Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1794/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2235/2021 saylı iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilənin onun maraqlarına toxunan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə İddiaçı, Cavabdeh1 MMC-yə və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd olunması, onunla Cavabdeh1 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında sahibliyinə və istifadəsinə təhvil verilmiş, ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrində tərəfindən pəncərələrin və qapıların quraşdırılması, eləcə də daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsi faktının təsdiq olunması, həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, "Xudafərin” MMC və Cavabdeh4 tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi, müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklərin, yəni ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işlərinin "Xudafərin” MMC tərəfindən yerinə yetirilməmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi, dövlət rüsumuna görə 10 manatın Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi apellyasiya şikayəti vermiş, həm bu şikayət, həm də nümayəndənin başqa bir qətnamədən verdiyi şikayət iş materiallarına əlavə olunaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh2 nümayəndəsinin müvafiq mülki işə heç bir aidiyyatı olmayan qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün olmadığından, iş həmin şikayətin geri qaytarılması məsələsinin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə əlavə edilmiş, həmin nümayəndənin müvafiq mülki işə heç bir aidiyyatı olmayan qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, sözügedən şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1794/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1794/2022
25.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver