Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1849/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyan tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3924/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehndən iddiaçının xeyrinə azyaşlı qızı - X1, bacısı- X4 və bacısının 2 yaşlı uşağı-X3 faciəvi surətdə ölmələri lə bağlı 80000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 330 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə iddiasının Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3924/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsi qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3924/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3924/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qətnaməsi Cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş, lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə xx.xx.2022ci il tarixdə daxil olmuş, Cavabdeh apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətini məhkəməyə təqdim edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3924/2022 saylı qərardadının ləğv edilməsi, əks halda bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində apellyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Zaqatala RQİİ-nin xidməti ərazisi üzrə Cavabdeh İB-nin iddiaçı və cavabdeh qismində iştirakçısı olduğu məhkəmə işlərinə nəzarət və prossesual hərəkətlərin edilməsi “Elektron Məhkəmə Sistemi”ndə Hüquq şöbəsinin rəisinin adına açılmış elektron kabinet vasitəsilə həyata keçirilir. Hüquq şöbəsinin rəisinin adına verilmiş “Elektron imza”nın sertifikatının müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığından “Elektron Məhkəmə Sistemi”ndə hər hansı əməliyyatın aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq Hüquq şöbəsinin işçilərinin adına yeni elektron imzaların verilməsi üçün aidiyyatı üzrə müraciət edilmiş, lakin elektron imzaların müraciətlərinə və dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, uzun müddət alınması mümkün olmamış və həmin imzaların fəaliyyətinin bərpası hazırkı vaxtda mümkün olmuşdur. Bu səbəbdən Zaqatala şəhər sakini Yekibaşova Aşurey Ramazan qızının Cavabdehnə qarşı olan iddiası üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3924/2022 saylı qətnaməsindən məlumatları olmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3924/2022 saylı qətnaməsindən yalnız Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin Cavabdeh İB-yə icra sənədinin icrası ilə bağlı ünvanladığı xx.xx.2022-ci il tarixli e239748/2022-1-2 saylı xəbərdarlıq məktubundan sonra məlumatları olmuşdur. Ona görə də Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3924/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prossesual müddət üzürlü səbəbdən ötürülmüşdür. Ona görə də Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 3924/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prossesual müddətin ötürülməsinin üzürlü hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli idi. Lakin məhkəmə şikayətin verilməsi ilə bağlı prossesual müddətin ötürülməsini üzürlü hesab etməməklə düzgün qənaətə gəlməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3924/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 24 (İİİ), 29, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, şikayətçinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri prosessual müddətin bərpası barədə ərizənin mahiyyətinə aid edilməklə, qəbul edilmiş qərardadın əsassız olmasına dəlalət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.3, 129.4, 130-cu maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 357.1 və 357.2. -ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Diqqətə çatdırılmalıdır ki, mülki iş materiallarından (iş səh. 113, 116, 118, 121, 124, 125) göründüyü kimi, qətnamə Cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş, icraya yönəlmiş, lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, şikayətdə üzrlü səbəbdən müddətin ötürüldüyü qeyd edilsə də buna dair müraciət (prosesual müddətin bərpası barədə ərizə) olmadığından bu məsələnin müzakirəsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Müddətin ötməsinin üzrlülük meyarlarına dair şikayətdə münasibətin sərgilənməsi yalnız məhkəmə müdafiə hüquqlarından (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi dəyərləndirilməli deyil. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3924/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1849/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1849/2023
13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver