Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1629/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı "xxxx" ASC – Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20133,17 manat sığorta ödənişi məbləğinin və 150,40 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Xətai rayonu, Nobel prospekti ünvanında “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtokasko risklərindən sığortalanmış “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən X6 hadisənin baş verməsində təqsirli bilinmişdir. “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 25375,25 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən “X4” MMC-nin "xxxx" QSC-dəki hesabına ödənilmişdir. “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti tərəfindən icbari qaydada sığortalanmışdır. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş sığortaçının hər bir hadisə üzrə əmlaka dəymiş zərərlə bağlı öhdəlik həddi qanunla 5,000 manat məbləğində müəyyən edildiyindən "xxxx" Sığorta Şirkəti tərəfindən sığorta ödənişi hər bir mütənasiblik tətbiq edilməklə hesablanmışdır. 4941,58 manat məbləğində sığorta ödənişi "xxxx" Sığorta Şirkəti tərəfindən iddiaçının hesabına ödənilmişdir. “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur.
3. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü də qeyd olunan tarixdə inzibati xəta hadisəsi törətmiş və barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər həmin avtomobilin sürücüsünün təqsirli hərəkəti nəticəsində vurulmuşdur ki, belə olan halda avtomobilə dəymiş zərərə görə cavabdeh hər hansı bir məsuliyyət daşımır. İddiaçı ərizəsində “Mercedes Benz S 35 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləğinin 25375,25 manat məbləğində olduğunu qeyd etmişdir. Qeyd olunan məbləğ həqiqəti əks etdirmir. Bu baxımdan hesab edilir ki, zərərin müəyyənləşdirilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməlidir
4. Səbail Rayon Məhkəməsinin 2(009)-1613/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 6274,21 (altı min iki yüz yetmiş dörd manat, iyirmi bir qəpik) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 75 manat məbləğində hissəsinin Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. İddiaçı və cavabdeh qətanamədən apellyasiya şikayətləri vermiş, hər iki şikayətdə digər xüsusatlarla yanaşı iş üzrə təkrar ekspertiza keçirilməsi xahiş edilmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iş materiallarında həm "xxxx" ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmış “Mercedes Benz S350D minik” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol, həm də Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərar vardır. Lakin sığorta ödənişinin verilməsinə əsas olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” (forma 4) yalnız Cavabdeh barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin xx.xx.2021-ci il tarixli, 046-24329 saylı məktubunda yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz S350D minik” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində son zərurət həddini aşmanın olmadığı bildirilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr2022ci il tarixli, 9/6124 saylı ekspert rəyi alınmışdır və həmin rəydə ekspert qanunvericiliyin tələblərini pozaraq köhnəlmə əmsalını da nəzərə almışdır ki, qanunvericiliyə əsasən köhnəlmə əmsalı yalnız müqavilədə nəzərdə tutulduğu halda nəzərə alınmalıdır. “Mercedes Benz S350D minik” markalı, 10AS 258 dövlətnömrə nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixli sığorta müqaviləsində köhnəlmə əmsalının nəzərə alınması barədərazılaşma yoxdur. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamaqla iş üzrə təkrar komisyon məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsinə dair əsaslı vəsatətlərini təmin etməməklə qanunvericiliyin tələblərini pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin sığortalı avtomobilin hadisə nəticəsində zədələnmiş və dəyişilməli olan ehtiyat hissələrinin dəyərinə köhnəlmə əmsalı ümumiyyətlə tətbiq edilməli deyil, çünki sığorta qaydalarının yuxarıda qeyd edilən bəndlərinə əsasən köhnəlmə əmsalı yalnız istismar müddəti 2 ildən artıq olan nəqliyyat vasitələrinin sığorta hadisəsi nəticəsində zədələnmiş və dəyişilməli olan ehtiyyat hissələrinə və yalnız sığorta müqaviləsi (şəhadətnaməsi) ilə şərtləndirildiyi halda tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, bildirmişdir ki, əvvəla Cavabdeh idarə etdiyi avtomobillə “Mersedes Benz S350D minik” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobil bir-biri toqquşmamış, ikinci avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün manevr qaydalarını pozaraq səkiyə çırpılmışdır. Bununla bağlı "Mersedes Benz S350D minik" markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də qeyd olunan tarixdə inzibati xəta hadisəsi törətmiş və barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra xx.xx.2021- ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla "Mersedes Benz S350D minik" markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Belə olan halda aydın olur ki, “Mersedes Benz S350D minik” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər həmin avtomobilin sürücüsünün təqsirli hərəkəti nəticəsində vurulmuşdur ki, belə olan halda avtomobilə dəymiş zərərə görə o, hər hansı bir məsuliyyət daşımır. Ona görə də iddia tələbi ona münasibətdə bütünlüklə rədd edilməli idi. Əvvəla yuxarıda da qeyd edildiyi kimi “Mersedes Benz S350D minik” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edildiyindən, iddia tələbi bütünlüklə rədd edilməli idi. Ancaq hər bir halda birinci instansiya məhkəməsi hesab edirdisə ki, sığorta ödənişinin yarı hissəsi cavabdehdən tutulmalıdır, onda 17.490 manat məbləğində zərər əvvəlcə yarı bölünməli, daha sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-yə ödənilmiş 4941,58 manat məbləğində sığorta ödənişi həmin məbləğdən çıxılmalı idi. ((17.490 : 2) - 4941,58 = 8745 - 4941,58 = 3803,42). Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Sözügedən ekspertiza təyin edilməsi barədə qərardad əsasında verilmiş ekspert rəyi əsassız olduğundan, onun tərəfindən müvafiq vəsatət verilərək, hazırkı mülki iş üzrə əlavə kompleks məhkəmə avtotexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi xahiş olunmuşdur. Lakin işə baxan birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan qanunvericilik normalarının tələbləri də pozulmuş, əsassız olaraq vəsatəti təmin edilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İ.Xəlilov apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini bildirərək iş üzrə komisyon ekspertizası keçirilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Məmmədov apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi:
10. Mülki iş materiallarında olan:
11. DYPİ-nin xx.xx.2021-ci il tarixli arayışının TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
12. TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.
13. 14.07.2021-ci il tarixli Sığorta aktının və xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığının surətlərindən görünür ki, “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobil “avtokasko” növündə "xxxx" ASC tərəfindən sığortalanmış və dəymiş zərərin əvəzi olaraq sığorta şirkəti tərəfindən 25375,25 manat məbləğində sığorta ödənişi edilmişdir.
14. xx.xx.2021 tarixli Sığorta aktının surətindən görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına 4941,58 manat sığorta ödənişi edilmişdir.
15. xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktının surətindən görünür ki, “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 25375,25 manat məbləğində qiymətləndirilmişdir.
16. AD № 294290 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı, ** RB *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1629/2023 nömrəli, xx.xx.2023-cü il tarixli təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “Mercedes Benz” S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur.
18. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2694 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz S350” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17490,0 manat müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülkü Məcəlləsi:
19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
20. Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun.
21. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
22. Maddə 936.2. Faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
23. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
24. Maddə 1096. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi
27. 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»
28. Bənd 12. Sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir.
29. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli, Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” Tətbiq edilən prosessual hüquq normaları:
30. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
40. 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.
43. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin xx.xx.2021-ci il tarixli, 046-24329 saylı məktubunda yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz S350D minik” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində son zərurət həddini aşmanın olmadığı bildirilmişdir. İddiaçı həmin məktub istinad edərək, S.Hümbətovun təqsirli olmadığını bildirir.
44. Mülki iş materiallarında olan TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir (i/v 58). Qeyd edilən qərar mübahisələndirilməmiş, hazırda qüvvədədir, demək ki, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin xx.xx.2021-ci il tarixli, 046- 24329 saylı məktubuna əsasən, S.Hümbətovun təqsirli olmaması barədə dəlili əsassızdır.
45. Məhkəmə Kolegiyası iddiaçının iş üzrə təkrar komisyon ekspertiza keçirilməsi barədə dəlili üzrə qeyd edir ki, məhz iddiaçının vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1629/2023 nömrəli, xx.xx.2023-cü il tarixli təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “Mercedes Benz” S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur.
46. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2694 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz S350” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17490,0 manat müəyyən edilir.
47. Ekspert rəyindən göründüyü kimi, iddiaçının ilkin vəsatəti əsasında təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, lakin onun şikayətinin dəlilləri, yəni dəymiş ziyanın məbləğinin rayon məhkəməsində müəyyən olunmuş məbləğdən çox olması ilə bağlı dəlili təsdiq edilməmişdir.
48. Eyni zamanda, iddiaçının şikayətində ekspertlər tərəfindən zərərin məbləği müəyyən olunarkən avtomobilə köhnəlmə əmsalının tətbiq edilməsinin əsassız olması barədəki dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 35.1-ci maddəsinə görə, sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Göründüyü kimi, iddiaçının istinad etdiyi həmin Qaydalar sığorta şirkətləri tərəfindən sığorta ödənişinin həyata keçirilməsi zamanı yaranan münasibətlərə aid olmqala, zərər vuran şəxslərdən vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı münasibətlərə aid edilə bilməz.
49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə onun məsuliyyət daşımaması barədə dəlili üzrə qeyd edir ki, mülki iş materiallarında olan TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz S 350 D” minik markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir, demək ki, onun həmin dəlili aşkar əsassızdır.
50. Cavabdehin apellyasiya şikayətinin digər dəlili iş üzrə əlavə əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə bağlıdır ki, işə apellyasiya qaydasında baxılarkən təkrar ekspertiza keçirilmişdir (bənd 45-46).
51. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, müəyyən olunmuş 17.490 manat məbləğində zərər tərəflərin hər ikisinin təqsirli olması səbəbindən əvvəlcə yarı bölünməli, daha sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, məhz onun üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasına görə "xxxx" ASC-yə ödənilmiş 4941,58 manat məbləğində sığorta ödənişi ona aid həmin məbləğdən çıxılmalı idi ((17.490 : 2) - 4941,58 = 8745 - 4941,58 = 3803,42)
52. Kollegiya cavabdehin şikayətinin həmin dəlili ilə razılaşaraq qeyd edir ki, mülki iş materialları ilə məlum olur ki, xx.xx.2021 tarixli Sığorta aktına əsasən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına Cavabdeh üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasına görə 4941,58 manat sığorta ödənişi edilmişdir.
53. Belə olan halda, cavabdehin qeyd etdiyi kimi, hadisə nəticəsində müəyyən olunmuş 17.490 manat məbləğində zərərin ortaya çıxmasında hər iki tərəfin təsirli olması əsasına görə, ilkin olaraq həmin məbləğ yarı bölünməli, daha sonra isə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasına görə "xxxx" ASC-yə ödənilmiş 4941,58 manat məbləğində sığorta ödənişi cavabdehə aid olan hissədən çıxılmalı olsa da, işə baxmış rayon məhkəməsi bu xüsusatı nəzərə almamışdır.
54. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, qətnamə cavabdehdən dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq tutulan pul vəsaitinin məbləği hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ ((17.490 : 2) - 4941,58 = 8745 - 4941,58 = 3803,42) 3803,42 manat müəyyən edilməlidir. Nəticə:
55. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən sığorta ödənişinə görə tutulan məbləğ 3803,42 (üç min səkkiz yüz üç manat qırx iki qəpik) manat müəyyən edilməli, qətnamə onun şikayətinə əsasən qalan mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
56. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməli, ekspertiza xərci cavabdehdən tutulmalıdır.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı pul vəsaitinin məbləği 3803,42 (üç min səkkiz yüz üç manat qırx iki qəpik) manat müəyyən edilsin. Qətnamə onun şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov