Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1703/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1, İddiaçı2 Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova (Əzimova) Ləman Nadir qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. AZ-İİ seriyalı, 457739 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə X6 26 avqust 2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3668 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Əzimova Məmmədova” soyadı verilmişdir;
2. İddiaçı2 ilə X3 arasında 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə1409 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilini X2 124000 sataraq, onun mülkiyyətinə vermişdir;
3. İpoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan X5 və mülkiyyətçi Cavabdeh arasında bağlanılmış 10 mart 2021-ci il tarixli 862İK-SAB/2021 saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən mənzilini alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 130000 manatdır, mənzilin dəyərinin 70000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 60000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixli 862İK-SAB/2021 saylı Kredit müqaviləsinə əsasən Alıcı İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
4. Cavabdeh, İddiaçı1 və Əzimova Ləman tərəfindən imza edilmiş 1 səhifəlik əlyazmada qeyd edilir ki, “13 avqust 2021- ci ildə mən, kürəkənim İddiaçı1 34000 manat məbləğində pul alıb Razin qəsəbəsində yerləşən Beynəlxalq Bankın filialında öz adıma olan hesaba qoymuşam, məqsəd qızım Ləman Əzimova və kürəkənim İddiaçı1, ümumi ev almaqdır. Bununla mən onlara pul yığmağa kömək edirəm. Mənim bu pulları xərcləmək hüququm yoxdur. Yalnız hesablanan faizi götürürəm”.
5. 3 səhifəlik əlyazmada qeyd edilir ki, “Mən, Cavabdeh, Azadlıq prospekti 127/131 ünvanında yerləşən 4 otaqlı mənzilimi 130000 manata satdım və oğlum Əzimov Nərimana Bakıxanovda 60000 manata mənzil aldım. Bundan sonra mən bağımızda hovuz tikdirdim, oğluma toy elədim və qalan 30000 manatı qızım Ləmana verdim. Bu iltizamı ona görə yazıram ki, qızım əmin olsun ki, mən onun 30000 manatını əlindən almıram, əksinə onu qızım üçün artırmaq istəyirəm, belə ki, bəzi insanlar qızımı inandırmağa çalışırlar ki, anan sənə pulu qaytarmayacaq. Qızımın nişanlısı İddiaçı1 həmçinin bu 30000 manatı artırmağa mənə kömək edir və bu məbləğin üzərinə 4000 manat əlavə edib, lakin bu pulu evində saxlayır. Bu qədər məbləği evdə saxlamaq təhlükəsiz olduğuna görə, mən pulu banka qoymağı təklif etdim. 13 avqust 2021 ci ildə kürəkənim İddiaçı1 qızım Ləman Əzimova və kürəkənim İddiaçı1 üçün ev almaq məqsədilə 34000 manat pul aldım və bu pulu Razindəki Beynəlxalq banka öz adıma qoydum. Mən onlara ev almağa kömək edirəm, mən bu pulu xərcləməyə hüququm yoxdur, yalnız faizləri alıram”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh qızı X6 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahdan uşaqları yoxdur. İlkin zamanlarda onların ailə-nikah münasibətləri normal şəraitdə keçmişdir. Lakin bir müddət keçdikdən sonra onların arasında xasiyyətlərinin uyğun gəlməməsi aşkar olunmuşdur. Bununla əlaqədar, bu ilin may ayında ailə münasibətləri tam pozulmuşdur. Həmin vaxtdan iddiaçı Tağı X1 ilə ayrı-ayrı yaşayır. Hal-hazırda məhkəmədə onların nikahın pozulması prosesi qedir. Cavabdeh qızı Ləman Əzimova ilə İddiaçı1 nikahda olduğu müddətdə İddiaçı1 anası İddiaçı2 mülkiyyət hüququ üzrə məxsus olan mənzil satılmışdır. Mənzilin alğı-satqısı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanılmışdır. 10 gün sonra, xx.xx.2021-ci il tarixildə, mənzilin satışından əldə olunan gəlir məbləğindən cavabdehin kürəkəni İddiaçı1 cavabdehə 34000 manat vermişdir. Həmin gün Cavabdeh öz adına bank hesabı açmışdır və 34000 manat məbləğində pul həmin bank hesabına qoymuşdur. Bununla əlaqədar Cavabdeh öz əli ilə iltizam tərtib etmişdir. İltizamdada qeyd etmişdir ki, o, kürəkən İddiaçı1 xx.xx.2021-ci il tarixdə 34000 manat pul məbləğində pul almışdır. Həmin pul Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında öz adına qoymuşdur, bunun məqsədi o idi ki, pul yığaraq qızı Ləman Əzimovaya və kürəkən İddiaçı1 ev alsın. İltizamdada qeyd etmişdir ki, onun bu pulları xərcləməyə heç ihtiyarı yoxdur və həmin puldan yalnız faiz götürür. Ləman Əzimova ilə ailə münasibətləri kəsildiyi üçün İddiaçı1 cavabdehdən pulunu geri tələb etmişdir. Bununla bağlı yazılı təkliflə ona müraciət etmişdir. Lakin heç bir cavab cavabdehdən almamışdır. Bununla əlaqədar iddiaçılar Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hazırda onlara məxsus olan 34000 manat məbləğində pulun tutulmasını cavabdehdən tələb etməyə məcburdurlar. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 34000 (otuz dörd min) manat məbləğində pul Cavabdeh tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “34000 (otuz dörd min) manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar məhkəməyə Cavabdeh, İddiaçı1 və Əzimova Ləman tərəfindən tərtib edilmiş bir vərəqdən ibarət sənəd təqdim edərək, cavabdehin İddiaçı1 34000 manat məbləğində pulu alaraq, Razin qəsəbəsində yerləşən Beynəlxalq Bankın filialında yerləşdiyini bildirmişdir. Cavabdeh isə məhkəmə iltizam təqdim edərək, iddiaçılar tətəfindən təqdim edilmiş sənədin tam olmadığını, sənədin ilk iki səhifəsinin məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iltizam ilə müəyyən edilir ki, o, evinin satışından əldə edilən pulun 30000 manatını qızı Ləmana, qızı isə İddiaçı1 vermişdir. Daha sonra isə həmin pulu təhlükəsiz şəraitdə saxlamaq üçün bank hesabına yerləşdirmişdir. Göründüyü kimi, hazırda iddiaçıların tələblərini əsaslandırdığı dəlillərə qarşı cavabdeh tərəf öz dəlillərini irəli sürmüş və məhkəmədə iddiaçının təqdim etdiyi sübutların mötəbərliyi mübahisələndirilmişdir. Qeyd edilməlidir ki, iddiaçılar adı çəkilən sənədin əslini məhkəməyə təqdim etmiş, cavabdeh isə həmin sənədin 3 vərəqdən ibarət olduğunu və əslinin iddiaçılarda olduğundan təqdim edə bilmədiyini göstərmişdir. Qeyd edilməlidir ki, İddiaçı1 məhkəmədə vermiş olduğu izahatında sənədin əslinin onda, surətinin isə cavabdehdə olduğunu özü də təsdiq etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən pulun formalaşdırmasına və bank hesabına yerləşdirilməsi ilə bağlı iltizam təqdim edilməsi ilə iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı sübutlar arasında ziddiyyətlər akşarlanmışdır. Həmçinin, müəyyən edilir ki, həm İddiaçı2, həm də Cavabdeh mülkiyyətlərindən olan əmlakları satmış və pul vəsaiti əldə etmişlər. Nəticədə, hər iki tərəfin mübahisələndirilən pulu formalaşdırmaq üçün vəsaiti olmuşdur. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş 1 vərəqdən ibarət olan sənədin (qəbzin) tədqiqi zamanı onun özü-özlüyündə yarımçıq və hansısa sənədin davamı olması vizual olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırda məhkəməyə təqdim edilmiş sübutların tətqiqi zamanı iddiaçı tərəfin məhz özlərinə məxsus olan pul vəsaitini cavabdehə məxsus olan bank hesabına yerləşdirilməsi, həmin pulun cavabdehə məxsus olmaması, cavabdehin onları pullarından məhrum etməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən məbləğin 30000 manatının ona məxsus olduğunu qeyd etmişdir. Qalan 4000 manatın isə qızı və kürəkəni İddiaçı1 məxsus olduğunu etiraf etsə, həmin vəsaitinin iddiaçının yoxsa cavabdehin qızının birgə formalaşdırdıqları, ya da hansısa birinə məxsus əmlak olması, hansı formada və nə vaxt əldə edilməsini müəyyən etmək mümkün olmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.5, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələri, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2., 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçılar lap əvvəldən məhkəməyə etibarlı sübutlar təqdim etmişlər ki, cavabdeh Əzimova İddiaçı1 şəxsi pulunu saxlamaq üçün götürmüşdür. Bu barədə cavabdeh Əzimova qəbz tərtib etmişdir və bu qəbz iddiaçılar tərəfindən məhkəməyə təqdim edilib. Qəbz bir vərəqdən ibarət olub və bankda tərtib edilmişdir. Məhkəmə gedişində, yəni dördüncü məhkəmə iclasında cavabdeh tərəf əlavə qəbz vərəqələrinin surətlərini təqdim etmişdir və cavabdehin nümayəndəsi izah etdi ki, əslində qəbz üç vərəqdən ibarət olub, İddiaçı1 əslini gizlədib. Cavabdeh tərəfin nümayəndəsi bu arqumentləri əsaslandıra bilməmişdir. Məhkəmədə o, qəbzin iki saxta vərəqəsinin surətini təqdim etmişdir. Həmin vərəqlər məhkəmə zamanı Cavabdeh tərəfindən əlavə olaraq tərtib edilmiş və nümayəndə vasitəsilə məhkəməyə təqdim edilmişdir. Bunu aşağıdakı faktlar təsdiq edir: İddiaçı1 nümayəndəsi məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı1 məxsus olan 34.000 manat məbləğində şəxsi pulunun qaytarılması barədə yazılı təkliflə Cavabdeh müraciət etmişdir. Bu yazılı təklif iki dəfə göndərilmişdir. Lakin Əzimova bu təklifə cavab verməmişdir. Təklifə Əzimovanın özünün tərtib etdiyi bir vərəqdən ibarət olan qəbzin surəti əlavə edilmişdir. Lakin Əzimova buna cavab olaraq qəbzin əslində üç vərəqdən ibarət olması ilə bağlı heç bir etiraz göndərməmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi qəbzin əlavə vərəqlərini təqdim etməmişdir. Yalnız dördüncü məhkəmə iclasında qəbzin əlavə iki vərəqəsinin surəti təqdim edilib. Bununla izah etmək olar ki, cavabdeh işin məhkəmədə aparılması zamanı bu iki əlavə vərəqi özü tərtib etmişdir. Əslində cavabdehin təqdim etdiyi əlavə qəbz vərəqlərinin əsli heç vaxt olmamışdır və buna görə də heç bir tərəf vərəqlərin əslini məhkəməyə təqdim edə bilməmişdir. Əslində, qəbz əvvəldən bir nüsxədə tərtib edilmişdir. Cavabdeh pulu öz hesabına köçürməzdən əvvəl bankın binasında bir vərəqdə tərtib etmişdir. Məhkəmə işdə sübut kimi cavabdehin təqdim etdiyi qəbzlərin sadə surətlərini qəbul edib. Eyni zamanda, o, iddiaçının təqdim etdiyi qəbzin əslini sübut kimi tamamilə əsassız olaraq rədd etmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçıların özlərinə məxsus olan pulu məhz cavabdehə məxsus olan bank hesabına yerləşdirmələri, həmçinin cavabdehin də iddiaçılara məxsus olan puldan faiz gəliri əldə etməsi ağlabatan hesab edilmir. İddiaçı tərəf məhkəmənin bu istiqamətdə verdiyi sualları qohumluq və ailə münasibətləri ilə əsaslandırmağa çalışsa da, bu mülahizələr məhkəmədə daxili inamı formalaşdırmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbini əsaslandırarkən qeyd etmişlər ki, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilini xx.xx.2021-ci il tarixdə 124000 manata satmış və əldə edilən pulun bir qismini oğluna ev almaq üçün ayırmışdır. Bu məqsədlə əldə edilən pulun 34000 manatını cavabdehə verilmiş və cavabdeh tərəfindən buna dair sənəd dətərtib edilmişdir. İddiaçılar mənzilin alqı-satqı müqaviləsini məhkəməyə təqdim ediblər. Bu müqavilədən də görünür ki, 2 avqust 2021-ci il tarixdə İddiaçı2 ona məxsus mənzilini satmışdır. O, satışdan əldə etdiyi gəlirin 34 min manatını oğlu İddiaçı1 mənzil almaq üçün vermişdir. Cavabdeh 13 avqust 2021-ci il tarixdə bu pulu saxlamaq üçün banka öz adına qoyması barədə qəbz tərtib etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı1 və cavabdehin qızı Ləman Əzimova rəsmi nikaha daxil olmuşlar. Lakin məhkəmə tərəfindən işin xronoloji xarakter daşıyan bu halları nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə Cavabdeh təqdim etdiyi alqı-satqı müqaviləsini nəzərə almışdır. Lakin bu alqı-satqı müqaviləsi Cavabdeh tərəfindən 2021-ci ilin mart ayında bağlanılmışdır. Bu müddət ərzində İddiaçı1 və Ləman Əzimova bir-birini tanımayıb. Buna görə də Cavabdeh bağladığı mənzilin alqısatqı müqaviləsi ilə cavabdehlə iddiaçılar arasında yaranmış hüquqi münasibətlər arasında heç bir əlaqə yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, onların məhkəməyə təqdim etdiyi qəbzin əsli onda olmuşdur və bankda tərtib edilmişdir. Onun 2 nüsxəsi elə bankda çıxarılmışdır. Cavabdehə və onun qızına nüsxələr verilmişdir. Məhkəmədə cavabdehin təqdim etdiyi sənədlər bankda çıxarılmış nüsxə deyil. Onlar cavabdeh tərəfindən tərtib edilmişdir. Buna görə də ekspertiza keçirilməsi zəruridir. Onların bankdan şahidləri də var. O, mart ayında heç cavabdehi tanımayıb. Cavabdeh yəni, keçmiş qaynanası ona demişdir ki, narahat olmasın, onlar qohumdurlar, bu pul onundur, o da inanıb. Onların xərcləməyi üçün pulu vermişdi, o inanmırdı ki, bu cür hərəkətlər etsin, faizini də cavabdeh götürəcəkdi. Əlavə qəbz vərəqələrinin surətlərini qəbul etmir. Mart ayında o cavabdeh ailəni tanımamışdır. Çıxarılan surətlər da bir-birindən seçilir. Onların çıxardığı surətlər qaradır, onda olanlar isə əsli olandır, sonradan tərtib edilən deyil. Cavabdeh ailə tez-tez onunla maraqlanırdı ki, evi satır, ya yox. Ona Ləman deyib ki, pulu banka qoysun və onun evində qalsın.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçılar lap əvvəldən məhkəməyə etibarlı sübutlar təqdim etmişlər ki, cavabdeh İddiaçı1 şəxsi pulunu saxlamaq üçün götürmüşdür. Bu barədə cavabdeh qəbz tərtib etmişdir və bu qəbz iddiaçılar tərəfindən məhkəməyə təqdim edilib. Qəbz bir vərəqdən ibarət olub və bankda tərtib edilmişdir. Məhkəmə gedişində, yəni dördüncü məhkəmə iclasında cavabdeh tərəf əlavə qəbz vərəqələrinin surətlərini təqdim etmişdir və cavabdehin nümayəndəsi izah etdi ki, əslində qəbz üç vərəqdən ibarət olub, İddiaçı1 əslini gizlədib. Cavabdeh tərəfin nümayəndəsi bu arqumentləri əsaslandıra bilməmişdir. Məhkəmədə o, qəbzin iki saxta vərəqəsinin surətini təqdim etmişdir. Həmin vərəqlər məhkəmə zamanı Cavabdeh tərəfindən əlavə olaraq tərtib edilmiş və nümayəndə vasitəsilə məhkəməyə təqdim edilmişdir. Buna görə də ekspertiza keçirilməsi zəruridir. İddiaçı1 ona məxsus olan 34.000 manat məbləğində şəxsi pulunun qaytarılması barədə yazılı təkliflə Cavabdeh müraciət etmişdir. Bu yazılı təklif iki dəfə göndərilmişdir. Lakin cavabdeh bu təklifə cavab verməmişdir. Təklifə Əzimovanın özünün tərtib etdiyi bir vərəqdən ibarət olan qəbzin surəti əlavə edilmişdir. Lakin Əzimova buna cavab olaraq qəbzin əslində üç vərəqdən ibarət olması ilə bağlı heç bir etiraz göndərməmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi qəbzin əlavə vərəqlərini təqdim etməmişdir. Yalnız dördüncü məhkəmə iclasında qəbzin əlavə iki vərəqəsinin surəti təqdim edilib. Cavabdeh işin məhkəmədə aparılması zamanı bu iki əlavə vərəqi öz əli ilə tərtib etmişdir. Əslində cavabdehin təqdim etdiyi əlavə qəbz vərəqlərinin əsli heç vaxt olmamışdır və buna görə də heç bir tərəf vərəqlərin əslini məhkəməyə təqdim edə bilməmişdir. Qəbz əvvəldən bir nüsxədə tərtib edilmişdir. Onlar daha sonra bankda video çəkilişi sorğu ilə istəyiblər ki, cavabdehin bankda özündən qəbz yazmasını sübut etsinlər. Sorğunun cavabı gecikdiyinə görə banka yaxınlaşıblar. Həmin zaman ordakı işçilər də bildirirlər ki, cavabdeh tez-tez kağıza nəsə yazırmış, həmin qadını xatırlayırlar. Həmin zamanda bank işçiləri də orda idi. Onlar birinci instansiya məhkəməsində onları şahid kimi dəvət etməyə vaxtları olmayıb. Çünki, onlar bilməyiblər ki, bankın işçilərinin cavabdehin orada yazı yazması yadlarında qala bilər.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, cavabdeh ailəsinin dedikləri tamamilə yalandır, o, yoldaşına deyib ki, Qarayevdəki evi satıb iki oğluna ayrıayrı ev alsınlar.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Məhkəmədən ona 2 ay əvvəl xəbərdarlıq edilmişdir ki, pulu ödəsin. O, həmin məktuba münasibət bildirməyib. Pul onun olmasa idi, elə həmin zaman pulu bankdan çıxarardardı. O, banka tək getməyib. Tağı və qızı ilə gedib. Pul Tağıda olduğu üçün qəbz yazıb. Oğluna ev alıb, qalan 30.000 manatı o, Ləmana verib ki, banka qoysun daha sonra da bağ alsın. 2021-ci ilin fevralından Tağı ilə tanışdılar. Qızı may ayında Türkiyəyə gedəndə Tağı onu çağırdı ki, toy etsinlər. İyulda necə tanış ola bilərlər ki, bir ayın içində də evlənsinlər? Bu yalandır. Əvvəldən Tağının gözü qızının evində, maşınında idi. Qızı bildirdi ki, 30.000 manatı Tağıya verib, 4000 manatını da Tağı 30.000 manatın üstünə qoydu. O qızına dedi ki, pulunu Tağıdan geri al. Tağı da Ləmana deyib ki, pulu anasına qaytarsa, qardaşına verəcək. Daha sonra da banka gedib qəbzi yazıblar. Qəbzi və surətlərini qızının evində qoyublar. Onları da Tağı götürmüşdü. Təsadüfən surətlərdən birini özü ilə evə aparıb. Bu şəxs dələduzdluqla məşğul olur. Dəfələrlə getdikləri marketdə saqqızlar oğurlayıb, qızını da özünü də biabır edib. O qəbzi qızına verib. Bankda qəbzi tərtib ediblər. Qəbz 3 səhifə olub.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı tərəfin dedikləri qəbzdə öz əksini tapmışdır. Qəbz bankda tərtib edilmişdir. Cavabdeh, onun qızı və İddiaçı1 iştirak etmişlər. Həmçinin, pul iddiaçıya aid olsaydı cavabdeh gedib dərhal pulu götürərdi. Lakin, bunu etməmişdir. Qarşı tərəf birinci instansiya məhkəməsində şahidləri dəvət edə bilərdi, lakin etmədilər. Yalnız sözlə bildirmişdir kı, şahidlər var. Cavabdeh pulu əvvəl qızına vermişdir. Qızı da iddiaçıya vermişdir. Daha sonra isə qorxduğu üçün qəbz yazmışdır və bildirmişdir ki, onları rahat etdirmək üçün daha sonra ev də alacaq. 19.Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova (Əzimova) Ləman Nadir qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, yazılmış qəbz onun anası tərəfindən onun üçün yazılmışdır. Həmin pul anasının puludur. Mart ayında qardaşının toyu olacağına görə anası evi satdı və pulun yarısını 30.000 manatı da ona verdi. Anası ona həmin pulu banka qoymağı və bankdan faiz götürməsi üçün vermişdi. O da bu barədə Tağıya bildirdi. Tağı ona dedi ki, o pulu banka qoymasın, ona versin, üzərinə 4000 manat pul da o qoyacaq birlikdə daha sonra nəsə alarlar. Anası bir müddət sonra ondan soruşdu ki, niyə bankdan faiz götürmür. O da anasına pulu Tağıya verdiyini bildirib. Həmin zaman onlar Tağı ilə nişanlı idilər. Tağıya deyib ki, pulu ona versin ki, anasına qaytarsın. Tağı ona deyib ki, pulu anasına verməsin, yoxsa qardaşına verəcək. Daha sonra anasına bunu deyib və anası da buna görə də həmin qəbz yazdı. Tağının valideynləri ola-ola onun anasına pul verməsi inandırıcı hal deyil. Həmçinin, evdə olan bütün sənədləri Tağı götürmüşdü. Təsadüfdən surətlərdən biri anasında idi. xx.xx.2021-ci il tarixində anası deyib ki, banka gedib pulu qoysunlar. Anası da tək qoymamaq üçün gedib. Həmin zamanda nişanlı olduğuna görə Tağı onunla gəlmişdi. Ayın 26-da onların nikahı oldu. Onlar Tağı ilə razılığa gəliblər ki, həmin pulla ev alacaqlar. 4000 manat pul onun olduğuna görə qəbzdə Tağının imzası var. xx.xx.2021-ci il tarixdə digər iddiaçının ev satması barədə məlumatı yoxdur.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində qeyd edilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (Maddə 1092.2)
23. Həmin Məcəllənin 1092.3-cü maddəsində qeyd edilir ki, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi birgə iddiaçılar tərəfindən verildiyindən və iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən - Cavabdeh İddiaçı1 xeyrinə 34000 manat məbləğində pulun tutulması hissəsində təmin edilməlidir.
28. İşin mübahisəsiz halı odur ki, “13 avqust 2021-ci ildə mən, kürəkənim İddiaçı1 34000 manat məbləğində pul alıb Razin qəsəbəsində yerləşən Beynəlxalq Bankın filialında öz adıma olan hesaba qoymuşam, məqsəd qızım Ləman Əzimova və kürəkənim İddiaçı1, ümumi ev almaqdır. Bununla mən onlara pul yığmağa kömək edirəm. Mənim bu pulları xərcləmək hüququm yoxdur. Yalnız hesablanan faizi götürürəm” məzmunlu rus dilində Cavabdeh tərəfindən tərtib edilən qəbz İddiaçı1, Cavabdeh və Əzimova Ləman tərəfindən imza edilmişdir.
29. İşin mübahisələndirilən halı yuxarıda qeyd edilən qəbzdən əlavə iki səhifənin mövcud olması ilə bağlıdır. Əlavə iki səhifəlik qəbzdə isə qeyd edilir “Mən, Cavabdeh, Azadlıq prospekti 127/131 ünvanında yerləşən 4 otaqlı mənzilimi 130000 manata satdım və oğlum Əzimov Nərimana Bakıxanovda 60000 manata mənzil aldım. Bundan sonra mən bağımızda hovuz tikdirdim, oğluma toy elədim və qalan 30000 manatı qızım Ləmana verdim. Bu iltizamı ona görə yazıram ki, qızım əmin olsun ki, mən onun 30000 manatını əlindən almıram, əksinə onu qızım üçün artırmaq istəyirəm, belə ki, bəzi insanlar qızımı inandırmağa çalışırlar ki, anan sənə pulu qaytarmayacaq. Qızımın nişanlısı İddiaçı1 həmçinin bu 30000 manatı artırmağa mənə kömək edir və bu məbləğin üzərinə 4000 manat əlavə edib, lakin bu pulu evində saxlayır. Bu qədər məbləği evdə saxlamaq təhlükəsiz olduğuna görə, mən pulu banka qoymağı təklif etdim.
30. İşə baxan rayon məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, “1 səhifədən ibarət olan sənədin (qəbzin) tədqiqi zamanı onun özü özlüyündə yarımçıq və hansısa sənədin davamı olması vizual olaraq müəyyən edilmişdir”.
31. Məhkəmə kollegiyası işə baxan rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən əlavə iki səhifəlik qəbzdə imza yoxdur və iddiaçı tərəf həmin 2 səhifənin mövcudluğunu mübahisələndirərək bildirir ki, qəbz yalnız 1 səhifədən ibarət olmuşdur. Həmin səhifənin əsli ondadır və həmin səhifədə 3 nəfərin imzası vardır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təqdim edilən əlavə iki səhifədə imza olmadığından onun məzmununda qeyd edilən halları cavabdeh sübut etməlidir. Çünki imza olan 1 səhifəlik yazıdan müəyyən olunur ki, 34000 manat pulu cavabdeh iddiaçıdan almış və öz adına hesaba qoyaraq məqsəd Tağı və Ləmana ümumi ev almaq üçün pulun yığılmasına kömək etmək olmuşdur. Lakin cavabdehin təqdim etdiyi əlavə 2 səhifəlik yazıda imza yoxdur və həmin yazının məzmununa görə 30000 manat pulu Cavabdeh öz qızı Ləmana vermiş, Ləman isə nişanlısı Tağıya vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız vizual görünüşə əsaslanmaqla, imza olmayan və mübahisələndirilən əlavə 2 səhifəlik yazıya istinad etməklə iddianı rədd etməkdə məhkəmə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya qarşı cavabdehin etirazının dəlillərini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyündən Cavabdeh Tağıdan alaraq bank hesabına qoyduğu pulun məhz ona məxsus olmasını sübut etməli idi. Cavabdeh bildirir ki, 2021-ci ili mart ayında mənzilini satmışdır. Məhkəmə hesab edir ki, bu hal Tağıdan aldığı pulun ona məxsus olmasını sübut etmək üçün yetərli deyil. Çünki, Tağının anası olan digər İddiaçı2 mənzilini 2021-ci ilin avqust ayının 2-i satmış, pulun verilməsinə dair qəbz 13 avqustda yazılmış, Tağı ilə Ləman 2021-ci ilin 26 avqustunda nikaha girmişlər. Tərəflər təsdiq edir ki, nikahdan sonra Tağı Ləmana məxsus mənzildə yaşamışdır. 32.Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı1 xeyrinə 34000 manat pulun tutulması tələbinin təmin edilməsi üçün qanuni əsas vardır. Belə ki, imza edilmiş qəbzdən müəyyən edildiyi kimi, Tağıdan 34000 manatı alıb hesaba qoymaqda məqsəd Tağı və Ləman üçün ümumi ev almaq üçün pulun yığılmasına kömək etmək olmuşdur. Lakin hazırda Tağı ilə Ləmanın nikahı pozulmuş, onların ev alıb birlikdə yaşamaq niyyəti yoxdur. Göründüyü kimi pulun verilməsinə əsas olmuş hal aradan qalxmışdır. Buna baxmayaraq cabahdeh pulu qaytarmayaraq əsassız varlanmışdır.
33. Mülki Məcəllənin 1091.2-ci maddəsində qeyd edilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Məhkəmə kollegiyası hesab edir ki, pul Tağıdan alındığına görə Tağıya da qaytarılmalıdır. Ona görə də İddiaçı2 xeyrinə pulun tutulması hissəsində iddia təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı1 iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı1 xeyrinə 34000 manat məbləğində pul tutulmalı, İddiaçı2 iddia tələbi təmin edilməməlidir.
37. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə 34000 (otuz dörd min) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev