Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1757/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3141/2024 saylı, 15 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddia tələbindən görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahlarından 09 aprel 2018-ci il təvəllüdlü X6 anadan olub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X3 (İddiaçı) arasında 21 yanvar 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanılmış və 166 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 09 aprel 2018-ci il təvəllüdlü X6nun anasının yanında saxlanılması qət edilmişdir. Hazırda iddiaçı cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə hər ay 300 manat pulun tutulmasını xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbini təmin edib, Cavabdeh oğulları 09 aprel 2018-ci il təvəllüdlü X6nun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat aliment məbləğinin tutularaq ona ödənilməsi, Cavabdeh 09 aprel 2018-ci il təvəllüdlü X6nun sağlamlıq imkanları bərpa olunana qədər hər ay 300 manat aliment məbləğinin, ümumilikdə isə 535 manat aliment məbləğinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə tələbinin nəticə hissəsində 300 manat aliment məbləği hissəsinin əlavə xərc kimi ifadə olunmasını, 09 aprel 2018-ci il təvəllüdlü X6nun yetkinlik yaşınadək saxlanılması üçün hər ay 235 manat aliment və xəstəliyi ilə əlaqədar 300 manat əlavə xərcin, ümumilikdə 535 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi kimi oxunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə 17 avqust 2021-ci il tarixində Nizami Rayon qeydiyyat şöbəsində 221 saylı nikah qeydi almaqla rəsmi nikaha daxil olublar. Birgə nikahlarından 09 aprel 2018-ci ildə dünyaya gəlib. Onu da qeyd edir ki, iddiaçının soyadı və adı sonradan dəyişilərək Bayramova Emiliya olub. Qeyd edir ki, nikahları pozulduğu vaxt onun cavabdehə qarşı aliment tələbi olmayıb. Hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6nun saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat aliment öhdəliyini və uşağının səhhəti üçün əlavə 300 manat da ödəməlidir. Uşaq mütəmadi olaraq həkim nəzarətindədir. Bundan əlavə, uşaqları nitq qüsurlu olduğundan loqoped və psixoloq yanına gedir. Sonuncu dəfə loqoped və psixoloqa hər ikisinə cəmi 540 manat ödəyib. 09 iyul 2024-cü il tarixində tək loqopedin 12 seansına 300 manat pul ödənilib. Bütün bunlar “Sun School MMC”də həyata keçirilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3141/2024 saylı, 15 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 09 aprel 2018-ci il təvəllüdlü X6nun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 16 sentyabr 2024-cü il tarixdən başlayaraq uşağa hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı 09 aprel 2018-ci il tarixdə doğulmuş X5 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan uşağın yaşı, qida və digər zəruri xərclərə tələbatı, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğu, iddia tələbini, cavabdehin razılığını və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınaraq hesab etmişdir ki, 09 aprel 2018-ci il təvəllüdlü X6nun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində aliment təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd etmişdir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsindən və uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarət olduğundan cavabdehdən 235 manat alimentin tutulması ədalətli hesab edilir. Qeyd etmək lazımdır ki, alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd etmişdir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və İddiaçı alimentin miqdarının hər ay tutulmalı olan sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı müraciət etdiyindən alimentin miqdarı hər ay 235 ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Digər tərəfdən qeyd edilənlərlə müəyyən olunmuşdur ki, azyaşlı X4 nitq qüsuru vardır, loqoped və psixoloq qəbulundan olur. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəməyə uşağın xəstəliyi və müalicəsi ilə bağlı sənədlər təqdim edilmişdir. Məhkəmə istinad olunan normalarını, eyni zamanda azyaşlının sözügedən xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin cavabdehin də mənafeyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, 300 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilərək, cavabdeh uşağa çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat iddiaçının xeyrinə tutulmalıdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və yalnız 235 manat aliment ödəməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə 17 avqust 2021-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2018-cü ildə Aslan adlı bir övladlar anadan olmuşdur. Sonradan iddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyi üçün Nizami rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ilə nikah pozulduqdan sonra yenidən ailə həyatı qurmuş və bir övladı var. Belə ki, qanunvericiliyə əsasən 1 uşaga görə qazancın və ya başqa gəlirlərin dörddə bir hissəsi tutulmalıdır. Cəmi 639 manat əmək haqqı alır. Bundan əlavə yenidən ailə həyatı qurduğu üçün himayəsində həyat yoldaşı və 1 övladı var. Bundan başqa sabit pul məbləginin miqdarı məhkəmə tərəfindən müəyyən edən zaman onun ailə vəziyyəti, yenidən ailə həyatı qurması, himayəsində 1 azyaşlı uşağın olmasını nəzəzrə alınmamışdir. Həmçinin iddiaçı ilə rəsmi nikahdan olan övladına Rusiya Federasiyası tərəfindən kifayət qədər uşaq pulu verilir. Lakin məhkəmə bu faktları da nəzərə almamışdır. Eyni zamanda məhkəmə əlavə olaraq 100 manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsini təmin etmışdir. Həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Övladının heç bir xəstəliyi yoxdur. O, tamamilə sağlamdır və heç bir davamlı müalicəyə də ehtiyacı yoxdur. Hər ay cəmi 235 manat aliment ödəyə bilər. Lakin məhkəmə onun ağır maddi vəziyyətini nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Həmçinin 639 manat əmək haqqı alır və bundan 400 manat kredit borcu ödəyir, əlavə gəlir yeri isə yoxdur. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - Cavabdeh, İddiaçı 09 aprel 2018-ci il tarixdə doğulmuş X5 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat İddiaçı xeyrinə tutulması hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Ailə Məcəlləsi:
49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə mübahisələndirilən hissədə, yəni “Cavabdeh, İddiaçı 09 aprel 2018-ci il tarixdə doğulmuş X5 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əlavə xərclərə görə hər ay sabit pul məbləğində tutulmalı olan vəsait dəyişdirilməklə 50 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 497907 saylı mədaxil qəbzindən görünür ki, Aslan Ağayevin loqoped qəbulu üçün 300 manat pul ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 497924 saylı mədaxil qəbzindən görünür ki, Aslan Ağayevin loqoped və psixoloq qəbulu üçün 540 manat pul ödənilmişdir. Hazırda iddiaçı tələbində uşağın müalicə xərclərinə görə əlavə 300 manat tutulmasını xahiş etmiş, iddiasını onunla əsaslandırmışdır ki, uşaq mütəmadi olaraq həkim nəzarətindədir. Bundan əlavə, uşaqları nitq qüsurlu olduğundan loqoped və psixoloq yanına gedir. Sonuncu dəfə loqoped və psixoloqa hər ikisinə cəmi 840 manat ödəyib. Birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini qismən təmin etməklə hesab etmişdir ki, azyaşlı X4 nitq qüsuru vardır, loqoped və psixoloq qəbulundan olur. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəməyə uşağın xəstəliyi və müalicəsi ilə bağlı sənədlər təqdim edilmişdir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Övladının heç bir xəstəliyi yoxdur. O, tamamilə sağlamdır və heç bir davamlı müalicəyə də ehtiyacı yoxdur. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə qismən razılaşır. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Eyni zamanda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi valideynlərdən hər birinin məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsi üçün qeyd olunan normada konkret əsasların olması müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfindən təqdim edilmiş mədaxil qəbzlərdən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X6 2024-cü ilin iyul və avqust aylarında loqoped və psixoloq qəbulunda olmuşdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən əlavə xərclərə görə vəsaitin tutulması barədə düzgün nəticəyə gəlsə də, birinci instansiya məhkəməsi cavabdehdən əlavə xərcə görə tutulmalı olan vəsaitin məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə almamışdır. Məhkəmə kollegiyası iddia tələbinin müzakirə edilən hissəsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu baxımdan məhkəmə kollegiyası, tərəflərin maddi və ailə vəziyyətlərini, işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əlavə xərclərə görə hər ay sabit pul məbləğində tutulmalı olan vəsait dəyişdirilməklə 50 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Beləliklə, məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə belə nəticəyə gəlir ki, qətnamə əlavə xərc hissədə dəyişdirilməklə Cavabdeh, İddiaçı 09 aprel 2018-ci il tarixdə doğulmuş X5 çəkilən əlavə xərclərə görə ondan qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulmalı, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilməsən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3141/2024 saylı, 15 noyabr 2025-ci il tarixli qətnaməsi “Cavabdeh, İddiaçı 09 aprel 2018-ci il tarixdə doğulmuş X5 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı 09 aprel 2018-ci il tarixdə doğulmuş X5 çəkilən əlavə xərclərə görə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulsun. Mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən şikayət verilə bilməz
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə