Məhkəmə qərarları › İş №2(103)-1616/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1616/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1616/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3423/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri, 58-ci kvartal ünvanında vətəndaş İddiaçı məxsus fərdi yaşayış evi yerləşir. Qeyd olunan daşınmaz əmlak xx.xx.2018-ci il tarixində, bir il müddətinə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri risklərindən sığortalanmışdır. xx.xx.2018-ci il tarixində sözügedən daşınmaz əmlakın yerləşdiyi ərazidə təbii fəlakət hadisəsinin baş verməsi müəyyən olunmuşdur. Baş vermiş sığorta hadisəsi nəticəsində mülkiyyətçiyə 30 000 (otuz min) manat məbləğində zərər dəymişdir. Qeyd olunan hadisə üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məlumat verilmiş, lakin sığorta şirkəti sözügedən sığorta hadisəsinin sığorta təminatına daxil olmaması qənaətinə gəlmişdir. Ona görə də sığorta ödənişinin verilməsi üzrə heç bir tədbir görməmişdir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə 30 000 (otuz min) manat sığorta ödənişi, 20 000 (iyirmi min) manat öhdəliyin icra edilməməsi ilə vurulan zərər, 30 manat dövlət rüsümu, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində, yəni 2000 (iki min) manat məbləğində dəbbə pulu, ümumilikdə 52030 (əlli iki min otuz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3423/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 13.665 (on üç min altı yüz altmış beş) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 13680 (on üç min altı yüz səksən) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatının isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manatın cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia təmin olunmamalıdır. Qanunun tələbinə zidd olaraq vətəndaş İddiaçı baş vermiş hadisə bardə yazılı qaydada filiala müraciət etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15786 saylı xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı Məhəmməd qızına məxsus olan evdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 20/502 saylı arayışa əsasən, xx xxxx 2018-ci il tarixdə İddiaçı Məhəmməd qızma məxsus sahəyə cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə prosesi baş vermiş və nəticədə baxış zamanı həmin yaşayış evində çatlar əmələ gəlmişdir. Bundan belə məlum olur ki, torpağın boşluğu yaşayış evinin konstruktiv elementlərinin çatışmazlığı yaxud bünövrənin düzgün qurulmaması nəticəsində zədələnmişdir. Belə ki, İddiaçı yaşayış evi sığorta hadisəsi nəticəsində zədələnmədiyi üçün ödənişin verilməsi mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Goranboy şəhəri, 58- ci kvartalda yerləşən İddiaçı Məhəmməd qızma məxsus olan fərdi yaşayış evində xx.xx.2018-ci il tarixdə çökmə prosesi baş vermiş və nəticədə həmin yaşayış evində çatlar əmələ gəlmişdir. Lakin Məhkəmə əsassız olaraq hesab etmişdir ki, çökmə prosesi sığorta hadisəsidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh tərəf qeyd edilən hissədə mübahisələndirmiş-dir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3423/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı İddiaçı arasında bağlanmış 01 mart 2018-ci il tarixli, BA № 840625 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müddəti xx.xx.2018- ci il tarixdən xx.xx.2019-cu il tarixədək, sığorta məbləği 15.000 manat, azadolma məbləği isə 150 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə X1 “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil edilmiş X2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “sığorta hadisəsinə dair” arayışda qeyd edilmişdir ki, Goranboy şəhəri, 58-ci kvartal ünvanında vətəndaş İddiaçı məxsus fərdi yaşayış evində xx.xx.2018-ci il tarixdə təbii fəlakət hadisəsinin baş verməsi müəyyən olunmuşdur. Baş vermiş sığorta hadisəsi nəticəsində mülkiyyətçiyə 30.000 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Goranboy rayonu Goranboy şəhər Sülh küçəsi, 58-ci kvartal ərazisinin mühəndisi – geoloji şəraiti haqqında” arayışda qeyd edilmişdir ki, İddiaçı məxsus sahəyə baxış zamanı müəyyən olunmuşdur ki, cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə (oturma) (5,2 x 8,4 m – dərinliyi 3-5 sm) prosesi baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15786 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı Məhəmməd qızına məxsus olan evdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən verilmiş xx.xx.2018- ci il tarixli, 20/502 saylı arayışa əsasən, xx xxxx 2018-ci il tarixdə İddiaçı Məhəmməd qızına məxsus sahəyə cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə prosesi baş vermiş və nəticədə baxış zamanı həmin yaşayış evində çatlar əmələ gəlmişdir. Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı məxsus olan evin bünövrəsi texniki pasportun məlumatlarıma əsasən betondan olduğunu və eləcədə tədqiq olunan yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq texniki pasport verildiyini nəzərə alaraq, həmin yaşayış evin çökməsi və zədələrin yaranması həmin tikilinin inşa edilməsi zamanı tikinti qaydalarına riayət edilməməsi səbəbindən yaranmamışdır.Tədqiq olunan yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 13815 manat məbləğində müəyyən olunur. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İş materialları ilə müəyyən edilmişdir ki, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı Məhəmməd qızına məxsus olan fərdi yaşayış evində xx.xx.2018-ci il tarixdə çökmə prosesi baş vermiş və nəticədə həmin yaşayış evində çatlar əmələ gəlmişdir. Bununla əlaqədar İddiaçı aralarında bağlanmış “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı məxsus yaşayış evinə dəymiş zərərin baş vermiş təbii fəlakət hadisəsinin konkret adı göstərilmədiyindən, həmçinin torpağın boşluğu yaşayış evinin konstruktiv elementlərinin çatışmamazlığı yaxud bünövrənin düzgün qurulmaması nəticəsində zədələndəyini əsas gətirərək, imtina cavabı vermişdir. Halbuki, işin məhkəmə araşdırılması zamanı (təyin edilmiş ekspertiza rəyinə əsasən) müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə İddiaçı Məhəmməd qızına məxsus sahəyə cari il ərzində düşən atmosfer yağıntılarının və texnogen amillərin təsirindən qeyd olunan sahədə çökmə prosesi baş vermiş və nəticədə baxış zamanı həmin yaşayış evində çatlar əmələ gəlmiş, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən İddiaçı məxsus olan evin bünövrəsi texniki pasportun məlumatlarına əsasən betondan olduğunu və eləcədə tədqiq olunan yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq texniki pasport verildiyini nəzərə alaraq, həmin yaşayış evin çökməsi və zədələrin yaranmasının həmin tikilinin inşa edilməsi zamanı tikinti qaydalarına riayət edilməməsi səbəbindən yaranmaması müəyyən edilmişdir. Göründüyü kimi sığorta şirkəti sığortalı İddiaçı məxsus yaşayış evinə dəymiş zərərin həmin evin bünövrəsinin düzgün qurulmaması səbəbindən yarandığını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi (meliorator.az saytına istinadən) zəruri hesab edir ki, torpağın sürüşməsi (çökməsi) dedikdə qruntun tədricən yamac boyunca aşağıya doğru yerini dəyişməsi prosesi başa düşülür. Sürüşmə (çökmə) prosesləri əksər hallarda dağ yamacları, dağ ətəkləri, çay, göl və dəniz sahilləri, iri kanalların yamacları üçün xarakterikdir. Nəticədə, tikililər, qurğular, körpülər, yollar, yaşayış evləri, kanallar və s dağılaraq dövlətə böyük ziyan dəyir. Sürüşmə (çökmə) hallarının baş verməsinin əsas səbəbi kimi, həmin ərazilərdə rütubətin kəskin artması və yüksək olması göstərilir, odur ki, mübarizə tədbirləti kimi yeralti və yerüstü axınlarının nizamlanmasının aparılması gərəkdir. Sürüşməyə (çökməyə) meyilli ərazilərdə suvarma apararkən torpağın ancaq aktiv qatının mənimsəməsi üçün minimum suvarma norması tətbiq etmək lazımdır. Göründüyü kimi iddiaçıya məxsus evin yerləşdiyi ərazidə çökmə prosesinin yaranması halı özündə torpağın sürüşməsi halını ehtiva edir ki, bu hal da “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilir. Belə olan halda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyindən görünür ki, tədqiq olunan yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 13815 manat məbləğində müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Tərəflər arasında bağlanmış 01 mart 2018-ci il tarixli,BA № 840625 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin 4 və 5-ci bəndlərindən görünür ki, daşınmaz əmlakın sığorta məbləği 15.000 manat, azadolma məbləği isə 150 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 13665 manat (13815-150 azad olma məbləği= 13665 manat) sığorta ödənişinin əvəzi alınaraq İddiaçı ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdeh tərəf qeyd etdiklərini təsdiq edəcək hər hansı sübut təqdim edəb bilməməklə yanaşı, iş materialları ilə cavabdehin apelyasiya şikayətində qeyd etdiyi hallar təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3423/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3423/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar