Məhkəmə qərarları › İş №2(103)-1753/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1753/2022

21.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1753/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Сavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil itirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqavilələrinin və borcun etirafına dair sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2021-ci -ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iclasında işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(007)-135/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti əsasında başlanmış 2(103)-1726/2022 saylı mülki iş Bakı Apelyasiya məhkəməsinin icraatındadır və məhkəmə iclası 01.03.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1726/2022 saylı mülki işə birləşirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili hazırkı mülki işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1726/2022 saylı mülki işə birləşirilməsinə etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqavilələrinin və borcun etirafına dair sənədlərin ləğv edilməsi” tələbinə dair 2(103)-1753/2022 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” 2(103)-1726/2022 saylı mülki işlə birləşdirilərək 2(103)-1726/2022 nömrə altında bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar