Məhkəmə qərarları › İş №2(103)-1564/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1564/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1564/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi və s. tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin tutulma formasının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)-4109/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi və s. tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin tutulma formasının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)-4109/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-9445/2020 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli 2(010)-4109/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi bildirilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)-4109/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş İddiaçı apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 4109/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 4109/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mümkünlüyü məsələsinə baxılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar