Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1602/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin və sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(006)- 1131/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 230” minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi ziyan vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 məxsus “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan, həmçinin İddiaçı1 sağlamlığına az ağır zərər dəymişdir. "xxxx" ASC tərəfindən İddiaçı1 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı1 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı onun sağlamlığına 10034.2 manat zərər vurulmuşdur. Zərəri isə o, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 tələb etsə də sonuncu həmin ziyanı ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın, eyni zamanda məhkəmə xərclərinin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan motosikletə 29183 manat maddi ziyan vurulmuşdur. Həmin ziyan sığorta şirkəti və yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddiaçı həmin ziyanın, eyni zamanda məhkəmə xərclərinin cavabdehlərdən mütənasib qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin və sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 10034.2 manat müalicə xərclərinin tutularaq İddiaçı1, motosikletə vurulmuş 29183 manat ziyanın cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mütənasib qaydada tutularaq İddiaçı2 ödənilməsi və 208 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 12 oktyabr 2021-ci il tarixdə saat 19:00 radələrində etibarnamə ilə idarə etdiyi İddiaçı2 məxsus 2013-cü il buraxılışlı, “MV Aqusta F3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletlə Mehdiabad- Novxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ hissəsində 60-70 m sürətlə hərəkət edirdi. Həmin vaxt Mehdiabad-Novxanı yolunda Novxanı istiqamətində yolun sol hissəsi ilə hərəkət edən “Mercedes Benz C230” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 qəfil sol dönmə əməliyyatı apararaq İddiaçı1 idarə etdiyi motosikletin qarşısına çıxmış və İddiaçı1 hadisədən yayınmaq üçün motosikletin sükanını yana burmuşdur. Motosikletin sağ hissəsi, İddiaçı1 sağ qolu və sağ ayağı Mercedes markalı avtomobilə çırpılmışdır. Toqquşma nəticəsində motosiklet sol üstə yerə aşmış və çarpaz sürüşərək alt hissəsi əks istiqamətdə hərəkətdə olan Khazar SD markalı avtomobilin ön hissəsi ilə toqquşmuş və toqquşma nəticəsində motosiklet yolun ortasında dayanmışdır. Khazar SD markalı avtomobilini idarə edən isə cavabdeh X13 olmuşdur. İddiaçı1 beli üstə yerə düşmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 sağ ayağında 2 ədəd qəlpəvari açıq sümük sınığı, sağ qolunda 2 ədəd qəlpəvari qapalı sınıq və kəllə beyin travması zədələri vurulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 07 yanvar 2022-ci il tarixli, 51 Ə nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən sözügedən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 bədənində aşkar edilmiş xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd olunmuşdur. Həmçinin İddiaçı1 etibarnamə ilə idarə etdiyi İddiaçı2 məxsus motosikletə də xeyli miqdarda ziyan dəymişdir. İddiaçı1 sağlamlığının bərpası üçün həkim müayinələri və xəstəxana xərclərinə ümumilikdə 10034,2 (on min otuz dörd manat, iyirmi qəpik) manat sərf olunmuşdur. Həmçinin İddiaçı2 məxsus 2013-cü il buraxılışı olan “MV Aqusta Ғ3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə ümumilikdə 29183 manatlıq zərər dəymişdir. Eyni zamanda İddiaçı2 məxsus 2013-cü il buraxılışı olan “MV Aqusta Ғ3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə "xxxx" ASC tərəfindən vurulan zərərə görə heç bir sığorta ödənişi verilməmişdir. Sığorta şirkəti tərəfindən tələb edilən bütün sənədlər təqdim edilməsinə baxmayaraq yenə də sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(006)- 1131/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı1 xeyrinə sağlamlığa vurulmuş zərərə görə 8534.2 (səkkiz min beş yüz otuz dörd manat, iyirmi qəpik) manat və dövlət rüsumu olaraq 105.35 (yüz beş manat, otuz beş qəpik) manat məbləğində pulun tutulması, "xxxx" ASC-dən 4598.4 (dörd min beş yüz doxsan səkkiz manat, qırx qəpik) manat və Cavabdeh1 18084.6 (on səkkiz min səksən dörd manat, altmış qəpik) manat tutularaq İddiaçı2 ödənilməsi, "xxxx" ASC-dən 65.99 (altmış beş manat, doxsan doqquz qəpik) manat və Cavabdeh1 144.26 (yüz qırx dörd manat, iyirmi altı qəpik) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pulun tutulması, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatının İddiaçı2, 20 (iyirmi) manatı "xxxx" ASCdən, 60 (altmış) manatının isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 922.1, 925.1, 926.1, 926.2, 1096.1, 1097.1, 1108.1 və 1118.1 maddələri, “İcbarı Sığortalar haqqında” Qanunun 15, 16.2, 50.1, 52.1, 54 və 56.1, 56.1.2-ci maddələri, “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələri ilə əsaslandıraraq göstərmişdir ki, İddiaçı1 sağlamlığına vurulmuş zərərin 10034.2 manat olması müəyyən edildiyindən, İddiaçı1 "xxxx" ASC tərəfindən 1500 manat ödənildiyi çıxılmalı və qalan məbləğ yəni 8534.2 (səkkiz min beş yüz otuz dörd manat, iyirmi qəpik) manat Cavabdeh1 İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etmişdir ki, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobillə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. İddiaçı2 vurulmuş ziyanın məbləğinin 29183 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5149 nömrəli rəyindən görünür ki, 2013-cü il buraxılışlı “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci təxminən 22683 manat təşkil edir. Məhkəmə həmçinin hesab etmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Khazar SD minik” markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı və “MV Agusta F3 800” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulduğu müəyyən edildiyindən və “İcbari Sığorta haqqında” qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta ödənişinin bir hadisə üzrə 5000 manat olduğunu, “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1981 manat, “MV Agusta F3800” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 22683 manat zərər dəydiyini nəzərə alaraq (1981+22683=24664; 5000:24664=0.20272462; 0.20272462*1981=401.6; 0.20272462*22683=4598.4; 401.6+4598.4=5000) “MV Agusta F3800” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 4598.4 manatı "xxxx" ASC tərəfindən İddiaçı2 ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı2 mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmir-bərpa xərci təxminən 22683 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğin 4598.4 manatı "xxxx" ASC tutulduğundan qalan məbləğ 18084.6 manat Cavabdeh1 tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda tələbə uyğun olaraq dövlət rüsumu ödəməli olduğu halda yalnız İddiaçı1 208 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə İddiaçı1 tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 105.35 (yüz beş manat, otuz beş qəpik) manatı Cavabdeh1 aid edilməli, "xxxx" ASC-dən 65.99 (altmış beş manat, doxsan doqquz qəpik) manat və Cavabdeh1 144.26 (yüz qırx dörd manat, iyirmi altı qəpik) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pul tutulmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci-100 (yüz) manatın 20 (iyirmi) manatı İddiaçı2, 20 (iyirmi) manatı "xxxx" ASC-dən, 60 (altmış) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin hallarının yenidən araşdırılaraq ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 məxsus 2013-cü il buraxılışı olan “MV Aqusta Ғ3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərcinin ekspert rəyində müəyyən edildiyi kimi 18642 manat məbləğində hesablanmalı olduğu halda mütənasiblik qaydasında "xxxx" ASC-dən tutulmalı məbləğ 4519,71 manat məbləğində müəyyən edilir. Məhkəmə tərəfindən ekspert rəyinə iddiaçının mövqeyindən hüquqi qiymət verilmiş, motosikletin təmir-bərpa xərcinə köhnəlmə faizi tətbiq etməklə müəyyən edilmiş xərc nəzərə alınmamışdır. Belə ki, ekspert rəyində motosikletin təmir-bərpa xərci 22683 manat, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edildikdə isə illik aşınma normaları (2-6 %) 3% nəzərə alınmaqla 18642 manat məbləğində olduğu göstərilmişdir. Yekunda ekspert köhnəlmə əmsalına istinad edərək motosikletin təmir-bərpa xərcini 18642 manat müəyyən etmişdir. Lakin məhkəmə yekun nəticəyə gələrkən rəyin əsaslandırma hissəsində göstərilən, təmir xərcləri tətbiq edilməməklə müəyyən edilmiş 22683 manat məbləğində təmir-bərpa xərcini nəzərə almışdır. Bundan başqa iddiaçı dövlət rüsumundan azad edilmədiyi üçün məhkəmə tərəfindən dövlət rüsumunun dövlət nəfinə tutulması da qanunvericliyin tələblərinə ziddir. Bundan başqa xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçılara məxsus olan nəqliyyat vasitələri ilə yanaşı "xxxx"MMC-yə məxsus olan “Khazar SD minik” markalı avtomobilə zərər dəydiyindən “İcbari Sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə əsasən sığorta ödənişi mütənasiblik qaydasında həyata keçirilməli dir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Xəlilov apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin cavabdeh "xxxx" ASC-yə aid təmin edilən hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “İcbari Sığortalar haqqında” Qanun: 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir. 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, iş üzrə Nərimanov Polis İdarəsinin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 mart 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı1 yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulması üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 8/3098 nömrəli rəyindən görünür ki, Mercedes Benz 230 markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 51 Ə saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki,İddiaçı1 bədəni üzərində aşkar edilmiş xəsarətlər az ağır zərər vurmaya aiddirlər. İş üzrə xx.xx.2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt TTY-dan daxil olmuş məlumatda YNH zamanı 1997-ci il təvəllüdlü X4 xəsarət almışdır. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 Məhkəmə-kimya şöbəsinin 3352/K saylı, 15 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı1 götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. İş üzrə xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında “Mercedes Benz 230” minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün müqavilə bağlanmışdır. İş üzrə AD N 143983 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, 1998-ci il buraxılışlı qara rəngli BAN WDBHA24G2XA700687 “Mercedes Benz 230” minik markalı avtomobil X8 məxsusdur. İş üzrə ƏN-İV 797150 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, sedan tipli, 1998-ci il buraxılışlı qara rəngli BAN WDBHA24G2XA700687 “Mercedes Benz 230” minik markalı avtomobilin istifadə edilməsini X1 İslam Lətif oğluna etibar etmişdir. İş üzrə AD N 074402 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, sedan tipli, 2020-ci il buraxılışlı ağ rəngli BAN NVAW01HHFLE220025 KHAZAR SD minik markalı avtomobil "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2021-ci il tarixdən- xx.xx.2022ci il tarixədək X2 Azərbaycan Respublikası DTX-nin Hərbi Hospitalında tibbi xidmətlər göstərildiyinə görə 5632.67 manat ödəniş edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdən- xx.xx.2022ci il tarixədək X2 Real Hospitalında tibbi xidmətlər göstərildiyinə görə 407.4 manat ödəniş edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə X2 "xxxx" MMC tərəfindən tibbi xidmətlər göstərildiyinə görə 4000 manat ödəniş edilmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1981 manat ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli hadisə üzrə təqdim edilmiş arayışda "xxxx" MMC-yə məxsus “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 1981 manat və İddiaçı2 məxsus “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə 30.003 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı1 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5149 nömrəli rəyindən görünür ki, 2013-cü il buraxılışlı “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci avtonəqliyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18642,0 manat müəyyən edilir Birinci instansiya məhkəməsi 4598.4 manatın "xxxx" ASC-dən iddiaçının xeyriə tutulmalı olması qənaətinə gələrkən İddiaçı2 mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmir-bərpa xərci təxminən 22683 manat məbləğində müəyyən edilməsinə istinad etsə də, rəyin məzmununda avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edildikdə isə illik aşınma normaları (2-6 %) 3% nəzərə alınmaqla 18642 manat məbləğində olduğu göstərilməsinə, yekunda ekspertin köhnəlmə əmsalına istinad edərək motosikletin təmir-bərpa xərcini 18642 manat müəyyən etməsinə diqqət yetirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" ASC-dən tutulmalı olan pulun məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin nəticə hissəsində köhnəlmə əmsalına istinad edərək motosikletin təmir-bərpa xərcini 18642 manat müəyyən edilməli olması baxımından dəyişdirilməlidir. Belə ki, 12 oktyabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı və “MV Agusta F3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulduğu müəyyən edildiyindən və “İcbari Sığorta haqqında” qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta ödənişinin bir hadisə üzrə 5000 manat olduğunu, “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1981 manat, “MV Agusta F3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18642 manat zərər dəydiyini nəzərə alaraq (1981+18642=20623; 5000:20623=0.**********5; 0.**********5*1981=480,2 5000-480=4519.8) “MV Agusta F3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 4519.8 manatı "xxxx" ASC tərəfindən İddiaçı2 ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin digər dəlili olan İddiaçı1 tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun Bakı Sığorta” ASC-dən 65.99 (altmış beş manat, doxsan doqquz qəpik) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pul tutulmalı olmasının qanunsuz olması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən prosessual normanın tələblərinə əsasən ödənilmiş dövlət rüsumunun Bakı Sığorta” ASC-dən 65.99 (altmış beş manat, doxsan doqquz qəpik) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pul tutulmalı olmasına dair düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********* saylı qəbz üzrə İddiaçı1 tərəfindən 208 manat dövlət rüsumu ödənilmişdir. Halbuki, «Dövlət rüsumunun şaqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.3-cü maddəlrinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödənilməkdən azaddırlar. Başqa sözlə, İddiaçı1 iddiası səhhətə digər xəsarətlər yetirilməsi ilə bağlı ziyanın ödənilməsi ilə bağlı olduğundan rüsum ödənilməli idi. Belə olan halda birinci instansiya məhkəməsi MPM-nin 113.1-ci maddəsinə uyğun dövlət rüsumunun tutulması ilə bağlı mövqeyi ilə kollegiya razılaşır. Kollegiya həmçinin iddianın qismən təmin edilməsi ilə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı "xxxx" ASC-dən tutulmalı olmasına dair nəticəsini də düzgün sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(006)- 1131/2022 saylı qətnaməsi "xxxx" ASC-dən İddiaçı2 xeyrinə pul tutulması hissəsində dəyişdirilsin. "xxxx" ASC-dən 4519,8 manat manat tutularaq İddiaçı2 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə