Məhkəmə qərarları › İş №2(103)-1576/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1576/2023

17.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1576/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2022-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat aliment, habelə uşaq doğulduğu gündən 3 il ərzində iddiaçının özünün saxlanması üçün hər ay 100 manat aliment tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, hər ay uşaq üçün 193 manat, iddiaçı üçün 100 manat aliment tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə alimentin miqdarına aid hissədə dəyişdirilsin, uşaq üçün aliment 100 manat, iddiaçı üçün 40 manat müəyyən edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Tərəflər xx.xx.2020-ci ildə nikah bağlayıblar. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 adlı 1 uşaq var. Qətnamə 2 hissədə mübahisələndirilib: 1) uşağa görə tutulan alimentin miqdarına aid hissədə; 2) arvada görə tutulan alimentin miqdarına aid hissədə. Birinci hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşaq üçün alimentin miqdarının 193 manat müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur. İkinci hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə, ümumi uşağın doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat aliment tutulması həmin maddənin göstərişinə uyğundur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin qazancının məbləğinin az olması onu uşağı və uşaq 3 yaşına çatana kimi arvadını saxlamaq vəzifəsindən azad etməyə əsas vermir. O, 2-ci qrup əlil olsa da münasib qazanc əldə etmək və həmin alimenti ödəmək iqtidarındadır. İddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar