Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1713/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-201/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19081,32 manat sığorta ödənişi məbləğinin və 30.40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 19111,72 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Neftçilər prospektində Cavabdeh “Toyota Prado” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Mazda 6” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. BPİ DYPİ-nin xx.xx.2015-ci il tarixli, 217 saylı arayışına və DİN BDYPİ-nin xx.xx.2017-ci il tarixli, MYP 004334 saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və İXM-nin 151.1-ci maddəsinə əsasən, 40.00 manat məbləğində inzibati cərimə edilmiş və cavabdeh həmin inzibati tənbehi icra etmişdir. xx.xx.2015-ci il tarixli, “Zərərlərin hesablanması aktı”na əsasən xx.xx.2014-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC-də sığortalanmış “Mazda 6” markalı, **-HR-*** saylı nəqliyyat vasitəsinə 24168.43 məbləğində zərər dəymişdir. MİB- BDMS-0106-0/14 saylı, sığorta şəhadətnaməsinə əsasən “Mazda 6” markalı, **-HR-*** saylı nəqliyyat vasitəsi xx.xx.2014-xx.xx.2015 sığorta müddətində 31.400 manat sığorta məbləği və sığorta dəyərində “avtokasko” qaydaları ilə sığortalanmışdır. (100% sığorta) xx.xx.2010-cu il tarixində AR Maliyyə Nazirliyinin İ-189 saylı Əmri ilə təsdiq edilmiş, “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığorta üzrə sığorta Qaydaları”nın Xüsusi Hissəsinin 32.2.2.1-ci yarımbəndinə əsasən avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etdiyi halda sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi, həmin avtomobilin sığorta məbləğindən çox olmamaq şərtilə, avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərindən avtomobilin qalıqlarının dəyəri çıxılmaqla (sığorta qalıq hissələrini özündə saxlamaq istəyini bildirdiyi halda) qalıq məbləğ pul şəklində müqavilə üzrə faydalanan şəxsə ödənilir. (yəni təmir oluna bilməz). xx.xx.2015-ci il tarixli, “Avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair” Aktla, xx.xx.2014-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC-də sığortalanmış “Mazda 6” markalı, **-HR-*** saylı nəqliyyat 24168.43 məbləğində zərər dəyməsi və zərər məbləğinin avtomobilin bazar dəyərinin 75%-dən artıq hissəsini təşkil etdiyi üçün avtomobilin tam zərərə uğraması tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli, “Qəzaya uğramış avtomobilin qalıq hissələrinin qiymətləndirilməsi Aktı” na əsasən xx.xx.2014-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş, “xxxx” ASC-də sığortalanmış “Mazda 6” markalı, **-HR-*** saylı nəqliyyat vasitəsinin qalıq hissələrinin dəyəri 7608.68 müəyyən edilmişdir. Sığorta predmeti tam məhv olmuş hesab edildiyindən, 31400 manat sığorta məbləğindən, tərəflər arasında razılaşdırılmış, sığorta məbləğinin 15% həcmində şərtsiz azadolma məbləği - 4710 manat və sığortalının sığortalı avtomobilin qalıq hissələrinin özündə saxlamaq istəyini nəzərə alaraq, xx.xx.2015-ci il tarixli aktla müəyyən edilmiş qalıq hissələrinin dəyəri olan 7608.68 manat məbləği çıxılaraq, 19081.32 məbləğində sığorta ödənişi sığorta müqaviləsi üzrə faydalanan şəxs qismində sığortalıya ödənilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 201/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, zərərin əvəzi qismində 9200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin və bank xərclərinin əvəzi qismində 14.40 manat dövlət rüsumu və 40 qəpik məbləğində pulun Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi cavabdehin törətdiyi hüquq pozuntusundan irəli gəldiyi üçün bu işlər üzrə 3 illik iddia müddəti tətbiq edilmir. ASC ƏDV ödəyicisi deyil. Cavabdehin vəkili tərəfindən hər hansı ekspert rəyi məhkəməyə təqdim edilməmiş və həmin rəy ASC-yə daxil olmamışdır. “xxxx” ASC üçüncü şəxs kimi işə cəlb edilmiş, qətnamədə isə cavabdeh kimi göstərilmişdir. Ekspert rəyi ilə zərərin hesablanması aktı arasında kəskin fərq olduğundan, təkrar ekspertiza keçirilməlidir. Cavabdehin apelyasiya şikayətində qətnamənin qismən - iddia tələbinin qismən təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. ASC 3 il müddət keçdikdən sonra iddia qaldırmışdır. X4 məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ASC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxslər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan “xxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı X3 məxsus “Mazda 6” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişi barədə verilmiş 036/15-CM 032/15 saylı xx.xx.2015-ci il tarixli sığorta aktına əsasən, sığorta olunmuş “Mazda 6” (**-HR-***) markalı avtomobil xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Neftçilər prospektində yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır, hadisə Bakı şəhəri BPİ DYPİ-si tərəfindən qeydiyyatdan keçmişdir. Sığorta müqaviləsi üzrə “Mazda 6” (**-HR-***) markalı avtomobillə bağlı müvafiq sığorta ilində baş vermiş birinci hadisədir. “xxxx” ASC tərəfindən texniki baxışdan keçirilmiş “Mazda 6” (**-HR-***) markalı avtomobillə bağlı zərər 24168,43 manat məbləğində müəyyən edilmişdir. Sığorta predmeti tam zərərə uğramış hesab edildiyindən, 31400 manat sığorta məbləğindən MİB-BDMS-0106-0/14 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 15% şərtsiz azadolma məbləği – 4710 manat və sığortalının avtomobilinin qalıq hissəsini özündə saxlamaq istəyi nəzərə alınaraq, xx.xx.2015-ci il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri müəyyən edilmiş 7608.68 manat məbləği çıxılaraq, sığorta ödənişi 19081.32 manat təşkil edir. Bu məbləğ faydalanan “xxxx” ASC-nin Badamdar filialı tərəfindən göndərilmiş xx.xx.2015-ci il tarixli məktuba əsasən sığortalıya nağd olaraq ödəniləcəkdir. Həmin akta əsasən sığortalı onu da təsdiq edir ki, onun zərərin vurulmasına görə, məsuliyyət daşıyan üçünü şəxs qarşısında tələb hüququ sığorta ödənişi həyata keçirildiyi andan sığortaçıya keçir. Sığortalı həmçinin təsdiq edir ki, mövcud şəhadətnamədə göstərilən risklər üzrə mənafelərini digər heç bir sığortaçıda sığortalamamışdır və baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə heç bir digər ödəniş almır. “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş “Zərərinin hesablanması aktı”na əsasən xx.xx.2014-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC-də sığortalanmış “Mazda 6” markalı, **-HR-*** saylı nəqliyyat vasitəsinə xx.xx.2015-ci il tarixdə dəymiş zərər hesablanaraq, məbləği 24168.43 manat müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş “Qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi aktı”na əsasən, xx.xx.2014-cü il tarixli MİB-BDMS- 0106-0/14 saylı nəqliyyat vasitələrinin Kasko sığorta şəhadətnaməsi ilə sığortalanmış X3 məxsus “Mazda 6” markalı 9**-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta təminatı verilmişdir. xx.xx.2014-cü il tarixdə göstərilən avtomobil yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobil yararsız düşmüş ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 24168,43 manat təşkil etmişdir. “xxxx” ASC avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 7608.68 manat məbləğində müəyyən olunmuşdur. “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair akta əsasən, xx.xx.2014-cü il tarixli MİB-BDMS-0106-0/14 saylı nəqliyyat vasitələrinin Kasko sığorta şəhadətnaməsi ilə sığortalanmış X3 məxsus “Mazda 6” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsinə uğrayan avtomobilə xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktına əsasən 24168,43 manat zərər dəymiş və həmin məbləğ sığorta dəyərinin 75%-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilir. “xxxx” ASC-nin xx.xx.2015-ci il tarixli elektron məktublaşmanın çıxarışlarına əsasən, xx xxxxxx 2015-ci il tarixdə xxxxsı ASC-in Badamdar filialının rəhbərliyinə “xxxx ASC-də MİB-BDMS-0106-0/14 nöməli xx.xx.2014-cü il tarixli şəhadətnamə ilə sığortalanmış X3 məxsus “Mazda 6” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərərlə bağlı “xxxx” ASC-nin sığorta ödənişini hansı qaydada verməsi barədə “xxxx” ASC-nin sorğusuna cavab olaraq, “xxxx” ASC-nin Badamdar filialı tərəfindən X4 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə vaxtından əvvəl ödəniş edildiyi üçün bağlanması qeyd edilməklə, Badamdar filialı olaraq pulun müştəriyə nəğd şəkildə verilməsinə razılıq verilmişdir. MİB-BDMS-0106-0/14 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən “Mazda 6” markalı, **-HR-*** saylı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdən (sığortanın başlangıc tarixi) – xx.xx.2015 il tarixədək (sığortanın bitmə tarixi) sığorta müddətində 769,30 sığorta haqqı ilə 31.400 manat sığorta məbləği və sığorta dəyərində “avtokasko” qaydaları ilə sığortalanmışdır (100% sığorta). Həmin sığorta şəhatnaməsinə əsasən hər bir hadisə üzrə 350 manat məbləğində azadolma məbləği nəzərdə tutulmuş, avtomobil tam məhv olmuş hesab edildikdə həmçinin oğlurlandıqda habelə qaçırıldıqda sığorta məbləğinə nisbətdə tətbiq olunan azadolma məbləği (oğurlanma və qaçırılma nəticəsində nəqliyyat vasitəsinin qismən zərərə məruz qalması halları istisna olmaqla) 15 % nəzərdə tutulmuşdur. Mülki işin materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli, 000095 saylı kassa məxaric orderinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, 036/**-CM-***/15 saylı akta əsasən MİB-BDMS-0106-0/14 saylı sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi olaraq 19081,32 manat xx xxxxxx 2015-ci il tarixdə X3 ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 23-00037-2020 saylı məktubla məhkəməyə təqdim edilmiş zərərlərin uçotu jurnalına əsasən MİB-BDMS-0106-0/14 saylı avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta müqaviləsinə əsasən sığorta ödənişi üzrə borc 0,00 manat, sığorta məbləği 31.400,00 manat, xx.xx.2014-cü il tarixdə baş vermiş sığorta hadisəsinə əsasən bildirilmiş zərərin ehtimal olunan ilkin məbləği 12000,00 manat olmaqla, xx.xx.2015-ci il tarixdə sığorta ödənişi cəmi 19081,32 manat məbləğində hesablanmışdır. Mülki işə əlavə edilmiş X4 tərəfindən göndərilmiş xx xxxx 2020-ci il tarixli teleqramına əsasən xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən 19081,32 manat məbləğində sığorta ödənişi ona ödənildiyini bildirmişdir. X4 tərəfindən imzalanmış və məhkəməyə göndərilmiş xx xxxx 2020-ci il tarixli ərizəsinə əsasən xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən 19081,32 manat məbləğində sığorta ödənişin ona ödənildiyini bildirmişdir. Öz ərizəsini izahat kimi qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət X5 tərəfindən tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, MYP 004334 saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və İXM-nin 151.1-ci maddəsinə əsasən, 40.00 manat məbləğində inzibati cərimə edilmiş və cavabdeh həmin inzibati tənbehi icra etmişdir. Məhkəmə iclasında təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 32578 saylı xx xxxxx 2019-ci il tarixli ekpert rəyinə əsasən, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair 2(010)-6244/2018 saylı mülki Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, tədqiqat nəticəsində 2014-cü il buraxılışlı, “Mazda 6” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi məqsədə uyğun hesab edilməmiş, Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisəsilərində mövcud olan qiymətlərin, www.avtomobil.az internet saytının, yolnəqliyyat hadisədən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 2014-cü il buraxılışlı, “Mazda 6” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddətinin nəzərə alaraq, 2015-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 23000 manat nəzərdə tutulmuşdur. Avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmamış və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələrinin avtomobilin dəyərinin təxminən 60% təşkil etməsi müəyyən edilmişdir. Avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9200,00 (23000-60%) manat müəyyən edilmişdir. İddiaçı “xxxx” ASC-inin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiası xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş, həmin mülki iş üzrə Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, keçirilmiş ekspertizanın rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnərək Suraxanı Rayon Məhkəməsinin 27 may və xx xxxx 2019-cu il tarixlərə təyin edilmiş, tərəflər gəlmədiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-333/2019-cu il saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyindən və bu hadisənin törədilməsində təqsirli bilindiyindən, bununla da sığortalanmış “Mazda 6” markalı, **-HR-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə mülki məsuliyyət daşıdığından, “xxxx” ASC tərəfindən ödənilmiş sığorta ödənişi ilə bağlı cavabdehə qarşı reqress qaydasında iddianın əsaslı olması qənaətinə gələrək, avtomobilə dəymiş ziyanı ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə ağlabatan və ədalətli hesab edərək iddianı qismən təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. İddiaçı avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etdiyini iddia edir. Ekspert rəyində avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmamış və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələrinin avtomobilin dəyərinin təxminən 60% təşkil etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının bununla bağlı dəlilləri əsassızdır, apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş avtomobilin fotoşəkillərinə baxış keçirilərkən də müəyyən edilmişdir ki, iddiaçı tərəfin avtomobilin təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi ilə bağlı qeyd etdikləri əsassızdır. Ekspert rəyini şübhə altına alacaq hər hansı əsas olmadığından və müəyyən edilmiş məbləğ ağlabatan və işin müəyyən edilmiş hallarına əsasən real məbləğ olduğundan Kollegiya hesab edir ki, təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur. İddiaçının apelyasiya şikayəti əsassızdır. Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi 3 illik müddətin ötürülməsi ilə bağlı Kollegiya qeyd edir ki, hazırki halda öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəldiyi üçün bu cür iddialara Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti (10 il) şamil edilir. Belə olan halda da iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi aydın olur. Bundan başqa isə cavabdeh apelyasiya şikayətində hər hansı konkret dəlilə əsaslanmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, hər iki tərəfin apelyasiya şikayəti əsassızdır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-201/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1713/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1713/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver