Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1878/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdeh2 və vəkili X6, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-1123/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 ASC cavabehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh5nə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 3M-512 reyestr nömrəli, Abşeron rayonu, 2 nömrəli savxoz ərazisində əmlak kompleksinin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsinin 15 ha. hissəsinə dair istifadə hüququnun alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında əmlaka dair dövlət reyestri xidmətində xx xxxxxx 2019-cu il tarixdə **********94 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına aparılmış qeydiyyatın ləğvi, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixdə İddiaçı2 ASC ilə “xxxx” 'MMC arasında HO/531 saylı və HO/532 saylı qarantiya müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən “xxxx” MMC-yə müvafiq olaraq ******* manat və ******* ABŞ dolları məbləğində qarantiya verilmişdir. Hər iki qarantiya müqaviləsinin təminatı olaraq, Cavabdeh2 Alfət oğluna məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2982,8 kv.m. olan əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra müəssisənin yerləşdiyi 26,14 ha. torpaq sahəsinin 10 ha. hissəsinin üzərində olan istifadə hüquqları ipoteka saxlayanın razılığı i!ə özgəninkiləşdirilmiş, yerdə qalan 16,14 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2982,8 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə Cavabdeh2 mülkiyyət hüququ girovda qalmaq şərti ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət ReyestrXidmətinin 4 saylı X17 tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan müəyyən edilmişdir ki, Cavabdeh2 Bakı şəhəri 19 saylı, notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 3M-512 reyestr nömrəli istifadə hüququnun alqısatqı müqaviləsinə əsasən, Abşeronrayonu, 2 nömrəli sovxoz ərazisində əmlak kompleksinin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsinin 15 ha. hissəsini Cavabdeh3 adına ipoteka saxlayanın razılığı olmadan özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış, xx xxxxxxx 2018-ci il tarixli 3M-512 reyestr nömrəli, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində əmlak kompleksinin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsinin 15 ha. hissəsinə dair istifadə hüququnun alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsi ipoteka əmlakının tərkibinə daxildir və vahid əmlak kimi reyestr orqanında qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-1123/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhər 19 saylı notariat kontorunda xx xxxxxxx 2018-ci il tarixli 3M-512 №-li reyestrlə rəsmiləşdirilmiş, Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində əmlak kompleksinin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsinin 15 ha. hissəsinə dair istifadə hüququnun alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə **********94 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək üçün qeyd etdiyi əsaslar mülahizələrə əsaslanmaqla heç bir qanuni əsası yoxdur. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş və dövlətin mülkiyyətində olmaqla, onun həmin torpaq sahəsinə yalnız istifadə hüququ vardır. Cavabdehin istifadə hüququ isə Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı və müqaviləsi əsasında verilmişdir. Həmin torpaq sahəsində yerləşən cavabdehin şəxsi mülkiyyətində olan ümumi sahəsi 2982,8 kv.m. olan əmlak kompleksi kimi müəssisə İddiaçı2 ASC-də ipoteka ilə yükü edilmişdir. Həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Cavabdeh3 vicdanlı alıcı olmasını nəzərə almamışdır. Belə ki, o, torpaq sahəsinə istifadə hüququnu alarkən “Forma-1” Arayışında ipoteka ilə yüklü olması göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10356/2019 saylı, xx xxxxxx 2019-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-1123/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh5nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən İddiaçı2 ASC tərəfindən verilmiş kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7776/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı2 ASC-nin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10356/19 saylı qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instnaisya məhkəsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Əlavə olaraq cavabdeh vəkili X11 bildirdi ki, iddiaçı bank hesab edir ki, əmlak kompleksi ipoteka ilə yüklü olunduğuna görə mütləq şəkildə həmin əmlak özgəninkiləşdirilən zaman bankın da razılığı olmalıdır. Cavabdeh olaraq mövqeləri ondan ibarətdir ki, 2982 kv.m əmlak kopleksinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir. Dövlətin balansında olan torpaq hər hansı fiziki şəxsin öhdəliklərinə görə yülkü edilə bilməz. Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə müdafiəçisi olduğu şəxsə həmin torpaq sahəsindən istifadəyə dair razılıq verilmişdir. Dövlətin mülkiyyətində olan torpaq sahəsi alqı-satıq müqaviləsinin predmeti ola bilməz. Yalnız həmin toraq sahəsi sərəncam əsasında istifadəyə verilə bilər. Cavabdeh2 əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ olmayan şəxsdir. Belə olan halda ipoteka predmetinə yönəltmədən söhbət gedə bilər?. Hesab olunur ki, qanunun tələbinə uyğun olaraq tərəflərindən əmlak kompleksinə olan istifadə və sahiblik hüququ alqı-satqı müqaviləsi ilə Cavabdeh3 keçmiş və hazırda da, Abşeron Rayon İcra Hakmiyyətinin hazırki iddianın predmeti olmayan müstəqil sərəncamı ilə onun sahiblik və istifadə hüququ yaranmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instnaisya məhkəsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, hazırkı mübahisə torpağın ipoteka ilə yüklülüyü məsələsi deyil. Təsdiq edirik ki, həmin torpaq sahəsi ipoteka ilə yüklü edilməmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi ipotekaya qoyulmuşdur. Ona görə də ipoteka rəsmiləşdirilərkən həmin torpaq sahəsinə istifadə hüququ da ipoteka saxlayana keçməlidir. Əlavə olaraq bildirdi ki, müqavilədə istifadə hüququn ipoteka saxlayana keçməsi nəzərdə tutulmasa da, hesab olunur ki, buna ehtiyac olmamışdır. Belə ki, kreditin verilməsi zamanı monitorinq aparılarkən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə istifadə hüququ Cavabdeh2 olmuşdur. “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinin tələbinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri 19 saylı Notariat Kontoru, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh5 məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-1123/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh5nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxx 2010-cu il tarixli Çıxarışın surətinəəsasən Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən ümumi sahəsi 2982,8 kv.m. olan, dövlətin mülkiyyətində olan 26,14 ha. torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət kimi Cavabdeh2 Asəf oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı2 ASC,ipoteka qoyan Cavabdeh2 və borc alan “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 100.CL.050215.00001/b saylı ipoteka müqaviləsinə 1 saylı əlavəsinə əsasən ipoteka qoyulmuş əmlak Abşeron rayonu 2 nömrəli Sovxoz ərazisində istifadədə olan, 26,14 ha. torpaq sahəsində mülkiyyətində olan ümumi sahəsi 2982,8 kv.m. ibarət olan əmlak kompleksi kimi müəssisə (anbar) olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı Çıxarışların surətlərinə əsasən Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən (ümumi sahəsi 2982,8 kv.m. olan) əmlak kompleksi kimi müəssisəİddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, ******* manat məbləğində əsas borc, 30339,78 manat qarantiya üzrə faiz borcu və 5462,85 manat məbləğində illik 10 faizlə hesablanmış faizborcu olmaqla, cəmi 1548590,63 pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha. torpaq sahəsində olan ümumi sahəsi 2982,8 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha. torpaq sahəsində ümumi sahəsi 2982,8 kv.metr olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin ******* manat olmaqla açıq hərracdan satılması, həmin əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra “xxxx” MMC və Cavabdeh2 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsiqət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 ASC-nin və cavabdeh “xxxx” MMC-nin tərəflərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq cavabdeh “xxxx” MMCdən 1842818,61 manat əsas borc, 18428 manat məbləğində faiz borcu, cəmi 1861246,61 manat məbləğində pul, sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 38 manat alınaraq İddiaçı2 ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən (ümumi sahəsi 2982,8 kv.m olan) əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və həmin ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat olmaqla açıq hərracdan satılması, qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o, satıldıqdan sonra cavabdehlər “xxxx” MMC və Cavabdeh2 tərəfindən 1 ay ərzində boşaldılmadıqda həmin qeyri-yaşayış sahəsinin boşaldılması, satışdan əldə olunan vəsait hesabına cavabdeh “xxxx” MMC-nin iddiaçıya olan borcunun ödənilməsi, Borc məbləği ödənildikdən sonra qalıq məbləğin Cavabdeh2 qaytarılması, iddianın qalan hissəsinin təmin edilməməsiqət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarına əsasən İddiaçı2 ASC-nin və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan satıcı Cavabdeh2 və alıcı Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli İstifadə hüququnun alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı Abşeron rayonu 2 saylı sovxoz ərazisi ünvanında yerləşən ümumi sahəsi 16,14 ha. torpaq sahəsindən əmlak kompleksi kimi yerləşdiyi torpaq sahəsi istisna olmaqla yerdə qalan 15,0 ha. hissəsinin istifadə hüququnu alıcının mülkiyyətinə vermişdir. Satılan torpaq sahəsinin istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətitərəfindən xx xxxxxxx 2008-ci ildə verilmiş **********75 saylı arayışa və xx xxxxxxx 2018-ci il tarixdə real vaxt rejimində əldə olunmuş ********** nömrəli yüklülük haqqında arayışa əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, ancaq yerdə qalan 15 ha. dövlət mülkiyyətində olan torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 nümayəndəsinə ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli məktubuna əsasən İddiaçı2 ASC ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi və ona sonradan edilmiş əlavələr əsasında Cavabdeh2 mülkiyyətində olan, Abşeron rayonu, 2 nömrəli Sovxoz ərazisində yerləşən və ümumi sahəsi 2982,8 kv.metr təkil edən əmlak kompleksi kimi müəssisənin İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. Həmin əmlakın yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla Cavabdeh2 tərəfindən Abşeron rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Bu baxımdan dövlət mülkiyyətinə olan həmin torpaq sahəsi ipoteka ilə yüklü deyildir. İş materiallarında olan Cavabdeh5 tərəfindən İddiaçı2 ASC-yə ünvanlanmış xx xxxxxx 2019cu il tarixli məktubuna əsasən Abşeron rayonu, 2 saylı Sovxoz ərazisində yerləşən Cavabdeh2 məxsus istifadədə olan 26,14 ha. torpaq sahəsində mülkiyyətində olan ümumi sahəsi 2982,8 kv.metr əmlak kompleksi kimi müəssisə İddiaçı2 ASC-nin xeyrinə yüklü edilmişdir. Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi istifadədə olan 26,14 ha. torpaq sahəsinin 10 ha. hissəsinin üzərində olan istifadə (icarə) hüquqları özgəninkiləşdirilmiş və 10 ha. torpaq sahəsinə dair yeni çıxarışın verilməsinə bank tərəfindən xx xxxx 2016-cı il tarixli 05/7970 nömrəli məktubla münasibət bildirilmişdir. Bundan sonra, Cavabdeh2 yerdə qalan istifadədə olan 16,14 ha. torpaq sahəsində yerləşən mülkiyyətində olan ümumi sahəsi 2982,8 kv.metr əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ xx xxxxxxxx 2018-ci il tarixdə **********03-12301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh2 Bakı şəhəri 19 saylı DNK-da bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 3M-512 reyestr nömrəli istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, 2 saylı sovxoz ərazisində mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsinin 15,0 ha. hissəsini X4 özgəninkiləşdirmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh2 məxsus yerdə qalan hissə və X8 tərəfindən əldə edilən yeni yaranmış əmlak üzərində hüquqların qeydiyyatının aparılmasına münasibət bildirməsi xahiş olunmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində, habelə iddianı təmin edən birinci instansiya məhkəməsi qətnaməsində hesab etmişlər ki, həmin torpaq sahəsi ipoteka ilə yüklü olunmuş və onunla bağlı hər hansı bir əqd yalnız ipoteka saxlayanın razılığı ilə həyata keçirilə bilər. Məhz belə razılığın olmaması əsası ilə birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, məsələyə aydınlıq gətirilməsi üçün ilk növbədə əmlak kompleksinin yerləşdiyi 26,14 ha torpaq sahəsinin ipoteka predmetinə aid olub-olmaması və əgər ona aiddirsə əmlak kompleksinin həmin torpaq sahəsi olmadan ipoteka qoyulmasının mümkünlüyü müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin ədalətli həlli üçün mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu 2 saylı sovxoz ərazisində yerləşən 15 ha. torpaq sahəsinin İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla təkrar apellyasiya baxışı zamanı müəyyən edildi ki, əmlak kompleksinin yerləşdiyi 26,14 ha torpaq sahəsi ipoteka predmetinə aid olmamış və yalnız Abşeron rayonu 2 nömrəli Sovxoz ərazisində istifadədə olan 26,14 ha. torpaq sahəsində mülkiyyətində olan ümumi sahəsi 2982,8 kv.m. ibarət olan əmlak kompleksi kimi müəssisəni (anbarı) İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Belə ki, Abşeron rayonu, 2 saylı sovxoz ərazisində mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsinin 15,0 ha. hissəsini X4 özgəninkiləşdirəkən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 2093 nömrəli məktub ilə etiraz edilməmişdir. Hansı ki, ipoteka ilə yüklülük zamanı hər hansı icazə alınmamışdır. Bu isə onu göstərir ki, ipoteka müqaviləsi bağlanarkən torpaq deyil yalnız ümumi sahəsi 2982,8 kv.m. ibarət olan əmlak kompleksi kimi müəssisəni (anbarı) yüklü edildiyindən hər hansı icazənin alınmasına ehtiyac olmamışdır. Digər tərəfdən iddiaçının nümayəndəsinin təkrar apellyasiya baxışı zamanı vermiş olduğu izahatdan da müəyyən olunur ki, həmin torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, ipoteka rəsmiləşdirilərkən düşünülmüşdür ki, həmin torpaq sahəsinə istifadə hüququ da ipoteka saxlayana keçməlidir. Göründüyü kimi, iddiaçı tərəf torpağı həqiqətən ipoteka ilə yüklü edilmədiyini qəbul edir və hesab edir ki, ipoteka rəsmiləşdirilərkən ehtimal olunur ki, həmin torpaq sahəsinə istifadə hüququ da ipoteka saxlayana keçməlidir. Lakin nə İddiaçı2 ASC ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsində, nə də ona sonradan edilmiş əlavələr əsasında Abşeron rayonu, 2 nömrəli Sovxoz ərazisində yerləşən 26,14ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun sadə linqvistik qiymətləndirilməsi keçirilsə müəyyən olunar ki, Əlizadə X15 rayonu 2 nömrəli Sovxoz ərazisində istifadədə olan 26,14 ha. torpaq sahəsində mülkiyyətində olan ümumi sahəsi 2982,8 kv.m. ibarət olan əmlak kompleksi kimi müəssisəni (anbarı) İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Göründüyü kimi həmin əmlak kompleksinin yerləşdiyi ərazinin istifadədə olması və sahəsinin göstərilməsi onu fərdiləşdirən əlamət olmaqla, ipoteka predmetini təşkil etmir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi gedən torpaq sahəsi cavabdehin deyil, dövlətin mülkiyyətində olduğundan onun ipoteka ilə yüklü edilməsi qanuna uyğun deyildir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Məhz bu nöqtəyi nəzərdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlak kompleksinin üzərində ipoteka hüququnun qeydiyyatı aparılarkən, torpaq sahəsinin yüklülüyü qeydə alınmamış və bu hal dövlət reyestinin aparılmasına məsul olan dövlət orqanının arayışları ilə təsdiq olunmuşdur. Beləliklə müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi üzərində yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehlər arasında istifadə hüququnun alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə uyğun olaraq bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu nöqtəyi nəzərdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi son nəticədə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanaraq müqavilə tərəfi olan X1 hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olacaqdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin ipoteka ilə yüklü edilməməsinə dair mövqe iddiaçı ilə cavabdehlərdən Cavabdeh2 arasında olan başqa mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunmuşdur. Kassasiya məhkəməsi həmçinin qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə MPM-nin 82.3-cü maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üçün digər məhkəmə qətnamələrinin preyudisiallığını qəbul edəcəyi təqdirdə, o zaman Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2011-1328/18 saylı qətnaməsi ilə müəyyən olunan halları, o cümlədən 1 548 590 manat məbləğində kredit borcu üzrə tutmanın məhz 26,14 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksinə yönəldildiyini də nəzərə almalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiya məhkəməsinin qeyd etdiyi Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2011-1328/18 saylı qətnaməsi apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv olunmaqla yeni qətnamə çıxarılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə əlaqədar qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş ekspert rəyi ilə Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən əmlak kompleksi kimi müəssisəsinin ümumi bazar qiyməti müəyyən edilmişdir. Halbuki, iş materiallarında olan müqavilə və digər sənədlərdən müəyyən edilir ki, həmin ipoteka müqaviləsində ipoteka predmeti olaraq ümumi sahənin 2928,8 kv.m. olan hissəsi iddiaçı qarşısında yüklü edilmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ipoteka predmetini yalnız 2928,8 kv.m. olan əmlak kompleksi təşkil edir, onun yerləşdiyi torpaq sahəsi ipoteka ilə yüklü edilməmişdir. Məhz buna görə də, məhkəmə kollegiyasının qətnaməsinin nəticə hissəsində tutmanın yalnız Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən (ümumi sahəsi 2982,8 kv.m olan) əmlak kompleksi kimi müəssisəyə yönəldilməsini qət etmişdir. Həmin qətnamədən kasasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(102)-6686/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(103)-535/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərar alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli İstifadə hüququnun alqı-satqı müqaviləsi ilə Abşeron rayonu 2 saylı sovxoz ərazisi ünvanında yerləşən ümumi sahəsi 16,14 ha. torpaq sahəsindən əmlak kompleksinin (yəni ipoteka predmetinin) yerləşdiyi torpaq sahəsi istisna olmaqla yerdə qalan 15,0 ha. hissəsinin istifadə hüququ özgəninkiləşdirildiyindən və bununla da, İddiaçı2 ASC-nin hər hansı hüquqları, o cümlədən ipoteka saxlayan kimi hüquqları pozulmadığından onun hazırki iddiası əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki,cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-1123/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh5nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-1123/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh5nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1878/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1878/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver