Məhkəmə qərarları › İş №2(103)-171/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-171/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-171/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Üçüncü şəxs "X2 Edilməsi Agentliyi" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı (üçüncü şəxslər: Sabunçu rayon İcra və Probasiya Şöbəsi, "X2 Edilməsi Agentliyi" MMC və "xxxx" ASC) hərracın nəticələrinin və əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2614/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı (üçüncü şəxslər: Sabunçu rayon İcra və Probasiya Şöbəsi, "X2 Edilməsi Agentliyi" MMC və "xxxx" ASC) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçirilən açıq hərracın nəticələrinin etibarsız hesab edilməsi, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin üzərinə ünvan 1 ünvanda yerləşən mənzilin ilkin qiyməti 380.000 manat məbləğdə hərraca çıxarılması öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2614/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi iddiaçının vəfat etdiyini bildirmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-561/2020 saylı, 03 iyun 2020-ci il il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat İddiaçı hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmışdır. Hazırda məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş eetmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının ailə üzvlərindən heç kim, o cümlədən cavabdehlər və digər üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlmədiklərindən MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya keçən müddət ərzində müxtəlif orqanlara ünvanladığı sorğulardan, Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalından əldə edilən məlumatlardan müəyyən edilmişdir ki, 13.01.2020-ci il tarixdə vəfat etmiş İddiaçı ilə əlaqədar vərəsilik işi açılmamış və indiyədək prosessual hüquqi varisləri müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi üzrə prosessual hüquq varisliyi müyyən edilmədiyindən və iddiaçının hüquqi varisləri işə prosessual hüquqi varis kimi cəlb edilməyə təşəbbüs göstərmədiyindən Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2614/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar