Məhkəmə qərarları › İş №2(103)-1716/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1716/2023

09.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1716/2023 09.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(007)-893/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın naturada bölünməsi, bu mümkün olmasa cavabdehdən əmlakın yarısının dəyərinin tələb olunması, bu mümkün olmadıqda əmlakın hərracda satılması və hərracdan əldə olunmuş pul vəsaitinin paylara uyğun tərəflər arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(007)-893/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, 57 saylı evin, 48 saylı mənzilinin dəyərinin, 71000 manat pulun yarısı yəni 35500 manatın Cavabdeh qızından alınaraq həmin mənzildən 1/2 hissədə payının əvəzinə İddiaçı veriməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnmənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişini məhkəmə kollegiyasına təqdim edib, barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Təqdim olunmuş 09 avqust 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1.Birinci tərəf iş üzrə Cavabdeh qızı 6 (altı) ay müddətində 53000 (əlli üç min) manat pul vəsaitini İddiaçı verməyi öhdəsinə götürür. 2.İddiaçı öhdəsinə götürür ki, 53000 (əlli üç min) manat pulu aldıqdan dərhal sonra ünvan 1 ünvanı boşaldılaraq Cavabdeh qızına təhvil verir. 3.6 (altı) ay müddətində 53000 (əlli üç min) manat vəsaiti Cavabdeh qızı tərəfindən İddiaçı ödənilmədikdə, mübahisəli mənzil açıq hərracdan satılaraq tərəflər arasında bərabər bölünəcəkdir. 4.İddiaçı pul vəsaitini aldıqdan sonra mənzili boşaltmadıqda məcburi qaydada mənzildən çıxarılacaqdır. 5.Bu barışıq sazişi 3 (üç) nüsxədə tərtib olundu. Bir nüsxə məhkəmə kollegiyasına təqdim olunur. Bir nüsxə İddiaçı və bir nüsxə də Cavabdeh qızına verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, iddiaçının iddiadan imtinası qəbul edilməklə, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(007)-893/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1 maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Göründüyü kimi məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatı iddiaçıdan, 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(007)-893/2022 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 1.Birinci tərəf iş üzrə Cavabdeh qızı 6 (altı) ay müddətində 53000 (əlli üç min) manat pul vəsaitini İddiaçı verməyi öhdəsinə götürür. 2.İddiaçı öhdəsinə götürür ki, 53000 (əlli üç min) manat pulu aldıqdan dərhal sonra ünvan 1 ünvanı boşaldılaraq Cavabdeh qızına təhvil verir. 3.6 (altı) ay müddətində 53000 (əlli üç min) manat vəsaiti Cavabdeh qızı tərəfindən İddiaçı ödənilmədikdə, mübahisəli mənzil açıq hərracdan satılaraq tərəflər arasında bərabər bölünəcəkdir. 4.İddiaçı pul vəsaitini aldıqdan sonra mənzili boşaltmadıqda məcburi qaydada mənzildən çıxarılacaqdır. 5.Bu barışıq sazişi 3 (üç) nüsxədə tərtib olundu. Bir nüsxə məhkəmə kollegiyasına təqdim olunur. Bir nüsxə İddiaçı və bir nüsxə də Cavabdeh qızına verilir. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar