Məhkəmə qərarları › İş №2(103)-1841/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1841/2022

10.02.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1841/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(004)- 3447/2018 saylı qərardadından Borclu2 oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 2(004)- 3447/2018 saylı məhkəmə əmrinə əsasən, xx.xx.1960-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 Səhiyyədin oğlundan və xx.xx.1985-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 oğlundan Kreditor-nin xeyrinə 6390,76 ABŞ dolları məbləğində və 20 manat dövlət rüsumu pul vəsaiti alınmalıdır. Borclu2 oğlu tərəfindən məhkəmə əmrinə etiraz verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2(004)-3447/2018 saylı qərardadına əsasən Borclu2 oğlunun Yasamal Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli e-2(004)-3447/2018 saylı məhkəmə əmrinə qarşı etirazı vaxtında verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardad Borclu2 oğluna 25.12.2021-ci il tarixdə təqdim edilmişdir. Borclu2 oğlu 05.01.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2(004)-3447/2018 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilərək etirazının təmin olunması və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda əmrin onun ailə üzvünə 17.03.2018ci il tarixdə təqdim edildiyi göstərilsə də, nə o, nə də onun ailə üzvü əmri almamışdır. O qərardan yalnız icra şöbəsində xəbərdar olmuş və dərhal etiraz vermişdir. Belə olan halda məhkəmənin qərardadı əsassızdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Yasamal Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli məhkəmə əmri Borclu2 oğluna çatdırılması üçün Bakı şəhəri, Xətai rayonu, Ə.Axundov küçəsi 21, ev 22 ünvanına göndərilmiş və Fərzəliyeva tərəfindən 17 mart 2018-ci il tarixdə alınmışdır (səh.5). Hazırki şikayət ərizəsində də Borclu2 oğlu ünvanını ünvan 3 qeyd etmişdir. Göründüyü kimi, borclunun 2018-2019-cu illərdə yaşayış ünvanı eyni olmuş, 12 mart 2018-ci il tarixli məhkəmə əmri onun ailə üzvü tərəfindən xəbərnaməyə imza edilməklə rəsmi qaydada 17 mart 2018-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə əmrinə etiraz məhkəməyə 23 avqust 2019-cu il tarixdə daxil olduğundan qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.7. maddəsinə əsasən məhkəmə əmri məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, e-2(004)- 3447/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar