Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1740/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-618/2020 saylı qətnaməsindən X1 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2013-cü il tarixli, 4-Ə-01/1048 reyestr nömrəli alğı-saqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixli, 4-Ə-01/1048 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh2 İsmayl oğlunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeydin və çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 onun anasıdır. Anası anadangəlmə dərin əqli zəifliyin, nitqin qüsuru ilə müşahidə olunan xəstəliyi ilə doğulmuşdur və hazırda birinci qrup əlildir. O, ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Bu səbəbdən Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-73/2017 saylı qətnaməsi ilə anası X8 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-73/2017 saylı qətnaməsindan maraqlı şəxs Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməyərək, Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)- 73/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsı Mülki Kollegiyasının 291030–10202/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 201 saylı Sərəncamdan çıxarışdan da göründüyü kimi o fəaliyyət qabiliyyəti olmayan anası X3 üzərində qəyyum təyin edilmişdir. Anası və o artıq uzun illərdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilində yaşayırıq, mübahisə predmeti olan mənzildə pasport qeydiyyatında olmuşlar. Bir neçə il bundan öncə dayısı Cavabdeh1 X8 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarına dair ilk iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, dayısı Cavabdeh1 anası X3- psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan, öz hərəkətlərinin mənasını başa düşməyən doğma bacısının adından xx.xx.2013-cü il tarixdə etibamamə almış və ona xx.xx.2014-cü il tarixdə mübahisə predmeti olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Sözügedən mənzil babasının mülkiyyətində olmuşdur. Valideynləri ailə qurduqdan sonra babası mübahisəli mənzili yaşamaq üçün onlara vermişdir. O, həmin mənzildə anadan olmuş və anası ilə birlikdə bu günədək həmin mənzildə yaşayır. Babası vəfat etdikdən sonra nənəsi həmin mənzili özəlləşdirmiş və vəsiyyətnamə ilə anası və ona vəsiyyət etmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin 30 saylı mənzilində yaşamalarına, mübahisə predmeti olan mənzildən istifadə hüquqularının olmasına və həmin mənzildə pasport qeydiyyatında olmalarına baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 razılıqları olmadan, onlardan xəbərsiz mənzili özəlləşdirmişdir. Bütün yuxarıda göstərilən xüsusatlara istinadən onlar həmin iş üzrə qarşılıqlı iddia verərək, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilə köşürülmələri və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi və sözügedən mənzilə köçürülməyi barədə qatnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(011)-1472/2017 saylı qətnaməsi ilə Cavabdeh1 X7 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarma dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X3 Cavabdeh1 verdiyi xx.xx.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli etibamamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilinin özəlləşdirilməsi etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə dair verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, X7 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 34 saylı evin, 30 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bu qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 nümayəndəsi X18 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddia tələbənin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-186/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov llqar Məhərrəm oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(011)-1472/2017 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 (apellyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmişdir. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzildən əlavə nənəsi İsmayılova X20 məxsus Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsi, Əncirli bağlar massivində yerləşən 963 saylı bağ sahəsi olmuşdur. Nənəsi İsmayılova X21 xx.xx.1997-ci il tarixdə Bakı şəhəri 36 saylı dövlət notariat kontorunda 2B-İ-01 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsində özünə məxsus bütün əmlakları, eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsi, Əncirli bağlar massivində yerləşən 963 saylı bağ sahəsini ünvan 1 mənzil 30 ünvanında yaşayan anası xx.xx.1960-cı il təvəllüdlü X5 və ünvan 1 mənzil 35 ünvanında yaşayan xalası X11 vəsiyyət etmişdir. Xətai rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 201 saylı sərəncama əsasən anası xx.xx.1960-cı təvəllüdlü X4 üzərində qəyyum təyin edildikdən sonra tərəfindən ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq, 05/01-i-69/13 saylı, xx xxxxxx 2017-ci il tarixli məktub ilə xx xxxxxx 1997-ci il tarixdə 2B-İ-01 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ləğv edilməsi barədə məlumat olmadığı, vəsiyyətnamənin arxivdə olduğu bildirilmiş və sözügedən vəsiyyətnamənin dublikatı təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladıqları ərizəyə verilmiş cavab məktubunda görünür ki, Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 0,21 ha torpaq sahəsi olan 963 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X10 və İstismar Birliyi ilə X7 (sənəddə olduğu kimi) arasında 23.l2.l997-ci il tarixli, 5667 nömrəli müqavilə bağlanmışdır. Sözügedən torpaq sahəsinin 0.11 ha hissəsi icarədarın və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X9 adına keçirilmiş və həmin bağ sahəsinə 963A ünvanı verilmişdir. Daha sonra Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsinin 0,10 ha hissəsinin icarəyə verilməsinə dair keçmiş X10 və İstismar Birliyi ilə X7 arasında xx.xx.2002-ci il tarixli, 5667 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında isə Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi X3 adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bu isə təsdiq edir ki, sözügedən 963 nömrəli bağ sahəsi həqiqətən də xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus olmuşdur. Lakin ərizədən ona belə məlum olmuşdur ki, sözügedən bağ sahəsi xx.xx.2013-cü il tarixdə, yəni Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X3 adından Cavabdeh1 xx.xx.2013-cü il tarixli 7E/02-167O reyestr nömrəli etibarnamə verilməsindən cəmi 6 ay sonra Cavabdeh1 tərəfindən həmin bağ sahəsinin 0.093802 hektardan ibarət olan hissəsi Bakı şəhərinin notariusu Əli.A.Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4-Ə-01/1048 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən X12 adına özgəninkiləşdirilmişdir. Artıq qeyd etdiyi kimi Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(011)-1472/2017 saylı qətnaməsi ilə X3 Cavabdeh1 Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda verdiyi xx.xx.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli etibarnamə etibarsız hesab olunmuşdur. Bakı şəhəri Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi isə həmin etibarnamə əsasında xx.xx.2013- cü il tarixdə özgəninkiləşdirilmişdir. Odur ki, göstərilən əsaslara görə hesab edir ki, xx.xx.2013-cü il tarixdə satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi də etibarsız hesab olunmalı, xx.xx.2013-cü il tarixli 4Ə-01/1048 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasən xx.xx.2013-cü il tarixdə X12 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş qeyd və çıxarış etibarsız hesab edilməli və Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Mərdəkan qəsəbəsində yerləşən 963 saylı bağ sahəsi müqavilədə qeyd olunmuş 0,10 hektar sahə olaraq hüquqi vəziyyətə qaytarılaraq X3 mülkiyyət hüquqları tanınmaqla sahibliyinə verilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-618/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. X1 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu nəticəyə gəlməsində əsas səbəb iddia müddətini ötürülmüş hesab etməsidir. Belə ki, məhkəmənin qənaətincə, işin konkret hallarına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsi tətbiq edilməlidir. (“Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 374.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanılmasına təsir etmiş zorakılığa və ya hədəyə sonqoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər”). İddiaçı həmin zaman Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə dair qanunsuz mənimsəmə həyata keçirildiyi üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsinin də eyni qaydada mənimsənildiyini ehtimal etmişdir. Onun bu iddiası sadəcə bir fərziyyədən ibarət olub, hələ öz təsdiqini tapmamışdır. Dəfələrlə bu barədə Cavabdeh1 suallar ünvanlasalar da, o hər zaman evi öz adına özəlləşdirdiyini, “evin öz əlində olduğunu” deyirdi. Bu səbəbdən də onlar evin həqiqətən satıldığını bilməmişlər, əks halda elə həmin icraatda iddia tələbini artırmaqla bu işə də baxılmasını məhkəmədən xahiş edərdilər. Bundan əlavə, alğı-satqının etibarsızlığının əsasında məhz ilk növbədə, Cavabdeh1 adına verilmiş etibarnamənin etibarsızlığı dayanır ki, yalnız sonuncunun etibarsız hesab edilməsindən sonra hazırkı alğı-satqı müqaviləsi də mübahisələndirilə bilərdi. Belə ki, Xətai rayon Məhkəməsində sözügedən qarşılıqlı iddia ərizəsi təqdim edilərkən, hələ proses davam etdiyindən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından, bu müqavilənin də etibarsız hesab edilməsi üçün müraciət etmək imkanları olmamışdır. Hətta, bundan sonra da Xətai rayon Məhkəməsi tərəfindən ilkin iddia tələbinin rədd edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılsa belə, qanuni qüvvəyə minməmiş və iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bundan başqa, Cavabdeh1 tərəfindən başqa bir apelyasiya şikayəti də verilərək, Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-73/2017 saylı qətnaməsi ilə “anası-X3 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi” məsələsi mübahisələndirilmiş, bu səbəbdən də paralel olaraq davam edən etibarnamə və mənzilə dair alğı-satqı müqaviləsinin etibarsızlığı tələbi üzrə işin baxılması dayandırılmışdır. Yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 291030-10202/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Xətai rayon Məhkəməsinin icraatında olmuş 2(011)-1472/2017 saylı mülki iş üzrə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-186/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(011)-1472/2017 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 (apellyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yalnız sonuncu qətnamə qanuni qüvvəyə mindikdən sonra, xx.xx.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli etibarnamə etibarsız hesab edilərək məhkəmə qətnaməsi icra edilmişdir ki, iddiaçı da yalnız bundan sonra digər mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı ehtimal edilən müqavilələri mübahisələndirmək üçün əsas əldə etmişdir. Əks halda, ola bilərdi ki, heç etibarnamə etibarsız hesab edilməsin və yuxarı instansiyalardan hər hansı biri müddətin keçməsi və sair digər əsaslarla bizim tələbimizi təmin etməsin. O halda iddiaçı hansı əsasla alğı-satqı müqaviləsinin etibarsızlığını tələb edəcəkdi?! Göründüyü kimi, bu alğı-satqı müqaviləsini mübahisələndirmək üçün ilk növbədə ona ehtimal etdiyi hüquqi əsasın öz təsdiqini tapması lazım idi ki, bu da yalnız həmin mübahisə ilə bağlı məhkəmə qətnaməsinin qüvvəyə minməsi ilə mümkün idi. Artıq etibarnamə etibarsız hesab edildikdən sonra iddiaçı bağ sahəsinə dair alğı-satqı müqaviləsinin ortaya çıxacağı halda, onun etibarsız olacağını bilirdi. Bundan başqa, iddiaçının qeyd etdiyi kimi, həmin zaman o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsinə dair Cavabdeh1 tərəfindən hər hansı müqavilə bağlandığını yalnız fərz edirdi. Müqavilə olduğu təqdirdə isə, onun nə zaman və harada, hansı əsasla və kimlər arasında bağlanılması kimi məsələlərin heç birindən xəbərdar deyildi. Cavabdeh1 özü isə bu məsələ ilə bağlı iddiaçıya hər zaman bağ sahəsinin özündə olduğunu deməklə əksinə, əmin edirdi. Elə bu səbəbdən də, fərziyyərlərinin həqiqiliyini yoxlamaq və bağ sahəsinin başqasına satılıb-satılmadığını, satıldığı halda, alıcının kimliyini öyrənmək üçün bağ sahəsinin hasarları üzərində yazı yazmaq məcburiyyətində qalmış və bununla diqqət çəkməyə nail olmuşdur. Onların evin satılması və alğı-satqı müqaviləsi barədə məlumatları yalnız evin yeni alıcısı barədə xəbərdar olduqdan sonra olmuşdur. Eyni zamanda, mümkün alğı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola biləcək hüquqi fakt yalnız Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-186/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra yaranmışdır. Bu səbəbdən də iddia müddətinin daha öncəki tarixdən başlanılaraq hesablanması formallıqdan başqa bir şey olmayıb, qanunun və hüququn ədalət prinsipinə tam ziddir. Belə ki, iddiaçı biixtiyari olaraq, yəni öz iradəmizdən kənar şəkildə bu qədər müddət gözləməli və həqiqətən də etibarnamənin etibarsız hesab edilməsini təmin etməli olmuşdur. Əks halda, iddiaçı alğı-satqı müqaviləsinin olduğunu aşkara çıxarsa belə, onun etibarsızlığı üçün hər hansı bir əsası olmayacaqdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı qətnaməni tam olaraq mübahisələndirdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinə istinad edərək, iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, məhkəmə iddia müddətinə istinad etməklə, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 382623 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1997-ci ildə doğulmuşdur. Atası Cavabdeh1 Əkbər oğlu, anası X6r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 73/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 201 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, ünvan 5 mənzil 30 ünvanında qeydiyyatda olan İddiaçı2 həmin ünvanda qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan anası X4 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********92 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi xx.xx.2013-cü il tarixli, 4-Ə-01/1048 nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 447 nömrəli məktuba əlavə edilmiş notariat işindən görünür ki, X8 adından Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi xx.xx.2013-cü il tarixli, AN-ı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisinin notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi X4 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisinin notariat işində olan X8 adından Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1 ərizəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsini Cavabdeh2 30000 manata satılması barədə razılaşma olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat ofisinin notariat işində olan mədaxil orderindən görünür ki, Cavabdeh2 30000 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********82 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 186/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin, 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarına dair, qarşılıqlı iddia üzrə iddiaçı və lsmayılova Frənqiz Məhərrəm qızının qəyyumu İddiaçı2 qarşılıqlı iddia üzrə cavabdeh İsmayılov llqar Məhərrəm oğluna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı İddiaçı1 Cavabdeh1 verdiyi xx.xx.2013-cü il tarixli 7E/02-1670 reyestr nömrəli şəhadətnamənin, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinin özəlləşdirilməsinin, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab olunmasına və Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinə köçürülmələrinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(011)-1472/2017 saylı qətnaməsi ilə Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Xətai rayonu Gəncə prospekt 34 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və ədalətli kompensasiya ödənilməklə mənzildən çıxarılmalarına dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş İddiaçı1 Cavabdeh1 verdiyi xx.xx.2013-cü il tarixli, 7E/02-1670 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 34 saylı evin 39 saylı mənzilin özəlləşdirilməsi etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 34 saylı evin, 30 saylı mənzilinə dair verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Xətaı rayonu Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-73/2017 nömrəli qətnaməsi ilə xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 201 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, ünvan 5 mənzil 30 ünvanında qeydiyyatda olan İddiaçı2 həmin ünvanda qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan anası X4 üzərində qəyyum təyin edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsi X4 mülkiyyətində olmuşdur. X8 adından Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli etibarnamə əsasında hərəkət edən Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsini xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi üzrə Cavabdeh2 satmışdır. Hazırda mübahisəli bağ sahəsi Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. MM-nin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-nin 346.4-cü maddəsinə əsasən ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Mülki iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 186/2018 nömrəli qətnaməsindən müəyyən olunur ki, həmin mülki iş üzrə qarşılıqlı iddia üzrə X1 qəyyumu İddiaçı2 mülki iş üzrə məhkəmə mübahisəsi zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsinin hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh1 tərəfindən satıldığından xəbəri olmuşdur. Belə ki, sözügedən qətnamədə qarşılıqlı iddia tələbinin əsaslandırılmasında qeyd edilmişdir ki, “Cavabdeh1 anasının adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsində mənimsəyərək satmışdır”. MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddiaçı 2017-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsinin hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh1 tərəfindən satıldığından məlumatlı olduğu halda, bir illik kəsici müddəti ötürməklə, xx.xx.2019-cu il tarixdə (iddia ərizəsinin poçta təqdim olunması) hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia bir illik kəsici müddət ötürülməklə verildiyindən, iddia təmin edilməməlidir. Kollegiya apellyatorun “Xətai rayon Məhkəməsində sözügedən qarşılıqlı iddia ərizəsi təqdim edilərkən, hələ proses davam etdiyindən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından, bu müqavilənin də etibarsız hesab edilməsi üçün müraciət etmək imkanları olmaması, bundan başqa, iddiaçının qeyd etdiyi kimi, həmin zaman o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli bağ massivində yerləşən 963 saylı bağ sahəsinə dair Cavabdeh1 tərəfindən hər hansı müqavilə bağlandığını yalnız fərz etdiyi, müqavilə olduğu təqdirdə isə, onun nə zaman və harada, hansı əsasla və kimlər arasında bağlanılması kimi məsələlərin heç birindən xəbərdar olmadığı” barədə dəlillərini əsassız hesab edərək, qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-186/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin mülki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı mülki iş üzrə məhkəmə mübahisəsi zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərədəkan qəsəbəsi, sahəsi 0,093802 hektar olan 963 nömrəli bağ sahəsinin hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh1 tərəfindən satıldığından xəbər olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X1 nümayəndəsi İsmayılova (Ağayeva) Tamara İlqar qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 618/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1740/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1740/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver