Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1655/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əvvəlki dövr üçün alimentin tutulması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1544/2021 saylı işi üzrə 03.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1544/2021 saylı işi üzrə 03.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir (iş səh.89). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8125/2021 saylı işi üzrə 19.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsinin İddiaçı aid hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş və mülki iş üzrə məhkəmə qətnaməsi 18.11.2021-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir (səh.123-124). 30 dekabr 2021-ci il tarixində iş üzrə Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1544/2021 saylı işi üzrə 03.05.2021-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti verilmişdir. Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 04/2020№-li 14 oktyabr 2020-ci il tarixli Qərardada əsasən apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Diqqətə çatdırılmalıdır ki, işin yenidən baxılması mülki prosessual qanunvericilikdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir və yalnız kassasiya (əlavə kassasiya) icraatı qaydasında baxıldıqdan sonra (zəruri bilinərsə) yenidən apellyasiya icraatı qaydasında işə baxılması mümkündür. Mülki-prosessual qanunvericilik və onun müvafiq müddəaları (rəsmi şərhlər) apellyasiya icraatının hədlərini müəyyən edir. Bunu təhlil etmək üçün aşğıdakı normativ aktlara diqqət yetirmək kifayətdir. Azərbaycan Respublikası Konstitusiyasının 125 (V, Vİ), Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 1, 3, 4, 18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1 və 6, 357.1, 396.1, 403, 432-438-ci maddələrinə görə: məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur; məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır; məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir; Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur; Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən (qanunla müəyyən olunmuş qaydada) həyata keçirilir. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Qeyd edilən qanunvericilik müddəalarının hüquqi təfsiri (mənası) iyerarxik məhkəmə sistemində məhkəmə icraatının aparılması prosedurunun yalnız icraat zamanı qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin səlahiyyət həddində baxılmasını müəyyən edir. Mübahisəyə (qətnamə və qərardada) yenidən apellyasiya icraatı qaydasında baxılması ilk apellyasiya icraatı zamanı prosesin çəkişmə prinsipinin təmin edilməməsinə və ya maraqlarına toxunan şəxsin cəlb edilməməsinə qiymət verilməsini formalaşdıran mövqe kimi (apellyasiyanın səlahiyyətlərindən kənar olaraq) yolverilməzdir və bu səlahiyyətlərə yalnız kassasiya instansiya məhkəməsi malikdir. Kollegiya hesab edir ki, apellyasiyanın mahiyyəti üzrə baxılma mümkünlüyü üçün prosessual əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 04/2020№-li 14 oktyabr 2020-ci il tarixli Qərardadı ilə müəyyən edilən yoxlanılmamış hissələrinin apellyasiya icraatı qaydasında təkrar baxılması mümkünlüyü isə ümumi anlayışları təsbit etsədə onun baxılma qaydası mülki prosessual qanunvericiliklə şərtləndirilmişdir. Eyni zamanda Məcəllənin 361.2, 361.3 və 361.4-cü maddələrinə müvafiq diqqətə çatdırılmalıdır ki, təqdim edilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılırmalıdır. Bundan əlavə, apellyasiya şikayətinin məzmununda qeyri-müəyyən hallar mövcuddur, belə ki, barəsində şikayət verilən qətnamə kimi, eyni zamanda şəxsin tələbi hissəsində Yasamal Rayon Məhkəməsinin müxtəlif nömrəli və tarixli qətnamələri qeyd edilmişdir. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 128 -133, 357, 360-366, 372 və 402-406-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1544/2021 saylı işi üzrə 03.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1655/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1655/2022
14.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver