Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1766/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh X2rşı “sığortalanmış əmanət üzrə kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X2rşı «sığortalanmış əmanət üzrə kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 30.000 manat miqdarında vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması və «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 28.4cü bəndinə əsasən onun kompensasiya almaq hüququnun müddətinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «xxxxxxxxx» ASC-nin Xətai filialı ilə illik faiz dərəcəsi 18 faiz olan 9.366 manat məbləğində əmanət qoymaq üçün xx xxxxxx 2008-ci il tarixdə əmanət müqaviləsi bağlamışdır. xx xxxxxx 2008-ci il tarixli əmanət müqaviləsinin birinci bəndinə xx xxxxxx 2010-cu il və xx xxxxx 2012-ci il tarixli əlavələrin 1.3-cü bəndlərində qeyd olunur ki, əsas müqavilə xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək qüvvədədir. Göründüyü kimi, bankla aralarındakı əmanət müqaviləsi 5 il müddətinə bağlanmışdır. Əmanət müqaviləsinin qüvvədə olduğu müddət daxilində hesabında bank tərəfindən verilən əmanət kitabçasına əsasən mədaxillər və faiz gəlirləri ilə birlikdə 79.092 manat 37 qəpik məbləğ olmuşdur. «xxxxxxxxx» ASC xx xxxxxx 2007-ci il tarixdən 18 saylı şəhadətnamə ilə X4 iştirakçısıdır və bu tarixdən etibarən banka qoyulan əmanətlər sığortalanır. Azərbaycan Respublikası Mərkəzi X5 Fonduna ünvanladığı xx xxxx 2012-ci il tarixli xx/xx-1747 saylı məktubuna əsasən «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununa görə «xxxxxxxxx» ASCdə sığorta hadisəsi baş vermişdir. Bu səbəblə o, xx xxxx 2019-cu il tarixdə Fonda hesabındakı sığortalanmış 30.000 manat məbləğin kompensasiya edilməsi barədə ərizə yazmışdır. Fondun rəhbərliyi bununla bağlı məhkəməyə müraciət etməsini şifahi tövsiyə etmişdir. Əsas olaraq, «xxxxxxxxx» ASC-də sığorta hadisəsinin baş verdiyi tarixdə X10 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 12 faiz müəyyən edilməsinə dair xx xxxxx 2010-cu il tarixli qərarının qüvvədə olması, əmanətinin faiz dərəcəsinin isə 18 faiz olması göstərilmiş və buna görə də, kompensasiya ödənilməyəcəyi qeyd olunmuşdur. Əmanət müqaviləsinin qüvvədə olduğu müddət ərzində faiz dərəcəsinin yüksək həddi ilə əlaqəli Fond tərəfindən verilən hər hansı bir qərar onun əmanətinin qorunmasına təsir etmir. Çünki o, müqaviləni bağlayarkən həmin tarixdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 18 faiz müəyyən edilməsinə dair qərar qüvvədə idi və o, bu faiz dərəcəsinə güvənərək müqaviləni imzalamışdır. Əmanət müqaviləsi 2008-ci ilin yanvar ayının 18-dən 2013-cü ilin yanvar ayının 18-dək qüvvədədir. 2010-cu il 30 aprel tarixində faiz dərəcəsinin dəyişməsi əmanət müqaviləsinin qüvvədə olduğu müddət daxilində baş vermişdir. Burada əsas götürülməli tarix müqavilənin bağlandığı xx xxxxxx 2008-ci il tarixidir ki, bu tarixdə də X10 qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 18 faiz olmuşdur. xx xxxxxx 2008-ci ildə Bankla bağladığı əmanət müqaviləsində də, yuxarıda qeyd edildiyi kimi əmanət üzrə ödənilən illik faiz dərəcəsi 18 faiz olaraq göstərilmişdir. Həmin əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Müqavilənin qüvvədə olduğu vaxtda bu faiz dərəcəsinin endirilməsi və belə bir əsasla kompensasiya ödəməkdən imtina edilməsi banklara olan etibarın azalmasına gətirib çıxarmaqla, maliyyə və bank sisteminin sabitliyinə xələl gətirir və hüquqa olan etimadın sarsılmasına səbəb olur. 30.000 manat sığortalı əmanət hesab olunduğundan tələbinin təmin edilməsi üçün kifayət qədər qanuni əsasları və sübutları var. Həmçinin, bildirir ki, o, Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsü və ehtiyatda olan zabitdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5372/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 30.000 manat əmanət məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən heç bir üzrlü səbəb olmadan kompensasiya alınması üçün müraciət etmək üçün müəyyən edilmiş müddət buraxılmışdır. Məhkəmə isə 7 ildən artıq vaxtda müddətin buraxılması kimi diqqətəlayiq bir halı qətnaməsində ümumiyyətlə əsaslandırmamışdır. Həmçinin, hazırkı iddia tələbi ləğv prosesində olan banka qarşı irəli sürülmüş kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan edilməsinə dair qərarı qəbul etmiş məhkəmə (Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, xxxxxxxxx ASC- müflis elan edilən zaman İddiaçı həmin Bankda 30.000 manat və 50.385 manat olmaqla, ümumilikdə 80.385 manat əmanəti olmuş, iddiaçı həmin əmanətlə bağlı kreditor kimi qeydə alınması üçün xx.xx.2012 və xx.xx.2012-ci il tarixlərdə bankın ləğvedicisinə yazılı ərizə ilə müraciət etmiş və o, həmin məbləğlər üzrə kreditor kimi qeydə alınmışdır. Hal-hazıradək iddiaçıya həmin məbləğdən hissə-hissə olmaqla, ümumilikdə 24.000 manata yaxın vəsait qaytarılmışdır. Hazırda-da həmin vəsaitlərin kreditorlara qaytarılması ilə bağlı ləğvedici tərəfindən tədbirlər davam etdirilir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «xxxxxxxxx» ASC-nin Xətai filialı ilə İddiaçı arasında xx xxxxxx 2008-ci il tarixdə 3861/22 saylı əmanət müqaviləsi bağlanmış, müqaviləyə əsasən əmanətçi İddiaçı 9.366 manat məbləğində vəsaiti 24 ay müddətinə banka əmanət qoymuşdur. Əmanət üzrə ödənilməli illik faiz dərəcəsi 18 faiz təşkil etmişdir. Müqavilənin 2.6-cı bəndində qeyd olunmuşdur ki, bank xx.xx.2007-ci il tarixdən X4 iştirakçısıdır. xx.xx.2010-cu il tarixdə yuxarıda qeyd olunan depozit müqaviləsinin 1-ci bəndinə əlavə edilmiş, əmanətçidən 29.000 manat məbləğində pul vəsaiti müvafiq hesaba əlavə qəbul edilərək, bank əmanət məbləğini əsas müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əlavə müqavilənin 1.2-ci bəndindən görünür ki, əlavə əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və əsas müqavilənin müddəti bitən müddətə qədər, illik 18 %-lə qoyulur. Əlavə müqavilənin 1.3-cü bəndinə əsasən əsas müqavilə xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək qüvvədədir. Depozitin bankda saxlama müddəti isə xx xxxxxx 2012-ci il tarixdə başa çatır. xx.xx.2010-cu il tarixli 3861/22 saylı əmanət müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank əmanətçidən 32.000 manat məbləğində pul vəsaitini müvafiq hesaba qəbul edərək, əmanətçiyə əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və 24 ay müddətinə, illik 15 %-lə qoyulur. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2013-cü il tarixədək 36 ay müddətinə qüvvədədir. xx xxx 2011-ci il tarixdə bağlanmış 3801/47 saylı tələb olunan əmanət müqaviləsindən görünür ki, müqaviləyə əsasən bank əmanətçidən 33.000 manat məbləğində pul vəsaitini 3***-***-**-**0047 saylı hesaba qəbul edərək, əmanətçiyə əmanət kitabçası verməyi, əmanət məbləğini əmanətçiyə bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və ilk tələb üzrə verilməsi şərti ilə, illik 4 %-lə qoyulur. xx.xx.2010-cu il tarixli 3861/22 (1) nömrəli depozit müqaviləsinin 1-ci bəndinə xx xxxxxx 2011-ci il tarixli əlavədən görünür ki, bu müqaviləyə əsasən bank əmanətçidən 15.200 manat məbləğində pul vəsaitini müvafiq hesaba əlavə edərək, əmanətçiyə əmanət məbləğini əsas müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı, onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən əlavə əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və əsas müqavilənin müddəti bitən müddətə qədər, illik 15 %-lə qoyulur. Müqavilənin 1.3-cü bəndinə əsasən əsas müqavilə xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək qüvvədədir. Depozitin bankda saxlama müddəti isə xx.xx.2012ci il tarixdə başa çatır. xx xxxxxx 2008-ci il tarixli 3861/22 saylı əmanət müqaviləsinin 1-ci bəndinə xx.xx.2012-ci il tarixli əlavədən görünür ki, bu müqaviləyə əsasən bank əmanətçidən 3.100 manat məbləğində pul vəsaitini müvafiq hesaba əlavə edərək, əmanətçiyə bu məbləği əsas müqavilədə nəzərdə tutulan vaxtda və şərtlərlə əmanətçiyə qaytarmağı, onun üçün faizlər ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən əmanət müqaviləsi vəsait hesaba daxil olduğu gündən qüvvəyə minir və əsas müqavilənin vaxtı bitənə kimi illik 18 %-lə qoyulur. Müqavilənin 1.3-cü bəndinə əsasən əsas müqavilə xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək qüvvədədir. X4 Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 02 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X10 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2 iqt(81 )- 2410/2012 saylı qətnaməsi ilə “xxxxxxxxx" ASC-nin müflis elan edilməsi və “xxxxxxxxx” ASC-yə ləğvedici qismində “X6 Company” MMC-nin təyin edilməsi qərara alınmış və bununla da sığorta hadisəsi baş vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə “xxxxxxxxx” ASC-nin ləvğedicisi dəyişdirilərək, bankın ləğvetmə prosesi X7 həvalə edilmişdir. Bank müflis elan edildikdən sonra İddiaçı xx.xx.2012-ci il tarixli müraciəti əsasında bankın ləğvedicisi olan X6 Company MMC tərəfindən 80385.00 manat əmanəti ilə bağlı kreditor kimi qeydə alınmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 2008-ci il tarixdən başlayaraq, ayrı-ayrı tarixlərdə xxxxxxxxx ASC-nin Xətai filialı ilə bağladığı müqavilə əsasında bankda əmanət yerləşdirmişdir. xx xxxx 2012-ci il tarixdə Bank müflis elan edilmiş və ləğvetmə prosesi başlamış, iddiaçı həmin bankda olan əmanətinin geri qaytarılması ilə bağlı 2012-ci ilin avqust ayında kreditor kimi qeydiyyata alınmışdır. xx.xx.2019-cu ildə iddiaçı 30.000 manat miqdarında vəsaitin və 30 manat dövlət rüsumunun cavabdeh X1 xeyrinə tutulması barədə iddia qaldırmışdır. «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X8 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq X4 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X4 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun 28.1-ci maddəsinə uyğun olaraq, fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Qanunun 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. İşin müəyyən edilmiş hallarına qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından qiymət verərkən müəyyən edilir ki, iddia tələbi əsassızdır. Belə ki, «Əmanətlərin sığortalanması haqqında» Qanunun 28.3 və 28.4-cü maddələrinin dispozisiya şərtlərinə görə kreditorun sığorta ödənişi almaq barədə ərizəsi kompensasiya ödənişləri haqqında bildirişin ilk dəfə dərc edildiyi tarixdən etibarən bir il ərzində qəbul edilir. Əgər əmanətçinin müraciətini qeyri-mümkün etmiş hal mövcuddursa, göstərilən müddət əmanətçinin ərizəsi əsasında uzadıla bilər. Lakin hər bir halda, kompensasiya almaq hüququ bildirişin ilk dəfə dərc edildiyi gündən beş il müddətində saxlanılır. Hazırkı halda isə müəyyən edilmişdir ki, iddiaçı kompensasiya məbləğinin ödənilməsi ilə bağlı belə bir hüququnun yarandığı vaxtdan yeddi il sonra müraciət etmişdir. Belə olan halda, iddiaçının hətta üzrlü səbəblərdən bu müddəti ötürməsi müəyyən edilsə belə, onun kompensasiya almaq hüququnu itirməsi müəyyən edilir, başqa sözlə, iddiaçı artıq mövcud olmayan hüququna istinad etməklə hazırkı iddia tələbini qaldırmışdır. Qeyd edilən müddət iddia müddəti deyil, kompensasiya almaq üçün hüquqların qüvvədə olduğu müddətdir. Ona görə də, həmin müddətin məhkəmə tərəfindən nəzərə alınması üçün, ayrıca ərizənin verilməsinə ehtiyac qalmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin müddəti nəzərə almamaqla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.2-ci maddəsinə istinad etməklə, maddi hüquq normasını səhv tətbiq etmiş, nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 384.0.2-ci maddəsi əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə dair iddia müddətinin tətbiq edilməməsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddia tələbini iddiaçının banka qarşı əmanətlərin ödənilməsi deyil, bankda olan əmanəti ilə bağlı sığorta hadisəsi (bankın müflis olması) baş verdiyi üçün kompensasiya məbləğinin ona ödənilməsinə dair X2rşı olan tələb təşkil edir. Kollegiya qeyd edir ki, hazırkı iddia üzrə iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində kompensasiya məblğinin ödənilməsini tələb etmək hüququ itirildiyindən, onun bankda olan əmanətlərinin qorunan əmanətlərə aid olub-olmaması və bu əmanətin məbləği ilə bağlı iddianın və ona edilmiş etirazın dəlillərini araşdırmağa ehtiyac qalmır. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı iddia tələbinin iddiaçının banka qarşı kreditor tələbi olması və bu səbəbdən də həmin mübahisəyə xxxxxxxxx ASC-nin müflis elan edilməsi barədə qərarı qəbul etmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq hüquqi qiymət verilməli olmasına dair dəlillərini əsassız hesab edir və bir daha vurğulayır ki, hazırkı mübahisə iddiaçının əmanətin geri qaytarılmasına dair ləğv proesesində olan banka qarşı deyil, sığortalanmış əmanətə görə kompensasiya ödənilməsinə dair X2rşı irəli sürülmüş tələbdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 5372/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1766/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1766/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver