Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1757/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “uşaq tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 dekabr 2022-ci il tarixli qətnamədən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı “aliment tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “uşaq tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan – Məhkəmə) hesab edir ki, mülki iş üzrə apellyasiya icraatı mümkün deyil, çünki cavabdehin apellyasiya şikayəti prosessual hüquq normasının tələbinin pozulması ilə verilmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayətində Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etsə də, apellyasiya baxışının nəticəsi ilə qəbul ediləcək hansı – ilk iddianın rədd və ya qismən təmin edilməsi, qarşılıqlı iddianın hansı qaydada həll edilməsi ilə bağlı tələbini şikayətdə əks etdirməyib. Halbuki Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-nin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Apellyasiya şikayəti qaytarılmalıdır. Lakin Rayon Məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qaytarmamış, baxılması üçün onu Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “uşaq tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 dekabr 2022-ci il tarixli qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması üçün iş Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1757/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1757/2023
01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver