Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1676/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının, cehiz əşyalarının və ya onların dəyərinin alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının, cehiz əşyalarının və ya onların dəyərinin alınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının, cehiz əşyalarının və ya onların dəyərinin alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı qızıl-zinət əşyaları, cehiz əşyaları və ya onların dəyərini tələb edir.
2. “X4 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli yekun hesabat aktından görünür ki, 1 ədəd qarnitur (dəst) sep, klon, sırğalar, üzükdən ibarət 25 qram 750 əyarlı 6 karat brilyant daşlı qızıl dəstin dəyəri 5500 manat, 1 ədəd 4 qram olan 750 əyarlı 4 karat brilyant daşlı nişan üzüyünün dəyəri 2400 manat, 1 ədəd 3 qram olan 750 əyarlı 0.3 karat brilyant daşlı nişan üzüyünün dəyəri 450 manat, cəmi 8350 manat müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və cehiz əşyaları və ya onların dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün, cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 60 manat olan 1 ədəd qara rəngli paltar asılqanı, dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 2.500 manat olan 1 ədəd süd rəngli qarderob, dəyəri 600 manat olan 1 ədəd taxta rəngli kitab şkafı, dəyəri 400 manat olan 1 ədəd ağ rəngli çilçıraq, dəyəri 350 manat olan 1 ədəd süd rəngli çilçıraq, dəyəri 300 manat olan 2 ədəd çilçıraq, dəyəri 1.150 manat olan 1 ədəd Fuji markalı kondisioner, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, 2 ədəd mütəkkə və yorğan-döşək, dəyəri 700 manat olan 1 ədəd “LG” markalı televizor, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, dəyəri 700 manat olan 1 ədəd boz rəngli uşaq kolyaskası, dəyəri 200 manat olan 1 ədəd yaşıl rəngli uşaq velosipedi, dəyəri 550 manat olan 1 ədəd “Mercedes” markalı uşaq maşını, dəyəri 700 manat olan 1 ədəd ağ rəngli uşaq yatağı, dəyəri 400 manat olan 1 ədəd taxta rəngli uşaq taxtı, dəyəri 150 manat olan 1 ədəd ağ rəngli yataq və yorğan-döşəyi, dəyəri 120 manat olan 1 ədəd mürəkkəb rəngli çemodan, dəyəri 50 manat olan 1 ədəd dəmir kəfkir dəsti, ümumi dəyəri 600 manat olan ona məxsus kitablar, 1 ədəd böyük dibçək, dəyəri 150 manat olan 1 ədəd bozrəngli taxt üstü pərdə, 1 ədəd tozsoran, Pərdə aksessuarlarının; - Ümumi dəyəri 17.000 manat olan aşağıdakı əşyaların - 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli sobanın cavabdehlərdən alınaraq ona verilməsi, qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi mümkün olmadıqda onların dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsi, mediasiya arayışının alınması üçün ödənilmiş 50 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 158 manat, müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manat məbləğində pulun cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2lə 29 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 19 mart 2019-cu il təvəllüdlü X2 adlı övladları olmuşdur. Hazırda tərəflər arasındakı nikah pozulmuşdur. Nikaha daxil olmamışdan əvvəl el adət-ənənəsinə uyğun olaraq keçirilən toy və ona qədərki mərasimlər zamanı ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Nikaha daxil olduqdan sonra o, qaynatası Cavabdeh1 məxsus “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən evə və Abşeron rayonu Goradil qəsəbəsində yerləşən bağ evinə köçərək həmin evlərdə yaşamışdır. Həmçinin cehiz əşyalarını da həmin evlərdə yerləşdirmişdir. Ailə münasibətləri pozulsa da, ona məxsus əşyalar hələ də həmin evlərdə qalmışdır. Tərəfindən mediasiya təşkilatına müraciət edilsə də, cavabdehlər bəzi əşyalarının onlarda olmadığını bildirdiyi üçün mübahisənin barışıq yolu ilə həll edilməsi mümkün olmamışdır. Beləliklə, ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakı həmin evlərdə qalmış və cavabdehlər həmin əşyaları ona qaytarmamışlar. “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında olan evdə qalmış əşyalar aşağıdakılardır: - 2 ədəd qızıl nişan üzüyü – dəyərləri ayrılıqda 2.500 manat və 600 manat olmaqla, ümumi dəyəri 3.100 manat; - 1 ədəd qara rəngli paltar asılqanı – dəyəri 60 manat; - 1 ədəd ortopedik matraslı taxt – dəyəri 700 manat. Goradil qəsəbəsində olan evin 3-cü mərtəbəsində qalmış əşyalar aşağıdakılardır: - 1 cüt sırğa, üzük, sep-klon və qolbaqdan ibarət komplekt qızıl dəsti – dəyəri 8.000 manat; - 1 ədəd süd rəngli qarderob – dəyəri 2.500 manat; - 1 ədəd taxta rəngli kitab şkafı – dəyəri 600 manat; - 1 ədəd ağ rəngli çilçıraq – dəyəri 400 manat; - 1 ədəd süd rəngli çilçıraq – dəyəri 350 manat; - 2 ədəd çilçıraq – dəyəri 300 manat; - 1 ədəd Fuji markalı kondisioner – dəyəri 1.150 manat; - 1 ədəd qapı-pəncərə jalüzü – dəyəri 100 manat; - 2 ədəd taxta rəngli balaca tumba – dəyəri 150 manat; - 2 ədəd mütəkkə və yorğan-döşək; - 1 ədəd “LG” markalı televizor – dəyəri 700 manat; - 1 ədəd trenajor velosiped – dəyəri 600 manat; - 1 ədəd boz rəngli uşaq arabası – dəyəri 700 manat; - 1 ədəd yaşıl rəngli uşaq velosipedi – dəyəri 200 manat; - 1 ədəd “Mercedes” markalı uşaq maşını – dəyəri 550 manat; - 1 ədəd ağ rəngli uşaq yatağı – dəyəri 700 manat; - 1 ədəd taxta rəngli uşaq taxtı – dəyəri 400 manat; - 1 ədəd ağ rəngli yataq və yorğan-döşək – dəyəri 150 manat; - 1 ədəd mürəkkəb rəngli çemodan – dəyəri 120 manat; - 1 ədəd dəmir kəfkir dəsti – dəyəri 50 manat; - ona məxsus kitablar – ümumi dəyəri 600 manat; - 1 ədəd böyük dibçək; - 1 ədəd boz rəngli taxt üstü pərdə - dəyəri 150 manat; - 1 ədəd tozsoran; - pərdə aksessuarları; Goradil qəsəbəsində olan evin 1-ci mərtəbəsində qalmış ümumi dəyəri 17.000 manat təşkil edən əşyalar aşağıdakılardır: - 1 ədəd krem rəngli mətbəx mebeli - dəyəri manat; - 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın – dəyəri - 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın – dəyəri - 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi – dəyəri - 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator – dəyəri - 1 ədəd qara rəngli soba – dəyəri hesab edir ki, həmin əşyalar cehiz əmlak kimi ona məxsus olduğundan, habelə hədiyyə edildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır və ona qaytarılmalıdır.
5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boyunbağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı verilsin. Cavabdeh2 50 manat mediasiya xərci, ödənilmiş 158 manat dövlət rüsumunun 92 manatı və müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 manatın 15.80 manatı İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün alınaraq iddiaçıya təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı qızılları cavabdehə məxsus evdə jurnal masasının üzərinə qoyduğunu və evdən çıxdığını bildirmişdir. Bu halı Cavabdeh2 da təsdiq etdi və hər ikisinin mənzildən eyni vaxtda çıxdıqlarını bildirdi. Belə olan halda qızılların olduğu son yerin cavabdehə məxsus mənzildə olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında verilmiş izahatlardan və şahid ifadələrindən müəyyən olunur ki, həmin mənzilin açarı Cavabdeh2 başqa heç kimdə olmayıb. Sonradan tərəflər evə gəldikdə qızılların evdə olmadığı müəyyən olunmuşdur. Həmçinin 04 fevral 2023-cü il tarixdə tərtib olunmuş akdan və iş materiallarında olan flash kartda olan videodan görünür ki, qızıllar evdə yoxdur. Odur ki, mənzlin açarının Cavabdeh2 da etiraf etdiyi kimi yalnız onda olduğundan və iddiaçının ondan xəbərsiz mənzilə girmə ehtimalının olmadığından qızılların cavabdeh tərəfdə qalması müəyyən olunur. İddiaçı qızıl-zinət əşyaları olmadıqda onların dəyərini tələb etdiyindən məhkəmə tərəfindən qiymətləndirmə keçirilmişdir. “X4 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli yekun hesabat aktından görünür ki, 1 ədəd qarnitur (dəst) sep, klon, sırğalar, üzük 25 qr, 750 əyar bazar dəyəri 5500 manat, 1 ədəd nişan üzüyü 4 qr, 750 əyar bazar dəyəri 2400 manat və 1 ədəd nişan üzüyü 3 qr, 750 əyar bazar dəyəri 450 manat, cəmi 8350 manat müəyyən edilir. Qeyd edilənlərə əsasən iddia bu hissədə təmin edilməli, qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boyunbağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü və 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə “cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd boz rəngli “LG” markalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli sobanın cavabdehlərdən alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebel ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə məhkəmə iclaslarında dindirilmiş şahid ifadələri ilə müəyyən olundu ki, həmin əşyalar, yəni taxt, 2 ədəd taxta rəngli balaca tumba və 1 ədəd krem rəngli mətbəx mebeli ustalar tərəfindən yığılmış və dəyəri Cavabdeh1 tərəfindən ödənilmişdir. Həmçinin 1 ədəd boz rəngli “LG” markalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli soba iş materiallarında olan qəbzlərdən və zəmanət talonundan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdə xx.xx.2017ci il tarixli nikahdan əvvəl alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddəsi, Ailə Məcəlləsinin 34.1-ci maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 119.1, 218.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-310/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamə çıxararkən əsaslı araşdırma aparmamış, maddi və prosesual hüquq normalarını əsaslı şəkildə pozulması yolu ilə tələsik və formal xarakter daşıyan qətnamə çıxarmışdır. Bunu 11 iyul 2023-cü iltarixli qətnamə ilə tanış olarkən görmək mümkündür. Qızıl-ziynət əşyalarının cavabdehlərdə olması məhkəmədə təsdiqini tapmamışdır. Belə ki, qızıl-ziynət əşyası ilə bağlı izahat verənlər yalnız iddiaçının şahidləri olmuş, həmin şahidlərin izahatları iddiaçının iddia tələbi ilə təzadlar təşkil etmiş və həmin qızıl-ziynət əşyalarının cavabdehdə qalması təsdiqini tapmamışdır. Bundan başqa, İddiaçı 20 fevral 2023-cü iltarixli məhkəmə iclasındakı izahatında özünü təkzib etmişdir. İddiaçı etiraf edir ki, evə heç kim girməyib, 29 may tarixində paltarlarını götürüb, noyabr ayında isə guya heç nə götürməyib. Necə ola bilir ki, iddiaçı cehiz gətirdiyi bir “çöpü” belə tələb edir, lakin 8350 manat dəyərində olan qızıl-ziynət əşyalarını götürməyib? Ümumi halda həm iddiaçının, həm iddiaçının şahidlərinin izahatları tam ətraflı deyil, həmdə məhkəmə ətraflı münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılır. Məhkəmə hər bir halda maddi və prosessual hüquq normalarına əməl edərək iddia ərizəsini təmin etməməli idi. Bundan başqa, iddiaçı ilkin iddia ərizəsində cehiz əşyalarının da, onlara aid olmayan hissələrini də tələb etmiş, lakin Cavabdeh1 sübutlar təqdim etdikdən sonra həqiqət ortaya çıxmışdır. Göstərilənlərdən aydın olur ki, iddiaçının iddiası həqiqəti əks etmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, birinci instansiya məhkəməsi tələsik və formal xarakter daşıyan xx.xx.2023-cü il tarixli qətnamə çıxarmışdır. Qızıl-ziynət əşyaları ilə bağlı izahat verənlər iddiaçının şahidləri-anası,bacısı,xalası olub,başqa bir şahid olmayıb.İddiaçı necə ola bilər ki,bütün əşyaları aparıb və onun evdə olmaması barəsində məlumat verib. İddiaçı 20 fevral 2023-cü il tarixli məhkəmə iclasındakı izahatında özünü təkzib etmişdir. İddiaçı etirafedir ki, evə heç kim girməyib, 29 may tarixində paltarlarını götürüb, noyabr ayında isə guya heç nə götürməyib. Necə ola bilir ki, iddiaçı cehiz gətirdiyi bir “çöpü” belə tələb edir, 8350 manat dəyərində olan qızıl-ziynət əşyalarını götürməyib. Qızıl-zinət əşyalarının aparması barədə məhkəmə heç bir hüquqi qiymət verməyib.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-310/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilsin. Hüquqmüəyyənedici sənəd və ya videogörüntü yoxdur ki,qızıl-zinət əşyalarının orada qalması sübuta yetirilsin. 20 fevral 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında iddiaçı özünü təkzib etmişdir.İddiaçı izahatında, 29 may tarixində paltarlarını götürdüyünü və noyabr ayında heç nə götürmədiyini bildirib. Məhkəmənin 20 fevral 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Ramilin nişan üzüyünu, anasının aldığı qolbağı və 25 qramlıq qızılı götürüb çıxdı. Onların aldığı bütün qızılları masanın üstə qoydu. Daha sonra hər ikisi evdən çıxdılar. Oğlanın nişan üzüyünü götürdü, çünki onu onlar almışdılar. Elçinin qardaşı oğlu sürücü idi onunla getmişlər. Açar Ramildə olub. Evə heç kim girməyib. Mayın 29-u paltarlarını götürüb, noyabrda isə o, heç nə götürmədən çıxıb. İddiaçının evə gəldikdə bütün əşyaları götürüb qızıl-zinət əşyalarını götürməməsi məntiqsiz olar. İddiaçı qızıl-zinət əşyalarını aparmışdır. İddiaçı təsdiq edib ki, noyabr ayında çıxmışdır. Ramil öz əleyhinə izahatlar verib.Qızıl-zinət əşyalarının kim tərəfindən aparılması qeyri-müəyyəndir.
12. İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Qarşı tərəf şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilmədiyini və şahidlərin hamısının iddiaçının qohumları olduğunu bildirir.Dindirilmiş şahidlər iddiaçının qohumu olsalar da, cavabdehin etirafı və iş materiallarında olan videogörüntülərlə iddianın əsaslı olması öz əksini tapır. Xanımın keçmiş həyat yoldaşı Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatlarında bildirib ki, qızıl-zinət əşyaları qonaq otağında jurnal masasının üzərində olub və onlar evdən bərabər şəkildə çıxıblar. Xanım ondan sonra çıxmayıb, evin giriş qapısının açarı da yalnız cavabdehdə olub. Belə olan halda Xanımın o evə girib, Ramildən sonra qızıl-zinət əşyalarını götürməsi istisna olunur.Oğurluq faktı ilə bağlı nə Ramil,nə də ailəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilmədiyindən qızıl-zinət əşyalarının üçüncü şəxs tərəfindən oğurlandığı faktı ortaya çıxmır. Çəkilişlə bağlı təsdiq edilib ki, iddiaçı qalan əşyaları götürməyə getdikdə jurnal masasının üzəri boş olub. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barəsində qətnaməsinin düzgün və qanuni olduğunu hesab edir. Cavabdeh tərəf həmin qızılların mövcud olduğunu etiraf edib və son görən şəxs də Ramillə Xanım olub. Giriş qapının açarı yanlız Ramildə olub.Belə olan halda cavabdeh tərəfindən iddiaçı tərəfindən qızıl zinət əşyalarının götürüb aparılması sübuta yetirilmir.Cavabdehin apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.Cavabdeh tərəf evin giriş qapısının açarının yanlız özündə olduğunu etiraf edib,yəni açarın başqasında olması ilə bağlı heç bir dəlil irəli sürməyib. İddiaçının açarı da olmayıb.Videogörüntü də var, şahid ifadəsi də var ki, cavabdeh jurnal masasının olduğu otağın qapısını açmışdır. Xanım sonuncu dəfə qızılları Ramilin dediyi kimi jurnal masasının üzərində görüb.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh2 münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır .
21. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 saxlanılan qızıl-zinət əşyalarının dəyəri 8.000 manat olan qızıl komplekt (1 cüt sırğa, üzük, sep, klon, qolbaq), dəyəri 2.500 manat olan 1 ədəd qızıl nişan üzüyü, dəyəri 600 manat olan 1 ədəd qızıl nişan üzüyünün, cavabdehlərə məxsus evlərdə qalmış və ona qaytarılmamış cehiz əşyalarının dəyəri 700 manat olan 1 ədəd ortopedik matraslı taxt, dəyəri 100 manat olan 1 ədəd qapı-pəncərə jalüzü, dəyəri 150 manat olan 2 ədəd taxta rəngli balaca tumba, dəyəri 600 manat olan 1 ədəd trenajor velosiped, ümumi dəyəri 17.000 manat olan əşyaların: 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd boz rəngli “LG” markalı soyuducu, 1 ədəd metal rəngli “Bosch” markalı qabyuyan maşın, 1 ədəd metal rəngli “LG” markalı paltaryuyan maşın, 1 ədəd metal rəngli “Arçelik” markalı qaz peçi, 1 ədəd metal rəngli “Arçelik” markalı aspirator, 1 ədəd qara rəngli sobanın, qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi mümkün olmadıqda onların dəyərinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən - qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boyunbağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qalan hissədə təmin edilməmiş və qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır.
25. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyaları olan qızıl komplekt (1 cüt sırğa, üzük, boyunbağı, klon, qolbaq), 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd qızıl nişan üzüyü, qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri olan 8350 manat məbləğində pul vəsaitinin tutulmalı olması qənaətinə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qızılları cavabdehə məxsus evdə jurnal masasının üzərinə qoyduğunu və evdən çıxdığını bildirmişdir. Bu halı Cavabdeh2 da təsdiq etdi və hər ikisinin mənzildən eyni vaxtda çıxdıqlarını bildirdi. Belə olan halda qızılların olduğu son yerin cavabdehə məxsus mənzildə olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında verilmiş izahatlardan və şahid ifadələrindən müəyyən olunur ki, həmin mənzilin açarı Cavabdeh2 başqa heç kimdə olmayıb. Sonradan tərəflər evə gəldikdə qızılların evdə olmadığı müəyyən olunmuşdur. Həmçinin 04 fevral 2023-cü il tarixdə tərtib olunmuş akdan və iş materiallarında olan flash kartda olan videodan görünür ki, qızıllar evdə yoxdur. Odur ki, mənzilin açarının Cavabdeh2 da etiraf etdiyi kimi yalnız onda olduğundan və iddiaçının ondan xəbərsiz mənzilə girmə ehtimalının olmadığından qızılların cavabdeh tərəfdə qalması müəyyən olunur.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh2 izahatında bildirir ki, iddia tələbini qismən qəbul edir. Bildirir ki, iddiaçının əşyaları evdədir, heç kim əl vurmayıb, gəlib götürməyiblər. Tələb olunan əşyaların bəziləri onlarındır. O, əsgərlikdə olduğu dövrdə atası bəzi ev əşyaları almışdır. İddiaçı həmin əşyaları tələb edir. Qızılların bir hissəsi isə özündədir. Qalanını acıq edib gətirib qoyub jurnal masasının üstünə. Həmin vaxt onlar mübahisə edirdilər və qızıllara toxunmadan bir yerdə mənzildən çıxdılar. Sonuncu dəfə evdən necə çıxıblarsa, elə də qapısı bağlı qalmışdır. Mənzilin açarı yalnız onda var. İki ay evə gedən olmamışdır. Paltarları götürməyə gələndə də qızıl söhbəti olmamışdır. Özləri telefonla videoçəkiliş aparıblar. Qohumlar evə onlarla bir yerdə giriblər.
27. O cümlədən, 04 fevral 2023-cü il tarixli aktdan görünür ki, qızıl-zinət əşyaları və bir neçə əşyalar istinsa olmaqla digər əşyaları və həmin qərardadda göstərilməyən əlavə olaraq 2 ədəd pufik, 1 ədəd güldan, şəxsi geyim əşyaları İddiaçı tərəfindən Abşeron rayonu, Goradil kəndində olan cavabdehlərə məxsus evdən götürülərək təhvil alındı.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh2 izahatında təsdiq etmişdir ki, qızılların bir hissəsi mənzildə qalmışdır. Mənzilin açarları isə yalnız onda olmuşdur. Paltarları götürməyə gələndə qızıl söhbəti olmamışdır.
29. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırkı halda artıq cavabdeh sübut etməldir ki, qızılları iddiaçı götürüb. Buna dair isə cavabdeh sübut təqdim etməmişdir.
30. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
31. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digərtərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev