Məhkəmə qərarları › İş №2(103)-1615/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1615/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1615/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2N2N-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2N2N-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(NN6)-2243/2N) iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 66NN (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 2NNN-ci il yanvar ayının 2N-də ordudan tərxis olunmuşdur. 2NN5-ci ilin aprel ayından müqavilə üzrə hərbi xidmətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9291-ci TƏAD-nın tank əleyhinə artilleriya batareyasının tağım komandirinin müavini-top komandiri vəzifəsində davam etdirmişdir. İddiaçının sonradan səhhəti ilə əlaqədar çətinliyi yaranmış, hərbi xidmətdən tərxis olunmaq üçün hərbi hissənin rəhbərliyinə müraciət etmişdir. Bundan sonra N saylı hərbi hissə komandirinin N saylı xx.xx.2NN8-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddətinin başa çatması əsası) ilə tərxis olunmuşdur. İddiaçı tərxis olunmağı haqqında əmrin verilməsindən öncə hərbi-həkim komissiyasında müayinədən keçirilmiş və HHK-nın 154 saylı xx.xx.2NN8-ci il tarixli rəyi ilə “praktiki sağlam”, hərbi xidmətə yararlı hesab edilmişdir. Baxmayaraq ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 272 saylı, xx.xx.2N19-cu il tarixli qərarı və xəstəlik tarixi ilə müəyyən olur ki, hərbi xidmət dövründə - xx.xx.2NN6-cı ildən xx.xx.2NN6-cı ilə kimi N saylı hərbi hissədə “hər iki ayaq pəncəsinin epidermofiyitası” diaqnozu ilə, xx.xx.2NN6-cı il tarixdən xx xxxx 2NN6-cı il tarixədək N saylı hərbi hissədə “kəskin diffuz bronxit” diaqnozu ilə, xx.xx.2NN8-ci il tarixdən xx.xx.2NN8-ci il tarixədək N saylı hərbi hissədə “kəskin bronxit” diaqnozu ilə, xx.xx.2NN8-ci il tarixdən 15. N8.2NN8-ci il tarixədək N saylı hərbi hissədə “kəskin bronxit, sol ayağın mikozu” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. İddiaçı 2N19-cu ilin aprel ayında hərbi həkim komissiyasından keçmək üçün Cəlilabad rayon hərbi komissarlığına müraciət etmiş, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında müayinədən keçirilmiş və həmin komissiyanın 272 saylı xx.xx.2N19-cu il tarixli qərarı ilə həmin xəstəliklərdən əziyyət çəkməyi və bu xəstəlikləri hərbi xidmət dövründə almağı müəyyən edilmişdir. Həkim komissiyasının xx xxxx 2N19-cu il tarixli qərarı (rəyi) ilə iddiaçıya İİ qrup əlillik müəyyən olunmuşdur. 2N19-cu il tarixdə iddiaçı cavabdehə müraciət edərək İİ qrup əlillik almağı ilə əlaqədar ona hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 66NN manat məbləğində sığorta ödənişinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya sığorta ödənişini etməkdən imtina etmiş və öz imtinasını sığorta olunana hərbi xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, onun sığorta almaq hüququna malik olması ilə əsaslandırmışdır. Cavabdehin sığorta ödənişini etmək imtinası əsassızdır. Belə ki, əziyyət çəkdiyi, daşıyıcısı olduğu xəstəlikləri hərbi xidmət dövründə almış olsa da, əlillik ona hələ 2NN8-ci ildə təyin olunmalı olduğu halda, ondan asılı olmayan səbəblərdən yalnız 2N19-cu ildə təyin olunmuşdur. Göstərilənlərə əsasən Dövlət Sığorta Kommersiya Şirkətindən 66NN manat sığorta ödənişinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2N19-cu il tarixli arayışdan görünür ki, İddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2N19-cu il tarixli məktubda sığorta ödənişinin verilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1998-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2NNN-ci ildə tərxis olunmuşdur. 2NN5-ci ilin aprel ayından müqavilə üzrə hərbi xidmətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9291ci TƏAD-nın tank əleyhinə artilletriya batareyasının tağım komandirinin müavini – top komandiri vəzifəsində davam etdirmiş və xx.xx.2NN8-ci ildə hərbi xidmətdən tərxis olmuşdur. İddiaçı əlillik dərəcəsini 2N19-cu ildə almışdır. Cavabdehin nümayəndəsi Ə.Mirzəyev məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2N2N-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi sığorta ödənişinin verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş, cavabdehdən iddiaçının xeyrinə 66NN (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin tutulmasını qət etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-5-ci maddələrini rəhbər tutaraq hesab etmişdir ki, 11.NNN manat sığorta məbləğinin 6N faizi, yəni 66NN manat iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin əsas dəlilləri iddiaçının 2NN8-ci ildə hərbi xidmətdən təxris olunmasına baxmayaraq əlillik dərəcəsini 2N19-cu ildə almasından ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apelyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, iddiaçı hərbi xidmət dövründə - xx.xx.2NN6-cı ildən xx.xx.2NN6-cı ilə kimi N saylı hərbi hissədə “hər iki ayaq pəncəsinin epidermofiyitası” diaqnozu ilə, xx.xx.2NN6-cı il tarixdən xx xxxx 2NN6-cı il tarixədək N saylı hərbi hissədə “kəskin diffuz bronxit” diaqnozu ilə, xx.xx.2NN8-ci il tarixdən xx.xx.2NN8-ci il tarixədək N saylı hərbi hissədə “kəskin bronxit” diaqnozu ilə, xx.xx.2NN8-ci il tarixdən 15. N8.2NN8-ci il tarixədək N saylı hərbi hissədə “kəskin bronxit, sol ayağın mikozu” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında müayinədən keçirilmiş və həmin komissiyanın 272 saylı xx.xx.2N19-cu il tarixli qərarı ilə həmin xəstəliklərdən əziyyət çəkməyi və bu xəstəlikləri hərbi xidmət dövründə almağı müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı göstərilən xəstəliklərin nəticəsi olaraq əlil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2N19-cu il tarixli arayışından da məlum olur ki, iddiaçıya təyin edilmiş ikinci qrup əlilliyin səbəbi hərbi xidmət vəzifələrini yerinə yetirməklə ərazi bütövlüyünün müdafiəsi olmuşdur. Sözügedən halları təkzib edən heç bir hal mövcud deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinə nəticəsi, əlillik təyin edilməsi ilə bağlı sənədlər, habelə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında müayinədən keçirilmiş və həmin komissiyanın 272 saylı xx.xx.2N19-cu il tarixli qərarı və iddiaçıya əlilliyin təyin edilməsinə əsas olan bütün sübutlar etibarlıdır, mübahisələndirilməmişdir, onların əsassızlığını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin şikayətdə göstərdiyi hallar yalnız ehtimal xarakterli fikir və mülahizələrdən ibarətdir. Əlilliyin əsası kimi həmin xəstəliklərin hərbi xidmət zamanı yaranması müəyyən edildiyi halda, əlilliyin nə vaxt, yəni bir neçə il sonra təyin edilməsinin heç bir əhəmiyyəti qalmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.N.1, 392, 393, 4N2-4N3, 4N4-4N6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2N2N-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar