Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1685/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)-1563/2022 nömrəli qərardadından İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 may 2005-ci il tarixdə Bakı şəhəri 44 saylı Dövlət Notariat Kontorunda bağlanmış 7E-1866 nömrəli Notariat işi üzrə onun adından saxta yolla verilmiş 7E1866 nömrəli etibarnaməni, bunun əsasında, 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4Ə/749 saylı Notariat işi üzrə 26 oktyabr 2005-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsini, həmin 7E-1866 nömrəli Notariat işi üzrə verilmiş saxta etibarnamə əsasında 18 mart 2011-ci il tarixdə, Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda, bağlanmış 4Ə-01/101 nömrəli Notariat işi üzrə 18 mart 2011-ci il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi barədə əqdlərin etibarsız hesab edilməsi, iddiaçının qanuni mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 119 B, ünvanında yerləşən daşınmaz əmlakı, qeyri yaşayış sahəsini tam şəkildə onun mülkiyyətinə verilməsi, mülkiyyətinin əldən çıxması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərər məhkəmə qaydasında hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, 11 may 2005- ci il tarixli 7E-1866 nömrəli saxtalaşdırılmış, legitim olmayan etibarnamə əsasında, həmçinin 2 iyun 2004-cü il tarixli saxta etibarnamə əsasında, 13 oktyabr 2005-ci il tarixli saxta etibarnamə əsasında, Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda 4Ə/749 nömrə ilə İddiaçı1 qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsi, əvvəlki ünvanı (Bakı şəh, Ağa Neymətulla küç, 45 ünvanı olan), hazırda (Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 119 B ünvanda yerləşən, əvvəlki adı Ekspress kafesi, hazırda həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmış, ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin bundan sonra, saxta yolla özgəninkiləşdiriməklə, Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətində olan əvvəlki ünvanı (Bakı şəh, Ağa Neymətulla küç, 45 ünvanda yerləşən) hazırki ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 119 B ünvanda yerləşən qeyri-yaşayış sahəsi, daşınmaz əmlakın ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)-1563/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçıların nümayəndələri (vəkilləri) şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, əvvəlki məhkəmə çəkişmələrində İddiaçı2 tərəf olmamış, İddiaçı1 iddia tələbləri üzrə çıxarılan məhkəmə aktlarında isə ona, etibarnamələrin legitimliyi ilə bağlı iddia qaldırmaq hüququnun olduğu izah edilmiş, iddiaçılar da məhz bu hüquqdan istifadə edərək hazırkı iddia tələblərini irəli sürmüşlər. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, tərəfləri və predmeti eyni olmayan əvvəlki məhkəmə mübahisəsinə əsaslanmaqla işin icraatına xitam vermiş, iddiaçıların məhkəmə müdafiəsi hüquqlarını məhdudlaşdırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(005)-1563/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)- 6420/2022 nömrəli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(102)-6047/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)- 6420/2022 nömrəli qərardadının İddiaçı2 cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün göndərilməsi, qərardadın İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı2 şikayəti qismən təmin edilməli, qərardad İddiaçı2 cavabdehlərə qarşı xx.xx.2011ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv olunmalı, mülki işə həmin hissədə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan: ünvan 5 ünvanda yerləşən dövlət əmlakı - “Ekspress” kafesi start qiymətinin 15 %-i özəlləşdirmə çekləri ilə və 53.133.000 manat pul tam ödənilməklə xx.xx.1997-ci il tarixli alğı-satqı müqavilə əsasında İddiaçı1 oğluna və X1. Bu barədə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli, 7575 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. A.Neymətulla küçəsi 45 ünvanda yerləşən “Ekspress” kafesi xx.xx.2005-ci il tarixli, AN-1 № ******* saylı alğı-satqı müqaviləsi əsasında 460.000.000 manata Cavabdeh1 satılmışdır. Alğısatqı müqaviləsini satıcıların adından etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 adına 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında həmin qeyriyaşayış sahəsinin 555100 manata Cavabdeh2 satıb. DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə isə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan alğı-satqı müqavilələri İddiaçı1 tərəfindən bundan əvvəl mübahisələndirilmişdir. İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, onun əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh1 İddiaçı2 və Yaqub Müseyibova qarşı “mülkiyyətində olan sahədən çıxarılmaları” tələbinə dair qarşılıqlı iddiası üzrə iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı (İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin maraqlı şəxs qismində göstərildiyi) “ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsinin, bu alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi” barədə iddia tələbi rədd edilmiş, Cavabdeh1 İddiaçı2 və Yaqub Müseyibova qarşı “mülkiyyətində olan sahədən çıxarılmaları” tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı “alğı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı “alğı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi”nə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 26 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2009-cu il tarixli qərardadı ilə hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi İddiaçı1 aid hissədə, həmçinin Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının 11 mart 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı1 iddia tələbi qismən təmin edilmiş, 41 saylı DNK tərəfindən 4Ə/749 saylı reyestrlə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsi və Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə İddiaçı1 aid hissədə ləğv edilməklə, onun mülkiyyət hüququ bərpa edilmiş, Cavabdeh1 41 saylı DNK-ya qarşı “26 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsində notariat kontoruna təqdim edilmiş digər etibarnamələrlə yanaşı, Cavabdeh3 adına verilmiş etibarnamənin əks etdirilməsinin notariusa həvalə edilməsi” barədə iddia tələbi isə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə isə Ali Məhkəmənin 06 fevral 2012-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi İddiaçı1 aid hissədə, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarıxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv olunaraq, Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri, A.Neymətulla küçəsi 45-də yerləşən "Ekspress" kafesinin alğı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilədə İddiaçı1 tərəfindən X3 verilmiş 02 iyun 2004-cü il tarixli Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhər notariat kontorunda təsdiq edilmiş etibarnamənin əks etdirilməsinin Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı1 qarşı “daşınmaz əmlaka hüququn rəsmiləşdirilməsinin qanunsuz sayılması və çıxarışın etibarsızlığının tanınması” tələbi təmin olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, 119B ünvandakı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi qanunsuz sayılmış və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı çıxarış etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən, İddiaçı1 X4, Cavabdeh1, DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə və Bakı şəhər Vergilər Departamentinə qarşı “Dövlət reyestrində ilkin olaraq ünvan 9 ünvanı ilə qeydə alınmış “Ekspress” kafesinin 2-ci ünvanı olan F.X.Xoyski 119B ünvan qeydiyyatının ləğv olunması, “Ekspress” kafesinin dövlət reyestrindəki əvvəlki ünvan 10 ünvanın bərpa edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı, onlar tərəfindən edilmiş ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (“Ekspress” kafesinin) üzərində ləğv edilməmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərardadı ilə həbs olarkən və barəsində altı ilə yaxın məhkəmə mübahisəsi davam edərkən, eləcə də heç bir qanuni əsas olmadan həmin ünvanın F.X.Xoyski 119B ünvanına dəyişdirilməsi və əsassız ünvan adı altında qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş Bakı şəhəri, X13 prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsi (A.Neymətulla küçəsi 45) ünvanında yerləşən 352.1 kv.m qeyri-yaşayış sahəsinə dair 001448 №li, xx.xx.2009-cu il tarixli şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas hesab edilən bütün sənədlərin ləğv olunması” tələbləri ayrıca icraata ayrılmış və baxılması üçün aidiyyət üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2013-cü il tarixli digər qərardadına əsasən “ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair (“Ekspress” kafesi) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ******* saylı, xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququna xitam verilməsi və dövlət reyestrindəki ********* saylı xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (“Ekspress” kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi və Dövlət reyestrindəki ********* saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, Cavabdeh2 dövlət reyestrindəki ********** saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması və həmin qeydiyyatla əlaqədar hüquq verən bütün sənədlərin ləğv olunması, o cümlədən, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (“Ekspress” kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında əldə etmiş bütün hüquqlarına xitam verilməsi, “Ekspress” kafesi və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə A.Neymətulla küçəsinin kəsişməsində yerləşən “Samir” restoranı üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələr və müdaxilələrin Cavabdeh1 və Cavabdeh2 qadağan olunması, “Ekspress” kafesindən Cavabdeh2 çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş mənəvi ziyanın həcminin 50000 manat müəyyən edilməsi və ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmış tələblər üzrə yekun qərar qəbul edilənə qədər dayandırılması qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən, İddiaçı1 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və X9 qarşı “Bakı şəhəri, F.X.Xoyski prospekti 119B (Ağa Neymətulla 45) ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair 18 mart 2011-ci ildə bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında X8 adına xx.xx.2011-ci ildə verilmiş ******* saylı, MA seriyalı şəhadətnamənin ləğv edilməsi, onun xx.xx.2013-cü il tarixdə verilmiş seriya RX ******* saylı qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət şəhadətnaməsində paylı mülkiyyətinin ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraatı dayandırılan mülki işlə bir icraatda birləşdirilmişdir. Ayrı icraata ayrılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş tələblər, İddiaçı1 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması səbəbilə həmin məhkəmənin 03 mart 2015-ci il tarixli qərarı əsasında geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı1 verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərardadı ilə təmin olunmamışdır. Kollegiya qeyd edir ki, baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır. Həmin normada eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilməsi nəzərdə tutulur. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPMnin 261.0.2-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, hazırki iddia tələbi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarları ilə yekunlaşan işlərdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşdən görünür ki, digər İddiaçı2 münasibətdə, xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair hissədə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsi ilə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Çünki əvvəl baxılmış mülki işlərdə İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi olmamışdır. İddiaçı2 İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2005-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə İddiaçı2 əvvəl baxılmış işdə tərəf olmuş, onun həmin qeyri-yaşayış sahəsində çıxarılması tələbi təmin edilmişdir. Məhkəmənin İddiaçı2 həmin işlərin birində tərəf (cavabdeh) olması ilə bağlı gəldiyi nəticəni kifayətedici hesab etmir. Belə ki, məhkəmənin özü də qeyd edir ki, İddiaçı2 işlərin birində tərəf olmuşdur. Bundan başqa, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə hansı aydınlıq gətirilməsi qeyd olunmamışdır. Məhkəmənin “İddiaçı2 hazırkı iddia tələbi üzrə iddiaçı kimi göstərilsə də, ona münasibətdə (ona aid hissədə) konkret tələb irəli sürülməmişdir” dəlili də işin hallarına uyğun deyildir. Çünki iddiaçılar birgə iddiaçılardır və həmin tələbi birgə irəli sürüblər. Əgər ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, barədə iddianı irəli sürməyə iddiaçının subyektiv hüququnun olmaması nəzərdə tutulursa, bu hal iddia üzrə icraata xitam verilməsi üçün əsas deyil, iddianın rədd olunması üçün əsassdır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, İddiaçı2 münasibətdə iş üzrə icraata xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Xüsusilə İddiaçı2 iddia üzrə subyektiv hüquqlarının olması araşdırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası məhkəmənin qeyd olunan hissədə gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, İddiaçı2 şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)-1563/2022 nömrəli qərardadı İddiaçı2 cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilməli, həmin hissədə işə yenidən baxılması üçün mülki iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)- 1563/2022 nömrəli qərardadı İddiaçı2 cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə işə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1685/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1685/2023
08.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver