Məhkəmə qərarları › İş №2(103)-1580/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1580/2020

10.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1580/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdehin vəkili X3 iştirakı ilə İddiaçı Salem Altaraşnehin Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3065/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Salem Altaraşneh iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 928 ABŞ dolları, 245 manat tərcüməyə görə, 300 manat hüquqi xidmətin göstərilməsinə, etibarnamənin verilməsi üçün notariat xidmətlərinə görə 12 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 8000 manat vurulmuş mənəvi zərərə görə pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, iddiaçı İraq Respublikasının vətəndaşı olan X13 Al Qudsi və qeyriləri tərəfindən pulunun ələ keçirilməsi və hədə qorxuya məruz qalması barədə xx.xx.2018-ci il tarixdə şikayət vermiş olsa da, xx.xx.2018ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı Ceyhun Rəhimov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. 2018-ci ilin fevral ayında iddiaçı Azərbaycana ikinci dəfə gəlmişdir. Buraya gəlmə səbəbi Al X4 və onun ailəsinin onu hədələməsinə son qoymaq və pulunu ondan almaq idi. Əks təqdirdə onunla bağlı şikayət edəcəkdi. Omar Azərbaycanda tələbədir və buna görə burada yaşayır. İddiaçı Azərbaycana gələrkən hava limanında Britaniyada müvəqqəti yaşamağı barədə sənədi itirmiş, lakin xoşbəxtlikdən burada qalmaq üçün kifayət qədər nəğd pulu var imiş. Bundan sonra Ömərlə danışmaq üçün Universitetə getmiş və həmin vaxt Əhmədlə tanış olmuş və o, idiaçıya buradakı insanlarla ünsiyyətdə olarkən, həmçinin mənzil tapmağa da kömək etmişdir. Həmçinin Omarı tapmağa və onunla danışmağına kömək etməyə çalışdı. Omar və Əhməd hər ikisi Azərbaycanda yaşayır və Tibbi Universitetinin tələbələridirlər. Bundan sonra iddiaçı Azərbaycana gedib gəlirdi. Beləliklə, X14 ilə dost olmuş və o, Azərbaycanda tanıdığı və ona kömək edən tək insan idi, bundan sonra dostluqları daha da möhkəmlənmişdir. Martın ortalarında (daha dəqiq desək 14-dən) iddiaçının vizasının müddəti bitirdi. Bundan sonra Omərlə problemini həll etmədiyindən və həmin müddətdə 20 martdan sonra 24 aprelədək tətil olduğundan burada qalmışdır. 2018-ci ilin aprel ayının ortalarında Əhməd ona Universitetdən, onun sistemindən şikayət etməyə başlamış və buna dair sübutlarfacebook mesajları var. O, mesajları öz facebook hesabından göndərirdi və həmin hesab aktivdir. Hər kəs ailəsi, qohumları, dostları tanışları bilir ki, bu onun hesabıdır. Bundan sonra iddiaçı Britaniya Konsulluğuna viza almaq üçün müraciət etməyə başlamışdır. Lakin bir problem var idi ki, online müraciət üçün Online ödəniş etməli idi. (BK vizası ancaq bir qaydada - online ərizə ilə ola bilər və buna görə də ödəniş də ancaq online olmalıdır). Birinci dəfə Shahd bu problemi onun üçün həll edəcək bir nəfər (qaldığı oteldəki resepsiondan bir nəfər onun üçün ödədi və Shahd ona nağd pul verdi) tapmışdır. İkinci dəfə isə Azərbaycanda ən yaxşı dostu var idi və buna görə də o pulunun onun kartına yönəlməsini xahiş etdi ki, online ödəniş edə bilsin, xüsusilə ərizə və uçuşlar üçün. Bundan sonra xx xxxxx 2018-ci il tarixdə müraciət etdiyi ərizədə bir neçə texniki səhv etdiyindən ona ərizəni geri götürməyi məsləhət görüldü. Həmin ərizəni geri götürdükdən sonra iddiaçıya email göndərildi ki, geri götürülmənin səbəbini qəbul etsələr ona email göndərəcəklər. xx xxxx 2018-ci il tarixdə göndərilmiş emaildə yazılmışdır ki, onlar viza üçün ödənilmiş pulu 28 iş günü müddətində ödəniş edilən karta geri qaytaracaqlar. Bu emaili də ərizəyə əlavə etmişlər. xx.xx.2019-cu il tarixdə həmin emailə email göndərdi, onlar isə cavabında bildirdilər ki, viza üçün ödənilmiş pulu o halda geri qaytara bilərlər ki, qəbul edilmədən öncə ərizə geri çəkilmiş olsun. İddiaçı eyni vaxtda iki viza ala bilmədiyindən növbəti viza üçün xx xxx 2018-ci il tarixdə müraciət edə bilmişdir. Shahd bu pulu Əhməddən tələb edərkən bunu təsdiqləyərək qaytaracağını desə də qaytarmamışdır. Əvvəlcə 190 ABŞ dolları onun hesabına göndərsə də, sonradan həmin göndərişi ləğv etmişdir ki, bu da ondan həmin pulu aldığını göstərir. Bundan sonra X12 Şirkəti ilə əlaqə saxlamış və ona demişdilər ki, bu tranzaksiya nömrəsi (səbəblərini bilmədən) sistemdə mövcud deyil (2018-ci ilin avqust ayında və 2019-cu ilin mart ayının sonlarında) və onlar bunun səbəblərini tezliklə ona deyəcəklər. Bu pul ödənildikdən 2 gün sonra pulu götürmək üçün İordaniya Krallığında bir banka və X5 getsə də, iddiaçıya transferin ləğv edildiyini bildirmişlər (2018-ci ilin iyul ayında). 2018-ci ilin mayın əvvəllərindən Shahd resident perment üçün ikinci dəfə müraciət etməmişdən əvvəl (çünki birinci dəfəki müraciəti ləğv edilmişdi) Əhmədə demişdir ki, Azərbaycanı 2 həftə ərzində tərk edəcək (dəqiq tarix BB üçün vizanı ala biləcəyi müddətdən asılı idi). Bu 2 həftə ərzində o pul tələb etməyi artırmış və bu pulu universitetinə, müəllimlərinə ödəmək üçün istədiyini bildirmişdir. Çünki özünün dediyinə görə qaiblərin çoxluğundan dolayı universitetdən xaric edilmişdir. Bundan sonra Shahd universitetin əcnəbi tələbələr üzrə dekanına problemlə bağlı yazmış və Əhmədin problemini həll etmək üçün çıxış yolu tapmağa çalışdığını bildirmişdir. O, Shahda məsləhət görmüşdür ki, bu problemin həlli yayda kredit (fənn) götürməkdir. Bundan sonra Əhmədin qaiblərinə dair (Əhməd özü ona göndərmişdir) sənədi dekana göndərmişdir. Bundan sonra onların bu məsələni həll edəcəklərini düşünmüşdür. Əhməd Shahdla əlaqə saxlamağa və kömək üçün pul tələb etməyə davam edirdi və Shahd da ona demişdir ki, onun kifayət qədər pulu yoxdur, Abdullaha borcu var və aralarında olan razılığa əsasən Shahd hər ayın ortalarında həmin borcdan ödəməlidir. Bu isə o anlama gəlir ki, iddiaçıda olan pul Abdullah üçündür, onun üçün deyil. Shahd bildirmişdir ki, o Abdullahdan soruşacaq, əgər o verməyə razı olsa, pulu Əhmədə verəcək. Bundan sonra Shahd bunu Abdullaha demiş, o isə əvvəlcə Əhmədi tanımadığını, ona güvənmədiyini və ona görə də ona hec bir qəpik də verməyə razı olmadığını bildirsə də, sonradan bir şərtlə, yəni ona qarant dursa bu pulu Əhmədə verməyə razı olduğunu bildirmiş və Shahd xx xxx 2018-ci il tarixdə saat təxminən 00:00-01:00 aralığında (16 maydan 17 maya keçən gecə həmin puldan onun razılığı ilə 800 ABŞ dollarını Əhmədə vermiş, “X15” otelinin resepsionunda müqavilə də bağlamışlar (sonradan öyrəndi ki, Əhməd otelə gələrkən Ömər onunla olmuş, onu taksidə gözləmiş, Əhmədin gecikdiyini görüncə isə otelə yaxınlaşaraq nə baş verdiyini öyrənməyə çalışmış, Shahdı gördükdən sonra içəri daxil ola bilməmişdir, Əhməd qayıtdıqdan sonra isə nə baş verdiyini öyrənməyə çalışsa da Əhməddən cavab ala bilməmişdir, lakin özünün dediyinə görə həmin müqaviləni görmüşdür (çünki həmin vaxt Əhməd və Ömər eyni mənzildə yaşayırlarmış) və həmin müqavilənin şəklini Abdullaha atdıqdan sonra o, müqavilənin mətni il razı olmadığını bildirmişdir (Abdullah işi ilə bağlı olaraq ona gec, yəni günün bitməsindən əvvəl London vaxtı ilə təxminən 21:30-23:45 aralığında, Bakı vaxtı ilə xx xxx 2018-ci il tarixində saat təxminən 01:30-03:45 aralığında cavab vermişdir). Shahd isə bundan sonra Abdullahın onunla danışma şəklini bəyənmədiyindən danışdıqdan 10 dəqiqə sonra ona ödədiyi pulun bir qismini, həmçinin Əhmədə verdiyi 800 ABŞ dollarını elə həmin tarixdə London vaxtı ilə 2018-ci il mayın 16da günün sonuna qədər ona geri qaytarmışdır. Bundan sonra Abdullah xx xxx 2018-ci il tarixdə London vaxtı ilə saat 10-11 aralığında müqavilənin mətninə dəyişiklik edərək (bir neçə texniki məsələləri və ilk variantda göstərilmiş borcun qaytarılması müddətinə dəyişiklik etmişdir) onu Shahda göndərmişdir. Bundan sonra Shahd Əhmədə zəng vurmuş, əvvəlcə cavab verməsə də, həmin (xx xxx 2018-ci il) tarixdə təxminən saat 17:00- 19:00 aralığında ona geri zəng vurmuş və telefona niyə cavab vermədiyini soruşduqda və otelə gəlməsini xahiş etdikdə, o, işdə olduğunu, işini bitirdikdən sonra gələ biləcəyini bildirmiş və həmin günü təxminən 6-7 saat sonra (artıq xx xxx 2018-ci il tarixi idi) gəlmiş və müqavilənin mətninə dəyişiklik etmək istədiyini, pasport nömrəsini verməsini istədiyini, nömrəni dedikdən sonra (ddiaçı ona inandığı üçün pasport nömrəsini düz verdiyini düşünürdü) müqavilənin mətnini çıxartmışdır. Bundan sonra müqavilənin ilk mətnini cıraraq həmin müqaviləni Abdullahın etdiyi dəyişikliklə Bakı vaxtı ilə 17 maydan 18 maya keçən gecə yenidən bağlamışlar və saat Bakıda 24:00-u keçdiyi üçün müqaviləni xx xxx 2018-ci il tarixi ilə rəsmiləşdirmişlər. Müqavilənin şərtlərinə əsasən Əhməd pulu 16 həftə müddətində qaytarmalı olmasına baxmayaraq qaytarmamışdır. Shahd Abdullaha olan borcu qaytardığını Əhmədə deməmişdi, çünki düşünürdü ki, əgər bunu bilərsə Əhməd pulu qaytarmayacaq.X6 100 ABŞ dolları qaytarmışdır ki, bu da Abdullaha olan borcunu etiraf etdiyini göstərir. Shahd Abdullaha olan bütün borcunu və Əhmədin ona olan borcunu ödəmiş, Əhməd isə pulu vaxtında ödəməmiş, onunla əlaqə saxladıqda isə zənglərinə cavab verməmişdir. Bundan sonra Shahd Abdullaha olan borcu barədə (Abdullaha olan borcu ödəməyinə dair Əhmədə məlumat vermədiyindən) ailəsinə məlumat verəcəyinə dair mesaj göndərəcəyini, niyə ödəniş etmədiyini bildirdikdə, 928 ABŞ dollar pulunu tələb etdikdə əvvəlcə ödəyəcəyini bildirsə də (viber yazışmalarında görünür), sonra Əhməd onu facebook və başqa sosial şəbəkələrdə bloka atmışdır, skypedan və başqa nömrələrdən zəng vursa da cavab verməmişdir. İraq Respublikasının vətəndaşı olan Cavabdeh ilə aralarında xx.xx.2018-ci il tarixdə borc müqaviləsi bağlansa da, Cavabdeh pasport nömrəsi ilə həmin müqavilədə göstərilən nömrənin üst-üstə düşmədiyini sonradan öyrənmiş, həmçinin onun istintaq orqanına verdiyi izahatda isə imzanın da ona məxsus olmadığını bildirmişdir. Bundan başqa məhkəmədə iddianın qaldırılması və hüquqlarının müdafiəsi üçün vəkillə hüquqi xidmətin göstərilməsinə dair müqavilə bağlanmışdır ki, müqavilənin də qiyməti 290 manatdır. Tərcümə üçün isə təxminən 100 manat məbləğində pul xərclənmişdir. Həmçinin iddiaçı əvvəlcə cinayət işinin açılması üçün müraciət etsə də, həmin müddətdən indiyədək borcunu qaytarmamış və iddiaçını narahat etməyə davam etmişdir. Ayrı-ayrı nömrələrdən özü, valideynləri zəng vuraraq hədə qorxu gəlmiş, nəticədə iddiaçıya mənəvi zərər vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3065/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 124 manatın İddiaçı Salem Altaraşnehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, cavabdeh soləlli olmasına baxmayaraq müqavilə bağlandığı tarixdə onun sol əli qırıq olduğundan müqaviləni sağ əli ilə imzalamışdır. Məhkəmə iclasında imza nümunələri götürülən zaman yalnız cavabdehin sol əli ilə imzaladığı nümunələr götürülmüşdür. Həmçinin məhkəmə əsassız olaraq “Whatsapp” proqramı vasitəsilə aparılan danışıqları sübut kimi qəbul etməmiş, halbuki həmin yazışmalarda cavabdeh borcunu etiraf etmiş və borcun ödənilməsi üçün ondan vaxt istəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Orxan Kəngərlitəmsil etdiyi şəxsin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Sadiq Abışov apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli Qərardan görünür ki, İraq Respublikası vətəndaşı Al-X2, İraq Respublikası vətəndaşı Cavabdeh və Azərbaycan Respublikasının vətəndaşı X1 təqsirlilikləri sübuta yetirilmədiyindən, əməllərində cinayət tərkibi olmadığından İordaniya Krallığının vətəndaşı Altaraşneh İddiaçı Salem qızının ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 21619 nömrəli rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli müqavilədəki 1-ci imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imza olunmuşdur. İddiaçı iddiasının hüquqi əsası kimi MM-nin borc müqaviləsi ilə əlaqədar 743-cü, eləcə də 448.1-ci, 448.2-ci, 445.2-ci, 445.7-ci və 449-cü maddələrinə istinad etmişdir; işə baxan birinci instansiya məhkəməsi xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə istinad edərək borc müqaviləsindəki imzanın cavabdehə aid olmadığını vurğulayaraq iddia tələbini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddiaçı apellyasiya şikayətində cavabdehin solaxay olduğunu, lakin müqavilə imzalanan zaman sol əlinin qırıq olduğunu və buna görə də müqaviləni sağ əli ilə imzaladığını irəli sürmüş, apellyasiya baxışı zamanı kollegiya apellyasiya şikayətinin bu dəlilini yoxlamaq məqsədilə təkrar ekpertiza tədqiqatı təyin etmiş və cavabdehdən sağ əli ilə icra etdiyi imza nümunələri götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 82-ci vərəqəsində olan xx.xx.2018-ci il tarixli qəbzin sonundaki 1-ci imza – Cavabdeh Fahdil oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçı iddia tələbinin sübutu kimi sözügedən xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etmiş, lakin iş üzrə verilmiş ekspert rəyləri ilə müqavilədəki imzanın cavabdehə aid olmadığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. İddiaçının sübut kimi iş materiallarına əlavə etdiyi sosial şəbəkə çıxarışlarını məhkəmə kollegiyası sübut kimi qəbul etmir. Bununla belə kollegiya qeyd edir ki, həmin yazışmaların sübut kimi qiymətləndirildiyi halda belə, yazışmaların məhz cavabdehlə olduğunü müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya, birinci instansiya məhkəməsinin iddia tələbinin digər hissələri üzrə gəldiyi nəticəni qanuni sayır və həmin nəticə ilə bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3065/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 133 manat İddiaçı Salem Altaraşnehdan tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar