Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1775/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X15 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2296/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X4 xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası Gülzar Məmmədhəsən qızı göstərilmişdir. X8 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası Gülzar Məmmədhəsən qızı göstərilmişdir.
2. Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqınja şəhahətnaməsinin surətindən görünür ki, X8 xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 105 № ilə qeyd edilmişdir. Ölümü səbəbi kimi "asfiksiya, subatma” göstərilmişdir.
3. Qaradağ Rayon Məhkəməsinin 1(002)-116/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmün surətindən görünür ki, X20 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinməsi və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən X18 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, 3 il sınaq müddətinin təyin edilməsi, davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilməsi, icra şöbəsinin razılığı olmadan yaşayış və iş yerini dəyişməməli, təyin edilmiş müddətlərdə və vaxtlarda qeydiyyatdan keçmək üçün həmin şöbəyə gəlməsi, təyin edilmiş sınaq müddəti ərzində yeni cinayət törədərsə, barəsində Azərbaycan Respublikasının CM-nin 71ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin ediləcəyi təqsirləndirilən şəxs X18 izah edilməsi, X16 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməli, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təqsirləndirilən şəxxs X13 alınması və Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına keçirilməsi hökm edilmişdir. Hökm ilə müəyyən olunmuşdur ki, X20 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Qaz Kompressor sexinin rəisi vəzifəsində işləməklə nasos qurğuları sahəsindəki su anbarında suyun səviyyəsinə sexin işçiləri (maşinist) tərəfindən nəzarətin keçirilməsi qaydasını göstərən istismar təlimatı (yaxud digər bir sənəd) tərtib edilmədiyinə, həmin su anbarının boşluqları olan hissələrinin üzərinə qoyulmuş metal torlu qoruyucu örtükləri hər hansı bir tərtibatla (boltla, qaynaqla və s.) bağlanması təmin olunmadığına, eləcə də hadisə zamanı maşinist X6 anbardakı suyun səviyyəsinin ölçülməsi tapşırığı verildiyi halda, onun işinin təhlükəsiz yerinə yetirilməsinə nəzarət aparılmadığına görə "Neft-qaz çıxarma sənayesində təhlükəsiz qaydaları”nın 1.3.12,1.5.2,1.5.31 bəndlərinin, "İstehsal avadanlığı, iş yerlərinə ümumi təhlükəsizlik tələbləri”, 12.2.061.-81 DÜST-nin (dövlət standartının) 3-cü bəndinin tələbləri pozmuş, nəticədə ehtiyyatsızlıqdan xx.xx.2014-cü il tarixdə saat 15.30 radələrində həmin sexdə maşinist vəzifəsində işləyən X3 qeyd olunan sexə məxsus 2 nömrəli nasos qurğu borusunun yanındakı su anbarına düşərək tənəffüz yollarının maye (su) ilə tutulması nəticəsində boğularaq hadisə yerində ölməsinə səbəb olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən mənəvi zərərə görə 35.000 manat və 195 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bu hadisə nəticəsində qardaşı, arxası, dayağı olan X7 itirmişdir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Onun üçün əziz olan qardaşını itirmək ona unudulması mümkün olmayan əzab və iztirab vermişdir. Qardaşı iş yerində su anbarına düşərək boğulmuş və hadisə yerində ölmüşdür. Onun meyiti bir neçə saat sonra axşam saatlarında aparılan axtarışların nəticəsində su quyusundan çıxarılmışdır. Qardaşını elə faciəvi şəkildə itirmək onu çox sarsıdır. İnsanın öz qardaşını itirməsi nəticəsində yaşadığı mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Qardaşı ona dayaq olmaqla həm də dostu idi. Qardaşı onunla birgə yaşayırdı. İşin halları ondan ibarətdir ki, Novruz Hacıyev "Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin kompressor sexinin rəisi vəzifəsində işləməklə nasos qurğuları sahəsindəki su anbarına suyun səviyyəsinə sexin işçiləri (maşinist tərəfindən) nəzarətin keçirilməsi qaydasını göstərən istismar təlimatını (yaxud digər bir sənəd) tərtib etmədiyinə, həmin su anbarının boşluqları olan hissələrinin üzərinə qoyulmuş metal torlu qoruyucu örtükləri hər hansı bir tərtibatla (boltla, qaynaqla və.s) bağlanmasını təmin etmədiyinə, eləcə də, hadisə zamanı maşinist X6 anbardakı suyun səviyyəsinin ölçülməsi tapşırığı verildiyi halda, sonuncunun işinin təhlükəsiz yerinə yetirilməsinə nəzarət aparılmadığına görə "Neftqazçıxarmasənayesində təhlükəsizlik qaydaları”nın 1.3.12, 1.5.2, 1.5.31 bəndlərinin, "İstehsal avadanlığı, iş yerlərinə ümumi təhlükəsizlik tələbləri”, 12.2.061.-81 DÜST-nin (dövlət standartının) 3-cü bəndinin tələblərini pozmuş, nəticədə ehtiyatsızlıqdan xx.xx.2014-cü il tarixdə saat 15:30 radələrində həmin sexdə maşinist vəzifəsində işləyən X3 qeyd olunan sexə məxsus 2 nömrəli nasos qurğu borusunun yanındakı su anbarında düşərək tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində boğularaq hadisə yerində ölməsinə səbəb olmuşdur. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1 (002)-116/2014 saylı hökmünə əsasən X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X16 məhkum edilməsinə səbəb onun əmək mühafizəsi qaydalarını pozma, yəni, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-116/2014 saylı hökmünə əsasən X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhlum edilmişdir. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-116/2014 nömrəli hökmü qanuni qüvvəyə minmişdir. Qaradağ rayon Məhkəməsinin hökmü ilə baş vermiş hadisədə cavabdeh hüquqi şəxsin əməkdaşının təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Hadisə nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Qardaşının faciəvi surətdə vəfat etməsinə səbəb olan cavabdeh mənəvi hüzurunu pozmuşdur. Cavabdehin bir qardaşa, bir dosta yaşatdığı bu iztirablara son qoyması və onları geri qaytarması mümkündürmü? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərara əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fıziki mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Yuxarıda qeyd etdiklərini, ömrünün sonuna qədər tək qaldığını nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 35.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi iztirabların yumşaldılmasına bəlkə səbəb olar.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz verilərək göstərilmişdir ki, “Azneft” İB ilə "Paşa Həyat” sığorta arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilmsi hallarına” dair 0094/11 saylı sığorta müqaviləsi bağlanmışdır. Həmin sığorta müqaviləsi üzrə sığorta olunan X8 39.536,9 manat sığorta məbləği müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli sığorta aktından görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına” dair 0094/11 saylı sığorta müqaviləsi üzrə X3i vəfatı ilə əlaqədar 5.936,65 manat mərhumun həyat yoldaşı X14 ödənilmişdir. xx.xx.2014-cü il tarixdə X16 öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində X3 ölümünə səbəb olmuşdur. X20 barəsində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-116/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehin neft-qaz yataqların işlənməsi, qaz anbarının istismarı, neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Respublikanın büdcə gəlirlərinin yüksək hissəsi neft-qaz satışından əldə edilir. Hazırda işgaldan azad edilmiş ərizələrdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edilir. İddiaçının mənəvi ziyan tələbi ilə əlaqədar olaraq bildirir ki, zərərin əvəzi zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada hüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subsidiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şəxs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutulduğu halda borclu ilə birlikdə lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. İş materiallarından Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)- 116/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmündən də görünür ki, X20 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdlir. "Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil, X13 tələb edilə bilər. Bundan əlavə, iş materiallarından da görünür ki, Həbib Hüseynovun vəfat etməsindən 10 ilə yaxın müddət keçməsi, mənəvi zərərin təsirinin artıq olmamasıdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2296/2023 nömrəli 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyindən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat, cəmi 10.120 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X10).
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, cavabdeh təşkilatın işçisinin əmək mühafizəsi qaydalarını pozması, yəni, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan iddiaçının qardaşı ölmüş, iddiaçı həmin cinayət işi üzrə vəfat edən qardaşının hüquqi varisi qismində tanınmış, vəfat edənə qədər onunla birlikdə yaşayaraq səmimi münasibətləri və mənəvi yaxınlığı olmuş, qardaşının ölümü nəticəsində mənəvi sarsıntı, əzab və iztirab keçirmiş, başqa sözlə baş vermiş hadisəsi nəticəsində qardaşının faciəvi şəkildə həlak olması iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Qardaşının faciəvi şəkildə vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Hətta həmin hadisədən 10 ilə yaxın müddət keçməsi mənəvi zərərin təsirinin artıq tükənməsi və olmaması anlamına da gələ bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 10.000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 24-cü, 26-cı, 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci, 21.2-ci, 1096-cı, 1097-ci, 1099-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 119.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə verilən yazılı etiraza uyğun əsaslandırmışdır.
12. Qətnamədən İddiaçı da apellyasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərlə aralarında hər hansı bir müqavilə olmamış və qanunvericilikdə də mənəvi ziyanın ödənilməsi ilə ümumiyyətlə hər hansı bir miqdarda ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmənin 35.000 manat tələbindən cavabdehdən 10.000 manat tutulması qanunun tələbinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qarşı tərəfin mənəvi ziyan tələbinə dair iddiasına hər hansı bir əks arqument olmamasına baxmayaraq iddianı qismən təmin etməkdə qətnamə üzrə göstərdiyi əsaslar doğru deyildir. Məhkəmə qətnaməsində mənəvi zərərə görə nəyə görə məhz 10.000 manat kompensasiyanın ödənilməsini əsaslandırmamışdır. Məhkəmə qardaşının həyat yoldaşından ayrılmasını və onunla birlikdə yaşamasını nəzərə almamışdır. Bundan başqa, məhkəmə onun hadisənin əsas şahidi olmağı, yəni hadisə baş verən kimi ona edilən zəngdən sonra hadisə yerinə getməyi və onun dəfn işlərini və ondan sonrakı prosesləri bu yaşlı vaxtında təkbaşına etməyi nəzərə almamışdır. Məhkəmə sonda iddia məbləğini qismən təmin etməklə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək öz apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.
22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. İddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, tutulan mənəvi zərərin məbləği ilə bağlı nəticə düzgün olmamışdır. Bu baxımdan kollegiya məhkəmənin mövqeyi ilə razlaşmaması ilə bağlı aşağıdakıları qeyd edir.
27. Hazırkı işin faktiki hallarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Qaz Kompressor sexinin rəisi X20 nasos qurğuları sahəsindəki su anbarında suyun səviyyəsinə sexin işçiləri (maşinist) tərəfindən nəzarətin keçirilməsi qaydasını göstərən istismar təlimatı (yaxud digər bir sənəd) tərtib edilmədiyinə, həmin su anbarının boşluqları olan hissələrinin üzərinə qoyulmuş metal torlu qoruyucu örtükləri hər hansı bir tərtibatla (boltla, qaynaqla və s.) bağlanması təmin olunmadığına, eləcə də hadisə zamanı maşinist X6 anbardakı suyun səviyyəsinin ölçülməsi tapşırığı verildiyi halda, onun işinin təhlükəsiz yerinə yetirilməsinə nəzarət aparılmadığına görə "Neftqaz çıxarma sənayesində təhlükəsiz qaydaları”nın 1.3.12,1.5.2,1.5.31 bəndlərinin, "İstehsal avadanlığı, iş yerlərinə ümumi təhlükəsizlik tələbləri”, 12.2.061.-81 DÜST-nin (dövlət standartının) 3-cü bəndinin tələbləri pozmuş, nəticədə ehtiyyatsızlıqdan xx.xx.2014-cü il tarixdə saat 15.30 radələrində həmin sexdə maşinist vəzifəsində işləyən X3 qeyd olunan sexə məxsus 2 nömrəli nasos qurğu borusunun yanındakı su anbarına düşərək tənəffüz yollarının maye (su) ilə tutulması nəticəsində boğularaq hadisə yerində ölməsinə səbəb olmuşdur. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə X20 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən X18 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilmiş, 3 il sünaq müddəti təyin edilmişdir.
28. Göründüyü kimi, cavabdeh təşkilatın işçisinin əmək mühafizəsi qaydalarını pozması, yəni, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan iddiaçının qardaşı ölmüş, iddiaçı həmin cinayət işi üzrə vəfat edən qardaşının hüquqi varisi qismində tanınmış, vəfat edənə qədər onunla birlikdə yaşayaraq səmimi münasibətləri və mənəvi yaxınlığı olmuş, qardaşının ölümü nəticəsində mənəvi sarsıntı, əzab və iztirab keçirmiş, başqa sözlə baş vermiş hadisəsi nəticəsində qardaşının faciəvi şəkildə həlak olması iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur.
29. Məhkəmə iddiaçının qardaşının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulayır ki, X3 ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması qənaətinə gəlmək üçün kifayətdir. Bu da öz növbəsində cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını şərtləndirir.
30. Cavabdeh təşkilat tərəfindən isə X3 ölməsi nəticəsində onun ailəsinə sığorta haqqının ödənilməsi dəlilinə münasibətdə isə məhkəmə kollegiyası vurğulayır ki, həyat sığortası sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta növüdür. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və ya onun varisinə ödənilir. Yəni sığorta məbləğinin ödənilməsi mənəvi ziyana görə ödəniləcək məbləğlə hər hansı bir bağlılığı yoxdur.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
32. Kollegiya qeyd edir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərə çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldğı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir.
33. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, X1 hadisə baş verən zamanı həmin hadisənin baş verməsinin birbaşa şahidi olmaması da onunla qardaşı mərhum X3 arasında olan mənəvi bağlılığın möhkəmliyinə bilavasitə təsir edən hallardır. O cümlədən həmin anda hadisənin şahidi olması ilə olmaması arasında da mənəvi sarsıntı və iztirab çəkmək baxımından fərqli təsir mövcuddur. İnsanın doğma birinin gözü önündə belə bir hadisənin baş verməsi onun şüüurunda mənəviyyatında daha dərin sarsıdıcı izlər yaratması qaçılmazdır.
34. Avropa Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında da göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.
35. Həm bu hallar, həmçinin də baş vermiş hadisədən artıq 10 ilə yaxın müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Bundan əlavə, iddiaçı mənəvi zərərə görə 35.000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamışdır. İddiaçının ölən şəxsin qardaşı olması bir evdə yaşamaları təkcə özlüyündə mənəvi zərərin daha artıq məbləğdə müyyən edilməsini də özündə şərtləndirə bilməz. Əlavə olaraq da qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud və məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır. Lakin qeyd edilən hallar cavabdehin apellyasiya şikayətinə uyğun olaraq ümumiyyətlə mənəvi zərər tələbinin təmin edilməməsi üçün də əsas ola bilməz. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir.
36. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının mənəvi zərərin əvəzi qismində pul məbləğində kompensasiya tutmaqda haqlı olmuş, lakin nəticədə müəyyən edilmiş mənəvi zərərin miqdarı yuxarıda qeyd edilənlərə əsasən ağlabatan və ədalətli olmamışdır. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən mənəvi zərərin məbləği dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 5000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorların özlərinə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2296/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə tutulmuş mənəvi zərərin məbləği dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.