Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1706/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı3 MMC-nin vəkili və nümayəndəsi X1 və cavabdeh “X6 Azərbaycan” QSCnin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4074/2019 nömrəli qətnaməsindən cavabdeh “X6 Azərbaycan” QSC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı «zaminlik müqavilələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «X6 Azərbaycan» QSC ilə «xxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 001 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC ilə cavabdeh arasında bağlanmış zaminlik müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili X5 iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, cavabdeh «X6 Azərbaycan» QSC ilə «xxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 001 nömrəli kredit xəttinin açılması barədə müqaviləyə əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC ilə cavabdeh arasında bağlanmış zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə cavabdeh «X6 Azərbaycan» QSC ilə «xxxxxxxx» MMC arasında 001 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Eyni tarixdə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təmini üsulu kimi cavabdeh «X6 Azərbaycan» QSC ilə iddiaçılar arasında müvafiq olaraq 001/1, 001/2 və 001/3 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit xətti müqaviləsi və eləcə də, iddiaçılarla bağlanmış zaminlik müqavilələrində kreditin verilmə müddəti, faizi və şərtləri dəqiq müəyyən edilməmiş və sonradan kreditlər verilərkən onların faiz və müddəti, eləcə də digər vacib əhəmiyyətli şərtləri barədə iddiaçılara məlumat verilməmiş və iddiaçıların hər hansı razılığı alınmamışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 001 saylı kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 1.3-cü maddəsinə əsasən, kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir. Bu müqavilə borc verənin kredit vermək vədini ifadə etmir. Eyni zamanda, cavabdehlə iddiaçılar arasında bağlanmış zaminlik müqavilələrinə əsasən bu müqavilə ilə zaminlər «X6 Azərbaycan» QSC ilə borcalan («xxxxxxxx» MMC) arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılması üzrə öhdəlik götürmələri qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Bu müqavilələrdən təxminən 1 il sonra zaminlərə heç bir məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bank «xxxxxxxx» MMC-yə beş kredit ayırmışdır. Belə ki, bank ilə «xxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 7 nömrəli kredit sazişinə əsasən «xxxxxxxx» MMC-yə 12 ay müddətinə 500.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli 8 nömrəli kredit sazişinə əsasən 12 ay müddətinə 400.000 manat, xx.xx.2015-ci il tarixli 9 nömrəli kredit sazişinə əsasən 12 ay müddətinə 300.000 manat, xx.xx.2015-ci il tarixli 10 nömrəli kredit sazişinə əsasən 12 ay müddətinə 300.000 manat və xx.xx.2015-ci il tarixli 11 nömrəli kredit sazişinə əsasən xx.xx.2016-cı il tarixədək 587.000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, baş kredit razılaşması və sonradan bağlanmış kredit xətti müqavilələri zaminlərin hüquqlarını kobud şəkildə pozmaqla bağlanmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli qərarına istinad edən iddiaçılar hesab edirlər ki, zaminlik müqavilələrinə xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4074/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC ilə cavabdeh «X6 Azərbaycan» QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 001/1, 001/2, 001/3 saylı zaminlik müqavilələrinə xitam verilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “X6 Azərbaycan” QSC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4074/2019 saylı qətnaməsini ləğv edərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh “X6 Azərbaycan” QSC apelyasiya şikayətinə əlavəyə dair ərizə verərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsasız olduğundan ləğv olunması və iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh “X6 Azərbaycan” QSC apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin bu mübahisə ilə bağlı gəldiyi nəticə tamamilə yanlış olmaqla, belə yanlış nəticəyə əsaslanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə, kredit xətti müqaviləsinin yalnız 1.3-cü bəndinin həmin hissəsini müqavilənin kontekstindən ayıraraq, öz qətnaməsində dəfələrlə həmin cümləyə istinad etsə də, nədənsə müqavilənin digər şərtlərini nəzərə almamış, müqavilə şərtlərini düzgün təfsir etməmişdir. Halbuki, həmin müqavilənin elə həmin bəndində, “bu müqavilə bankın kredit vermək vədini ifadə elmir” cümləsindən sonra bu cümləyə aydınlıq gətirilərək, müəyyən edilir ki, “kredit xətti çərçivəsində ayrı-ayrı kreditin(lərin) (tranşların/hissələrin) verilməsi, “Borcalan ” həmin məbləğin(lərin) ayrılması haqqında müraciətləri əsasında. “Borcverənin’’ səlahiyyətli orqanının (struktur bölməsinin) buna dair müsbət qiymətləndirmə rəyindən (qərarından) sonra verilməsi ilə müəyyənləşdirilə bilər.” Göründüyü kimi, həmin müqavilədə tərəflərin iradə ifadəsi açıq-aydın müəyyənləşdirilmişdir ki, “Borcalan” kredit alınması üçün müvafiq müraciət edir, “Borcverən“ isə müsbət qiymətləndirmə rəyindən sonra kredit verilməsi barədə rəy (qərar) verir. “Borcalana” kreditlərin verilməsi də məhz bu prosedurlara riayət edilməklə, kredit xətti müqaviləsi ilə müəyyən edilmiş şərtlər daxilində həyata keçirilmişdir. İş materiallarından, o cümlədən kredit xətti müqaviləsindən də göründüyü kimi, həmin müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdlərin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. İşin bütün faktiki hallarından və elə müqavilənin digər şərtlərindən də aydın ifadə olunduğu kimi, tərəflər arasında niyyət kredit almaq və kredit vermək olmuşdur və bu iradə ifadəsinin bütün detalları müəyyən edilmişdir. Bundan əlavə, həmin müqavilənin digər şərtlərində “Borcalana” veriləcək kredit məbləğlərinin limiti, verilmə və qaytarılma müddətləri, həmçinin tərəflərin hüquq və vəzifələri də müəyyən edilmiş, müqavilədə “bu müqavilə üzrə verilən kreditlər “kredit xətti üzrə kreditlər” ifadələrindən istifadə edilmişdir ki, bu da birmənalı olaraq onu ifadə edir ki, “Borcalana” kreditlər, əsas şərtləri bu müqavilə ilə müəyyən edilən ayrı-ayrı kreditlər şəklində veriləcəkdir və həm “Borcalan" həm də “Zaminlər” bu şərtləri qəbul edərək, təminat verdikləri öhdəliklərin həcmi və şərtləri barədə məlumatlı olmaqla zaminlik müqavilələrini imzalamış, yəni öz radə ifadələrini bildirmişlər. Göründüyü kimi, məhkəmənin “kredit vermək vədi ifadə etməyən" və ''mülki hüquq münasibətləri yaratmayan” hesab etdiyi müqavilədə kreditin verilməsi və təmin edilməsi şərtləri tam ifadə olunmuş, həmin müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində veriləcək kreditlər üzrə tərəflərin öhdəlikləri müəyyən olunmuşdur. Kredit xətti müqaviləsinin 1.3 bəndində də birmənalı olaraq, müəyyən edilmişdir ki, "..Kreditdər "Borcalan”-a bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə(lərinə) əsasən hissə hissə verilir." Göründüyü kimi, birinci instansiya məhkəməsinin bir sıra maddi hüquq normalarına, o cümlədən. Mülki Məcəllənin 269.5 və 307.4-cü maddəsinə istinad etməklə, həmin məcəllənin əqdlərin etibaısızlığına dair 337-ci maddəsini tətbiq etməsi düzgün olmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, həmin maddənin tətbiqi üçün məhkəmənin göstərdiyi əsas mövcud olmamışdır. Həmçinin cavabdeh apelyasiya şikayətinə əlavədə də bildirmişdir ki,Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarların əksər mülki dövriyyə iştirakçılarının və dövlətin iqtisadi maraqlarına toxunduğunu, eləcə də ölkə iqtisadiyyatının dayanıqlığını təmin edən bank sektorunda stabilliyin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq, həmin Qərarların hüquqi qüvvəsi və tətbiqi məsələsində yaranan fikir ayrılığının aradan qaldırılması məqsədilə xx xxxxxxx 2019-cu il tarixli qərardad qəbul etmişdir. Həmin qərardada əsasən qərara alınmışdır ki, 1. Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9- cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Qəbul olunmuş qərardada əsasən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-nin banka qarşı qaldırdıqları zaminlik müqaviləsinin ləğv olunmasını tələbi ilə bağlı iddia ərizəsini Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarının qüvvəyə minməsinədək verməmişdirlər, iddia ərizəsini qeyd olunun qərarlar qanuni qüvvələrini aldıqdan 13 ay sonra vermişdirlər.Bu, onu deməyə əsas verir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasız olduğundan ləğv olunmalı və YapıKredi Bank QSC-nin apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X6 Azərbaycan” QSC-nin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 MMC-nin vəkili və nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin dəlillərinə istinad etməklə apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə iddia tələbi rədd olunmalıdır. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2014-cü il tarixli 001 saylı kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilədən) görünür ki, tərəflər («X6 Azərbaycan» QSC ilə borcalan «xxxxxxxx» MMC) 2.087.400 manat kredit xəttinin açılması barədə müqavilə bağlamışlar. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli 001/1, 001/2, 001/3 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC kredit müqaviləsi üzrə «xxxxxxxx» MMC «X6 Azərbaycan» QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2015-ci il tarixli 7 saylı kredit sazişindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli 001 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) əsaslanan tərəflər («X6 Azərbaycan» QSC ilə borcalan «xxxxxxxx» MMC) 500.000 manat kreditin verilməsi barədə saziş imzalamışlar. Sazişdə kreditin verilmə müddəti, tətbiq olunan faiz dərəcəsi və sair şərtlər qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2015-ci il tarixli 9 saylı kredit sazişindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli 001 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) əsaslanan tərəflər («X6 Azərbaycan» QSC ilə borcalan «xxxxxxxx» MMC) 300.000 manat kreditin verilməsi barədə saziş imzalamışlar. Sazişdə kreditin verilmə müddəti, tətbiq olunan faiz dərəcəsi və sair şərtlər qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2015-ci il tarixli 10 saylı kredit sazişindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli 001 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) əsaslanan tərəflər («X6 Azərbaycan» QSC ilə borcalan «xxxxxxxx» MMC) 300.000 manat kreditin verilməsi barədə saziş imzalamışlar. Sazişdə kreditin verilmə müddəti, tətbiq olunan faiz dərəcəsi və sair şərtlər qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2015-ci il tarixli 11 saylı kredit sazişindən görünür ki, xx xxxxx 2014-cü il tarixli 001 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) əsaslanan tərəflər («X6 Azərbaycan» QSC ilə borcalan «xxxxxxxx» MMC) 587.000 manat kreditin verilməsi barədə saziş imzalamışlar. Sazişdə kreditin verilmə müddəti, tətbiq olunan faiz dərəcəsi və sair şərtlər qeyd olunmuşdur. İşin mübahisəsiz halıdır ki, xx xxxxxx 2014-cü il tarixdə cavabdeh «X6 Azərbaycan» QSC ilə «xxxxxxxx» MMC arasında 001 saylı kredit xətti müqaviləsi və eyni tarixdə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təmini üsulu kimi cavabdeh «X6 Azərbaycan» QSC ilə iddiaçılar arasında müvafiq olaraq 001/1, 001/2 və 001/3 saylı zaminlik müqavilələri bağlanmışdır. Daha sonra həmin təminatlar əsasında bankla «xxxxxxxx» MMC arasında başqa kredit müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 31 may tarixli Qərarına istinad edərək, iddia tələbini təmin etmiş və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC ilə cavabdeh «X6 Azərbaycan» QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 001/1, 001/2, 001/3 saylı zaminlik müqavilələrinə xitam verilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” Qərardadına əsasən Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşin hallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-nin banka qarşı qaldırdıqları “zaminlik müqaviləsinin ləğv olunması tələbi”nə dair iddia ərizəsini Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may və 2019cu il 25 iyul tarixli Qərarlarının qanuni qüvvələrini aldıqdan sonra vermişdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandıran zaman kredit xətti müqaviləsinin yalnız 1.3-cü bəndinə dəfələrlə istinad etsə də, müqavilənin digər şərtlərini nəzərə almamışdır və müqavilənin şərtlərini düzgün təfsir etməmişdir. Halbuki, həmin müqavilənin qeyd edilən bəndində, “bu müqavilə bankın kredit vermək vədini ifadə elmir” cümləsindən sonra bu cümləyə aydınlıq gətirilərək, müəyyən edilir ki, “kredit xətti çərçivəsində ayrı-ayrı kreditin(lərin) (tranşların/hissələrin) verilməsi, “Borcalan ” həmin məbləğin(lərin) ayrılması haqqında müraciətləri əsasında “Borcverənin’’ səlahiyyətli orqanının (struktur bölməsinin) buna dair müsbət qiymətləndirmə rəyindən (qərarından) sonra verilməsi ilə müəyyənləşdirilə bilər.” Göründüyü kimi, həmin müqavilədə tərəflərin iradə ifadəsi açıq-aydın müəyyənləşdirilmişdir ki, “Borcalan” kredit alınması üçün müvafiq müraciət edir, “Borcverən“ isə müsbət qiymətləndirmə rəyindən sonra kredit verilməsi barədə rəy (qərar) verir. “Borcalana” kreditlərin verilməsi də məhz bu prosedurlara riayət edilməklə, kredit xətti müqaviləsi ilə müəyyən edilmiş şərtlər daxilində həyata keçirilmişdir. İş materiallarından, o cümlədən kredit xətti müqaviləsindən də görünür ki, həmin müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdlərin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. İşin bütün faktiki hallarından və müqavilənin digər şərtlərindən də aydın ifadə olunduğu kimi, tərəflər arasında niyyət kredit almaq və kredit vermək olmuşdur və bu iradə ifadəsinin bütün detalları müəyyən edilmişdir. Bundan əlavə, həmin müqavilənin digər şərtlərində “Borcalana” veriləcək kredit məbləğlərinin limiti, verilmə və qaytarılma müddətləri, həmçinin tərəflərin hüquq və vəzifələri də müəyyən edilmiş, müqavilədə “bu müqavilə üzrə verilən kreditlər “kredit xətti üzrə kreditlər” ifadələrindən istifadə edilmişdir ki, bu da birmənalı olaraq onu ifadə edir ki, “Borcalana” kreditlər, əsas şərtləri bu müqavilə ilə müəyyən edilən ayrı-ayrı kreditlər şəklində veriləcəkdir və həm “Borcalan" həm də “Zaminlər” bu şərtləri qəbul edərək, təminat verdikləri öhdəliklərin həcmi və şərtləri barədə məlumatlı olmaqla zaminlik müqavilələrini imzalamış, yəni öz iradə ifadələrini bildirmişlər. Göründüyü kimi, məhkəmənin “kredit vermək vədi ifadə etməyən" və ''mülki hüquq münasibətləri yaratmayan” hesab etdiyi müqavilədə kreditin verilməsi və təmin edilməsi şərtləri tam ifadə olunmuş, həmin müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində veriləcək kreditlər üzrə tərəflərin öhdəlikləri müəyyən olunmuşdur. Kredit xətti müqaviləsinin 1.3 bəndində də birmənalı olaraq, müəyyən edilmişdir ki, "..Kreditdər "Borcalan”-a bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə(lərinə) əsasən hissə -hissə verilir." Göründüyü kimi, birinci instansiya məhkəməsinin bir sıra maddi hüquq normalarına, o cümlədən. Mülki Məcəllənin 269.5 və 307.4-cü maddəsinə istinad etməklə, həmin məcəllənin əqdlərin etibaısızlığına dair 337-ci maddəsini tətbiq etməsi düzgün olmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, həmin maddənin tətbiqi üçün məhkəmənin göstərdiyi əsas mövcud olmamışdır. İş materialarında olan xx xxxx 2014-cü il tarixli İddiaçı3 MMM təsisçilərinin (səhmdarların, payçıların) ümumi yığıncağının “X6 Azərbaycan” QSC-də “xxxxxxxx” MMC-nin kredit alınmasında zamin durma barədə” Qərarından görünür ki, “xxxxxxxx” MMC-nin maliyyə (dövriyyə) imkanlarını genişləndirmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən “X6 Azərbaycan” QSC-yə 2.087.400 manat məbləğində kredit vəsaitinin alınması üçün İddiaçı3 MMM-in zaminliyi təklif edilmişdir. Həmçinin iş materialarında olan xx xxxx 2014-cü il tarixli “X6 Azərbaycan” QSC-dən kredit almaq barədə “xxxxxxxx” MMC-nin Qərarından da görünür ki, MMC-nin maliyyə (dövriyyə) imkanlarını genişləndirmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən “X6 Azərbaycan” QSC-yə 2.087.400 manat məbləğində kredit vəsaitinin alınması üçün müraciət edilməsi və kreditin qaytarılmasının təminatı kimi Banka İddiaçı1, İddiaçı2, İddiaçı3 MMM Şirkətinin zaminliyinin təklif edilməsi qərara alınmışdır. Həmçinin iş materiallarından da görünür ki, hazırkı iş üzrə İddiaçı2 borcalan “xxxxxxxx” MMC-nin həm də təsisçisidir. Göründüyü kimi iddiaçıların kredit müqavilələrinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatları olmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarındakı hüquqi mövqeyə əsaslanmaqla iddia tələbləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4074/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1706/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1706/2020
20.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver