Məhkəmə qərarları › İş №2(103)-1861/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1861/2021

19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1861/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X3 qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər hər biri üçün 400 manat olmaqla, cəmi 800 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsi, cavabdehin ondan üzr istəməsi, cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzinə 10000 manat məbləğində pulun ondan tutulması, uşaqların onun yanında qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları X2 və X5 məhkəmə qaydasında atalıq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-997/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən edilməsi tələbinə dair mülki işin İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(003)-571/2020 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə, xx xxxxxx 2008-ci il X4 və xx xxx 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramilə Xəzri). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7780/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (sədrlik edən: Məmməd Məmmədov) kassasiya şikayəti verilmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar