Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1625/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3232/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb Müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin 2(004)-3232/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti elektron qaydada verilsə də, qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-in 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, Məcəllənin 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. İddiaçı tərəf isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Belə ki, iddiaçı şikayətini Əlavə 2-də nəzərdə tutulmuş qrafalara uyğun tərtib etməmiş və əsaslandırmamış, hətta şikayətinin ortasına “buraxılmış müddətin bərpası haqqında ərizə” yerləşdirmişdir. Misal üçün qeyd etmək olar ki, Əlavə 2-də 6-cı bənddə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçı isə şikayətində Əlavə 2-nin 6-cı bəndini (“Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”) ümumiyyətlə göstərməmiş, şikayətin 7-ci bəndində isə (“Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”) bir cümlə olaraq - “Məhkəmə isə təqdim edilmiş sübutlara nəinki düzgün qiymət verməyib, hətta onlara münasibət belə bildiməyib” kimi qeyd etmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Yasamal Rayon Məhkəməsinin 2(004)-3232/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1625/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1625/2023
23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver