Məhkəmə qərarları › İş №2(103)-1602/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1602/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1602/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalmaları və aliment” tələbinə dаir mülki iş üzrə Açar sözlər:(nikahın pozulması, uşaq və aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh, Bakı şəhəri Sabunçu rayonu 271 nömrəli tam orta məktəbin psixoloqu X6 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(008)-1036/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2021-ci il tarixdə X9 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, nikahları formal xarakter daşımaqla artıq ayrılmışlar, birgə təsərrüfat aparmırlar. Uşaqlar faktiki ananın yanında yaşayırlar. Tərəflər hazırkı vəziyyətdə nikahın pozulmasına razıdırlar. 2.Cavabdeh uşaqların ananın yanında saxlanılması və ondan aliment tutulmasına razı deyil. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və xx.xx.2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-cı il tarixdə 22 nömrəli qeyd ilə Beyləqan rayon Bünyadlı KİN Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməyə əsasən rəsmi nikaha daxil olub ailə qurmuşdur. Bu evlilikdən xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2021-ci il tarixdə X9 doğulmuşdur. Məhkəməyə iddia ərizəsi ilə müracətinin səbəbi cavabdehin içki aludəçisi olması və onu uşaqların gözü önündə döyməsidir. Bu səbəbdən cavabdehlə birgə yaşamaları mümkün deyildir. Artıq bir ildən çox müddətdir ki, uşaqları ilə birlikdə ata-anasının yanında, Bakı şəhəri Sabunçu rayonu Daş Karxanası ünvanında yaşayır. Cavabdeh ailəsi ilə maraqlanmır, ona və övladlarına maddi və mənəvi köməklik etmir. Cavabdeh tərəfindən bu müddətdə bir dəfə də olsun uşaqların saxlanılması üçün xərc çəkilməmiş və uşaqların nə yeyib, nə içdiyindən xəbəri olmamışdır. 5.Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh ilə xx.xx.2015-cı il tarixdə Beyləqan rayon Bünyadlı KİN Qeydiyyat şöbəsində 22 nömrəli qeydlə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 onun yanında və himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 sentyabr 2023-cü il tarixli, 2(008)-1036/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Şəbnur Qədirova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı аrаsındа Beyləqan rayon Bünyadlı kənd ərazi nümayəndəliyində xx.xx.2015-ci il tarixdə bağlanmış və 22 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və Cavabdeh 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 7.AZ-İİ seriyalı 054615 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 xx.xx.2015-ci il tarixdə Beyləqan rayon Bünyadlı kənd ərazi nümayəndəliyində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 22 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan arvad Mustafazadə soyadını qəbul etmişdir. 8.AZ-T seriyalı 203271 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X8 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. 9.AZ-T seriyalı 203272 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X9 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. 10.“İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/2-01446 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərcləri ödəmişdir. 11.xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. 12."xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də usta vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir.

13. Məhkəmə iclasında xx.xx.2015-ci il təvəllüdlü X4 rəyi dinlənilərkən Mahirə atasından qorxduğunu, qardaşı ilə birgə anasının yanında qalmaq istədiyini bildirmişdir. 14.Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, komissiya tərəfindən İddiaçı yaşadığı ünvana baxış keçirilmiş, mənzil-məişət vəziyyəti yoxlanılmış və müvafiq akt tərtib edilmişdir. Komissiya tərəfindən Beyləqan RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlanan məktuba cavab olaraq vətəndaş Cavabdeh ailəsi ilə birlikdə işləmək üçün Bakı şəhərinə getdiyini və yaşayış yeri barədə məlumatın olmadığı bildirilmişdir. Komissiya tərəfindən dəfələrlə İddiaçı sağlamlığı barədə tibbi arayış təqdim etməsi izah olunsa da, o, müxtəlif bəhanələr irəli sürərək, tələb olunan sənədləri təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülk işlə əlaqədar Sabunçu RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən ətraflı araşdırma aparmaq və azyaşlıların mənafeyi üçün valideynlərdən hansının himayəsində qalması barədə əsaslanmış rəy vermək mümkün olmadığından 2(008)- 1036/2023 saylı mülki iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır. 15.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2021-ci il tarixdə X9 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq ayrılmışlar və birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Uşaqlar faktiki ananın yanında yaşayırlar. Tərəflər hazırkı vəziyyətdə nikahın pozulmasına razıdırlar. 16.Məhkəmə tərəflərin hər ikisinin nikahın pozulmasına razı olmalarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə təmin edilməli, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. 17.Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yanında qalmaları məsələsini həll edərkən, uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olmasını, azyaşlıların ana himayəsində qalıb böyümələrinin onların mənafeyinə uyğunluğunu, habelə X4 rəyini nəzərə alaraq hesab etmişdir ki, uşaqların ananın yanında qalmaları məqsədəmüvafiqdir. 18.Məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 ananın yanında qaldıqları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. 19.Məhkəmə tutulmalı olan alimentin məbləğinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehdən uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulmalı, iddia həmin hissədə də təmin edilməlidir. Həmçinin Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğundan, aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. 20.Məhkəmə, iddiaçının xx.xx.2021-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək cavabdehdən hər ay 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Azərbayacan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Lakin cavabdehdən iki uşağa görə hər ay cəmi 386 manat sabit pul miqdarında alimentin tutulacağını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, bundan əlavə, xx.xx.2021-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin tutulması cavabdehin maddi durumunun nəzərə alınması baxımından ədalətli deyildir və bu tələb qismən, 50 manat məbləğində təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X9 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. 21.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehdən 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 21.1, 22.2.1, 22.2.2, 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci; Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Qanununa; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 234.2.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1036/2023 saylı qətnaməsinin uşaqların ananın yaninda qalması və aliment tələbi hissəsində ləğv edilməsi ilə baglı qətnamə qəbul edilməsini, iddiaçının iddiasının uşaqların ananın yaninda qalması və aliment tələbi hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini və işə baxan məhkəmə tərəfindən ərazi aidiyyətinin pozulmasına hüquqi qiymət verilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bir valideyn-ana kimi cavabdehin uşaqlarına düzgün tərbiyə verməsi, onları cəmiyyət üçün yararlı insanlar olaraq yetişdirməsi və bir ana kimi uşaqlarına nümunə olması qeyri-mümkündür. Belə ki o, azlıqların (lesbian) nümayəndəsidir, əxlaqsız hərəkətlərə yol verir. Bu barədə subutları birinci instansiya məhkəməsinə təqdim edərək uşaqların atanın himayəsinə verilməsini xahiş etmişdir və iddiaçıya qarşı aliment tələbinin olmayacağını bildirmişdir. Lakin işə baxan məhkəmə ona məlum olmayan səbəblərdən təqdim etdiyi sübutlara huquqi qiymət verməyərək, hətta bütün bunlara göz yumaraq uşaqların ananın himayəsində yaşamalarını və iddiaçının psixoloji təsiri altinda olan qızı X4 ondan (cavabdehdən) qorxması və qardaşı ilə birgə anasının yanında qalması barədə verdiyi izahatı əldə əsas tutaraq, iş üzrə psixoloq dəvət etmədən, uşağın və ananın psixoloji vəziyyətini yoxlamadan, bu barədə müvafiq ekspertiza təyin edib müvafiq rəyi almadan, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyanın numayəndəsinin iştirakını təmin etmədən və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyanın uşaqların valideynlərdən kimin yanında qalması barədə rəyini tələb etmədən, uşaqlarını onun yox, iddiaçının yanında qalmasını qət etmiş, bununla onun bir valideyn-ata kimi huquqlarını, hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipini və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini kobud şəkildə pozmuşdur. Halbuki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyanın iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, komissiya tərəfindən İddiaçı yaşadığı ünvana baxiş keçirilmiş, mənzil-məişət vəziyyəti yoxlanılmış və müvafiq akt tərtib edilmişdir. Komissiya tərəfindən Beyləqan RİHB yaninda Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlanan məktuba cavab olaraq vətəndaş Cavabdeh ailəsi ilə birlikdə işləmək üçün Bakı şəhərinə getdiyini və yaşayiş yeri barədə məlumatin olmadığı bildirilmişdir. Komissiya tərəfindən dəfələrlə İddiaçı sağlamlığı barədə tibbiarayış təqdim etməsi izah olunsa da, o müxtəlif bəhanələr irəli sürərək, tələb olunan sənədləri təqdim etməmişdir. Yuxarida qeyd edilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın yanında qalması və aliment” tələbinə dair mülki işlə əlaqədar Sabunçu RİHB-nin yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən ətraflı araşdırma aparmaq və azyaşlıların mənafeyi üçün valideynlərdən hansının himayəsində qalması barədə əsaslanmış rəy vermək mümkün olmadığından 2(008)-1036/2023 saylı mülki iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır. İşə baxan məhkəmə isə ona məlum olmayan maraqlarından bütün bunlara hər hansı huquqi qiymət verməmiş, sözügedən qətnaməni iddiaçının xeyrinə qət etməyə tələsmişdir. Bundan başqa işə baxan məhkəmə məhkəməyə rəsmi işdə işləməyi və əmək haqqı barədə "xxxx" MMC-nin arayışını təqdim edilməyinə baxmayaraq, cavabdehin arayışda qeyd olunan 350 manat ayliq əmək haqqı almağına hüquqi qiymət verməyərək iddiaçının iddia tələbini qismən təmin etsədə, ona məlum olmayan maraqlarından xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimenti və xx.xx.2021-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay 50 manat məbləğində alimenti, cəmi 436 manat alimenti aldığı 350 manatla necə ödəyəcəyini, cavabdehin dolanişığını, ən azından işə getmək üçün yemək, nəqliyyat, yaşayişı üçün dovlətin nəzərdə tutduğu kommunal xərcləri necə ödəyəcəyini, ən əsas iddiaçı ilə aralarında alimentin odənilməsi barədə razılıq olmamasını nəzərə almamış, nəticədə cavabdehə ziyan vurulması ilə nəticələnən qanunsuz, əsassız və analoqu olmayan məhkəmə qətnaməsi çıxarmışdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının və maddi huquq normalarının tələbinə əsasən qadın və kişi bərabər huquq və vəzifələr daşıyır və uşaqları hər iki valideyn, həm kişi, həm qadın saxlamalıdır. Göründüyü kimi cavabdeh rəsmi işdə işləyir və 350 manat əmək haqqı alır, onun aylıq qazancı dəyişən məbləğdə deyildir. Qanunvericiliyin tələbinə görə rəsmi işdə işləyən şəxs olaraq cavabdehdən, aldığı 350 manat əmək haqqı məbləğinə görə, yəni iki uşağa görə qazancının (başqa gəlirlərimin) üçdə bir hissəsi məbləğdə aliment tutula bilərdi. Lakin işə baxan məhkəmə onun aldığı 350 manat əmək haqqıdan xeyli çox olan, cəmi 436 manat məbləğdə aliment kəsmişdir ki, onun o qədər qazancı yoxdur və həmin məbləği ödəmək iqtidarinda deyil. Qətnaməyə əsasən ödəyəcəyi aliment məbləği cavabdehin məsuliyyətə cəlb olunmağına səbəb ola bilər. Bundan başqa bütün əmək haqqısını iddiaçıya ödəyib yenədə ona borclu qalacağı təqdirdə məsuliyyətə cəlb olunmaqla yanaşı uşaqları ilə ünsiyyətdə olarkən onlara istədiklərini ala və mədəni istirahətlərini təmin edə bilməyəcək. Bir ata kimi uşaqlarının gözündən düşəcək, daha doğrusu haqlı ikən haqsız vəziyyətə düşəcək. Yuxarıda sadalananlara əsasən hesab edir iddiaçının iddia tələbi nikahın pozulması hissəsində təmin olunsada, iddia qalan hissədə ləğv edilməli, iki uşağın cavabdeh, Cavabdeh yanında qalması və ya Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 və X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarinda aliment müəyyən edilməli, iddia tələbi xx.xx.2021-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutulması hissəsində təmin edilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25.İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb cavabdehin işki aludəçisi olması və uşaqların gözü önündə iddiaçını döyməsi səbəbindən birgə yaşamaqlarının mümkün olmaması olmuşdur. Bu azmış kimi cavabdeh iddiaçının doğma əmisi oğlunun arvadı ilə ona xəyanət etmiş, hal-hazırda həmin qadını bir uşaqla evinə aparıb onunla birlikdə yaşayır. Cavabdeh ailəsi ilə maraqlanmır, ona va övladlarına maddi və mənəvi kömək etmir, bu müddətdə bir dəfə də olsun uçaqların saxlanması üçün xərc çəkməmiş, uşaqların nə yeyib-içdiyindən, ümumiyyətlə tərbiyyəsindən xəbəri yoxdur. Uşaqların bütün ehtiyyaclarını hər zaman iddiaçının ailəsi ödəmiş, hal-hazırda da uşaqlar yüksək səviyyəli tərbiyyəyə və savada malikdirlər. Məktəbdən çoxlu sayda mükafatları vardır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanəlmasını xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, hazırda iddiaçının əmisi oğlunun arvadı ilə birlikdə yaşayır. 27.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qedy etdi ki, cavabdeh işki aludəçisi olmaqla, heç bir vaxt ailəsinə baxmayıb. Cavabdeh həmişə uşaqların gözü qarşısında onu döyüb. Bundan başqa cavabdeh onun doğma əmisi oğlunun arvadı ilə ona xəyanət etmiş, hal-hazırda həmin qadınla birlikdə yaşayır. O özü uşaqlarına hər cür qayğı göstərir. Cavabdeh bir ata olaraq uşaqlarının saxlanılmasında köməklik göstərməlidir. Həqiqətən səsləndirilən səs yazısında olan səs ona məxsusdur. O, səs yazısında müalicəsinin olmaması ilə bağlı fikirləri ona görə bildirmişdir ki, cavabdeh ondan ayrılsın. O, bezərək belə sözləri demişdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. 28.Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları: 29.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 30.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 31.Maddə 22.2.Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə 22.2.1-ci maddəsinə görə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, 22.2.2-ci maddəsinə görə uşaqlar üçün aliment hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 32.Maddə 49.2.Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 33.Maddə 52.Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 34.Maddə 60.1.Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 35.Maddə 60.2.Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 36.Maddə 60.4.Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 37.Maddə Maddə 73.1.Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. 38.Maddə 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 39.Maddə 75.4.Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 40.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 41.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 42.Maddə 84.1.Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 43.Maddə 84.2.Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 44.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 45.Maddə 19.Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 46.Avropa İnsan Hüquqları Məhkəməsi “NTS və başqaları Gürcüstana qarşı” iş üzrə xx.xx.2016-cı il tarixli qərarının 28-ci bəndində göstərmişdir ki, uşağın fikirlərinə “onun yaşına və yetkinliyinə əsasən qiymət” verilməlidir. Bu bənd uşağın fikirlərinə müvafiq qiymət verilməsi və ya həmin fikirlərin hansı şəkildə prosesin gedişinə təsir etdiyini öyrənmək üçün ünsiyyət qurularaq uşağın potensialının qiymətləndirilməsinə aiddir. 12-ci maddə uşağın sadəcə dinlənilməsini yetərsiz hesab edir. Uşaq öz fikirlərini ifadə etmək və formalaşdırmaq potensialında olduğu təqdirdə, onun fikirlərinə ciddi nəzər yetirilməlidir. 47.Avropa İnsan Hüquqları Məhkəməsi “Krapivin Rusiyaya qarşı” iş üzrə xx.xx.2016-cı il tarixli qərarında (§ 64, 65, 68) xatırladır ki, valideyn və uşağın bir-biri ilə ünsiyyət hüququndan qarşılıqlı istifadəsi ailə həyatının fundamental elementini təşkil edir və buna mane olan dövlətdaxili tədbirlər Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqa müdaxilədir. Bu hüquqa müdaxilə, “qanunla nəzərdə tutulmadığı”, Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq qanuni məqsəd və ya məqsədlər güdmədiyi və “demokratik cəmiyyətdə zəruri” kimi nəzərdən keçirilə bilmədiyi hallar istisna olmaqla, həmin müddəanın pozuntusu hesab edilir (bax: Avropa Məhkəməsinin “K.A.Finlandiyaya qarşı” (K.A. v. Finland) işi üzrə xx.xx.2003-cü il tarixli Qərarı, şikayət № 27751/95, § 92). Mübahisələndirilən tədbirin “demokratik cəmiyyətdə zəruri” olmasını müəyyən edən zaman, Avropa Məhkəməsi ümumilikdə ona haqq qazandırmaq üçün gətirilən motivlərin Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin məqsədlərinə uyğun və kifayət olmasını nəzərdən keçirəcək. Şübhəsiz ki, uşağın maraqlarına cavab verən məqamlar bu qəbildən olan hər bir işdə həlledici əhəmiyyət kəsb edir. Konvensiyanın 8-ci maddəsi dövlətdaxili hakimiyyət orqanlarının üzərinə uşaq və valideynlərin maraqları arasında ədalətli tarazlığı müəyyən etmək vəzifəsi qoyur və bu tarazlığın müəyyən edilməsi prosesində xüsusi diqqət uşağın, təbiəti və vacibliyindən asılı olaraq valideynlərin maraqları ilə nisbətdə prioritetə malik ola bilən maraqlarına yetirilməlidir. Xüsusi olaraq, Konvensiyanın 8-ci maddəsinə əsasən valideynə uşağın sağlamlıq və inkişafına zərər yetirə biləcək tədbirlər görmək hüququ verilə bilməz (bax: Zommerfeld Almaniyaya qarşı işi üzrə Qərarı, § 50; Hoppe Almaniyaya qarşı işi üzrə xx.xx.2002-ci il tarixli Qərarı, şikayət № 28422/95, § 49; Görgülü Almaniyaya qarşı işi üzrə Qərarı, § 43). 48.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 7.4-cü bəndində izah etmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 49.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasənməhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 50.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 52.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 53.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 55.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın uşaqların ananın yanında qalması və alimentin tutulması ilə bağlı qismən təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki cavabdeh apellyasiya şikayətində qətnaməni həmin hissələrdə mübahisələndirmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56.Məhkəmə kollegiyası tərəflərin izahatlarını, psixoloqun iştirakı ilə uşağı dinləyib, cavabdeh tərəfindən təqdim olunmuş mülki iş materiallarında olan səs yazısını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 57.Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2021-ci il tarixdə X9 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq ayrılmışlar və birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Uşaqlar faktiki ananın yanında yaşayırlar. Tərəflər hazırkı vəziyyətdə nikahın pozulmasına razıdırlar. 58.Hazırda uşaqların ananın himayəsinə verilməsi ilə razılaşmayan cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçı əxlaqsız hərəkətlərə yol verməklə cinsi azlıqların (lesbian) nümayəndəsidir, iddiaçının psixoloji təsiri altinda olan qızı X4 ondan (cavabdehdən) qorxması və qardaşı ilə birgə anasının yanında qalması barədə verdiyi izahatı məhkəmə araşdırmamış, iş üzrə psixoloq dəvət etmədən, uşağın və ananın psixoloji vəziyyətini yoxlmadan qətnamə qəbul etmişdir. 59.Kollegiya qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 02 avqust 2024-cü il tarixli, №5-18/2-702/2024 saylı rəyində qeyd olunmuşdur ki, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olan və yaşayan Mustafazadə X3 iclasında iştirak edərək bildirmişdir ki, o, fərdi əməklə məşğuldur və praktik sağlamdır (tibbi arayış əlavə olunur). Cavabdeh ikinci dəfə ailə həyatı qurduğunu vurğulayaraq İddiaçı ilə ayrıldıqdan sonra onun himayəsində qalan azyaşlı övladlarının maddi ehtiyaclarının qarşılanması üçün təyin edilmiş alimenti mütəmadi olaraq ödəyə bilmədiyini etiraf etmişdir. Bu müddət ərzində azyaşlı övladları ilə ünsiyyət yaratmağa çalışsa da, qarşı tərəfin müxtəlif bəhanələrlə buna mane olduğunu qeyd edən Cavabdeh onun yaşadığı ünvanı dəyişərək övladlarını ondan gizlətdiyini və uzaqlaşdırmağa çalışdığını diqqətə çatdırmışdır. İddiaçı ana adına ləkə olan hərəkətlərə yol verdiyini (həmcinsi ilə münasibətdə olduğunu), örnək ana olmadığını və övladlarına düzgün tərbiyə vermək iqtidarında olmadığını əsas gətirən Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 özünün himayəsinə verilmələrini Komissiyadan xahiş etmişdir. 60.Rəydən müəyyən olunur ki, Mustafazadə X7 iclasında iştirak edərək bildirmişdir ki, o, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla faktiki ünvan 4 ünvanında azyaşlı övladları ilə birlikdə yaşayır, fərdi əməklə məşğuldur və praktik sağlamdır (tibbi arayış əlavə olunur). Cavabdeh ilə rəsmi şəkildə ayrıldıqdan sonra azyaşlı övladlarının özünün himayəsində qaldıqlarını vurğulayan İddiaçı onların sağlam mühitdə böyümələri üçün lazımi şərait yaratdığını, təlim-tərbiyələri və qayğıları ilə özünün tək məşğul olduğunu qeyd etmişdir. Bu müddət ərzində Cavabdeh azyaşlı övladlarının maddi ehtiyaclarının qarşılanması üçün təyin edilmiş alimenti mütəmadi olaraq ödəmədiyini diqqətə çatdıran İddiaçı onun bir ata kimi övladlarının taleyi ilə maraqlanmadığını, onlarla ünsiyyət yaratmağa cəhd etmədiyini və hətta azyaşlı R.Mustafazadənin doğma atasını tanımadığını da bildirmişdir. Övladlarının özünə çox bağlı olduqlarını əsas gətirən İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 özünün himayəsinə verilmələrini Komissiyadan xahiş etmişdir. 61.Rəydən həmçinin müəyyən olunur ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilmiş tibbi arayışlara əsasən, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 praktik sağlamdırlar (tibbi arayışlar əlavə olunur). M.Mustafazadə 2024-2025-ci tədris ilində Bakı şəhəri, Sabunçu rayonu, 271 saylı tam orta məktəbin 4-cü sinfində təhsil alacaqdır (arayış əlavə olunur).Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən vətəndaş İddiaçı yaşadığı ünvana baxış keçirilmiş, mənzil-məişət vəziyyəti yoxlanılmış və müvafiq akt tərtib edilmişdir (akt əlavə olunur). Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlanan məktuba əsasən, vətəndaş Cavabdeh mənzil-məişət vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir (məktubun surəti və akt əlavə olunur). 62.Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlıların qanunla qorunan hüquq və mənafeyi nəzərə alınaraq, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 İddiaçı himayəsinə verilmələrini məqsədəuyğun hesab etmişdir. 63.Rəyə əlavə edilmiş müayinə aktından görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73cü maddəsinə əsasən, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi R.Əliyeva və Komissiyanın üzvü F Əzizbəylinin iştirakı ilə vətəndaş İddiaçı mənzil-məişət vəziyyətini müayinə etmək məqsədi ilə yaşadığı ünvan 4 ünvanına baxış keçirildi. Baxış zamanı mənzilə dair hüquqi sənəd təqdim edilməmişdir. Vətəndaş İddiaçı Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla faktiki yuxarıda qeyd edilən ünvanda azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. Mənzil 1 qonaq otağı, 2 yataq otağı, mətbəx, hamam və sanitar qovşağından ibarətdir. Evin ümumi sahəsi 60 kv.m. təşkil edir. Mənzildə istilik mərkəzi istilik sistemi vasitəsi ilə təmin olunur. Su, qaz, işıq və kanalizasiya sistemləri yaşayış normalarına cavab verir. Hamam və sanitar qovşağı sanitargigiyena tələblərinə uyğundur. 64.Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, №11/154 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. -xx.xx.2015-ci il təvəllüdlü X8 psixoloji müayinəyə təqdim olunmadığından onunla məhkəmə-psixoloji ekspertizası keçirilməmiş, barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. 65.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 66.Məhkəmə kollegiyasının iclasında psixoloqun iştirakı ilə dindirilən xx.xx.2015-ci il təvəllüdlü X8 bildirdi ki, evin böyük qızıdır, qardaşını çox istəyir, ən çox rəsm dərsini xoşlayır, böyüyəndə ya polis, ya həkim ya da vəkil olmaq istəyir. Dərsləri ilə özü məşğul olur, bilməyəndə anası kömək edir, atasını çox istəmir, anası ilə qalmaq istəyir, çünki atası onsuz da evdə olmur, onlara baxmır, başqa ailəsi var, gecə 3-4-də kafelərdən evə gəlib, həmişə anası ilə dava edib. 67.İş materiallarından göründüyü kimi, cavabdehin dəlillərinin əksinə olaraq, iddiaçı tərəfindən uaqların psixologiyasına hər hansı bir mənfi təsir edəcək amillər müəyyən edilməmişdir. 68.Kollegiya hesab edir ki, uşaqların yaşının az olması, analarına daha çox bağlı olması həm xx.xx.2015-ci il təvəllüdlü X4 öz istəyi, həm də uşaqların qanuni mənafeyi baxımından uşaqların anasının yanında qalmasının məqsədəmüvafiq olması ilə bağlı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi nəzərə alınmaqla məhkəmənin uşaqların ananın yanında qalması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 69.Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X4 izahatından müəyyən olunur ki, Cavabdeh başqa qadınla münasibətinin olması və onun uşağını himayəsinə götürməsi uşaqda öz atasına qarşı küskünlük və istəksizlik yaratmaqla uşaqda atasına qarşı soyuqluq yaratmışdır. 70.Kollegiya qeyd edir ki, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından suiistifadə etməsi və s. Məhkəmə hesab edir ki, qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. 71.İşin halları ilə müəyyən olunur ki, yuxarıda qeyd olunan müstəsna hallar mövcud deyildir. 72.Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericilikdə, istər beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. 73.Azərbaycan Respublikası Ali Məhkəməsinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlardan valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. 74.BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. 75.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onları hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 76.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşarkən, uşaqla bağlı ata və ananın hüquq və vəzifələrinin bərabərliyini, uşaqların üstün mənafeyini əsas götürərək, onların yaşını, valideynləri ilə qarşılıqlı münasibətlərini, tərbiyə və inkişafı üçün şərait yaradılması imkanlarını (valideynlərin fəaliyyət növü, iş rejimi, maddi və ailə vəziyyəti), valideynlərin yaşayış şəraitini xarakterizə edən digər halları, uşağın sağlamlığını, psixi, fiziki və mənəvi inkişafını, onun sağlam vətəndaş kimi böyüməsini, bunları təmin edəcək ana qayğısına ehtiyacının olmasını, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, uşaqların anadan alınması üçün heç bir müstəsna halların olmamasını, uşaqların bir-birindən ayrılmazlığını nəzərə alaraq, uşaqların yaşamaq üçün ananın yanında qalmasını onların mənafeyinə uyğun hesab edir. 77.Hazırki halda cavabdehin uşaqlarına biganə münasibətini xüsusi olaraq nəzərə alan məhkəmə kollegiyası onların qayğısı, təlim-tərbiyəsi və tələbatları ilə ciddi məğul olan anada saxlanılmalarını uşaqların üstün mənafeyinə uyğun hesab edir. 78.Kollegiya həmçinin hesab edir ki, uşaqlar ananın yanında qaldığıdan məhkəmə uşaqların saxlanmsı üçün cavabdehdən aliment tutulması barədə düzgün qənaətə gəlmişdir. 79.Məhkəmə kollegiyası aliment məbləği ilə razılaşmayan cavabdehin gəlirinin az olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin gəlirinin az olması onun bir valideyn kimi övladlarını saxlamaq, qanunvericiliklə nəzərdə tutulmuş minimum dolanacaq xərclərindən az olmayan miqdarda alimenti ödəmək vəzifəsindən azad etmir. 80.Kollegiya, həmçinin qeyd edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 81.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 82.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 83.Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki: 1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 84.Məhkəmə kollegiyası həmçinin Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək cavabdehdən hər ay 50 manat alimentin tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə cavabdehin maddi vəziyyəti və hər ay 386 manat sabit pul miqdarında alimentin tutulması nəzərə alınmaqla ədalətli və qanuni olmuşdur. 85.Kollegiya apellyatorun səs yazısı ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, dinlənilmiş səs yazısında iddiaçı səsin ona məxsus olmasını, müalicəsinin olmaması ilə bağlı sözləri isə cavabdehin ondan ayrılması üçün bildirdiyini qeyd etmişdir. Cavabdeh iddiaçının əxlaqsız həyat tərzi keçirməsi ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. 86.Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(008)-1036/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 87.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 88.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 89.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 90.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları alimentlə bağlı hissədə qismən əsaslı hesab edərək, qətnaməni alimentlə bağlı hissədə dəyişdirilməsi qənaətinə gəlir. 91.Kollegiya hər uşağa görə 193 manat, cəmi 386 manat aliment tutulması hissəsində MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiymətinin 4632 manat olmasını nəzərə alaraq, qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə əsasən həmin hissədə qətnamədən kassasiya şikayəti verilə bilməz. 92.Kollegiya uşaq 3 yaşına çatana kimi 50 manat aliment tutulması hissəsində MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiymətinin 600 manat olmasını nəzərə alaraq, qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə əsasən həmin hissədə qətnamədən kassasiya şikayəti verilə bilməz. 93.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(008)-1036/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən (uşaqların ananın yanında qalması hissəsindən) cavabdeh tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar