Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3910/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi cavabdeh3 qətnamənin izah olunmasına dair ərizəsi üzrə (Açar söz: qətnamənin izah olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixdə qəbul etdiyi qətnaməyə izah verilməsindən imtina olunmasına dair həmin məhkəmənin ## #### 2026-cı il tarixli qərardadından cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) ##.##.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh4 qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 56.5 kv.m olan ** nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı *B** nömrəli təmirli mənzilin və həmin * nömrəli çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 52 kv.m sahəsi olan iki otaqlı *A** nömrəli təmirsiz mənzilin, ünvan 2 ünvanında yerləşən, sahəsi 44,8 kv.m olan ** nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı *B** nömrəli təmirli mənzilin və həmin binada 1 ədəd qarajın verilməsi, yeni mənzillər ilə təmin edilənədək ona hər ay hər mənzilə görə 600 manat olmaqla 1200 manat kirayə haqqı ödənilməklə həmin mənzillərdən çıxarılması və mənzillərin sökülməsi, cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 51.6 kv.m olan ** nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı *C** nömrəli təmirli mənzilin verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh2 Georgiyevnaya məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 43,9 kv.m olan ** nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 8-ci mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı *C** nömrəli təmirli mənzilin verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 41.4 kv.m olan ** nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının B blokunun 5-ci mərtəbəsində 79 kv.m sahəsi olan iki otaqlı *B** nömrəli təmirli mənzilin verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh4 qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 İddiaçı MTK-ya qarşı “İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən onun mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, İddiaçı Mənzil-Tikinti Kooperativinə onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ** saylı evin ** saylı mənzilinin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2024-cü il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh3 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. cavabdeh3 (ərizəçi) ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəmə aktları əsasında ona verilməli olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı *C** nömrəli mənzilin (Mənzil) İddiaçı MTK tərəfindən hansı müddətdə (hansı tarixə qədər) onun mülkiyyətinə verilməsi, mənzil İddiaçı MTK tərəfindən ona verilməsə, mənzil icra olunan vaxt mövcud olmasa, mənzilə görə İddiaçı MTK tərəfindən ona ödənilməli məbləğin neçə manat təşkil etməsi, həmin məbləğin İddiaçı MTK-nın bankdakı hansı hesablarından silinməsi, həmin hesab və ya onda pul vəsaitləri olmasa, İddiaçı MTK müflis olduqda (və ya ləğv edildikdə yaxud faəliyyətini faktiki dayandırılıqda), habelə "xxxx” MTK Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamının (Sərəncam) icrasından (Sərəncam əsasında həyata keçirilməli tikinti layihəsindən) imtina etdiyi halda pulun ona kim tərəfindən ödənilməli olması məsələlərinə izah verilməsini xahiş etmişdir.
6. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, Mülki Prosessual Məcəlləsinin 230.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddələrinə, Avropa Məhkəməsinin “Əfəndiyeva Azərbaycana qarşı” və "Tarıverdiyev Azərbaycana qarşı” qərarlarına istinadla belə aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Məhkəmə ərizənin “məhkəmə aktları əsasında ona verilməli olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı *C** nömrəli mənzilin (bundan sonra - Mənzil) İddiaçı MTK tərəfindən hansı müddətdə (hansı tarixə qədər) onun mülkiyyətinə verilməsi, mənzil İddiaçı MTK tərəfindən ona verilməsə, mənzil icra olunan vaxt mövcud olmasa, mənzilə görə "xxxx” MTK tərəfindən ona ödənilməli məbləğ neçə manat təşkil etməsi” hissəsi ilə bağlı bildirir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh3 məxsus olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 51,6 kv.m olan ** nömrəli mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı *C** nömrəli təmirli mənzil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması və mənzilin sökülməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 "xxxx” MTK-ya qarşı "xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən onun mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, "xxxx” Mənzil-Tikinti Kooperativinə onun icazəsi və razılığı olmadan, onunla razılaşma əldə etmədən və müqavilə bağlamadan ona mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ** saylı evin ** saylı mənzilinin və onun yerləşdiyi binanın sökülməsinin qadağan edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə Diana Andreyavanın mənzilinin ona yeni təmirli konkret mənzilin verilməsi şərti ilə sökülməsi və yeni mənzil ona təhvil verilənədək hər ay ona qətnamə ilə müəyyən edilmiş kirayə haqqının ödənilməsi qət edilmişdir. Yəni MTK tərəfindən qətnamədə konkret olaraq ünvanı, mərtəbəsi, nömrəsi və otaq sayı göstərilmiş mənzil hazır olduğu zaman Diana Aleksandrovna yeni mənzil ilə təmin ediləcək və bu müddət ərzində də 600 manat kirayə haqqı ona ödəniləcəkdir.
Məhkəmə ərizənin “kirayə haqqı məbləğinin "xxxx” MTK-nın bankdakı hansı hesablarından silinməsi, həmin hesab və ya onda pul vəsaitləri olmasa, "xxxx” MTK müflis olduqda (və ya ləğv edildikdə, yaxud faəliyyətini faktiki dayandırılıqda), habelə "xxxx” MTK Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamının (Sərəncam) icrasından (Sərəncam əsasında həyata keçirilməli tikinti layihəsindən) imtina etdiyi halda pulun ona kim tərəfindən ödənilməinin müyyən edilməsi” hissəsi ilə bağlı bildirir ki, hazırda ərizə üzrə binanın tikilməməsi, onun kirayə haqının ödənilməməsi halları müəyyən edilməmişdir. Ərizədə qeyd olunan halların əksər hissəsinin məhkəmə qətnaməsinin icrasına dair icra icraatı qaydasında həyata keçirilməli olan tədbirlər olduğundan, hazırda mövcud olmayan və ərizəçinin gələcəkdə baş verə biləcək hadisələrlə bağlı ehtimallarına əsasən qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilə bilməz.
Digər tərəfdən məhkəmə qətnamənin mahiyyətinə toxunmadan ərizəçiyə izah edir ki, qətnamə ilə iddiaçıya mövcud layihə üzrə tikiləcək binada nəzərdə tutulan konkret mənzilin tikilməyəcəyinə dair real faktlar və əsaslar olduğu təqdirdə iddiaçının məhkəmə qətnaməsinin icra icraatı qaydasında icra üsül və qaydasının dəyişdirilməsini tələb etmək hüququ vardır.
Göründüyü kimi, qətnamənin nəticə hissəsi aydın şəkildə müəyyən edilmiş və onun məzmununda izahla aydınlaşdırılmalı olan qeyri-müəyyən ifadələr və ya hallar mövcud deyildir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, məhkəmə aktlarına izah verilməsi institutu mübahisənin mahiyyəti üzrə həll edilməsinə deyil, yalnız izah verilməsi xahiş edilmiş aktın məzmununda olan qeyri-müəyyən ifadələrin və ya halların aydınlaşdırılmasına yönəlmişdir. Yəni məhkəmə aktına izah verərkən məhkəmə əlavə sübutlar tələb etmədən və araşdırmadan müvafiq aktda aydın olmayan halları izah edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyi üçün ona izah verilməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda mümkündür və normativ aktlarda nəzərdə tutulmayan hər hansı hal üçün bu institutun tətbiqi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olardı.
8. cavabdeh3 həmin qərardaddan verdiyi şikayət məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayət belə əsaslandırılmışdır ki, qətnamənin icrasında qeyri-müəyyənliklər var, onlar aradan qaldırılmalıdır. Qətnamədə qeyd olunmamışdır ki, onun əsasında ona verilməli olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının C blokunun 4-cü mərtəbəsində 94 kv.m sahəsi olan üç otaqlı *C** nömrəli mənzil (Mənzil) "xxxx” MTK tərəfindən hansı müddətdə (hansı tarixə qədər) onun mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Lakin yuxarıdakı məsələlər də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsində qeyd olunmamışdır. Bununla əlaqədar olaraq bu məsələlərə də izah verilməlidir: - Mənzil "xxxx” MTK tərəfindən ona verilməsə, mənzil icra olunan vaxt mövcud olmasa, mənzilə görə "xxxx” MTK tərəfindən ona ödənilməli məbləğ neçə manat təşkil etməlidir; - həmin məbləğ "xxxx” MTK-nın bankdakı hansı hesablarından silinməlidir; - həmin hesablar və ya onlarda pul vəsaitləri olmasa, "xxxx” MTK müflis olduqda (və ya ləğv edildikdə, yaxud faəliyyətini faktiki dayandırılıqda), habelə "xxxx” MTK Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamının (Sərəncam) icrasından (Sərəncam əsasında həyata keçirilməli tikinti layihəsindən) imtina etdiyi halda pul ona kim tərəfindən ödənilməlidir. Yuxarıda qeyd olunmuş bütün qeyri-müəyyənliklər (hallar) icra mərhələsində müxtəlif yanaşmalara və onun hüquqlarının müdafiəsinin təmin etməməsinə səbəb ola bilər. MPM-in 230.1-ci maddəsi işə baxmış məhkəməyə qəbul etdiyi və ləğv edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etmək səlahiyyəti verir. Bu institutun məqsədi məhkəmə aktını dəyişdirmək deyil, onun düzgün başa düşülməsini və qanunauyğun icrasını təmin etməkdir. Məhkəmə aktının icrası zamanı qeyri-müəyyənlik varsa və ya belə ehtimal mövcud olarsa, həmin aktın izah edilməsi hüquqi müəyyənliyin təmin olunmasına və məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edir. Mənzilin iqtisadi dəyəri də nəzərə alınmalıdır. Əks yanaşma məhkəmə aktının formal icrasına səbəb ola bilər və onun hüquqlarının müdafiəsini təmin etməz. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsində yuxarıda qeyd olunmuş bütün məsələlərin konkretləşdirilməməsi icra mərhələsində ziddiyyətli yanaşmalara səbəb ola və onun mülkiyyət hüququnun səmərəli müdafiəsini çətinləşdirə bilər. Belə hallarda məhkəmə aktının izah edilməsi məhkəmə aktının məzmununun dəyişdirilməsi deyil, onun düzgün icrasının təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə müraciəti (ərizəsi) qanuna uyğundur və əsassız hesab edilə bilməz. Apellyasiya baxışı
10. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
12. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir.
13. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.
14. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
16. Qanunvericiliyin mənasına görə məhkəmə aktına izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, həmin aktda anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur.
17. Hazırki işdə isə belə hallar yoxdur və qətnamənin icrası zamanı gələcəkdə yaranacağı ehtimal olunan məsələlərə hazırda izah verilməsi mümkün deyildir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov