiaçı nümayəndəsi və vəkili Vəkil qeyd olunan qətnaməni xx xxxxxx 2020-ci il tarixdə əldə etmiş və həmin tarixdə də İddiaçı təqdim etmişdir. Apellyant isə qətnaməni İddiaçı almışdır. Göründüyü kimi, qətnamə apellyantın ərizəsində göstərildiyti kimi, xx xxxxxx 2020-ci il tarixdə deyil, xx xxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi Vəkil tərəfindən alınmış və deməli həmin tarixdə də, İddiaçı və onun həyat yoldaşı – iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 verilmişdir. Apellyasiya şikayətinin verilməsinin son günü müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 üçün xx xxxx 2020-ci il tarixi olmuşdur. Lakin apellyasiya şikayəti X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbindən görünür ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-1717/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1524/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1524/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver