Məhkəmə qərarları › İş №2(103)-1785/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1785/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1785/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-2417/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən sığorta ödənişi olaraq 2200 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, baş vermiş hadisə nəticəsində dəyən zərərin aradan qaldırılması üçün gördüyü tədbirlər nəticəsində 4000 manat məbləğində xərci çıxıb. Ödənilmiş sığorta xərclərini çıxdıqdan sonra qalan pul məbləğinin ödənilməsini xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-2417/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh “xxxx” ASC-dən sığorta ödənişinin qalığı olaraq 1266 (bir min iki yüz altmış altı) manat pulun İddiaçı xeyrinə tutulması, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci hesabına “xxxx” ASC-dən 100 (yüz) manat məbləğində pul tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət olunmuşdur. Cavabdeh “xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-2417/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələblərinin tam həcmdə rədd edilməsini və keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinin iddiaçı X3 tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materialında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə 029623 saylı arayışda göstərilənlər nəzərə alınmamışdır. Həmin arayışdan məlum olur ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Ə.Əliyev küçəsində “xxxx” ASC-də icbari sığorta növündə sığortalanmış “Ford Fusion” markalı, **-EL-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının idarə etdiyi “Chevrolet Cruze” markalı, **-UA-*** dövlət nömrə nişanlı və “Mitsubishi Pajero” markalı avtomobillə və **-KO- *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Avtomobillərin Texniki Xidmət Mərkəzi (sahibkar - fiziki şəxs X1 adı altında fəaliyyət göstərir ) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, hadisə nəticəsində “Chevrolet Cruze” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobilə 1800 manat məbləğində zərər dəymişdir. Digər bir texniki xidmət təşkilatı olan “Best Service Baku” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0331/20 nömrəli qiymətləndirmə aktına əsasən, hadisə nəticəsində “Mitsubishi Pajero” makalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 3015 manat məbləğində zərər dəymişdir. Yəni bu halda, sığorta ödənişi iki zərərçəkmiş arasında bölünməli idi ki, “xxxx” ASC məhz belə də etmişdir. İddiaçı 1800 manat məbləğində zərərlə razılaşmış, bunu PXA60113 №-li sığorta aktını imzalamaqla təsdiq etmiş və göstərilən məbləği almışdır.xx.xx.2020-ci il tarixində isə PXA60701 nömrəli sığorta aktına əsasən, “Mitsubishi Pajero” makalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 3015 manat məbləğində dəymiş zərər də “xxxx” ASC tərəfindən ödənilmişdir. Ümumilikdə “xxxx” ASC baş vermiş yol-nəqliyyat hadisəsi üzrə 2 zərərçəkmişə 4815 manat məbləğində sığorta ödənişi edərək, həmin zərərçəkmişlər qarşısında öz öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10.2ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Yasamal rayon Məhkəməsinin yanaşması tamamilə qeyri-obyektiv yanaşmadır, ədalətli məhkəmə araşdırması və iş üzrə məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə sığorta ödənişinin qalıq məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan araşdırılmış sübutlar əsasında müəyyən olunur ki, X4 idarə etdiyi “Ford” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “Chevrolet Cruze” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil və Hüseynov Elbrusun idarə etdiyi “Mitsubishi” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş və nəticədə əmlaka zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi (sahibkar - fiziki şəxs X1 adı altında fəaliyyət göstərir) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən, hadisə nəticəsində “Chevrolet Cruze” markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobilə 1800 manat məbləğində zərər dəymişdir. Digər bir texniki xidmət təşkilatı olan “Best Service” Baku tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0331/20 nömrəli qiymətləndirmə aktına əsasən, hadisə nəticəsində “Mitsubishi Pajero” makalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 3015 manat məbləğində zərər dəymişdir. İddiaçı 1800 manat məbləğində zərərlə razılaşmış, bunu PXA60113 №-li sığorta aktını imzalamaqla təsdiq etmiş və göstərilən məbləği almışdır.xx.xx.2020-ci il tarixində isə PXA60701 nömrəli sığorta aktına əsasən,“Mitsubishi Pajero” makalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 3015 manat məbləğində dəymiş zərər də “xxxx” ASC tərəfindən ödənilmişdir. Ümumilikdə “xxxx” ASC baş vermiş yol-nəqliyyat hadisəsi üzrə 2 zərərçəkmişə 4815 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu xx xxxxxxxx 2020-ci il tarixli, 9/2550 saylı ekspert rəyinə əsasən, “Chevrolet Cruze” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3066 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya “xxxx” ASC tərəfindən 1800 manat məbləğində dəymiş zərər ödənilmiş, iddiaçı sığorta ödənişi olaraq 2200 manat pulun ona ödənilməsini tələb edir. Məhkəmə sığorta ödənişini nəzərə almaqla, yerdə qalan məbləğ-1266 manatın “xxxx” ASC-dən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 15.3.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Kollegiya hesab edir ki, cavabdeh “İcbari Sığorta” müqaviləsinə əsasən 5000 manat civarında məsuliyyət daşıdığından, yol-nəqliyyat hadisəsi üzrə 2 zərərçəkmişə 4815 manat məbləğində sığorta ödənişi etdiyindən, qalıq məbləğ olan 185 manat (5000-4815=185) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də, qətnamə sığorta ödənişinin qalıq məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 185 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edildiyindən, qətnamə dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilməli, cavabdehdən 2,4 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, ekspertiza xərci təmin edilmiş tələbə mütənasib olaraq həll olunmalı olduğundan, həmin hissədə qətnamə ləğv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 8 manatı cavabdehdən, 92 manatı isə iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-2417/2020 saylı qətnaməsi sığorta ödənişinin qalıq məbləği, dövlət rüsumu ilə bağlı hissələrdə dəyişdirilsin, sığorta ödənişinin qalıq məbləğ 185 (yüz səksən beş) manat, dövlət rüsumu 2,4 (iki manat qırx qəpik) manat müəyyən edilsin. Ekspertiza xərcinin tutulması hissəsində qətnamə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 8 (səkkiz) manatı cavabdeh “xxxx” ASC-dən, 92 (doxsan iki) manatı isə İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar