Məhkəmə qərarları › İş №2(103)-1594/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1594/2025

11.02.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1594/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Kreditor “AAA” Vəkil Bürosunun Borclunə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə əmrinə etirazın geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Kreditor “AAA” Vəkil Bürosunun Borclunə qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(009)-1855/2024 nömrəli məhkəmə əmrindən Borclu məhkəmə əmrinə etiraz ərizəsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(009)-1855/2024 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(009)- 1855/2024 nömrəli məhkəmə əmri ilə Borclundən kreditor «AAA» Vəkil Bürosunun xeyrinə 58609 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi kimi 100 manat pul vəsaitinin tutulması qərara alınmışdır.

2. Məhkəmə əmri 22 avqust 2024-cü il tarixdə proses iştirakçılarına, o cümlədən Borclu MMC-nin hüquqi ünvanı olan ünvan 1ndərilmiş, 26 avqust 2024-cü il tarixdə borclu tərəfindən qəbul edilmişdir.

3. 08 yanvar 2025-ci il tarixdə Borclu MMC tərəfindən məhkəmə əmrinə etiraz daxil olmuşdur.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(009)- 1855/2024 nömrəli qərardadı ilə məhkəmə əmrinə etiraz ərizəsi ona əlavə edilmiş məhkəmə əmrinin surəti ilə birlikdə geri qaytarılması qərara alınmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, Borclu məhkəmə əmrinə etiraz üçün qfnunvericilklə müəyyən edilmiş prosessual müddəti ötürmüş və etiraza müddətin bərpası ilə bağlı ərizə əlavə etməmişdir.

6. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadının ləğv edilməsini və müddətin bərpa edilərək iddia icraatına keçirilməsini xahiş etmişdir.

7. Şikayətin dəlillərinə görə, poçt xəbərnaməsini və bildirişləri Borclu MMC deyil, ona hüquqi yardım göstərən “AAA” vəkil burosu almışdır. Çünki, həmin vəkil bürosu da Borclu MMC-yə məxsus ünvanda faktiki fəaliyyət göstərir. Borclu MMC hesablarına icra məmuru tərəfindən inkasso sərəncamı qoyularkən məlumatı olmuşdur. Hüquqi yardım ilə bağlı müqaviləyə xitam verildiyinə baxmayaraq məlumatlar eyni ünvanda fəaliyyət göstərən “AAA” vəkil bürosuna ünvanlanmışdır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2(009)- 1855/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 282. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. İşdən müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(009)-1855/2024 nömrəli məhkəmə əmrinin surəti 26 avqust 2024-cü il tarixdə poçt vasitəsilə Borclunə çatdırılmış, sonuncunun etirazı isə elektron kabinet vasitəsilə 08 yanvar 2025-ci il tarixdə göndərilmiş, bununla da məhkəmə əmrinə etiraz edilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ötürülmüşdür.

11. Həmçinin, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən verilmiş tələbin könüllü icrası barədə bildiriş 12 sentyabr 2024-cü il tarixdə borclunun nümayəndəsi tərəfindən qəbul edilmişdir. Bu halın özü də onu təsdiq edir ki, borclu məhkəmə əmri barədə məlumatlı olmuşdur.

12. Borclu şikayətin əsası kimi ona istinad etmişdir ki, poçt xəbərnaməsini və bildirişləri Borclu MMC deyil, ona hüquqi yardım göstərən “AAA” vəkil burosu almışdır, çünki, həmin vəkil bürosu da Borclu MMC-yə məxsus ünvanda faktiki fəaliyyət göstərir.

13. Lakin Elektron Məhkəmə İnformasiya Sistemində olan borcluya aid vergi məlumatlarından görünür ki, Borclu MMC-nin həm hüquqi, həm də faktiki ünvanı kimi Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi 90A ünvanı qeyd olunmuşdur. Borclu MMC tərəfindən ünvanın dəyişməsi ilə bağlı hətta əmrə etiraz ərizəsi verildikdən sonra belə məhkəməyə məlumat verilməmişdir.

14. Halbuki, MPM-nin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər, belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(009)- 1855/2024 nömrəli qərardadından Borclu verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(009)- 1855/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar