Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1555/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3625/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3202/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 6 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2563 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı X4 dəyəri 200 manat polan KRC Kengo 84 parçadan ibarət çəngəl, dəyəri 99 manat olatn Bio qranit qazan, dəyəri 300 manat olan Tokio 60 parçadan ibarət yemək dəsti almışdır.
2. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı X4 ümumi dəyəri 204.60 manat olan X16 9 parça, RCR X15 Coblets, X13 və Berghoff 7pc knife adda məxtəx əşyaları almışdır.
3. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzinin surətindən görünür ki, müştəri X2 adına 1 ədəd paltaryuyan maşın (Arçelik firması) çatdırılımışdır.
4. "xxxx" MMC-nin 5 iyun 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X5 ümumi dəyəri 279,98 manat olan məhsulları 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almışdır.
5. xx.xx.2022-ci il tarixli qaimə fakturaya əsasən 03 ədəd pastel dəstinin qiyməti 200 manat, 03 noyabr 2022-ci il tarixli qaimə fakturaya əsasən 6 ədəd yastığın qiyməti 150 manat, 30 oktyabr 2023-cü il tarixli qaimə fakturaya əsasən ağ rəngli tül və pərdənin qiyməti 500 manat, xx.xx.2022-ci il tarixli fakturaya əsasən 1 ədəd kvadrat tavanın qiyməti 120 manat olması müəyyən edilir.
6. xx.xx.2022-ci il tarixli qaimə fakturadan görünür ki, 1 dəst pakrıval, 2 dəst dəsmal, 1 ədəd süfrə, 3 ədəd çay dəsmalı, yorğan dəsti və adyalın cəmi dəyəri 525 manat təşkil edir.
7. 30 noyabr 2022-ci il tarixli qaimə fakturadan görünür ki, 6 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı və 6 ədəd əl-üz dəsmalının cəmi dəyəri 140 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan daşınar əmlaklarının (mebellər: yataq dəsti mebel-1920 AZN (mebel tam hazır deyildi), məişət avadanlığı: yataq otağı pərdə 200 AZN, qonaq otağı pərdə-300 AZN, mətbəx pərdə+balkon-150 AZN, lüstr-120 AZN, yorğan çamadan-140 AZN, ədyal çamadan-120 AZN, pastel-3 dəst-200 AZN, yataq örtüsü pakreval-120 AZN, dəsmal böyük- 2 ədəd-45 AZN, asılqan+şpilka-50 AZN, taxt döşək-1ədəd-200 AZN, yorğan-lədəd-100 AZN, yorğan-l ədəd-100 AZN, yastıq-6 ədəd 6*25 AZN=150 AZN, yataq pastel-3 paçka- 200 AZN, ayaq altı-2 ədəd-20 AZN, süfrə-1 ədəd-80 AZN, qaz sobası-270AZN, qazan nerjkaraca dəst-300AZN, qazan bioqranit karaca dəst-250 AZN, servis yemək dəsti-karaca- 1000 AZN, servis qaşıq dəsti-12 nəfərlik-karaca-200 AZN, bıçaq dəst-karaca-80 AZN, bakal-6 ədəd-karaca(xrustal)-80AZN, meyvə qabı, tort qabı+6 boşqab dəst-karaca-80 AZN, xrustal stəkan-12 ədəd karaca-100 AZN, kofe dəst EMSAN-50 AZN, sok stəkan LUMİNARC-30 AZN, çay dəsmalı-6 ədəd-dəst-20 AZN, çay dəsmalı-1 ədəd-10 AZN, çay dəsmalı-3 ədəd-dəst 20 AZN, paltaryuyan maşın-ARÇELİK-480 AZN, hamam vedrəsi+qablar-50AZN, dəsmal əl-üz-6 ədəd-Türkiyə-60 AZN, dəsmal əl-üz-6 ədəd-1 paçka-Türkiyə-60 AZN, dəsmal əl üz-1 ədəd-10 AZN, yataq örtüsü-9 ədəd-180 AZN, mikser-280 AZN, şəkil albomu 300 AZN. qızıllar: qızıl-komplekt-brilliant-1600 AZN, üzük tək-brilliant-nişan üzüyü 1500 AZN, gümüş dəst-200 AZN, şəxsi əşyalar: krasovka təzə 1 ədəd-hədiyyə, ev şəpiti-2 ədəd-hədiyyə, ətir- 4 ədəd-hədiyyə, kosmetik vasitə (krem və s.)hədiyyə, telefon Samsung A53-800 AZN, cəmi 12225 AZN) Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri aytarılması, qeyd olunan daşınar əmlaklar olmadıqda həmin qeyd olunan daşınar əmlakların dəyərinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağaşırın qızı iş üzrə Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı "Asan xidmət" Mərkəzinin qeydiyyat şöbəsində nikaha daxil olub, ailə qurublar. Nikahları 2563 №-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahlarından övladları doğulmamışdır. Cavabdeh ilə xasiyyətlərinin tutmaması birgə yaşamaqlarının mümkün olmamasının əsas səbəbidir. Belə ki, faktiki olaraq bir yerdə yaşadıqları dövrdə dəfələrlə aralarında ciddi ünsiyyət problemləri yaşanmağa başlamış, ailə münaqişəsi zəmnində dəfələrlə əsassız mübahisə edərək ona fiziki və psixoloji təzyiqlər göstərmişdir. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsində nikahlarına xitam verilmişdir. Cavabdeh Nağıyevıç ilə nikah bağladıqdan sonra mövcud olan adətənənələrə uyğun olaraq cavabdehin yaşadığı Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti 3168-cı məhəllə, MAİN yaşayış kompleksi bina 31, mənzil 77-yə ünvanında yerləşən mənzilə gəlin köçərək "cehiz" kimi müəyyən daşınar əmlakı, o cümlədən ona Cavabdeh valideynlərinin hədiyyə olaraq vermiş olduqları qızıl-zinət əşyalarını özü ilə gətirmişdir Apardığı daşınar əmlakın siyahısı: Mebellər: Yataq dəsti mebel-1920AZN (Mebel tam hazır deyildi), Məişət avadanlığı: Yataq otağı pərdə-200AZN, Qonaq otağı pərdə-300AZN, Mətbəx pərdə+balkon-150AZN, Lüstr-120AZN, Yorğan çamadan-140AZN, Ədyal çamadan-120AZN, Pastel-3 dəst200AZN, Yataq örtüsü pakreval-120AZN, Dəsmal böyük-2 ədəd-45AZN, Asılqan+şpilka50AZN, Taxt döşək- 1ədəd-200AZN, Yorğan-lədəd- 100AZN, Yorğan-lədəd-100AZN, Yastıq-6ədəd-6*25AZN=150AZN, Yataq pastel-3 paçka- 200AZN, Ayaq altı-2 ədəd20AZN, Süfrə-1 ədəd-80AZN, Qaz sobası-270AZN, Qazan Nerj- Karaca dəst-300AZN, Qazan Bioqranit-Karaca dəst-250AZN, Servis yemək dəsti-Karaca- 1000AZN, Servis qaşıq dəsti-12 nəfərlik-Karaca-200AZN, Bıçaq dəst-Karaca-80AZN, Bakal-6 ədədKaraca(xrustal)-80AZN, Meyvə qabı,Tort qabı+6 boşqab dəst-Karaca-80AZN, Xrustal stəkan-12 ədəd-Karaca-100AZN, Kofe dəst EMSAN-50AZN, Sok stəkan LUMİNARC30AZN, Çay dəsmalı-6 ədəd-dəst-20AZN, Çay dəsmalı-1 ədəd-10AZN, Çay dəsmalı-3 ədəd-dəst-20AZN, Paltaryuyan maşın-ARÇELİK-480AZN, Hamam vedrəsi+qablar50AZN, Dəsmal əl-üz-6 ədəd-Türkiyə-60AZN, Dəsmal əl-üz-6 ədəd-1 paçka-Türkiyə60AZN, Dəsmal əl üz-1 ədəd-10AZN, Yataq örtüsü-9 ədəd-180AZN, Mikser- 280AZN, Şəkil albomu-300AZN. Qızıllar: Qızıl-Komplekt-Brilliant-1600AZN, Üzük tək- BrilliantNişan üzüyü-1500AZN, Gümüş dəst-200AZN. Şəxsi əşyalar: Krasovka təzə 1 ədəd HƏDİYYƏ, Ev şəpiti-2 ədəd-HƏDİYYƏ, Ətir-4 ədəd-HƏDİYYƏ, Kosmetik vasitə (krem və s.)-HƏDİYYƏ, Telefon Samsung A53-800AZN. CƏM 12225 AZN. Cavabdeh Nağıyeviç göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmaqdan imtina etmişdir. İddiaçı hesab edir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3625/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1 ədəd yataq otağı pərdəsi, 1 ədəd qonaq otağı pərdəsi, 1 ədəd mətbəx pərdəsi, 1 ədəd çılçıraq; 1 ədəd yorğan, 1 ədəd ədyal, 1 ədəd yataq örtüsü (pakreval), 2 ədəd böyük dəsmal, 1 ədəd asılqan-şpilka, 1 ədəd taxt döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, üç qutu yataq örtüyü, 2 ədəd ayaq altı, 1 ədəd süfrə, 1 ədəd qazan-nerj dəsti (Karaca firması), 1 ədəd qazanbiorqanit dəsti (Karaca firması), servis yemək dəsti (Karaca firması), 12 nəfərlik servis qaşıq dəsti (Karaca firması), bıçaq dəsti (Karaca firması), 6 ədəd bakal (Karaca firması), meyvə qabı tort qabı və 6 boşqab dəst (Karaca firması), 12 ədəd Xrustal stəkan (Karaca firması), 1 ədəd kofe dəst (Emsan firması), meyvə şirəsi stəkanı (Luminarc firması), 6 ədəd çay dəsmalı dəsti, 1 ədəd çay dəsmalı 3 ədəd çay dəsmalı dəsti, 1 ədəd paltaryuyan maşın (Arçelik firması), 1 ədəd hamam vedrəsi və qablar, 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 qutu - 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 ədəd mikserdən ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 5255 manat pul); qızıl-brilliant komplekt, 1 ədəd tək brilliant qaşlı nişan üzüyü və gümüş dəstdən qızıl-zinət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda qızıl zinyət əşyalarının dəyəri olan 3300 manat pul); 1 ədəd Samsung A53 markalı telefon (olmadığı təqdirdə dəyəri olan 800 manat pul); 2 ədəd ev şəpiki, 1 ədəd Trussardi markalı ətir, kosmetik vasitə (krem) və yataq mebeli dəsti (olmadığı təqdirdə 1840 manat pul) alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim X1 qızı).
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, Cavabdeh iddia tələbini qismən qəbul etdiyi hissəni nəzərə alaraq, məhkəmə hesab edir ki, 1 ədəd yataq otağı pərdəsi, 1 ədəd qonaq otağı pərdəsi, 1 ədəd mətbəx pərdəsi, 1 ədəd çılçıraq; 1 ədəd yorğan, 1 ədəd ədyal, 1 ədəd yataq örtüsü (pakreval), 2 ədəd böyük dəsmal, 1 ədəd asılqan-şpilka, 1 ədəd taxt döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, üç qutu yataq örtüyü, 2 ədəd ayaq altı, 1 ədəd süfrə, 1 ədəd qazan-nerj dəsti (Karaca firması), 1 ədəd qazanbiorqanit dəsti (Karaca firması), servis yemək dəsti (Karaca firması), 12 nəfərlik servis qaşıq dəsti (Karaca firması), bıçaq dəsti (Karaca firması), 6 ədəd bakal (Karaca firması), meyvə qabı tort qabı və 6 boşqab dəst (Karaca firması), 12 ədəd Xrustal stəkan (Karaca firması), 1 ədəd kofe dəst (Emsan firması), meyvə şirəsi stəkanı (Luminarc firması), 6 ədəd çay dəsmalı dəsti, 1 ədəd çay dəsmalı 3 ədəd çay dəsmalı dəsti, 1 ədəd paltaryuyan maşın (Arçelik firması), 1 ədəd hamam vedrəsi və qablar, 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 qutu - 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 ədəd mikserdən ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 5255 manat pul), 2 ədəd ev şəpiyi, 1 ədəd Trussardi markalı ətir, kosmetik vasitə (krem) cavabdehdən alınaraq İddiaçı verilməlidir. İddia tələbinin qızıl-zinət əşyalarının və ya həmin əşyaların dəyərinin qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vüsal Abdullayev 03 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında qızıl-zinət əşyalarının dəyəri ilə razı olduqlarını, lakin iddiaçının həmin əşyaları özü ilə apardığını bildirmiş, daha sonra Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsi və vəkili Vüsal Abdullayevin yalnışlıqla cavabdehə hədiyyə olunmuş qızıl zinyət əşyalarının qiymətinin iddia ərizəsində qeyd olduğu kimi olduğunu bildirdiyindən həmin ifadənin nəzərə alınmamasını, qeyd edilən əşyaların gümüş olmaqla qızıl suyuna çəkildiyini və dəyərinin 500 manat olduğunu, iddiaçının evdən gedərkən özü ilə aparmasını qeyd etmişdir. Cavabdehin və onun nümayəndəsi və vəkilinin ziddiyyətli izahatlar verməsini və bununla bağlı məhkəməyə sübut təqdim etməməsini, eyni zamanda, qeyd etdiyi xüsustaların iş materiallarında olan fotoşəkillərlə, video yazılarla və şahid ifadəsi ilə təkzib olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbini qızıl-zinət əşyalarının geri qaytarılması hissəsində əsaslıdır. Qeyd edilən qızıl-zinyət əşyaları, həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda isə onların dəyəri olan 3300 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə, iddia tələbini 1 ədəd Samsung A53 markalı telefon ilə bağlı hissədə əsaslı hesab edir. Belə ki, iş materiallarında olan sənədlərlə, şahid ifadəsi ilə, fotoşəkillərlə və "xxxx" MMC-nin sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlə nikahda olduğu müddətdə istifadəsində Samsung A53 markalı telefon olmuşdur. https://imeicheck.com saytından əldə edilmiş məlumatdan da görünür ki, **********72660 imei kodu Samsung Galaxy A53 markalı telefona məxsusdur. Məhkəmə, yataq mebeli dəstinin, olmadığı təqdirdə onun dəyərinin verilməsi hissəsində iddia tələbi qismən əsaslı hesab edir. Məhkəmə baxışı zamanı şahid ifadələri ilə sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən mebel dəstinin hazırlanmasından ötrü 840 manat məbləğində pul mebel ustası İsrafil Abdulovun kart hesabına köçürülmüş, 1000 manat məbləğində pul isə iddiaçının bacısı Leyla Bəyazova tərəfindən ustaya çatdırılmasından ötrü cavabdehin anası Validə Dadaşovaya verilmişdir. Hal-hazırda həmin mebel dəsti Cavabdeh evindədir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci və 157.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyəri qeyd edilməyən gümüş dəstdən qızıl-zinət əşyasının, dəyəri 800 manat hesab edilən “Samsung” A53 markalı telefonun, dəyəri 3300 manat hesab edilən qızıl-zinət əşyalarının, dəyəri1840 manat hesab edilən yataq mebeli dəstinin qaytarılması hissələrində qismən ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçı ilə münasibətlərinin artıq tam pozulduğu vaxtda onun əmisinin yanına iş axtarmaq üçün getməyi, evdə ustalar işlədiyi halda qiymətli əşyaların orada qalması heç cür inandırıcı deyildir. Məhkəmə bu halları nəzərə almadan səhv nəticəyə gəlmişdir. Məhkəmə, eyni zamanda iddiaçının evdən çıxdığı zamanı onun idarə etdiyi nəqliyyat vasitəsində çəkilmiş videodan əlində çanta olması faktını nəzərə almamışdır. Habelə, məhkəməyə onun tərəfindən iddia ərizəsində qeyd edilən “Samsung” markalı telefona dair təqdim etdiyi sənədlərə də hər hansı bir düzgün qiymət verilməmişdir. Belə ki, adı çəkilən mobil telefon sənədlərdən göründüyü kimi onun anası tərəfindən alınmışdır. Həmin telefon ilk olaraq, anası tərəfindən istifadə edilmiş, daha sonra isə iddiaçının telefonu işləmədiyi üçün müvəqqəti olaraq ona verilmişdir. Lakin bu sənədlərə də məhkəmə tərəfindən hər hansı bir qiymət verilməmişdir. Habelə onun tərəfindən məhkəmədə iddia ərizəsində qeyd edilən əksər əşyaların onda olduğu etiraf edilmişdir. Əgər təbii ki, onun iddiaçının qeyd etdiyi əşyaları geri qaytarmaq fikri olmasaydı, ümumiyyətlə hər hansı bir etirafı olmazdı. Məhkəmə bu hala da qiymət verməmişdir. Onun apellyasiya şikayətinin əsası zinyət əşyaları, yataq mebel dəsti və “Samsung” markalı telefonla bağlıdır. Belə ki, adı çəkilən zinyət əşyaları qızıldan deyil, onun tərəfindən sifarişlə düzəldilmiş sirkon daşlarla bəzədilmiş gümüş əşyalardır. Bunu iddiaçını özü də toydan öncə bilirdi. Belə ki, o, hər hansı bir yüksək məvacibli işdə çalışmamış və elə bahalı əşya heç bir halda ala bilməzdi. Həmin gümüş zinət əşyalarını qaytarmağa hazırdır. Lakin məhkəmənin haradan onun qızıl əşyası olduğu qənaətinə gəlməsi, qətnamədə heç cür izah edilmir. Dəfələrlə toy şəkillərinə və ya təqdim edəcəyi əşyalara əsasən ekspert rəyinin alınması haqda vəsatəti heç bir əsas olmadan təmin edilməmişdir. Mebel hazırlanması üçün satan şəxsin kart hesabına 870 manat pul köçürülmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, telefonla bağlı açıq-aşkar yalan izahat verən cavabdehin mobil nömrə ilə bağlı sorğunun cavabı gəldikdən sonra yalan danışdığı ifşa olmuş lakin, cinayət məsuliyyəti nəzərdə tutulmadığından məsuliyyətdən yayınmışdır. Onun qızıla gümüş deməsi, verilən 1000 manat pulu boynuna almaması, telefonun dostuna məxsus olmasını deməsi, lakin apellyasiya şikayətində telefonun anasına məxsus olmasını deməsi, qızılların guya iddiaçı tərəfindən aparılmasını deməsi, apellyasiya şikayətində isə onları qaytarmağa hazır olduğunu deməsi onun yalan danışmasının bariz nümunəsidir. İddiaçıya qarşı böhtan xarakterli fikirlər səsləndirərək onun şərəf və ləyaqətini alçaldan cavabdeh onunla 2 ay evli qalımş və cehiz əşyaları veməmək üçün ağılına gələn bütün yalanları danışır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili izahatına əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh özü məhkəmə iclasında iştirak edəndə bildirmişdi ki, qızıl-zinyət əşyalarını iddiaçı özü ilə aparıb. Hazırda bildirirlər ki, içi gümüş olduğunu deməyə utanıblar. Telefon və bahalı əşyalarla bağlı yalan məlumat vermişdirlər. Birinci instansiya məhkəməsinin qətnaməsində qiymətlər qeyd edilmişdir və gümüş komplekt qiymətə daxil edilməmişdir. Mebellə bağlı isə 3000 manata razılaşdırılmışdı, lakin ondan 1800 manatı ödənilib. Mebel dəsti isə tam halda gətirilməyib. Bir hissəsi yataq dəsti gətirilmişdi. Pulun geri qalan hissəsi ödənilməyib. Cavabdeh tərəfdə tam gətirilməyib deyə qaytarıblar sexə, yəni öz qohumlarına. Telefonla bağlı anasına məxsus olduğunu bildirilsə də, telefon hüquqlarını müdafiə etdiyi şəxsə hədiyyə olaraq verilmişdir və onun istifadəsində olmuşdur.
17. İştirak etdiyi məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş və izahatına əlavə olaraq bildirmişdir ki, Qızıl zinət əşyalarını da hazırda məhkəməyə gətirmişlər. Birinci instansiya məhkəməsində zinət əşyalarını təqdim etmək mümkün olmamışdır. Çünki o zaman iddiaçının apardığı kimi bilinirdi. Sonradan cavabdehin anasının götürdüyü məlum olmuşdur. Nümayəndəsinin bundan məlumatı olmamışdır. Gümüş dəstlə bağlı iş materiallarında heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsində onun məbləği də nəzərə alınmışdır. Mebellər isə sexdədir pulunu ödədiyi təqdirdə gedib mebellərin götürə bilərlər. Mebelin pulu ilə bağlı səs yazıları da mövcuddur, lakin apellyasiya instansiyasında bunları təqdim etmək mümkün deyil.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
19. Azərbaycan Respublikasının Ali Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin dəyəri 800 manat hesab edilən “Samsung” A53 markalı telefonun, qızıl-zinət əşyalarının, dəyəri 1840 manat hesab edilən yataq mebeli dəstinin qaytarılması hissələrində qismən ləğv edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
26. Bu baxımdan iddiaçı ardıcıllıqla iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu, bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli idi.
27. İddiaçı bu əşyaların hazırda cavabehin qanunsuz sahibliyində olmasını bildirir və iş materiallarında olan fotoşəkillərlə, video yazılarla və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vüsal Abdullayev 03 oktyabr 2023-cü il tarixdə keçirilən birinci instansiya məhkəməsinin baxış iclasında qızıl-zinət əşyalarının dəyəri ilə bağlı ekspertiza keçirilməsinə ehtiyac olmamasını bildirməklə, o cümlədən çeşidini belə mübahisələndirmədən yalnız iddiaçının evdən gedərkən həmin əşyaları özü ilə apardığını bildirmişdir. Daha sonra Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsi və vəkili Vüsal Abdullayevin yalnışlıqla cavabdehə hədiyyə olunmuş qızıl zinyət əşyalarının qiymətinin iddia ərizəsində qeyd olduğu kimi olduğunu bildirdiyindən həmin ifadənin nəzərə alınmamasını, qeyd edilən əşyaların gümüş olmaqla qızıl suyuna çəkildiyini iddiaçının evdən gedərkən özü ilə aparmasını qeyd etmişdir. Eyni zamanda apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkili izahat verərək həmin əşyaların cavabdehin anasında olduğunu bildirmişdir. Bununla bağlı qeyd etmişdir ki, həmin vaxtı iddiaçının əşyaları özü ilə apardığını hesab etmişlər. Sonradan isə cavabdehin anasında qalması müəyyən edilmişdir. Lakin cavabdeh tərəfin birinci instansiya məhkəməsində əvvəl fərqli izahat vermələrini, sonradan əşyaların onlarda olmasını təkzib etdikləri halda apellyasiya şikayətində də tələb edilən əşyaların onlarda qalmasını, lakin qızıl deyil, məhz gümüşdən olmaqla məhkəmə zalında təqdim etmək istəməsini kollegiya apellyasiya şikayətinin dəlillərinin həmin hissədə formal olması və öz özlüyündə təkzib edilməsi kimi qəbul edir.
28. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəllillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərlə, şahid ifadəsi ilə, fotoşəkillərlə və "xxxx" MMC-nin sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlə nikahda olduğu müddətdə istifadəsində Samsung A53 markalı telefon olmuşdur. https://imeicheck.com saytından əldə edilmiş məlumatdan da görünür ki, **********72660 imei kodu Samsung Galaxy A53 markalı telefona məxsusdur. Məhkəmə, yataq mebeli dəstinin, olmadığı təqdirdə onun dəyərinin verilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, o cümlədən şahid ifadələri ilə sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən mebel dəstinin hazırlanmasından ötrü 840 manata məbləğində pul mebel ustası İsrafil Abdulovun kart hesabına köçürülmüş, 1000 manat məbləğində pul isə iddiaçının bacısı Leyla Bəyazova tərəfindən ustaya çatdırılmasından ötrü cavabdehin anası Validə Dadaşovaya verilmişdir. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, mebeldəstinin hazırlanması üçün ödənilən pul həmin mebel dəstinin tam məbləği deyil. Ödənilən pula münasibətdə isə mübelin yataq dəsti gətirildiyindən yataq dəstinin qaytarılması tələbin irəli sürülməsində də iddiaçı haqlı olmuşdur. Cavabdeh tərəfin həmin yataq dəstinin pulun tam ödənilməməsi səbəbindən sexə geri təhvil vermələri həmin əşyaların özünün və ya olmadığı təqdirdə ona ödənilən dəyərin geri qaytarılmalı olmasını özündə şərtləndirir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3625/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.