Məhkəmə qərarları › İş №2(103)-1857/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1857/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1857/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Maraqlı şəxs2 nümayəndəsi və vəkili Emil Bəşirovun iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1, X1 və Maraqlı şəxs3 maraqlı şəxslər kimi cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1, X1 və Maraqlı şəxs3 maraqlı şəxslər kimi cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 53 saylı Notariat ofisinin 06 fevral 2019-cu il tarixli, AN-İ 592521 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İş üzrə Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Hazırda Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi 09.03.2022-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin 26 noyabr 2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən də şikayəti verildiyini qeyd edərək şikayətin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs1, X1 və Maraqlı şəxs3 maraqlı şəxslər kimi cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar