Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1587/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və «xxxx» MMC işə cəlb edilməklə Cavabdeh1 ASC qarşı «ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1706/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və «xxxx» MMC işə cəlb edilməklə Cavabdeh1 ASC qarşı ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və «xxxx» MMC işə cəlb edilməklə Cavabdeh1 ASC qarşı məhkəmədə iddia qaldıraraq, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)- 327/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-19/20 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra hərrac baş tutmamışdır və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 4 aydan çox zaman keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda ipotekaya xitam verilməlidir.. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və «xxxx» MMC-nin səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən cavabdeh “xxxx” ASC-nin səlahiyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2057/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli 15010- 0222/284048 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə 32609.11 ABŞ dolları əsas, 5593.25 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən Cavabdeh1 ASC olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan «xxxx» MMC məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilinin icra sənədi icraatlarına daxil olmuş, ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin ilkin hərracının keçirilməsi xx.xx.2020-ci il tarixinə təyin edilmişdir. İş materiallarında olan«xxxx» MMC bildirişlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə hərrac keçirilməsinə dair bildirişlər göndərilmiş və “Atribut” qəzetində dərc edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ipoteka predmeti olan iddiaçıya məxsus mənzil karantin rejimi ilə bağlı bir dəfə xx xxxxxxxx 2020-ci il tarixdə keçilmiş baş tutmadığından 15% aşağı qiymətə xx.xx.2020-ci il saat 11:00 təyin edilmişdir. Məhkəmə birinci instansiya məhkəməs ilə razılaşaraq hesab edir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə iddiaçı banka qarşı belə iddia qaldırması əsaslı olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərmişdir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir.(“İpoteka haqqında” Qanunun 48.1.5-ci mad.). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1587/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1587/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver