Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1619/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh2, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8 və Cavabdeh4 qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2(005)-1583/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər (Cavabdeh3 və Cavabdeh4) tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı və cavabdeh X11 arasında 29 aprel 1995-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Onların birgə nikahından xx xxxx 1997-ci il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. Cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh4 İddiaçı, cavabdehlər xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh1 isə cavabdeh X6 əvvəlki nikahdan olan övladlarıdır. İddiaçı və cavabdeh X11 arasında bağlanmış rəsmi nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-2596/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Hazırda iddiaçı saxlanması üçün cavabdehlərdən hər ay 3000 manat məbləğində aliment tutulması və “Burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 saxlanmağı üçün hər ay 1500 (min beş yüz) manat, Cavabdeh3 saxlanmağı üçün hər ay 1000 (min) manat və Cavabdeh1 saxlanmağı üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X11 ilə 29 aprel 1995-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə quran dövrdə X6 xx xxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh1 adlı iki azyaşlı uşağı olmuş, ailə qurduqdan sonra da onun uşaqlarını böyüdüb başa çatdırmışdır. Birgə nikahlarından xx xxxx 1997-ci il təvəllüdlü X9 adlı bir qızları da olmuşdur. Yəni Cavabdeh2 və Cavabdeh1 ögey övladları olsa da, onları 1995-ci ildən saxlayıb boya başa çatdırmışdır. Belə ki, cavabdehlərin anası İradə Musayeva ilə 2021-ci ilin ortalarınadək birlikdə yaşamış, uşaqlarını böyütmüş, uşaqların üçünə də xaricdə ali təhsil almağa şərait yaratmış, onlar üçün əlindən gələni etmiş, valideynlik borcunu layiqincə yerinə yetirmişdir. Uşaqların üçü də yetkinlik yaşına çatan kimi onlar üçün bahalı avtomobillər almış, torpaq sahələri almış, onlara mənzillər bağışlamışdır. Birgə nikah dövründə çox saylı mənzillər, qızıl-zinət əşyaları, daş-qaşlar almış, daşınmaz əmlakların bir qismini öz adına, bir qismini isə arvadı X6 adına rəsmiləşdirmişdir. Ürəyində problem olmuş, ürəyinin müalicəsi Bakı şəhərində mümkün olmadığına görə müalicə olunmaq üçün 02 aprel 2019-cu ildə Gürcüstan Respublikasına getmişdir. Orada bir müddət müalicə olunduqdan sonra həkimlər ürəyinin dəyişdirilməsi zərurətinin olmasını bildirmişlər. Ürəyindən əməliyyat olunmaq üçün Belarusiya Respublikasına getmişdir, orada əməliyyat olunduqdan sonra 17 noyabr 2019-cu ildə evə gəlmişdir. Evə gəldikdən sonra isə İradə Musayeva ilə yaşadıqları evdə yaşamağa başlamışdır. Bu dövr ərzində isə X11 uşaqlarla əlbir olub, birgə nikah dövründə əldə etdikləri bütün əmlakları satıb. İradə Musayeva bütün əmlaklarını ələ keçirdikdən sonra 2021-ci ilin ortalarında evdən getmişdir. Bundan sonra uşaqlar da onunla maraqlanmamışdır. X4 məxsus əmlakları saxta etibarnamə əsasında satdığını bilib bu barədə onun barəsində polisə şikayət etmişdir. Onun barəsində CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. 2021-ci ilin ortalarından başlayaraq evdə tək yaşamağa başlamışdır. Uşaqları bir dəfə də olsun onunla maraqlanmır, öz mənəvi borclarını belə yerinə yetirib, bir dəfə də olsun halını soruşmurlar. Bildirmək istəyir ki, böyüdüb başa çatdırdığı uşaqlarının kifayət qədər yüksək gəlirləri var, onların hər birinin adına neçə-neçə daşınmaz əmlakları vardır. Buna baxmayaraq onlar maddi yardım etmir, dərmanlarının alınmasında, saxlanmağında ona köməklik etmirlər. İ qrup əlildir, əmək qabiliyyəti yoxdur və kənar şəxslərin qulluğuna daimi ehtiyacı var. Bu yaşında evdə tək yaşamağı üçün kifayət qədər yüksək məbləğ lazımdır. Belə ki, paltarlarının yuyulmasında, evinin yığışdırılmasında, yeməklərinin bişirilməsində ona köməkçi lazımdır ki, bunun üçün ödəniş etməyə pulu yoxdur. Elə vaxt olur ki, evdə axşam ürəyi tutub, təcili tibbi yardıma zəng vurub çağırmışdır, lakin durub qapını açmağa halı olmamışdır. Mütəmadi müalicəyə ehtiyacı vardır. Bunun üçün bəzi dərmanlar ona dövlət tərəfindən verilsə də, bəzilərini öz pulu ilə alır ki, bu da maddi çətinliklər yaradır. Evin kommunal xərcləri, qaz, elektrik enerjisi, su və lift pulunun verilməsində çətinliklər çəkir. Hal-hazırda dostlarının köməkliyi ilə yaşayır. Bu yaxınlarda burnundan əməliyyat olunmuşdur, həkim böyrəklərindən də əməliyyat edilməyini məsləhət görüb ki, bütün bunlar üçün qayğına qalan şəxs lazımdır. Uşaqları bundan imtina edib, ona köməklik göstərmir. Məhz bütün bu hallar uşaqlarına qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməyə vadar edib. Bu məsələni onlarla mediasiya yolu ilə həll edəcəyini düşünmüşdür. Lakin onlar mediasiyaya da gəlməmişdirlər. Bildirmək istəyir ki, cavabdehlərin mülkiyyətində halhazırda 20 ədədə yaxın daşınmaz əmlak vardır. Yəni əmlakların sayı onların maddi durumunun kifayət qədər yüksək olmasının göstəricisidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əvvəlki vəziyyətində yaşamağı üçün ən azından ona aldığı təqaüddən əlavə 2500-3000 manat məbləğində pul vəsaiti lazımdır ki, evinin yığışdırılması, paltarlarının yuyulması, yeməklərinin bişirilməsi və ona qulluq edilməsi üçün köməkçi götürüb, onun əmək haqqını verə, zəruri olan bütün qidalarını, dərmanlarını, gigiyenik vasitələri ala, evin kommunal xərclərini ödəyə bilsin. Yəni təkcə ona qulluq etməyə görə kənar şəxsə hər ay ən azından 400-800 manat arası pul ödəməlidir. Bu məbləğə gücü çatmadığına görə çox acınacaqlı vəziyətdə yaşayır. Əlilliyə görə cəmi 260 manat məbləğində pensiya alır və aldığı pensiya məbləği indiki halda normal yaşamağına kifayət etmir. Böyüdüb başa çatdırdığı uşaqlar isə şəhərin ən bahalı mənzillərində yaşayıb, ən bahalı avtomobillər sürür, dəb-dəbəli həyat tərzi keçirirlər. Onların maddi durumunun yaxşı olması isə bu ərizəyə əlavə etdiyi sənədlərlə öz təsdiqini tapır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 saxlanmağı üçün hər ay 500 (beş yüz) manat, Cavabdeh2 saxlanmağı üçün hər ay 1500 (min beş yüz) manat və Cavabdeh3 saxlanmağı üçün hər ay 1000 (min) manat məbləğində alimentin tutulub ödənilməsi və “Burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü X11 (ş/v: AA*******, FİN: OYZA9B2, tel: *** *** ** **) və xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh4 (ş/v: AZE ********, tel: *** *** ** **) iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 üçün hər ay 3000 (üç min) manat məbləğində alimentin tutulub ona ödənilməsi və “Burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e- 2(005)-1583/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı saxlanması üçün hər ay Cavabdeh3 100 (yüz) manat, Cavabdeh4 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh4 22 (iyirmi iki) manat, Cavabdeh3 22 (iyirmi iki) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi və qətnamə alimentin tutulması hissədə dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh X11 iddiaçının keçmiş arvadı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 doğma övladları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə ögey övladları olmaqla iddiaçının müxtəlif kateqoriyadan olan ailə üzvləri olduqlarından aliment tələbi üzrə cavabdehlərin hər birinə ayrılıqda münasibət bildirilməlidir, Mübahisənin düzgün həlli üçün yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Hazırki iş materiallarından görünür ki, İddiaçı 61 yaşı vardır. Ona “transplantasiya olunmuş ürəyin olması, Ortotopik ürək transplantasiyasından sonrakı vəziyyət (xx.xx.2019) ürək çatmamazlığı, ürək çatmamazlığı fs-2 Kardiomiopatiya, Dilatasion kardiomipatiya” diaqnozu ilə xx.xx.2020-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. İddiaçının izahatına əsasən ona əlilliyə görə 283 manat pensiya verilir və əlavə 100 manat ödəniş olunur. Həmçinin iddiaçının səhhəti və sağlamlığı ilə bağlı mütəmadi olaraq tibbi yardıma ehtiyacı olmuşdur. Müxtəlif xəstəliklərdən əziyyət çəkmişdir. Belə ki, iddiaçıya 2022-ci il ərzində müxtəlif vaxtlarda “Essensial hipertenziya”, “Nevrasteniya”, “Dəqiqləşdirilməmiş xroniki qastrit, ağrı sindromu ilə”, “Stresə qarşı kəskin reaksiya. Ürək əməliyyatından sonrakı funksional pozğunluq”, “Qeyri-spesifik hipotenziya”, “Stresə qarşı kəskin reaksiya”, “Essensial hipertenziya”, “Essensial hipertenziya. Ürəyin xroniki işemik xəstəliyi”, “Gərginlik tipli baş ağrısı”, “Böyrək sancısı” diaqnozları qoyulmuş, müvafiq tibbi yardım göstərmişdir. Digər tərəfdən iddiaçının doğma övladları Cavabdeh3 (xx.xx.1997-ci il təvəllüdlü) və Cavabdeh4 (xx.xx.1989-cu il təvəllüdlü) hər ikisi yetkinlik yaşına çatmışdırlar və əmək qabiliyyətlidirlər. Cavabdeh3 Türkiyə Respublikasında rezidentura təhsili alır. İddiaçı, qızı Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, ev 4v ünvanında yerləşən 51 saylı mənzili bağışlamışdır. Hazırda Cavabdeh3 adına üç qeyri-yaşayış sahəsi, beş torpaq sahəsi, bir mənzil, bir bağ evi olmaqla cəmi on daşınmaz əmlak qeydə alınmışdır. İddiaçının digər doğma övladı Cavabdeh4 isə aktiv VÖEN statusuna malik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Onun fəaliyyət istiqaməti yük avtomobil nəqliyyatının fəaliyyətidir. Adına bir daşınmaz əmlak və iki nəqliyyat vasitəsi qeydə alınmışdır. Himayəsində xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Göründüyü kimi iddiaçı pensiya alır, adına daşınar və daşınmaz əmlakı vardır. Bununla belə məhkəmə iddiaçının doğma övladları olan Cavabdeh3 və Cavabdeh4 ailə, maddi və əmlak vəziyyətlərini, onların valideynlərinin saxlanması üçün zəruri vəsaitə malik olmalarını, bununla yanaşı iddiaçının səhhətini və sağlamlıq vəziyyətini, ürək transplantasiyası növündə ağır əməliyyat keçirməsini, hazırda İ qrup əlil olmaqla əmək qabiliyyətinin olmamasını, kənar şəxsin qulluğuna ehtiyacı olmasını, ona əvvəllər də belə bir kənar qulluq göstərilməsi barədə tərəflərin izahatlarını, habelə valideynlərinə hörmət etmək və onun qayğısına qalmağın cavabdehlərin Azərbaycan Respublikası Konstutisiyası ilə nəzərdə tutulmuş borcu olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində aliment tutulması mümkündür. Məhkəmə 2023-cü il üçün ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu nəzərə alaraq, cavabdehlərin hər birindən hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə daxil olduğu həmin tarixdən başlanmalıdır. Bundan başqa iddiaçı əmək qabiliyyətsizdir. Ona 1-ci qrup əlilliyə görə 200 manat pensiya müəyyən edilmişdir. Adına daşınar və daşınmaz əmlaklar qeydə alınmışdır. Aliment tələb edilən cavabdeh X11 isə iddiaçının keçmiş arvadıdır. Onlar arasındakı nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-2596/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh X11 xx.xx.1964-cü il təvəllüdlüdür. Onun adına hər hansı bir daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. “Xəyalə-A” firmasında mühasib vəzifəsində işləyir və əmək haqqı 480 manatdır. Həmçinin İ qrup əlildir. Əlilliyə görə 100 manat pensiya alır. Göründüyü kimi cavabdeh X11 özü də İ qrup əlildir, iddiaçıdan fərqli olaraq onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə iddiaçının və cavabdeh X6 maddi və əmlak vəziyyətini, iddiaçının xeyrinə onun doğma övladlarından hər ay aliment tutulması barədə tələbinin qismən (hər ay cəmi 200 manat) təmin edilməsini də nəzərə alaraq, iddiaçının saxlanması üçün övladları ilə yanaşı onun keçmiş arvadı X5 da aliment tutulmasını mümkün hesab etməmişdir. İddiaçı həmçinin Cavabdeh1 və Cavabdeh2 aliment tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçının keçmiş arvadı X6 əvvəlki nikahından olan övladlarıdır. Cavabdehlər iddiaçının ögey qızı və ögey oğludur. Qanunvericiliyə əsasən, ögey ata aşağıdakı hallarda əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilər: iddiaçı əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxs olmalı, oğul və qızlarını tərbiyə etmiş (saxlamış) olmalı və özünün yetkinlik yaşına çatan övladlarından və ya arvadından saxlanmaq üçün maddi yardım ala bilməməlidir. Göründüyü kimi ögey övladlardan aliment tutulması üçün qeyd olunan şərtlərin sadəcə biri deyil, hər biri olmalıdır. İş materiallarından görünür ki, cavabdehlərin hər ikisi ailəlidir. Cavabdeh1 bir yetkinlik yaşına çatmamış övladı, Cavabdeh2 isə xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Hazırki iş üzrə iddiaçı doğma övladlarından da aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, onun tələbi doğma övladlarına münasibətdə qismən təmin edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı özünün yetkinlik yaşına çatan övladlarından maddi yardım ala bildiyindən, onun həmçinin ögey övladlarından aliment tutulması barədə iddiasının təmin edilməsi qanunauyğun deyildir. Bununla yanaşı iddiaçı “burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əməliyyat olması təklikdə bu əməliyyat xərclərinin yetkinlik yaşına çatmış övladlardan tutulması üçün əsas təşkil etmir. Belə ki, iddiaçı burun tənəfüssünün hər iki tərəfdən çətinləşməsi, burun dəliklərinin darlığı şikayətləri ilə müəssisəyə müraciət etmişdir. Onun şikayəti üzrə müəssisə tərəfindən əməliyyat olunmuşdur. Bununla belə, iş materiallarından qeyd olunan əməliyyatın iddiaçının sağlamlığı üçün zəruri olması, bu əməliyyatın həyata keçirilmədiyi təqdirdə iddiaçının sağlamlığında kəskin problemlər, ağır xəstəliklər yarada bilməsi müəyyən olunmur. Əksinə “Avrasiya Hospital” tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, müayinələr zamanı xəstənin vəziyyətində və sağlamlığında (xüsusilə də nəfəsalma prosesində və ağciyərdə) hər hansı bir qeyri-adi hal müəyyən olunmamışdır. Belə ki, onun huşu aydın, ümumi vəziyyəti kafi olmuşdur. Dəri və görünən selikli qişa adi rəngdə olmuşdur. İddiaçı nəfəsalmasında problem olması şikayəti ilə daxil olsa da, aparılmış laborator və instrumental müayinələr zamanı “burun ucunun rekonstruktiyası” əməliyyatına ehtiyac olması qeyd edilməmişdir. Həmçinin müayinələr zamanı müəyyən olunmuşdur ki, traxeya orta xətdədir. Hər iki ağciyərin havalanması təbiidir. Hər iki ağciyərdə ocaqlıihtihablı kölgəlik qeyd olunmur. Ağciyər şəkli normaldır. Köklərin quruluşu norma daxilindədir. Ürək və aorta vəziyyəti, forması və hüdudları norma daxilindədir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ağırlaşma olmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3, 82.4, 83.1, 85.1, 85.1.1-85.1.4, 86, 92.1, 100.2-ci maddələrinə eləcə də “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qanununa və «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı və cavabdehlər (Cavabdeh3 və Cavabdeh4) tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri vermişlər. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının burnundan əməliyyat edilməsi üçün çəkdiyi xərcə münasibətdə məhkəmə buna bir zərurətin olmamasını göstərib, iddianı bu hissədə də rədd etmişdir. Bununla əlaqədar qeyd edir ki, məhz nəfəs almaqda çətinlik çəkməsi iddiaçının bu əməliyyatı keçirməsinə məcbur etmişdir. Belə hesab edir ki, insan üçün nəfəs almağın çətinləşməsi onun əməliyyat edilməsi üçün zəruri olan bir əsasdır və məhkəmə bu əməliyyatın zəruri olmamasını əsas gətirib iddianı bu hissədə rədd etməkdə haqlı olmamışdır. İddiaçının maddi yardıma ehtiyacının olması onun aldığı təqaüdün məbləği, onun İ qrup əlil olması, kənar şəxslərin qayğısına ehtiyacının olması barədə sübutlarla təsdiq edilir. Ona görə də belə hesab edir ki, onun övladları iddiaçını saxlamağa borcludurlar. Yəni məhkəmə övladlardan hər birindən tutulan alimentin məbləğini müəyyən edərkən onların maddi vəziyyətini müəyyən etməli idi. Şəxsin mülkiyyətində 10-dan çox daşınmaz əmlakın olması artıq onun maddi vəziyyətinin yüksək olması anlamına gəlməyə əsas verir. Cavabdehlərin isə mülkiyyətində kifayət qədər daşınmaz əmlaklar vardır və onların öz övladlıq vəzifəsini həyata keçirmək üçün maddi problemləri deyil, məhz mənəvi problemləri vardır ki, məhkəmə bu halı, niyə onların öz atalarına baxmamalarının səbəbini araşdırmalı, bu hala qiymət verməli idi. Hətta iş materialarından da görünür ki, cavabdehlərin mülkiyyətində olan əmlakların bir çoxu iddiaçı tərəfindən onlara hədiyyə edilmişdir. İndi niyə cavabdehlər iddiaçının maddi ehtiyaclarını yüksək səviyyədə ödəməməlidirlər. Belə hesab edir ki, bütün bu hallara məhkəmə obyektiv qiymət verməmiş, övladlardan bir xəstə, qoca adam üçün nəzərdə tutula biləcək ən aşağı həddə aliment tutulmalı olması qənaətinə gəlmişdir. Cavabdehlər iddiaçının “Burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 manat məbləğində pul vəsaitinin də əlavə xərc kimi ona ödəməyə borcludurlar. Bu halda əlavə xərcin hansı dərəcədə zəruri olması xüsusi əhəmiyyət kəsb etmir. Hər bir kəs kimi iddiaçının da öz sağlamlığının qayğısına qalmaq hüququ var və o yaxşı nəfəs ala bilmədiyinə görə burnundan əməliyyat etdirmiş və bunun üçün isə 2500 manat xərc çəkmişdir. Bundan başqa qanunverici ögey övladların da ögey valideynlərinə baxmaq vəzifəsini müəyyən etmişdir. Lakin burada əsas şərt kimi valideynin yardıma ehtiyacının olması, ögey valideynin ögey övladlarını tərbiyə etmələri və ya saxlamaları və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilməməsi nəzərdə tutulur. İddiaçının İ qrup əlil olması, kənar şəxslərin köməyinə ehtiyacının olması, heç bir yerdə işləməməsi rəsmi sübutlarla təsdiq edilir. Onun ögey övladlarını tərbiyə etməsi və saxlaması cavabdehlərin etirafı, öz mənzillərini cavabdehlərə bağışlaması ilə sübuta yetir. İddiaçının özünün yetkinlik yaşına çatan övladlarından və arvadından saxlanmaq üçün maddi yardımala bilməməsi də işin mübahisə edilməyən halıdır. Yəni bunu cavabdehlər də etiraf edirlər ki, iddiaçının doğma övladları ona heç bir naddi yardım etmir. Belə olduqda isə məhkəmə bu hissədə də iddianı rədd etməkdə haqlı olmamışdır. Eyni zamanda iddiaçı məhkəməyə onun əmlaklarının öz övladlarına bağışlanması barədə məlumatları təqdim edirsə, məhkəmə bu halları araşdırmalı, cavabdehin həmin sənədlərə və tələbin əsaslandığı hallara münasibətini öyrənməlidir. Lakin birinci instansiya məhkəməsi bu halların aydınlaşdırılması üçün cavabdehə bir sual belə verməmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin - iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instaniyası məhkəməsi tərəfindən işə baxılarkən iddianın təmin olunması hissəsində maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cımaddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, hazırkı işdən İddiaçı əmək qabiliyyətinin olmaması müəyyən olunsa da (halbuki bu hal da şübhəlidir (“instagram” səhifəsində kosmosa uçmağa hazır olduğunu bildirir), lakin aliment almaq hüququnun yaranması əsasının birinci şərti olan “maddi yardıma ehtiyac olması” şərti müəyyən olunmur. Əksinə, iş materiallarına əlavə olunuş sənədlərlə müəyyən olunur ki, İddiaçı kifayət qədər maddi imkana, qazanca, mal və mülkə sahibdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə İddiaçıla keçmiş həyat yoldaşı İradə Musayevanın birgə nikahları dövründə əldə etdikləri Bakı şəhəri, Ağa Neymətulla küçəsi, 79 saylı evin 33 saylə mənzilinin satışından İddiaçı evin satış dəyəri olan 270.000 manatın yarısı 135.000 manat pul ödənilmişdir. Bundan başqa iş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi ilə müəyyən olunur ki, xx.xx.2022-ci ildə İddiaçı puldan əlavə ünvan 1 ünvanda yerləşən mənzil verilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərlə və İddiaçı öz təsdiqi ilə müəyyən olunur ki, iddiaçı əlilliyə görə 283 manat (son artımlar nəzərə alınmadan), qulluğa görə isə 100 manat pul alır. Əlavə olaraq iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı mülkiyyətində həm daşınmaz, həm də avtomobil də olmaqla daşınar əmlakları vardır. İş materialları ilə eləcə də müəyyən olunur ki, Türkiyə Respublikası Çanakkale Onsekiz Mart Universiteti X14 Fakültəsi Dekanlığı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla fakültənin X17, Dəri-Zöhrəvi Xəstəlikləri ixtisası üzrə rezidentura təhsili alan tələbə tədqiqatçı həkim Cavabdeh3 fakültədə xx.xx.2022-ci il tarixindən etibarən təhsil alır. Rezidentura təhsilini başa vurma tarixi xx.xx.2026-cı il (təhsil müddəti 4 il) olaraq müəyyənləşdirilmişdir.Yəni Cavabdeh3 tələbədir. Bundan başqa, baxmayaraq ki, Cavabdeh4 “VÖEN” statusuna malik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması göstərilmişdir, onun gəlirinin olması müəyyən edilməmişdir. Yəni məhkəmə maddi imkanı olan şəxsə maddi imkanı olmayan şəxsdən aliment tutmuşdur. Göstərilənlərdən savayı işə baxmış məhkəmə alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasını qət edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinin 3-5 bəndlərinin tələblərini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Z.Məmmədov və cavabdehlərin nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 92.1. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, keçmiş ərin (arvadın) 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qanununun 1-ci bəndinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
«Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, ilk öncə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iddiaçının tələbləri - cavabdehlərdən saxlanması üçün aliment tutulması və əməliyyat üçün ödənilmiş məbləğin cavabdehlərdən alınaraq ona ödənilməsi olmaqla iki hissədən ibarətdir. Məhkəmə kollegiyası iddia tələbinin – aliment tutulması hissəsinə münasibətdə qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərin mənafelərinin təmin edilməsindən, həmin valideynlərin saxlanmasında könüllü iştirak etməyən övladların onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Yetkinlik yaşına çatmış övladın valideynlərini saxlamaq vəzifəsinin yaranması üçün valideynin əmək qabiliyyətinin olmamalı və onun maddi yardıma ehtiyacı olmalıdır. İşin faktiki hallarından iddiaçının əmək qabiliyyətinin olmaması eləcə də maddi yardıma ehtiyacının olması mübahisəsiz olaraq müəyyən edilir. Bununla belə iddia tələbi həmin hissədə qismən əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, alimentin məbləğinin müəyyən edilməsi üçün yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı pensiya alır, adına daşınar və daşınmaz əmlakı vardır. Bununla belə iddiaçının doğma övladları olan Cavabdeh3 və Cavabdeh4 ailə, maddi və əmlak vəziyyətlərini, onların valideynlərinin saxlanması üçün zəruri vəsaitə malik olmalarını, bununla yanaşı iddiaçının səhhətini və sağlamlıq vəziyyətini, ürək transplantasiyası növündə ağır əməliyyat keçirməsini, hazırda İ qrup əlil olmaqla əmək qabiliyyətinin olmamasını, kənar şəxsin qulluğuna ehtiyacı olmasını, ona əvvəllər də belə bir kənar qulluq göstərilməsi barədə tərəflərin izahatlarını, habelə valideynlərinə hörmət etmək və onun qayğısına qalmağın cavabdehlərin Azərbaycan Respublikası Konstutisiyası ilə nəzərdə tutulmuş borcu olmasını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlərdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində aliment tutulması mümkündür. Həmçinin 2023-cü il üçün ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu nəzərə alaraq, birinci instansiya məhkəməsi cavabdehlərin hər birindən hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İddiaçı apellyasiya şikayətində həmin məbləği mübahisələndirsə də işin faktiki halları, yəni məhz hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alındıqda birinci instansiya məhkəməsinin alimentin məbləğinə münasibətdə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddiaçının maddi yardıma ehtiyacı olsa da işin faktiki halları ilə ona təyin edilmiş alimentin məbləğinin daha yüksək müəyyən edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci istansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği hər iki tərəfin maddi və ailə vəziyyətinə uyğun olmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi cavabdeh X11 özü də birinci qrup əlildir, iddiaçıdan fərqli olaraq onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçının və cavabdeh X6 maddi və əmlak vəziyyətini, iddiaçının xeyrinə onun doğma övladlarından hər ay aliment tutulması barədə tələbinin qismən (hər ay cəmi 200 manat) təmin edilməsini də nəzərə alaraq, iddiaçının saxlanması üçün övladları ilə yanaşı onun keçmiş arvadı X5 da aliment tutulmasını mümkün hesab etməməsi barədə nəticəsi düzgün olmuşdur. Bununla yanaşı iddiaçı ögey övladlarına münasibətdə apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ögey övladlarını tərbiyə etmiş və onları saxlaması cavabdehlərin etirafları ilə müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının ögey övladlarına münasibətdə onları saxlaması eləcə də tərbiyə etməsi mübahisəsiz olsa da məhz işin faktiki halları, yəni həmin cavabdehlərin hər ikisinin ailəli olması - Cavabdeh1 bir yetkinlik yaşına çatmamış övladı, Cavabdeh2 isə xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı övladının olması, eləcə də iddiaçının tələbinin doğma övladlarına münasibətdə qismən təmin edilməsi kimi hallar nəzərə alınmaqla birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı özünün yetkinlik yaşına çatan övladlarından maddi yardım ala bildiyindən, onun həmçinin ögey övladlarından aliment tutulması barədə iddiasının təmin edilməsi qanunauyğun deyildir. Bununla yanaşı iddiaçı burun ucunun rekonstruktiyası əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin qeyd olunan hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissədə iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, burun tənəfüssünün çətinləşməsi təbii ki hər bir insanın sağlamlığı üçün mühüm amildir, lakin hazırki vəziyyətdə iddiaçı nəfəsalmasında problem olması şikayəti ilə müvafiq müəssisəyə daxil olsa da, aparılmış laborator və instrumental müayinələr zamanı “burun ucunun rekonstruktiyası” əməliyyatına ehtiyac olması qeyd edilməmişdir. Həmçinin müayinələr zamanı müəyyən olunmuşdur ki, traxeya orta xətdədir. Hər iki ağciyərin havalanması təbiidir. Hər iki ağciyərdə ocaqlı-ihtihablı kölgəlik qeyd olunmur. Ağciyər şəkli normaldır. Köklərin quruluşu norma daxilindədir. Ürək və aorta vəziyyəti, forması və hüdudları norma daxilindədir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ağırlaşma olmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, hazırki dönəmdə qeyd edilən əməliyyatların dövlət hesabına tibb müəssislərində həyata keçirilməsi mümkün olduğu halda, iddiaçının öz təşəbbüsü ilə könüllü olaraq özəl klinikda bu əməliyyata keçirməsi, bunun üçün ödənilmiş vəsaitlərin cavabdehlərdən tutulmasının mütləq olmasını təsbit etmir. Məhkəmə kollegiyasının son iclasında iddiaçının nümayəndəsi-vəkili tərəfindən məhkəmə kollegiyasına “Avrasiya Hospital” tərəfindən verilmiş 017 saylı xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Həmin arayışdan görünür ki, həqiqətən iddiaçı tənəffüs almağa çətinlik çəkdiyi üçün onun burnunda 16 fevral 2023-cü il tarixdə “Burun ucunun rekonstruksiyası, Konxo RF, Konxa bullozanın ləğvi” cərrahiyə əməliyyatı aparılmışdır. Həmin əməliyyat onun səhhəti üçün zəruri olmuş, əməliyyat uğurla icra edilərək, əməliyyatdan sonra onun tənəffüs alması normallaşmışdır. Məhkəmə kollegiyası təqdim edilən arayışla bağlı qeyd edir ki, sözügedən arayış birinci instansiya məhkəməsinə sübut kimi təqdim edilməmiş, xx.xx.2024-cü il tarixli arayış apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiya məhkəməsində yalnız yeni sübutlar o halda qəbul edilir ki, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olmadığı əsaslandırılsın. Lakin işin hallarından və arayışın məzmunundan da aydın görünür ki, bu arayışın təqdim edilməsinin mümkünsüzlüyü sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, “burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası iddiaçının tələbləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd edilənlər birinci instansiya məhkəməsinin qətnaməsini ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eləcə də iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehlərin (doğma övladların) iddianın əsassız olmasına dair göstərdikləri mahiyyəti üzrə qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas olmamaqla şikayət müəlliflərinin mülahizələrində ibarətdir. Birinci instansiya məhkəməsi cavabdehlərə münasibətdə göstərilən nəticələrə gələrkən Ailə Məcəlləsinin 82-ci maddənin tələblərini işin halları baxımından nəzərə almaqla hazırki mübahisəyə tətbiq etmişdir və alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasını qət edilməsi qeyd edilən normanın deyil, 100.2-ci maddəsinin tələbləri baxımından düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e- 2(005)-1583/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə