Məhkəmə qərarları › İş №2(103)-1792/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1792/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1792/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddianın təmini tədbiri barədə Bakı şəhəri Nərimanovl Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3248 ./2020 saylı qərardadından iddiaçının səlahiyətli nümayəndəsi tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə və 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 və 117 saylı ünvanlarda yerləşən mənzillərin cavabdeh "Cavabdeh" MMC tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli 718/16 saylı qiymətləndirmənin etibarsız hesab edilməsinə və yeni qiymətləndirmə təyin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 110 və 117 nömrəli mənzillərin hərraca çıxarılmasının təxirə salınması barədə qərardad qəbul edilməsi və həmin qərardadın dərhal icraya yönəldilərək Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsi üzrə icra icra hərəkətlərinin dayandırılması barədə İddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi təmin edilməmişdir İddiaçının nümayəndəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3248/2020 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh MMC-yə və 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinn nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3248/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, “xxxx” MMC və X2 “X13 Azərbaycan” QSC-nin xeyrinə: xx xxx 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz (1.817,88 manat kapital və 29.640 manat gecikmə faizi) və 2.000 manat cərimə olmaqla, cəmi 213.247,88 (iki yüz on üç min iki yüz qırx yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində borc; xx xxx 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat əsas, 29.752,92 manat faiz (1.782,92 manat kapital və 27.970 manat gecikmə faizi) və 2.000 manat cərimə olmaqla, cəmi 201.554,59 (iki yüz bir min beş yüz əlli dörd manat, əlli doqquz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 19 (on doqquz) manat poçt xərci müştərək qaydada tutulması, İpoteka predmetləri: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X13 Azərbaycan” QSC-nin təmin edilmiş tələbləri ödənilməsi, Qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X1 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilindən, X5 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və X6 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması, (iddiaçıya satıldığı təqdirdə) “X13 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq X3, İddiaçı, X7 və X8 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Halbuki qanuni qüvvədə olan məhkəmə qətnaməsi üzrə icra icraatının dayandırılmasının əsasları və qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Mülki işdən göründüyü kimi, iddianı təmin etmə tədbiri barədə ərizə mübahisələndirilən icra qeydləri üzrə həyata keçirilən icra hərəkətlərinin dayandırılması barədədir. Hazırki halda, işə məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər iddianı təmin etmək üçün tədbirlər görülməsinə zərurət olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar