Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1834/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “valideynin övladın əlavə xərclərinə cəlb olunması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı Şahanə Əliyevanın şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayətin həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Apellyasiya şikayəti ona görə geri qaytarılıb ki, Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmiş formaya uyğun deyil. Lakin müəyyən olunur ki, apellyasiya şikayəti həmin formaya uyğundur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı X1 Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllədə müəyyən olunmuş forma və məzmuna uyğun olduğu müəyyən edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1834/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1834/2023
17.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver