Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1677/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimzadə Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə övladları olan xx.xx.2024-cü il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, məhkəməyə iddia ərizəsi və ya apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki işin materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi birgə nikahdan doğulmuş Rəşadın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədədir. Belə olan halda müəyyən edilir ki, həmin iddianın qiyməti (235 manat x 12 ay=) 2.820 manat təşkil edir. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləğinin düzgün və ya səhv ödənilməsini müəyyən etmək üçün “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində olan “Dövlət rüsumunun hesablanması kalkulyatoru” vasitəsi ilə həmin məbləği yoxalmış və bu zaman müəyyən edilmişdir ki, cavabdeh az məbləğdə dövlət rüsumu ödəmişdir; onun ödədiyi dövlət rüsumunun məbləği iddiaçının ona qarşı irəli sürdüyü iddianın qiymətinə uyğun deyil. Dövlət rüsumu 24,1 manat məbləğində olmalı idi (“Dövlət rüsumunun hesablanması kalkulyatorundan” götürülmüş çıxarış işə əlavə edildi). Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. MPM-in 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-cı maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 2(005)-4536/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1677/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1677/2025
10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver