Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1683/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “evə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 3555/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 054246 saylı təkrar nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 376 sayla qeyd edilmişdir.
2. Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evdə yaşaması müəyyən edilmişdir.
3. Xəzər (Əzizbəyov) rayon X4 xx.xx.1989-cu ilk tarixli qərarından aydın olur ki, Cavabdeh ev tikintisi üçün Binə qəsəbəsində 600 kv/m. Torpaq sahəsi ayrılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Oliboy oğlu ilə xx.xx.1992ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1993-cü il tarixdə anadan olmuş X12 qizı və xx.xx.1995-ci il tarixdə anadan olmuş X5 adlı övladları vardar. Övladları ailə quraraq köçmüşlər. Cavabdehlə ailə qurduqdan sonra Binə qəsəbəsində, Bolluq sahə-2 deyilən ərazidə (hazırda Cəmil Səlimov küçəsi) 0.06 ha torpaq sahasında yerləşən fərdi yaşayış evinin inşasını tamamlayıb, evi təmir edib, yaşayış üçün yararlı vəziyyətə gətirib, evə köçərək 32 il müddətində həmin ünvanda yaşamışlar. Sonradan həmin evə elektrik enerjisinin, qazın verilməsi üçün həmçinin telefon xəttinin çəkilməsi ilə bağlı cavabdehin adına müvafiq müqavilələr bağlanaraq yaşayış evini qaz, elektrik enerjisi, telefon va digar kommunal xidmətlərlə təchiz etmişlər. Övladlarının ikisi də həmin evdə anadan olublar. Qeyd olunan yaşayış evində o, iki övladı və cavabdehla birlikdə 1992-ci ildən birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşamışlar. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri normal olmuşdur. Lakin son vaxtlar ona məlum olmayan səbəbdən cavabdehlə münasibətlər pozulmuşdur. Cavabdeh onu döyüb təhqir edərək evdən çıxıb getməyə məcbur etmiş, evdə yaşamağa imkan vermir. O macbur qalıb müvəqqəti olaraq cavabdehin dayisına məxsus evdə dayisının ailə üzvləri ilə birlikdə yaşayır. Onu yaşayış evinə buraxması barədə cavabdehə dəfələrlə bildirməyinin heç bir nəticəsi olmamışdır. Odur ki, bu barədə Xəzər rayon polis İdarəsinə müraciət etmişdir. Cavabdehin onu evə buraxmaması nəticəsində uzun illər ərzində yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunmuşdur. Yaşayış evinə köçürülməyi təmin olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlə 1992-ci il tarixdə rəsmi nikaha daxil olduğunu, 1992-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən fərdi yaşayış evinə köçdüyü üçün sözügedən evlə bağlı münasibətlər həmin tarixlərdə yaranmaqla iddia tələbina 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onlarım köçməsi zamanı aşqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ila yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən stifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanıla”. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla ilər. Nəzərə almalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Onu da qeyd edir ki, mübahisəli evin daşımaz mlakım dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq onun həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Halbuki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmadığı təsbit olunmuşdur.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3555/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evə köçürülməsi qət edilmişdir. (hakim X6)
7. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Baxılan iş üzrə iddiaçının köçmək istədiyi ev tərəflərin birgə nikah dövründə birgə yaşayadıqlarını nəzərə alaraq cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur (özbaşına tikili olsa belə). Bu səbəbdən iddiaçının evə köçürülməsi üçün qanuni maneə yoxdur. Mülki işin materiallarında və tərəflərin izahatlarında müəyyən olunmuşdur ki, iddiaçı ərər gələrək 1992-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən fərdi evə köçmüş və orada yaşamışdır. Hal-hazırda onun başqa yaşayış sahəsi yoxdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə, Mülki Məcəllənin 6.1-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı, 87-ci, 123-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.2-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etsədə qeyd olunan Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır-maddəsinə istinad etməməklə düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə olaraq qeyd olunan ərazi ona ayrılsa da həmin sahəyə mülkiyyət hüququ yoxdur. Onun mülkiyyətçi kimi hüququ hələ ki, dövlət tərəfindən qeydiyyata alınmadığından mülkiyyətçi kimi yanaşılması düzgün deyil. Məhkəmə iclasında ifadə verən şahidlər X7 və X2 ifadəsində göstərdilər ki, iddiaçı 3-4 ildir ki, həmin evdə yaşamır. Lakin şahid ifadələri nəzərə alınmayıb.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, bu əmlakdan (mənzildən) istifadəni həmin mənzildə yaşamaq təşkil edir.
15. 2009-cu il 01 oktyabrınadək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinin tələblərinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
21. İşin faktiki hallarından göründüyü kimi iş üzrə iddiaçı ilə cavabdeh 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər evləndikdən sonra təxminən 30 il ərzində mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evdə yaşamışlar. Daha sonra isə aralarında olan ər-arvad münasibətləri kəsilmiş və iddiaçı başqa yerdə yaşamağa başlamışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehin onu evə buraxmadığını bildirərək özünün həmin evə köçürülməsini xahiş etmişdir. Tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə ailə qurduqdan sonra 1992-ci ildən həmin mənzilə köçüb orada yaşamışlar. Uzun illər yaşadıqdan və birgə təsərrüfat apardıqdan sonra aralarında olan münasibətlər kəskinləşdiyindən evdən çıxıb getmək məcburiyyətində qalmışdır. Eyni zamanda işin mübahisəsiz halıdır ki, iddiaçı hazırda məhz cavabdehin dayısının yanında müvəqqəti olaraq yaşamaqdadır. İddiaçı tərəfindən evdə yaşamasına imkan verilməməsi ilə bağlı polisə də müraciət edilişdir. Hazırda cavabdeh mənzilə köçürülmə ilə bağlı şikayətinin əsas dəlili iddiaçının həmin evdən 1 il bundan öncə deyil, 3-4 ilə yaxındır çıxıb getməsi və həmin getmənin də daimi əsaslarla olması qəbul edilməklə həmin evə münasibətdə artıq iddiaçının hüquqlarının itirilmiş olmasıdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, həmin ev rəsmi qaydada dövlət reyestrində qeydə alınmasa da cavabdehin özünün də birinci instansiya məhkəməsində də qeyd etdiyi kimi, evin altında yerləşən torpaq sahəsi 1989-cu ildə məhz ona ayrılmış, sonra da onun üzərində ev tikməklə orada yaşamışlar. Belə olan halda artıq mülkiyyət hüququna gözlənti hüququ da mövcud olur ki, bu halda da iddiaçının həmin evə istifadə hüquqlarının əmələ gəlməsi istisna edilmir. Eyni zamanda onun daimi yaşayış yerinə sahib olması və daimi əsaslarla həmin evi tərk etməklə orada yaşamaması təsdiqini tapmır. Burada evdən çıxıb getmənin yalnızca müddəti deyil, həmin evdən istifadəsinə yaradılan maneə və o cümlədən başqa yaşayış sahəsinə sahib olmaqla həmin yaşayış sahəsinə ehtiyacın aradan qalxması nəzərə alınmalıdır ki, hazırki işin halları baxımından bunlar sübuta yetirilmir.
24. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir. Göründüyü kimi, iddiaçının mənzildən getməsi iradəsindən kənar hadisəyə görə baş vermişdir.
25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
26. İşin faktiki hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzili könüllü olaraq tərk etməmişdir. Eyni zamanda iddiaçının başqa yaşayış yeri və mülkiyyətində başqa daşınmaz əmlakı yoxdur. Yəni yaşayış sahəsinə ehtiyacı aradan qalxmamışdır. Bu baxımdan məhkəmənin iddiaçını həmin mənzilə köçürülmə barədə iddiası təmin etməkdə haqlı olmuşdur.
27. Bununla belə, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə tikilib tamalanmaqla təmir edilmişdir. Belə olan halda, iddiaçı həmin evə münasibətdə cavabdehlə eyni, o cümlədən evdən istifadə etmək hüquqlarına malikdir və onun evi tərk etməsi, habelə həmin evin hüquqi vəziyyətinə görə özbaşına tikinti olması iddiaçının da cavabdeh kimi bu evə sahiblik etmək və ondan istifadə etmək hüquqlarına malik olmasını istisna etmir. Bu baxımdan cavabdeh əsassız olaraq iddiaçını həmin evdən istifadə və ona sahiblik etmək, o cümlədən evdə yaşamaq hüququndan məhrum etmişdir. Bu da öz növbəsində iddianın əsaslı olmasına dəlalət edir və onun təmin edilməsini şərtləndirir.
28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3555/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özündə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.