Məhkəmə qərarları › İş №2(103)-1651/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1651/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1651/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1550/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinə görə 2500 manat, həmin ödənişin gecikdirilməsinə görə 422,50 manat dəbbə pulunun və dövlət rüsumuna görə 30 manat pul vəsairinin, cəmi 2952,50 manat pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutulub İddiaçı2, sığorta ödənişinə görə 2500 manat, həmin ödənişin gecikdirilməsinə görə 422,50 manat dəbbə pulunun, cəmi 2922,50 manat pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASCdən tutulub İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şahid 11.08.2020-ci il tarixdə, saat 22:00 radələrində idarə etdiyi X6 məxsus “Renault Megane” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Buzovna-Maştağa yolunun Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən hissəsində həmin vaxt yolun solundan sağa doğru keçən İddiaçı2 həyat yoldaşı, iddiaçı X2 isə atası olan piyada X10 idarə etdiyi avtomobillə vurub və nəticədə Həmid Babayev hadisə yerində ölüb. Yol-nəqliyyat hadisəsinin törədildiyi “Renault Megane” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilib. İddiaçı2 qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi ilə bağlı Cavabdeh Sığorta Şirkəti ASC-nə rəsmi ərizə ilə müraciət edib. Cavabdeh həmin ərizəni 24 noyabr 2020-ci il tarixdə alıb, lakin yalnız 02 aprel 2021-ci il tarixdə İddiaçı2 sığorta ödənişi verilməsindən imtina edilməsi ilə bağlı məktub göndərib və imtinanın səbəblərini “onun istintaqa verdiyi ərizədə cinayəti törətmiş şəxsin ona dəymiş ziyanı tam ödəməsini göstərməsi, lakin təqdim olunan sənədlərdə sığorta olunanın ona ödədiyi zərər məbləğinin göstərilməməsi, ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirməyin mümkünsüzlüyü” ilə əsaslandırıb. Şahid tərəfindən iddiaçılara hər hansı vəsait ödənilməyib. İstintaq və məhkəmə gedişində o və onun valideynləri təqsirləndirilən şəxsin daha yüngül cəza alması üçün İddiaçı2 Şahidla barışmasını, ona dəymiş maddi ziyanın ödənilməsini və təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmamasını istintaqda və məhkəmədə bildirməsini xahiş ediblər. Onlar həmçinin məhrum Həmid Babayevin qəbrinin yerinin dəyişdirilib Maştağa qəsəbəsində dədə-baba qəbristanlığına gətirilməsini təşkil edəcəklərini (yol-nəqliyyat hadisəsi zamanı Həmid Babayevin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından və ailə üzvləri bu hadisədən gec xəbər tutduğundan onu kimsəsizlər qəbristanlığında dəfn ediblər, hal-hazırda da onun qəbri oradadır və qəbir üzərində sinə və baş daşları qoyulmayıb) və qəbrin üzərinin götürülməsi (sinə və baş daşının qoyulması) və yas mərasiminin verilməsi üçün İddiaçı2 3.000 manat verəcəklərini vəd ediblər. Lakin hökm elan olunduqdan sonra Şahid öz vədini, nə qəbrin yerinin köçürülməsi, nə də qəbir daşları və yas xərclərinin verilməsi hissəsində yerinə yetirməyib və bunu maddi imkanının olmaması ilə əsaslandırıb. Sığorta ödənişi veilməsindən imtina edilməsinin əsaslarının qəti siyahısı Mülki Məcəllədə və “İcbari sığortalar haqqında” qanunun 21-ci maddəsində göstərilib və həmin siyahıda sığorta ödənişi verilməsindən imtina üçün “sığorta ödənişinin sığortalıya, yoxsa zərərçəkənə ödənilməsinin müəyyən olunmasının mümlünsüzlüyü” əsası nəzərdə tutulmamışdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Renault Megane” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil 11 avqust 2020-ci il tarixində piyada X10 vurmuş, xəsarətdən sonuncu hadisə yerində vəfat etmişdir. Belə ki, Xəzər Rayon Məhkəməsinin 1(003)-346/2020 saylı, 24 noyabr 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Şahid tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə dəyən ziyanı tam ödədiyi göründüyü üçün Cavabdeh Sığorta Şirkəti sığorta ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə gedişatında təqsirləndirilən şəxs Şahid məhkəmə iclasında iştirak edərək zərərçəkənin hüquqi varislərinə heç bir ödəniş etməməsini təsdiq etmişdir. Hal-hazırda yaranan mübahisə dəbbə pulunun tutulması ilə bağlıdır. Hazırki iş üzrə sığorta hadisəsi 11 avqust 2020-ci il tarixində baş versə də, iddiaçı tərəfindən Cavabdeh Sığorta Şirkətinə sığorta tələbi ilə bağlı müraciət 17 noyabr 2020-ci il tarixində olmuşdur (qəbul edilmə tarixi- 24 noyabr 2020-ci il). Cavabdeh Sığorta Şirkəti iddiaçının sığorta tələbini qəbul etdiyi tarixdən, yəni 24 noyabr 2020-ci il tarixindən qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirləri görməyə başlamışdır. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışın təqdim edilməsi üçün cavabdeh tərəfindən 24 noyabr 2020-ci il tarixində Xəzər Rayon Polis İdarəsinə sorğu ünvanlanmışdır. Həmin sorğuya 14 aprel 2021-ci il tarixinədək cavab gəlməmiş və cavabdeh bu halı nəzərə alaraq, 21 dekabr 2020-ci il tarixində sığortalı Nicat Babayevə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri təqdim etməsinə dair rəsmi məktub ünvanlamışdır. Buna baxmayaraq, zəruri sənədlər nə sığortalı nə də faydalanan şəxs tərəfindən sığortaçıya təqdim olunmamışdır. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışın təqdim edilməsinə dair sorğuya 14 aprel 2021-ci il tarixində cavab məktubu gəlmiş və məktuba həmçinin “Məhkəmə Tibbi Ekspertiza Və X5” X16 107 saylı ekspert rəyi və Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 1(003)-346/2020 saylı hökmü də əlavə olunmuşdur. Təqdim olunmuş sənədlərin sığortaçı tərəfindən təhlili zamanı əlavə suallar yarandığı üçün 22 aprel 2021-ci il tarixində “Məhkəmə Tibbi Ekspertizası və X5” və 29 aprel 2021 və 19 may 2021-ci il tarixlərində isə Xəzər Rayon Məhkəməsinə sorğular ünvanlanmışdır. Sorğularda “Məhkəmə Tibbi Ekspertizası və X5” tərəfindən verilən ekspert rəyində zərərçəkmiş şəxs “naməlum kişi” olaraq qeyd olunduğu üçün həmin şəxsin zərərçəkən X7 olmasını təsdiq edilməsi xahiş olunmuşdur. Eyni zamanda məhkəmə hökmündə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varislərinə dəyən zərər tam həcmdə ödənildiyi üçün bu hal yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Cavabdeh Sığorta Şirkəti təqsirləndirlən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varislərinə hansı məbləğdə ödəniş etməsini müəyyən etmək üçün məhkəməyə sorğu ünvanlamışdır. “Məhkəmə Tibbi Ekspertizası və X5” tərəfindən sorğuya 30 aprel 2020-ci il tarixində cavab gəlmiş və tələb olunan məlumatları açıqlamaq səlahiyyətlərinin olmamasını bunun üçün istintaq və ya məhkəmə orqanına müraciət edilməsini tövsiyə etmişlər. Xəzər Rayon Məhkəməsi sorğuya cavab olaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varislərinə ödənişin edib-etməməsini təsdiqləyən sənədlərin cinayət işi materiallarına əlavə olunmadığını bildirmişdir. Baxılan halda sığortaçı Cavabdeh Sığorta Şirkəti qanunvericiliklə müəyyən edilən bütün zəruri tədbirləri görmüş və araşdırma zamanı zərərçəkənin hüquqi varisinə təqsirləndirilən şəxs tərəfindən hər hansı ödənişin olunmaması faktı öz əksini tapmadığı üçün sığorta ödənişinin verilməsinin verilməsinin hazırki mərhələdə mümkün olmayacağını bildirmişdir. Zərərvuran tərəfindən zərərçəkənin hüquqi varisinə ödəniş edildiyi halda zərərçəkənin deyil, zərərvuranın sığortaçıdan tələb hüququ yaranır. Eyni zamanda iddiaçıların onlara ödəniş edilməməsi faktını məhkəmə iclasınadək təsdiq edə bilmədikləri üçün sığorta ödənişinin verilməməsinə görə dəbbə pulu tələb edilməsinində qanunu əsası mövcud deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı apellyasiya şikayətinə əlavə təqdim edərək, izahatında bildirdi ki, apellyasiya şikayətində qətnamənin bütövlükdə ləğvini xahiş etsələr də apellyasiya şikayətinin məzmunundan göründüyü kimi qətnamə yalnız dəbbə pulu hissəsində mübahisələndirilmişdir. Belə ki, cavabdehdən dəbbə pulunun tutulması üçün qanunu əsas olmamışdır, həmçinin iddiaçıların müraciəti cavabdeh tərəfindən qəbul edildikdən sonra müvafiq sorğular verilmiş və baş vermiş hadisə araşdırılmışdır. Hesab edir ki, qətnamə dəbbə pulunun tutulması hissəsində ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməyərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilsə də apellyasiya şikayətinin məzmunundan göründüyü kimi qətnamə dəbbə pulunun tutulması hissəsində mübahisələndirilmiş, həmçinin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavə verərək, qətnaməni - dəbbə pulunun tutulması hissəsində mübahisələndirdiklərini bildirməklə, qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə - “Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən iddiaçıların hər birinin xeyrinə 422,50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat dəbbə pulunun tutulması” hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İİ 111450 saylı, 09.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 11.08.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 1(003)-346/2020 saylı hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində AR CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuşdur. Qeyd olunan hökmlə müəyyən olunmuşdur ki, Şahid 11.08.2020-ci il tarixdə, saat 22:00 radələrində ayıq vəziyyətdə etibarnamə ilə idarə etdiyi X6 məxsus Renault Meqan markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Buzovna-Maştağa yolunun Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən hissəsində fəaliyyət göstərən “Naxçıvan Lavaşı” dükanının qarşısından Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti hıqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin vaxt yolun solundan sağa doğru, yəni “Naxçıvan Lavaşı” dükanının qarşısına doğru keçən piyada X10 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə Həmid Babayev aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. İş materiallarında olan İddiaçı2 tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış 17.11.2020-ci il tarixli ərizədən görünür ki, Şahid 11.08.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi X6 məxsus Renault Meqan markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Buzovna-Maştağa yolunda yol nəqliyyat hadisəsi törədib və nəticədə onun əri X13 həyat üçün təhlükəli olan ağır xəsarət alaraq hadisə yerində ölüb. İstintaq zamanı ona Renault Meqan markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Sığorta Şirkətində icbari sığortalandığı bildirilib. Yuxarıda göstərilənlərə əsasən həyat yoldaşının yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş icbari sığorta ödənişninin ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı2 ünvanlanmış 02.04.2021-ci il tarixli, O-AP-2021-1340 nömrəli məktubdan görünür ki, onun 17.11.2020-ci il tarixli sığorta tələbində qeyd edilən hadisə ilə bağlı səlahiyyətli orqan tərəfindən təqdim edilən sənədlərdən görünür ki, o, istintaqda ərizə ilə müraciət edərək hadisə ilə bağlı zərər vurana qarşı iddia və tələbinin olmadığını bildirmisdir. AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs Şahid isə zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Lakin təqdim olunmuş sənədlərdə sığortalı və ya sığorta olunanın (zərər vuranın) ona (zərərçəkmişə) ödədiyi zərər məbləği göstərilmir. «İcbari sığortalar haqqında» qanunun 19-cu və 20-ci maddələrinin müddəalarına görə ona ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirmək mümkünsüzdür. İş materiallarında olan təqdim olunmuş 45 nömrəli MKTD Əhaliyə Vtvndaşlıq Xidməti Trestinin 22.06.2021-ci il tarixli, 45 nömrəli arayışından görünür ki, İddiaçı2 həyat yoldaşı X1 qəbiristanlığında 14.08.2020-ci il tarixində dəfn olunmuşdur. İş materiallarında olan təqdim olunmuş Cavabdeh Sığorta Şirkətinin Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi H.Hüseynliyə ünvanladığı O-AP-2021-1823 nömrəli, 29.04.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Sığorta Şirkətində icbari sığorta növü əsasında sığortalanmış Renault Meqan markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin 11.08.2020-ci il tarixində, Maştağa qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi törətməsi ilə əlaqədar şirkətə məlumat daxil olmuşdur. Bildirilir ki, hakim H.Hüseynlinin sədrliyi ilə çıxarılmış Xəzər Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 1(003)-346/2020 saylı hökmdə zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs Şahid ilə barışdığı, dəymiş zərəri ödəməsi, heç bir şikayət və tələbi olmadığı qeyd olunmuşdur. Sığorta hadisəsinin tənzimlənməsində yaranan zərurətlə əlaqədar, zərər vuran tərəfindən zərər çəkən şəxsin hüquqi varisinə ödəniş olub-olmaması (olubsa hansı məbləğdə) barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan təqdim olunan Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi H.Hüseynli tərəfindən Cavabdeh Sığorta Şirkətinin Zərərlərin Tənzimlənməsi idarəsinə ünvanlanmış 1(003)-346/2020 saylı, 30.04.2021-ci il tarixli məktubdan görünür ki, Şahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin icraatnda olmuş 1(003)- 346/2020 saylı cinayət işi üzrə təqsirləndirilən Şahid zərərçəkmiş şəxsin hüquqi varisinə ödəniş edib-etməməsi ilə bağlı sənəd cinayət işi materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh Atəşgah» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən İddiaçı1 xeyrinə 2500 (iki min beş yüz) manat sığorta ödənişi, 422,50 (dörd yüz iyirmi iki manat əlli qəpik) manat dəbbə pulu tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İş materialları ilə müəyyən edilmişdir ki, zərərçəkənin hüquqi varisi İddiaçı2 qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi ilə bağlı 17.11.2020-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-nə rəsmi ərizə ilə müraciət etmiş, Cavabdeh Sığorta Şirkəti ASC həmin ərizəni 24 noyabr 2020-ci il tarixdə almış, lakin yalnız 02 aprel 2021-ci il tarixdə İddiaçı2 sığorta ödənişi verilməsindən imtina edilməsi ilə bağlı məktub göndərərək, imtinanın səbəblərini “onun istintaqa verdiyi ərizədə cinayəti törətmiş şəxsin ona dəymiş ziyanı tam ödəməsini göstərməsi, lakin təqdim olunan sənədlərdə sığorta olunanın ona ödədiyi zərər məbləğinin göstərilməməsi, ödənilmiş zərər məbləği müəyyən edilmədən sığortalıya, sığorta olunana yoxsa zərərçəkənə və hansı həcmdə sığorta ödənişinin verilməsini müəyyənləşdirməyin mümkünsüzlüyü ilə əsaslandırılmışdır. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilən Şahid, 11.08.2020-ci il tarixdə, saat 22:00 radələrində, idarə etdiyi X11 hazırki iddia üzrə iddiaçılar olan zərərçəkmiş şəxslərə heç bir ödəniş etmədiyini bildirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarından görünür ki, zərərçəkənin hüquqi varisi İddiaçı2 qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi ilə bağlı 17.11.2020-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-nə rəsmi ərizə ilə müraciət etmiş, Cavabdeh Sığorta Şirkəti ASC həmin ərizəni 24 noyabr 2020-ci il tarixdə almışdır, lakin 02 aprel 2021-ci il tarixdə İddiaçı2 sığorta ödənişi verilməsindən imtina edilməsi ilə bağlı məktub göndərilmişdir. Apellyasiya şikayətində cavabdeh bu müddətinin uzanmasını 24 noyabr 2020-ci il tarixindən qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirləri görməyə başlaması; zəruri sənədlərin nə sığortalı nə də faydalanan şəxs tərəfindən sığortaçıya təqdim olunmaması; eyni zamanda məhkəmə hökmündə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varislərinə dəyən zərər tam həcmdə ödənilməsinə istinad etsə də, iş materiallarında olan zərərçəkənin hüquqi varisi İddiaçı2 qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi ilə bağlı ərizəsində zəruri sənədlər qoşma edilməklə Cavabdeh Sığorta Şirkəti ASC-yə göndərilmiş, həmin ərizə 24.11.2020-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir, lakin 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli olduğu halda 02 aprel 2021-ci il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilməsi ilə bağlı məktub göndərilmişdir belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində - indiki vəziyyətdə 01.12.2020-ci ildən (sığorta ödənişi ilə bağlı iddiaçıların ərizəsinin cavabdeh tərəfindən qəbul olunduğu 24.11.2020-ci il tarixdən 7 gün sonra) iddianın məhkəməyə verildiyi 18.05.2021-ci il tarixədək keçən 169 gün üçün hər gün 2,50 manatdan hesablanmaqla iddiaçıların hər biri üçün ayrı-ayrılıqda 422,50 manat (169 gün x gündəlik 2,50 manat) dəbbə pulu ödənilməlidir; eləcə də müəyyən edilmişdir ki, Şahid, 11.08.2020-ci il tarixdə, saat 22:00 radələrində, idarə etdiyi X11 hazırki iddia üzrə iddiaçılar olan zərərçəkmiş şəxslərə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın mübahisələdirilən hissədə qiyməti beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1550/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh Sığorta Şirkəti ASC-nin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Anar Tanrıverdiyev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar