Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1850/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.10.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər Cavabdeh7 və Cavabdeh8 həmin qətnamədən verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) 22.01.2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilmiş, şikayətləri icraata qəbul edilmişdir. Bundan sonra Rayon Məhkəməsi 29.03.2022-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, qətnamədən Cavabdeh4 tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirmiş və həmin şikayətin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün işin Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Məhkəmənin 22.01.2022-ci il tarixli qərardad ləğv edilməli və iş baxışdan çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Mülki Prosessual Məcəlləsinin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. MPM-nin 384.0.6-cı maddəsinə görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 22.01.2022-ci il tarixli qərardad ləğv edilsin, hazırki mülki iş, Cavabdeh4 verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1850/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1850/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver