Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2(3-8)-930/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sәdrlik edәn vә mәruzәçi-hakim Dәmirov Ilqar Kamal oğlu, hakimlәr Mәmmәdov Zahid Tahir oğlu vә Xәlilov Ramin Adilxan oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi Sәlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayәndәsi Nümayәndә, cavabdeh cavabdeh4 iştirakı ilә, Iddiaçı İddiaçı cavabdehlәr cavabdeh1, cavabdeh2, cavabdeh3 vә cavabdeh4 qarşı “ yaşayış evindә istifadә hüququnun olmamasının müәyyәn olunması, yaşayış sahәsinin qanunsuz sahiblikdәn alınaraq tәhvil verilmәsi vә mәnzildәn çıxarılma ” tәlәbinә dair mülki iş üzrә Abşeron Rayon Mәhkәmәsinin 08 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәtnamәsindәn iddiaçı İddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında, açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlәr cavabdeh1, cavabdeh2, cavabdeh3 vә cavabdeh4 qarşı yaşayış evindә istifadә hüququnun olmamasının müәyyәn olunması, yaşayış sahәsinin qanunsuz sahiblikdәn alınaraq tәhvil verilmәsi vә mәnzildәn çıxarılma tәlәbinә dair iddia әrizәsi ilә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, cavabdehlәr cavabdeh1, cavabdeh2, cavabdeh3 vә cavabdeh4 ünvan 1 ünvanında, istifadә hüquqlarının olmamasının müәyyәn olunması vә yaşayış evinin qanunsuz sahiblikdәn alınaraq ona - İddiaçı tәhvil verilmәsi, cavabdehlәrin ünvan 1 ünvanından çıxarılması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin 08 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәtnamәsi ilә iddianın tәmin edilmәmәsi, iş üzrә ödәnilmiş 100 manat mәblәğindә dövlәt rüsumunun iddiaçıya aid edilmәsi qәt edilmişdir (hakim Mirnәsir Mirhәsәnli). Qәtnamәdәn narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayәti verәrәk qәtnamәnin lәğv edilәrәk iddianın tәmin edilmәsi barәdә yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәti mümkün hesab edilmәklә baxılması üçün tәyin edilmişdir. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn iddiaçı İddiaçı vә onun nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn cavabdeh cavabdeh4 apellyasiya şikayәtinin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin qәtnamәsinin dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar olunmasına baxmayaraq iş üzrә digәr cavabdehlәr mәhkәmә iclasına gәlmәmişlәr. Mәhkәmә kollegiyası MPM-nin 376.2-ci maddәsinә әsasәn onların iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. Belә ki, Azәrbaycan Respublikası MPM-nin 376.2-ci maddәsinә әsasәn işә baxılmanın vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilmiş işdә iştirak edәn şәxslәrin gәlmәmәsi işә baxılmasına mane olmur. Mәhkәmә kollegiyası iş materiallarını araşdıraraq, işdә iştirak edәn şәxslәrin izahatını dinlәyәrәk hesab edir ki, iddiaçı İddiaçı cavabdehlәr cavabdeh1, cavabdeh2, cavabdeh3 vә cavabdeh4 qarşı “ yaşayış evindә istifadә hüququnun olmamasının müәyyәn olunması, yaşayış sahәsinin qanunsuz sahiblikdәn alınaraq tәhvil verilmәsi vә mәnzildәn çıxarılma ” tәlәbinә dair mülki iş üzrә icraata xitam verilmәlidir. Iş materiallarında olan çıxarışdan görünür ki, köhnә ünvan: ünvan 2 ünvanında yerlәşәn ümumi sahәsi 100.7 kv.metr olan, fәrdi yaşayış evi vә yerlәşdiyi 0.01249 ha torpaq sahәsi ##.##.2026-cı ildә ********** qeydiyyat nömrәsi ilә İddiaçı adına qeydә alınmışdır. Iş materiallarında olan Azәrbaycan Respublikasının Daxili Işlәr Nazirliyinin Yaşayış yeri üzrә qeydiyyat haqqında ******* №-li, ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda heç kim yoxdur. Sorğu edilәrәk alınmış vә iş materiallarında olan ##.##.2025-ci il tarixli daşınmaz әmlakın bağışlanması müqavilәsinin surәtindәn görünür ki, X5 mülkiyyәtindә olan ünvan 3 ünvanında, istifadәdә olan 01249 ha torpaq sahәsindә yerlәşәn, ümumi sahәsi 100.7 kv.metr olan fәrdi yaşayış evini qızı İddiaçı bağışlamışdır. Bağışlama müqavilәsi Sumqayıt şәhәr * saylı notariat ofisindә 4Ə- 5751 reyestr nömrә ilә tәsdiq edilmişdir. Iş materiallarında olan RX ******* saylı çıxarışın surәtindәn görünür ki, ünvan 2 ünvanında yerlәşәn yaşayış sahәsi 64.7, yardımçı sahә 36.0, ümumi sahәsi 100.7 kv.metr olan, 1 mәrtәbәli, 3 otaqlı fәrdi yaşayış evi vә yerlәşdiyi 0.01249 ha torpaq sahәsi ##.##.2014-cü ildә X5 adına qeydә alınmışdır. X5 adına ##.##.2014-cü il tarixdә, 308012011265-***** reyestr nömrәli texniki pasport tәrtib edilmişdir. Iş materiallarında olan ***** reyestr nömrәli, 429 inventar saylı qeydiyyat vәsiqәsinin surәtindәn görünür ki, Abşeron rayonu, Masazır kәndindәki yaşayış sahәsi 64.7 kv.metr, kömәkçi sahәsi 36.0 kv.metr olan fәrdi yaşayış evi ##.##.2004-cü il tarixdәn X5 adına qeydә alınmışdır. Qeydiyyat vәsiqәsinә fәrdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu әlavә edilmişdir. Iş materiallarında olan ##.##.2004-cü il tarixli № ****** nömrәli müqavilәnin surәtindәn görünür ki, X1 özünә mәxsus Abşeron rayonu, Masazır kәndindәki yaşayış sahәsi 64.7 kv.metr, kömәkçi sahәsi 36.0 kv.metr olan fәrdi yaşayış evini X5. Iş materiallarında olan Abşeron rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(012)- ***/**** saylı qәtnamәsindәn görünür ki, iddia qismәn tәmin edilmiş, cavabdeh4, cavabdeh2 vә cavabdeh1 10080 manat kompensasiya ödәnilmәsi müqabilindә Abşeron rayonu, Masazır kәndi, H.Z.Tağıyev küçәsi, döngә 1, * saylı evә istifadә hüquqlarına xitam verilmәsi, cavabdeh4, cavabdeh3, cavabdeh2 vә cavabdeh1 Abşeron rayonu, Masazır kәndi, H.Z.Tağıyev küçәsi, döngә 1, * saylı ev ünvanında yerlәşәn fәrdi yaşayış evindәn çıxarılması, mütәxәssis tәdqiqatı üçün tәlәb edilәn 500 manat pulun yarısı 250 manat pulun iddiaçı X5, 250 manat isә cavabdehlәr cavabdeh4, cavabdeh3, cavabdeh2 vә cavabdeh1 müştәrәk qaydada tutularaq “xxxx” MMC-nin (VÖEN: **********, Hesab nömrәsi: Z85ACAB00210100000001318902,Müxbir hesab: AZ10NABZ0135010000000005644, bankın kodu-505000) xeyrinә ödәnilmәsi qәt edilmişdir. Iş materiallarında olan Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra vәrәqәsindәn görünür ki, cavabdeh cavabdeh4 apellyasiya şikayәti qismәn tәmin edilmiş, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәtnamәsi kompensasiya mәblәğinin müәyyәn edilmәsi hissәsindә dәyişdirilmiş, iddiaçı X5 tәrәfindәn cavabdehlәr cavabdeh4, cavabdeh3, cavabdeh2 vә cavabdeh1 verilәn kompensasiyanın mәblәğinin 12000 manat müәyyәn edilmәsi qәt edilmişdir. Iş materiallarında olan Abşeron rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qәrarından görünür ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, cavabdeh4, cavabdeh2 vә cavabdeh1 10080 manat kompensasiya ödәnilmәsi müqabilindә Abşeron rayonu, Masazır kәndi, H.Z.Tağıyev küçәsi, döngә 1, * saylı evә istifadә hüquqlarına xitam verilmәsi, cavabdeh4, cavabdeh3, cavabdeh2 vә cavabdeh1 Abşeron rayonu, Masazır kәndi, H.Z.Tağıyev küçәsi, döngә 1, * saylı ev ünvanında yerlәşәn fәrdi yaşayış evindәn çıxarılması, mütәxәssis tәdqiqatı üçün tәlәb edilәn 500 manat pulun yarısı 250 manat pulun iddiaçı X5, 250 manatın isә cavabdehlәr cavabdeh4, cavabdeh3, cavabdeh2 vә cavabdeh1 müştәrәk qaydada tutularaq “xxxx” MMC-nin (VÖEN: **********, Hesab nömrәsi: Z85ACAB00210100000001318902,Müxbir hesab: AZ10NABZ0135010000000005644, bankın kodu-505000) xeyrinә ödәnilmәsi qәt edilmişdir. Cavabdeh cavabdeh4 apellyasiya şikayәti qismәn tәmin edilmiş, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәtnamәsi kompensasiya mәblәğinin müәyyәn edilmәsi hissәsindә dәyişdirilmiş, iddiaçı X5 tәrәfindәn cavabdehlәr cavabdeh4, cavabdeh3, cavabdeh2 vә cavabdeh1 verilәn kompensasiyanın mәblәği 12000 manat müәyyәn edilmәlidir. Mәhkәmә araşdırması zamanı müәyyәn edilmişdir ki, Abşeron rayonu, Masazır kәndi, H.Z.Tağıyev küçәsi, döngә 1, * saylı ev ünvanında yerlәşәn fәrdi yaşayış evi iddiaçının anası X5 mülkiyyәtindә olmuşdur. X5 hazırkı iş üzrә cavabdehlәrә qarşı kompensasiya ödәnilmәklә istifadә hüququna xitam verilmәsi vә evdәn çıxarılma tәlәbinә dair mәhkәmәdә iddia qaldırmış vә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsi ilә iddia qismәn tәmin edilәrәk, cavabdeh4, cavabdeh2 vә cavabdeh1 10080 manat kompensasiya ödәnilmәsi müqabilindә Abşeron rayonu, Masazır kәndi, H.Z.Tağıyev küçәsi, döngә 1, * saylı evә istifadә hüquqlarına xitam verilmәsi, cavabdeh4, cavabdeh3, cavabdeh2 vә cavabdeh1 Abşeron rayonu, Masazır kәndi, H.Z.Tağıyev küçәsi, döngә 1, * saylı ev ünvanında yerlәşәn fәrdi yaşayış evindәn çıxarılması qәt edilmişdir. Hәmin qәtnamәdәn narazı qalan cavabdeh cavabdeh4 apellyasiya şikayәti vermiş, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsi ilә cavabdeh cavabdeh4 apellyasiya şikayәti qismәn tәmin edilәrәk, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәtnamәsi kompensasiya mәblәğinin müәyyәn edilmәsi hissәsindә dәyişdirilmiş, iddiaçı X5 tәrәfindәn cavabdehlәr cavabdeh4, cavabdeh3, cavabdeh2 vә cavabdeh1 verilәn kompensasiyanın mәblәğinin 12000 manat müәyyәn edilmәsi qәt edilmişdir. Bundan sonra X5 hәmin fәrdi yaşayış evini ##.##.2025-ci il tarixli daşınmaz әmlakın bağışlanması müqavilәsi әsasında qızı, hazırkı iş üzrә iddiaçı İddiaçı bağışlamışdır. Iddiaçı X5 bağışlama müqavilәsi әsasında Abşeron rayonu, Masazır kәndi, H.Z.Tağıyev küçәsi, döngә 1, * saylı fәrdi yaşayış evinә dair öz adına ##.##.2026-cı ildә ********** qeydiyyat nömrәli çıxarış almışdır. Hazırda iddiaçı İddiaçı cavabdehlәr cavabdeh1, cavabdeh2, cavabdeh3 vә cavabdeh4 qarşı yaşayış evindә istifadә hüququnun olmamasının müәyyәn olunması, yaşayış sahәsinin qanunsuz sahiblikdәn alınaraq tәhvil verilmәsi vә mәnzildәn çıxarılma tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehlәr cavabdeh1, cavabdeh2, cavabdeh3 vә cavabdeh4 ünvan 1 ünvanında, istifadә hüquqlarının olmamasının müәyyәn olunması vә yaşayış evinin qanunsuz sahiblikdәn alınaraq ona tәhvil verilmәsi, cavabdehlәrin ünvan 1 ünvanından çıxarılması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Mәhkәmә iclası zamanı cavabdeh cavabdeh4 isә iddianı qәbul etmәyәrәk, izahatında kompensasiya mәblәği hazırkı vaxtadәk ödәnilmәdiyindәn evdәn çıxarılmalarına razı olmadığını bildirmişdir. Işdәn görünür ki, cavabdehlәrin mübahisәli yaşayış sahәsindәn istifadә hüquqlarına xitam verilmәsi vә hәmin şәxslәrin yaşayış evindәn çıxarılması mәsәlәsi qanuni qüvvәyә minmiş mәhkәmә aktı ilә artıq hәll edilmişdir. Belәliklә,cavabdehlәrin mübahisәli yaşayış sahәsindәn istifadә hüquqlarına xitam verilmәsi vә onların hәmin evdәn çıxarılması mәsәlәsi qanuni qüvvәyә minmiş әvvәlki mәhkәmә aktı ilә artıq hәll edilmişdir. Mübahisәli әmlakın sonradan başqa şәxsin mülkiyyәtinә keçmәsi hәmin mәhkәmә aktının hüquqi qüvvәsini aradan qaldırmır vә artıq hәll edilmiş mәsәlәnin yeni iddia әsasında tәkrarәn mahiyyәti üzrә araşdırılmasına әsas vermir.Belә ki, evin bağәşlanması nәticәsindә әvvәlki mülkiyyәtçinin hüquqi varisi kimi hazırki iş üzrә iddiaçı çıxış edir. Mәhkәmә kollegiyası hesab edir ki, mübahisәli yaşayış sahәsinin sonradan başqa şәxsin mülkiyyәtinә keçmәsi cavabdehlәrin hәmin yaşayış sahәsindәn istifadә hüquqlarına xitam verilmәsi vә onların evdәn çıxarılması mәsәlәsinin yenidәn mahiyyәti üzrә hәll edilmәsinә hüquqi әsas yaratmır.Belә ki, qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә cavabdehlәrә kompensasiya verilmәsi mәsәlәsi özlüyündә onların qeyd olunan evdәn istifadә hüquqlarının olmasını özlüyünüdә ehtiva edir. Yәni hәmin şәxslәrin mübahisәli yaşayış sahәsindәn istifadә hüquqları vә evdәn çıxarılmaları barәdә mәsәlә әvvәlki mәhkәmә icraatı çәrçivәsindә artıq hәll edilmiş vә bu barәdә qәbul edilmiş mәhkәmә aktı qanuni qüvvәyә minmişdir. Mülkiyyәtçinin sonradan dәyişmәsi әvvәlki qanuni qüvvәyә minmiş mәhkәmә aktını aradan qaldırmır vә hәmin mәhkәmә aktında hәll edilmiş hüquq münasibәtinin yenidәn iddia icraatı qaydasında hәll edilmәsini zәruri etmir. Bu sәbәbdәn mәhkәmә kollegiyası belә nәticәyә gәlir ki, birinci instansiya mәhkәmәsi iddianı mahiyyәti üzrә araşdıraraq onun tәmin edilmәmәsi barәdә qәtnamә qәbul etmәkdә prosessual qanunvericiliyin tәlәblәri baxımından düzgün nәticәyә gәlmәmişdir. Mübahisә üzrә qanuni qüvvәyә minmiş mәhkәmә aktının mövcudluğu nәzәrә alınaraq, birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv edilmәli vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә әsasәn hazırkı iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 261.0.2-ci maddәsinә әsasәn eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 384.0.5-ci maddәsinә әsasәn apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 259.0.1-259.0.5-ci vә 259.0.8—259.0.12-ci maddәlәrinә müvafiq olaraq iddianı tamamilә, yaxud qismәn baxılmamış saxlaya, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 261-ci maddәlәrinә müvafiq olaraq iş üzrә icraata xitam verә bilәr. Hәmin Mәcәllәnin 262.2-ci maddәsinә әsasәn mәhkәmәnin qәrardadında işdә iştirak edәn şәxslәr arasında mәhkәmә xәrclәrinin bölüşdürülmәsi, büdcәdәn dövlәt rüsumunun qaytarılması haqqında mәsәlәlәr hәll edilә bilәr. Yuxarıda şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 261.0.2, 262.2, 384.0.5, 400, 402 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı apellyasiya şikayәti qismәn tәmin edilsin. Hazırki iş üzrә Abşeron Rayon Mәhkәmәsinin 08 may 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәtnamәsi lәğv edilsin. Iddiaçı İddiaçı cavabdehlәr cavabdeh1, cavabdeh2, cavabdeh3 vә cavabdeh4 qarşı “ yaşayış evindә istifadә hüququnun olmamasının müәyyәn olunması, yaşayış sahәsinin qanunsuz sahiblikdәn alınaraq tәhvil verilmәsi vә mәnzildәn çıxarılma ” tәlәbinә dair iddia әrizәsi üzrә işin icraatına xitam verilsin. Iddiaçı İddiaçı tәrәfindәn ##.##.2026-cı il tarixli ********** nömrәli ödәniş qәbzi üzrә (ödәnişin tarixi vә saatı: ##.##.2026-cı il, saat 16:40:38; Abşeron Rayon Mәhkәmәsi üçün) dövlәt büdcәsinә ödәnilmiş dövlәt rüsumuna görә 100 (bir yüz) manat, apellyasiya şikayәti üçün ##.##.2026-cı il tarixli ********** nömrәli ödәniş qәbzi üzrә (ödәnişin tarixi vә saatı: ##.##.2026-cı il, saat 09:20:38; Sumqayıt Apellyasiya Mәhkәmәsi üçün) dövlәt büdcәsinә ödәnilmiş dövlәt rüsumuna görә 50 (әlli) manat, cәmi 150 (bir yüz әlli) manat iddiaçı İddiaçı hesabına geri qaytarılsın. Qәrardadın icrası Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin Yerli Gәlirlәr vә Xәrclәr üzrә Maliyyә Idarәsinә hәvalә edilsin. Qәrardaddan işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 (on) gün müddәtindә Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilә bilәr.
Məhkəmə qərarları › İş №2(3-8)-930/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-930/2026
10.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver