Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1816/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: alimentin təyin edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(004)-5218/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh nikahından 18 avqust 2007-ci il təvəllüdlü X4 anadan olmuşdur.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)- 2776/2022 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 04 avqust 2001-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında 1019 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 18 avqust 2007-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının (saxlanılması) müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 72 nömrəli evin, 28 saylı mənzilinin 1/2 hissəsinə iddiaçı Cavabdeh, digər 1/2 hissəsinə isə cavabdeh İddiaçı mülkiyyət hüququ müəyyən edilməklə, bölünməsi, cavabdeh İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “Red Komyunikeyşns" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Karat Media' Məhdud Məsuliyyətli Cəmiyyətində olan təsis payının 1/2 hissəsinə iddiaçı Cavabdeh, ½ hissəsinə isə cavabdeh İddiaçı payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 avqust 2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
4. İddia onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 04 avqust 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 18 avqust 2007-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bir müddət əvvəl cavabdeh ailədən kənarlaşaraq onlardan imtima etmiş və nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Uzun zamandır onlar ayrı yaşayırlar, cavabdeh övladına hər hansı bir mənəvi və ya maddi dəstək olmur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(004)- 5218/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 18 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddəti 06 oktyabr 2023-cü il tarixdən hesablanması, alimentin tutulması dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Qətnamənin əsaslarına görə, Cavabdeh ilə İddiaçı 04 avqust 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 18 avqust 2007-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)-2776/2022 saylı, qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulmuş, 18 avqust 2007-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanununun 5, 13, Ailə Məcəlləsinin 75, 76, 78, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin alimentin tutulma müddəti hissəsində ləğv olunmasını, alimentin tərəflər arasında nikahın faktiki pozulduğu vaxtdan hesablanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin onunla cavabdehlər arasında olan münasibətlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Məhkəmə iddiaçının maddi vəziyyətini və uşağa çəkilən xərclərə əhəmiyyət verməmişdir. Hesab edir ki, aliment 06 oktyabr 2023-cü ildən deyil, 01 fevral 2022-ci ildən, yəni faktiki münasibətlərin pozulduğu vaxtdan tutulmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
14. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, cavabdeh tələbin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulma müddətinin başlanğıcı hissəsində dəyişdirilməlidir.
21. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
22. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə 21 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə mediasiyaya müraciət olunduğundan iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə 06 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir.
23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)- 2776/2022 saylı qətnaməsinin məzmunundan da görünür ki, aliment tələbinə dair başqa məhkəmənin icraatında iş olduğundan bu məsələyə nikah pozularkən qiymət verilməmişdir.
24. İşin halları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən nəinki aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görülmüş, hətta məhkəməyə də müraciət olunmuş, lakin ərizə baxılmamış saxlanılimışdır. Həmin müddətdən hal – hazıra kimi isə uşağın saxlanılması üçün cavabdeh tərəfindən hər hansı vəsaitin ödənilməsi ilə bağlı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatında sübut təqdim olunmamışdır. Bundan sonra iddiaçı yenidən - 06 oktyabr 2023-ü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
25. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin tutulmasının münasibətlərin pozulduğu 01 fevral 2022-ci il tarixdən tutulmasını xahiş etsə də, həmin tarixdən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü təsdiq edən sübut təqdim etməmişdir. Buna görə alimentin tutulma müddəti 06 oktyabr 2023-ü il tarixdən deyil, əvvəlki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 21 noyabr 2022-ci ildən hesablanmalıdır.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə cavabdehdən tutulan alimentin məbləği hissədə düzgün olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yoxlanılan hissədə dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(004)- 5218/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(004)- 5218/2023 nömrəli qətnaməsi alimentin tutulma müddətinin başlanğıcı hissəsində dəyişdirilsin. 18 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində tutulmalı olan alimentin tutulma müddətinin başlanğıcı 21 noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev