Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1768/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Rüfanə elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(006)-4443/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş etibarnaməyə əsasən X6 ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(006)-4443/2023 saylı qətnaməsi (sədrlik edən-Natəvan Tağıyeva) ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd olunmuşdur ki, mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığı ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, iş materiallarında İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia tələbinin təmin olunması və verilmiş etibarnaməyə əsasən X6 ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-26 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə cavabdehə qarşı iddia tələbləri tamamilə əsaslıdır. Buna baxmayaraq məhkəmə onun əsaslı iddiasını təmin etmək əvəzinə iddianı təmin etməmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən bu hallar ümimiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən Аzərbаycаn Rеspubliкаsı Аzərbаycаn Rеspubliкаsı Mülki Məcəlləsinin 386.1, 390, 422.1, 442, 443, 445, 448, 739-cu mаddələrinə istinad etmişdir, lakin nəzərə almamışdır ki, iş materiallarında həmin maddələrin tətbiq edilməsi iddiaçının əsaslı iddiasını təmin edilməsi ilə nəticələnməli idi. Lakin məhkəmə yekunda iddianı təmin etməmişdir. Halbuki, o, iddia ərizəsində qeyd etdiym kimi, ipoteka müqaviləsinin bağlanmasından icra hərəkətləri zamanı məlumatım olmuşdur. Hazırkı iddia ərizəmin mahiyyəti ipoteka müqaviləsinin ləğvi ilə bağlıdır və iddia tələbləri təmin edilməli olduğu halda məhkəmə tərəfindən bu edilməmişdir. Kredit müqavilələri üzrə borcun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, ayrıca icraatda ipoteka müqaviləsinin etibarsızlığı və ya ləğvi ilə bağlı tələb üzrə işə baxılmasına mane olmamalıdır. Belə ki, bu mübahisələr eyni tərəflər arasında olsa da iddianın predmetləri fərqlidir. Ona görə də, şəxslərin məhkəməyə çatımlılıq hüququ qorunmalı, kredit borcunun tutulmasına dair qanuni qüvvəyə minmiş qətnamənin olmasına baxmayaraq, həmin borcun tutulmasına əsas olan kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsinin ləğvinə dair iddialar icraata qəbul etməli və həmin işlərə mahiyyəti üzrə baxılmalıdır. Bundan başqa birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş və onları iddianın əsasını təşkil edən mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, İddiaçınin ipoteka müqaviləsinin bağlanmasına niyyəti olmamışdır, ipoteka müqaviləsinin bağlanmasından yenicə xəbər tutmuşdur, əvvəllər ona bu barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iş üzrə İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia tələbinin təmin olunması və verilmiş etibarnaməyə əsasən X6 ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-26 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul etmək əvəzinə əsaslı və qanuni iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Hçmçinin izahatında qeyd etdi ki, müqavilənin ləğvi ilə bağlı Banka pretenziya göndərməmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəüişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instaniya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Nərimanov" filialı ilə iddiaçının etibarnamə verdiyi X6 arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-26 nömrəli ipoteka müqaviləsindən xəbəri olmadığını bildirərək həmin müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsi barədə mülki qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəsni baxılmamış saxlayır. Göründüyü kimi, hazırki mülki iş üzrəİddiaçı kredit götürmək üçün verdiyi etibarnamə ilə X6 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11-26 saylı ipoteka müqaviləsinin ləğv edilməsini tələb etsə də, məhkəmədən əvvəl qeyd olunan müqavilənin ləğvi tələbi ilə cavabdehin özünə müraciət etməsi və cavabdehdən imtina alması iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi: birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(006)-4443/2023 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılamlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(006)- 4443/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “verilmiş etibarnaməyə əsasən X6 ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli, 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1768/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1768/2024
06.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver