Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1695/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər X2 və X1 qarşı “mənzildən cavabdehlərin çıxarılması, mənzilə köçürülmə və mənzilin qanuni sahibliyə qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə qəbul edilmiş “icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardaddan Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 395-ci maddəsindən görünür ki, birinci instansiya məhkəmələrinin qərardadlarından 2 halda şikayət verə bilər: 1) MPM-də göstərilən hallarda; 2) qərardad işin sonrakı hərəkətinə mane olduqda. İcraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi haqqında qərardad onların heç birinə aid deyil. Belə ki, MPM-də bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmayıb. O cümlədən həmin qərardad işin sonrakı hərəkətində mane olmur. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq həmin qərardaddan verilmiş şikayətin geri qaytarılmasını qərara alıb. Beləliklə, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1695/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1695/2021
29.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver