Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1883/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı3, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-nə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2023cü il tarixli, e-2(002)-3103/2023 nömrəli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hər bir iddiaçı əmək müqaviləsinə əsasən cavabdeh müəssisədə nəzarətçi vəzifəsində işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqq-hesab məbləğləri ödənilmişdir. İddiaçıların işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları, xx.xx.2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələrin hesablanmağa başlayaraq ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənildiyi, həmin əlavələrin ödənişinin xx.xx.2023-cü il tarixədək davam etdiyi tərəflər arasında mübahisə doğurmur. Həmçinin, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir. Hazırda iddiaçılar əmək müqavilələrinə xitam verilməsini mübahisələndirmir, onların iddia tələbləri işə başladıqları gündən xx.xx.2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı1 xeyrinə xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı3 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı2 xeyrinə xx.xx.2013- cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı4 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı4 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı5 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı5 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı6 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı6 xeyrinə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 3103/2023 saylı qərardadı ilə İddiaçı3 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)- 3106/2023 saylı, İddiaçı2 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3113/2023 saylı, İddiaçı4 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3161/2023 saylı, İddiaçı5 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3239/2023 saylı, İddiaçı6 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3261/2023 saylı mülki işlər İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair e- 2(002)-3103/2023 saylı mülki iş ilə bir icraatda birləşdirilmişdir. İddia tələblərinin əsasları ondan ibarət olmuşdur ki, İddiaçı1 xx.xx.2015-ci il tarixindən, İddiaçı3 xx.xx.2013-cü il tarixindən, İddiaçı2 xx.xx.2013-cü il tarixindən, İddiaçı4 xx.xx.2013-cü il tarixindən, İddiaçı5 xx.xx.2013-cü il tarixindən, İddiaçı6 xx.xx.2014-cü il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sonuncu vəzifələri “nəzarətçi” olmaqla əmək müqaviləsi əsasında əmək münasibətlərində olmuşlar. xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdən iddiaçılar ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və bu zaman onlara əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinin əvəzi, habelə ştatların ixtisarı ilə əlaqədar kompensasiya məbləği ödənilmişdir. İddiaçılar ilə imzalanmış əmək müqaviləsinə xitam verilən zaman iddiaçılar xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə faktiki işlənilmiş gecə növbəsində və bayram günlərində iş saatlarına görə əmək qanunvericiliyi ilə onlara ödənilməli olan əmək haqqına əlavələrin ödənilmədiyini bilmişlər və buna uyğun olaraq öz etirazlarını cavabdeh quruma təqdim etmişlər. Belə ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları tərəfindən həmin günlərin əvəzinin ödənilməsi ilə bağlı dəfələrlə vədlər verilmiş, lakin əmək münasibətlərinə xitam verilən zaman son haqq-hesab məbləği qismində onlara ödənilməli olan məbləğ üzrə hesablamalar aparılan zaman bəlli olmuşdur ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları həmin məbləğləri hesablamamış və həmin məbləğlərin ödənilməsindən birtərəfli qaydada imtina edilmişdir. Mövcud mübahisənin həlli məqsədi ilə iddiaçılar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə, habelə mülki prosessual qanunvericiliyin və “Mediasiya haqqında” Qanunun tələblərini nəzərə almaqla ayrı-ayrılıqda mediasiya təşkilatlarına müraciət etmişlər. İddia ərizəsinə əlavə edilmiş bank hesabı çıxarışlarından bəlli olur ki, cavabdeh tərəfindən İddiaçı1 xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı3 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı2 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı4 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı5 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı6 xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə gecə növbəsində və bayram günlərində faktiki işə çıxdıqları günlərə görə əvəzi ödənilməmiş məbləğlər mövcuddur ki, həmin məbləğlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, iddiaçıların işə qəbul olduğu tarixdən xx.xx.2022-ci il dövrünə kimi onların gecə növbəsində və bayram günlərində işlədikləri saatlar barədə bütün məlumatlar cavabdehdə mövcuddur. Həmçinin iddiaçıların nəzarətçi kimi işə başladığı gündən işdən çıxana kimi gecə növbəsində və bayram günlərində işə cəlb edildiyi mübahisəsizdir. Mediasiya prosesində belə cavabdehin nümayəndələri əvvəlcə ödənilməli məbləğin hesablanacağını bildirmiş, sonradan bundan imtina etmişlər, habelə məhkəmə prosesi gedişində iddiaçılara müəyyən bir məbləğ müqabilində iddiadan imtina etməyi təklif etmişlər. Bütün bunlar cavabdehin işçilərin hüquqlarını pozduğunu başa düşdüyünü, lakin məsuliyyətdən yayındığını təsdiq edir. Cavabdeh təşkilat 2017-ci ildən işçilərə elektron qaydada aylıq hesablaşma vərəqələri (“payslip”) göndərdiyini bildirsə də, həmin vərəqələr iddiaçıların bəzilərinə 2018-2019-cu illərdə, bəzilərinə isə daha gec göndərilmiş, həmçinin 1 iyul 2022-ci il tarixə kimi olan vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, yalnız 2022-ci ilin iyul ayından başlayaraq həmin əlavələr qeyd olunmuş və ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İddiaçılar 2020-2021-ci illərdə istehsalatda gecə növbəsinə və bayram günlərinə görə əlavələrin ödənildiyini öyrənərək bu barədə öz departament rəhbərlərinə və insan resursları şöbəsinə (o cümlədən A.Quliyevə, E.Babaşova, T.Əliyevə) müraciətlər etmiş, onlara həmin əlavələrin hesablanaraq ödəniləcəyi bildirilmiş, hər dəfə bununla bağlı vədlər verilmişdir. 2022-ci ilin iyul ayı üzrə əlavələrin ödənişləri, eyni zamanda planlı şəkildə ixtisara hazırlıq başlamış, son haqq-hesab zamanı xx.xx.2022-ci il tarixədək olan əlavələrin ödəniləcəyi bildirilmişdir. Cavabdeh təşkilatin etiraz ərizəsinə iddiaçılar ilə ayrıayrılıqda imzalanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı son haqq-hesab məbləği xx.xx.2023-cü il tarixində rəsmiləşdirilməklə işəgötürən tərəfindən iddiaçılara məxsus bank hesablarına mədaxil edilmişdir. Cavabdeh iddiaçıların gecə növbəsində və bayram günlərində işə cəlb olunduğunu təsdiq edir, yalnız iddia müddətinin ötürüldüyünə istinad edir. Cavabdehin bu şəkildə iddia müddətinə istinad etməsi onun hüquqdan suiistifadə etdiyini təsdiq edir. Belə ki, hüquqdan sui-istifadə cavabdehin həmin məbləğləri uzun müddət ərzində ödəməməsində, həmin məbləğlərin hər dəfə növbəti illərdə ödənməsi ilə bağlı vədlərin verilməsində, iqtisadi cəhətdən işçilərin zəif mövqedə olmasından və təşkilatı-sərəncamverici səlahiyyətlərinin olmamasından istifadə edərək bunu sənədləşdirməkdən boyun qaçırmasında, 2022-ci ilin iyul ayı üzrə 2022-ci ilin 5 avqust tarixindən ödəməyə başlayaraq planlı şəkildə bir il ərzində ödədikdən sonra 45 nəfər işçini ixtisar etməsində və sonra da bir illik iddia müddətinə istinad etməsində öz təsdiqini tapır. Bundan əlavə, İddiaçı1, İddiaçı3, İddiaçı2 münasibətdə cavabdehin etirazda qeyd etdiyi halı əsas götürərək bir illik müddətin tətbiq edilməsi halında belə iddia müddəti ötürülməmişdir. Belə ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 əlavələr ilk dəfə faktiki olaraq xx.xx.2022-ci il tarixində hesaba mədaxil edilməklə ödənilmişdir. Həmin iddiaçılar isə mediasiya prosesinə bir il keçmədən, yəni xx.xx.2023-cü il tarixinədək başlamışlar. İddiaçılardan İddiaçı4, İddiaçı5, İddiaçı6 (müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il il tarixlərdə) əmək müffətişliyinə və mediasiyaya müraciət etmələrini nəzərə alaraq, müddətin bərpası barədə ərizə vermişlər. Belə ki, həmin iddiaçıların özünün faktiki olaraq ali hüquq təhsilinin olmamasını, tərəflər arasında formalaşmış etibarlı əmək münasibətlərini, cavabdeh tərəfin hüquqdan sui-istifadə etməklə hazırda mübahisələndirilən tələblər üzrə ödəmələri son bir il ərzində ödəməsini və bundan sonra ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verməsini, keçən dövr ərzində iddiaçılara hər dəfə vədlərin verilməsini, iddiaçıların hər-hansı təşkilati-sərəncamverici səlahiyyətinin olmamasını, etibarlı əmək münasibətləri çərçivəsində işəgötürənin vədlərinə inanmasını, sonuncu haqq-hesab ödənilən zaman əvvəlki dövrlər üzrə ödənilməmiş məbləğlərin ödənilmədiyini nəzərə alaraq, məhkəmə tərəfindən tələb etmə hüququ ilə bağlı iddia müddətinin keçməsi əsas götürülərsə, həmin müddətin iddiaçılardan İddiaçı4, İddiaçı5, İddiaçı6 münasibətdə üzrlü hesab edilməsini xahiş edir. Həmçinin bildirməyi zəruri hesab edir ki, iddiaçılarından İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən məhkəməyə müraciət edilməsi üçün mediasiya təşkilatına 60 manat ödənildiyindən, qeyd olunan mediasiya xərci həmin iddiaçılara münasibətdə cavabdehdən tələb olunur, bundan əlavə hüquqi yardım üçün bütün iddiaçılar tərəfindən ayrılıqda 220 manat məbləğində pul vəsaiti ödənilmişdir və həmin vəsait bütün iddiaçılar tərəfindən tələb olunur. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf iddia tələblərinə etiraz edərək, göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında xx.xx.2015-ci il tarixdə, İddiaçı3 arasında xx.xx.2013-cü il tarixdə, İddiaçı2 arasında xx.xx.2013-cü il tarixdə, İddiaçı4 arasında xx.xx.2013-cü il tarixdə, İddiaçı5 arasında xx.xx.2013-cü il tarixdə, İddiaçı6 arasında xx.xx.2014-cü il tarixdə ayrıayrılıqda bağlanılmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) xitam verilmişdir. İddia ərizələrini nəzərdən keçirdikdə onlara məlum olmuşdur ki, iddiaçıların tələbi işə qəbul olduqları tarixdən xx.xx.2022-ci il tarixinədək iddiaçılar tərəfindən faktiki işlənilmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin onlara ödənilməsidir. İddiaçıların iddia tələblərindən göründüyü kimi, onların 2022-ci ilin iyul ayından etibarən (iyul ayının əmək haqqısı daxil olmaqla) edilmiş əmək haqqı ödənişləri ilə bağlı hər hansı tələbləri yoxdur. İddiaçılar tərəfindən təqdim edilmiş mediasiya müraciətinin tarixindən də görünür ki, iddiaçılar tərəfindən iddia tələbi 2023-cü ilin avqust ayında irəli sürülmüşdür. Mübahisə predmeti 2022-ci ilin iyul ayından əvvəlki dövrə münasibətdə yarandığından Əmək Məcəlləsində bu növ tələblərə dair nəzərdə tutulmuş bir illik iddia müddəti məhkəmə tərəfindən tətbiq edilməlidir. Hesab etmişdir ki, iddiaçılara ödənilmiş əmək haqqının düzgün hesablanmaması halı mövcud idisə, onların bunu öncədən aşkar etmək imkanı olmuşdur. Belə ki, işçilər cavabdehin mühasibatlığından öz əmək haqlarının ödənilməsi ilə bağlı haqq-hesab sənədlərini tələb edərək ümumi əmək haqqının hansı qaydada hesablandığını müəyyən edə bilərdilər. Qeyd etmişdir ki, 2017-ci ilin ortalarından başlayaraq işçilərin təqdim etdiyi elektron poçt ünvanına onların aylıq əmək haqqı ödənişlərinin təfsilatlı açıqlaması “payslip” formatında hər ay mütəmadi olaraq elektron qaydada təqdim edilmişdir. Bununla yanaşı, iddiaçıların gecə növbəsində işləməyə görə, habelə bayram günlərində faktiki görülmüş işlərə görə ödənilməmiş əmək haqqını ötən bir il ərzində tələb etmək və bununla əlaqədar müvafiq orqanlara, eləcə də, məhkəməyə müraciət etmək imkanı olmuşdur. İddiaçı tərəfin vəkili yazılı mülahizəsində bildirir ki, işçiyə əmək haqqı və əmək haqqı üçün müəyyən edilmiş əlavələr son haqq-hesab zamanı ödənilməli idi. Halbuki, işçilər ilə bağlanılmış əmək müqavilələrinin 4.7-ci bəndinə uyğun olaraq, əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın 5 iş günü ərzində ödənilir. Göründüyü kimi, əmək qanunvericiliyinə əsasən, əmək şəraiti ilə bağlı əlavələr (ağır iş rejimi və ya gecə növbəsində işlə bağlı əlavələr) ay ərzində hesablanaraq işçinin əmək haqqısı kimi ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar tərəfindən təqdim edilmiş iddia ərizəsələrinə iddia müddətinin tətbiqi ilə bağlı yazılı etiraz təqdim etmişdir. İddia tələbində son haqq-hesabın ödənilməsi və hesablanması mübahisələndirilmir. İddiaçı tərəf yalnız iddia müddətinin tətbiq edilməsi ilə bağlı etirazlarından sonra iddia müddətinin axımının son haqq-hesabdan başlanması ilə bağlı mülahizə irəli sürərək faktiki olaraq etirazlarının doğruluğunu təsdiq etmişdir. İddiaçı4 tərəfindən ilkin mediasiyaya müraciət 09 avqust 2023-cü il tarixində, İddiaçı5 tərəfindən 2023-cü ilin sentyabr ayında, İddiaçı6 tərəfindən 31 avqust 2023-cü il tarixində, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən isə 3 avqust 2023-cü il tarixində edilmişdir. Qeyd olunan tarixləri əsas götürərək bildirir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 yalnız 2022-ci ilin iyul ayı üzrə əmək haqqına əlavələri tələb etməsi başadüşülən hesab oluna bilər, əvvəlki dövr üzrə onlar, habelə bütün dövr üzrə digər iddiaçılar iddia müddətini ötürmüşlər. Bir daha qeyd etmişdir ki, iddiaçılar ilə bağlanmış əmək müqaviləsinə 2023-cü ilin iyul ayının sonunda xitam verildiyinə görə, 1 illik iddia müddəti ötürülmüşdür. İddiaçılara 2022-ci ilin iyul ayının ödənişinin 5 avqust 2022-ci ildə ödənilməsi nəzərə alınaraq, iddiaçı tərəfin ən yaxşı halda, yalnız İddiaçı1, İddiaçı2, İddiaçı3 münasibətdə 2022-ci ilin iyul ayı ilə bağlı tələbi ola bilərdi ki, həmin ayın pulu da ödənilmişdir. Ondan əvvəlki aylar və illərə münasibətdə isə bu müddət istənilən halda ötürülmüş hesab edilməlidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, hal-hazırda "xxxx" MMC-də İnsan resursları və inzibati işlər üzrə menecer vəzifəsində işləyir. Ümumiyyətlə, həmin müəssisədə 2013-cü ildən işləməyə başlamışdır. İddiaçılar özlərinin şöbə müdirləri tərəfindən hazırlanmış sürüşkən növbətçilik cədvəli əsasında işləyirdilər, vaxtaşırı günlərin yerləri dəyişirdi. Azər Quliyev və Elnur Babaşov adlı şəxslər iddiaçıların rəhbərləri olublar. İddiaçılar həqiqətən də cədvələ əsasən bayram günlərində və gecə növbəsində işləyirdilər. Lakin 2022-ci ilin iyul ayına qədər tənzimləmədə müəyyən uyğunsuzluqlar səbəbindən həmin məlumatlar tabeldə öz əksini tapmırdı. Əmək haqqının hesablanması mühasibatlıq tərəfindən aparılırdı. İddiaçılar 2020-2021-ci ildən etibarən ona və rəhbərliyə bu barədə məlumat vermişdilər ki, bayram günlərində və gecə növbəsində işləmələrinə görə onlara əmək haqqına əlavə verilmir. Bu etirazlar 2022-ci ildən kütləvi hal almağa başladı, o, bu barədə rəhbərliyə məlumat verdi və tövsiyə etdi ki, həmin ödənişlər işçilərə ödənilməlidir. İddiaçılar ona müraciət edən zaman onlara güvənverici məlumatlar verirdi ki, bu məsələ öz həllini tapacaq. Nəhayət 2022-ci ildə uyğunsuzuq aradan qaldırıldı. Onun səlahiyyəti sadəcə rəhbərliyə uyğunsuzluq barədə məlumat vermək idi və o, həmin məlumatı vermişdi. 2022-ci ilin may-iyun aylarında ona göstəriş verildi ki, yeni tabel hazırlansın. Sadəcə olaraq proqram hazırlanması bir neçə ay çəkdi və 2022-ci ilin iyul ayından ödəmə başladı. Özü işçilərə heç bir vəd verməmişdir. Elə bir səlahiyyəti də yox idi. 2017-ci ildən etibarən “payslip”lər (aylıq ödəniş barədə hesabatlar) hər ay işçilərin elektron ünvanlarına göndərilirdi, lakin 2022-ci ilin iyul ayından əvvəl bayram günləri və gecə növbəsi üçün heç bir ödəniş nəzərdə tutulmadığından “payslip”lərdə əks olunmurdu. İşçilərin ixtisar prosesi zamanı iddiaçılar 2022-ci ildən əvvəlki dövr üçün ödənişlər barədə müraciətlər etdilər. Eyni zamanda, 2022-ci ilin mayiyun aylarında şirkətdə araşdırma aparılırdı ki, xərclər optimallaşdırılsın, buna görə də mühafizə işinin təşkili ilə bağlı tender elan olundu. Məqsəd iddiaçıların işlədiyi mühafizə bölməsinin ləğvindən sonra daha optimal xərclə həmin funksiyanı yerinə yetirə biləcək şirkətin tapılması idi. Hər bir işçiyə aid son 5 ilin sənədləri mövcuddur. Müəssisə 7/24 rejimdə işləyir. Əlbəttə ki, istehsalatda işləyənlərə əvvəldən bayram günlərinə və gecə növbəsinə görə əlavələr verilirdi. İşçilər arasında heç bir ayrı-seçkilik olmayıb. İddiaçılar ona bayram günləri və gecə növbəsində işləməyə görə əlavələr barədə müraciət etdikdən sonra bu barədə rəhbərliyə bildirmişdir. Ona müraciət edilməmişdən qabaq bu barədə xəbərsiz olmuşdur. İşçilər işdən ixtisar olunan zaman 2022-ci ilin iyul ayından əvvələ görə ödəniş edilməli olub-olmadığını bilmir. İddiaçılar işdən çıxarkən bunu tələb edirdilər, o da bunu tələb etmək sizin hüququnuzdur deyib, onun məqsədi sadəcə onlara bu barədə iddia qaldırmaq hüququnun olduğunu izah etmək idi, əvvəlki dövrün ödəniləcəyini onlara deməyib. Digər işçilərlə iddiaçıların əmək haqqının 2022-ci ildən əvvəl və sonra hesablama üsulları eyni deyildi. Hesablamalar arasındaki fərq tənzimləmədəki uyğunsuzluğa görə idi. Bu zəncirvari bir sistemdir. Səhvin kimdə, hansı işçidə və ya şöbədə olduğunu dəqiq deyə bilmir. 2022-ci ilin iyul ayına qədərki dövr üçün zavod tərəfindən heç bir araşdırma aparılmayıb, 2022-ci ilin iyul ayından işçilərin ixtisarına qədər bu ödəniş olubdur, son haqq-hesabda isə yalnız 2023-cü ilin iyul ayının əlavələri ödənilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(002)- 3103/2023 nömrəli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, İddiaçı1 xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı3 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı2 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı4 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı5 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı5 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pulin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı5 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı6 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edimiş, İddiaçı6 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi; bundan əvvəl həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatların verildiyini, 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparıldığını şahid T.Əliyevin təsdiq etməsi; müəssisənin istehsalat bölməsində həmin əlavələrin daha əvvəldən verildiyi halda iddiaçılara münasibətdə bu barədə ayrı-seçkiliyə yol verilməsi; əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçılardan İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək, digər iddiaçılar tərəfindən isə həmin tarixdən bir ay keçmədən başlanması və sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qanuni və ədalətli hesab olunmalıdır. Birinci instansiya məhkəməsi mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və istinad olunan hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, iddialar qismən təmin olunduğundan, məhkəmə xərcləri və hüquqi yardıma görə xərc tələbləri də qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə, X2 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3, 12, 16.1, 83.2, 97.1, 102.1, 109, 154.1, 154.2, 157.3, 164.1, 166.1, 172.4, 172.5, 178.1, 296.4, 296.3, 296.6, 296.7, 310-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 560.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 74 saylı Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X5rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara), Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 78.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələblərinin təmin edilməyən hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bununla yanaşı cavabdeh tərəfindən də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddiaçılar tərəfindən "xxxx" MMC-yə qarşı verilmiş iddia tələblərinin rədd edilməsi və apellyasiya şikayətinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hüququn pozulması anının iddiaçılar tərəfindən 2022-ci ilin avqust ayından bilinməsi qənaətinə gəlsə də, faktiki olaraq həmin müddətə qədər olan dövr üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı səbəbdən ödənilməməsini aydınlaşdırmamış, yalnız son ödənişin həyata keçirilməsindən əvvəlki dövr üzrə bir il müddəti əsas götürməklə iddia tələbini qismən təmin etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi şahid qismində X1 izahatına istinad edərək cavabdehin hüquqdan sui-istifadə hallarına yol verməsini, ayrıseçkilik hərəkətləri etməsini təsdiqləsə də hüquqdan sui-istifadənin hansı səbəbdən 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayı da daxil olmaqla olan dövrü əhatə etdiyini, əvvəlki dövrlər üzrə hansı səbəbdən əhatə etdiyini aydınlaşdırmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi cavabdehin iddia müddəti ilə bağlı etiraz ərizəsini, habelə mülahizələrinin mövcudluğunu nəzərə alaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlsə də, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizənin yazılı qaydada ayrıca təqdim edilməsini aydınlaşdırmamışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi deməkdir. Halbuki, iddiaçılar məhkəmə çıxışları zamanı dəfələrlə etiraf etmişlər ki, bu cür ödənişlərin edilmədiyi ilə bağlı 2018-2019-cu illərdən (bəzi işçilər hətta daha öncəki illərdə bu məsələni öz rəhbərləri qarşısında qaldırmışdır) məlumatlı idilər və bu barədə öz birbaşa rəhbərləri vasitəsilə zavodun rəhbərliyinə müraciət etmişlər. Təəssüf ki, iddiaçıların bu barədə çıxışı birinci instansiya məhkəməsi tərəfindən protokola qeyd edilməmiş və məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçılara əvvəlki ödənişlərin edilməsi ilə bağlı güvənverici məlumatlar verilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 gecə növbəsi və bayram günlərində işləməyə görə əlavələrin 2022-ci ilin iyul ayından başlayaraq ödənilməsi ilə bağlı bildirmişdir ki, əvvəlki illərə görə ödənişlərin edilməsi haqqında işçilərə heç bir zaman vədlər verilməmişdir. Məhz bunu nəzərə alaraq, güvənverici məlumatların verilməsi hissəsində məhkəmənin gəldiyi qənaətlə razılaşılmır. Qeyd edilməlidir ki, nəzarət bölməsinin ixtisarı tamamilə xərclərin optimallaşdırılması məqsədi daşıyır və əlavələrin 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi tamamilə təsadüfdür. Üzərində dayanaraq vurğulanır ki, iddia müddətinin tətbiqinin məhkəmədən xahiş edilməsi, hüquqlarından sui-istifadə kimi qiymətləndirilməməlidir. Eyni zamanda, iddiaçılar tərəfindən mediasiyaya müraciət tarixləri aşağıdakı kimi olmuşdur: İddiaçı4 tərəfindən ilkin mediasiyaya müraciət xx.xx.2023-cü il tarixində edilmişdir; İddiaçı5 tərəfindən xx.xx.2023-cü il tarixində mediasiya üçün müraciət daxil olmuşdur; İddiaçı6 xx.xx.2023-cü il tarixində mediasiyaya müraciət etmişdir; İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən mediasiya müraciətləri xx.xx.2023- cü il tarixində edilmişdir. Qeyd olunan tarixlər əsas götürülərək İddiaçı4, İddiaçı5 və İddiaçı6 münasibətdə iddia müddətinin ötürülməsi nəzərə alınmaqla, iddia tələbi tamamilə rədd edilməli idi. Müddətin ötürülməsi ilə bağlı tərəflərin nümayəndə və vəkili heç bir üzrlü səbəb gətirmədiyi, yalnız əsaslandırılmamış bir məktub verdiyi halda Qaradağ Rayon Məhkəməsi tərəfindən müddətin ötürülməsinin üzrlü hesab olunaraq bərpa edilməsi əsaslı hesab edilmir. Belə ki, iddiaçı tərəf müddətin ötürülməsi ilə bağlı qeyd olunan heç bir səbəblə bağlı əsaslandırılmış sənəd və ya sübut təqdim etməmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən də iddia tələblərinin 2022-ci ilin iyul ayından öncəki ödənişlər olduğunu nəzərə alınsa onlar da iddia müddətini ötürmüşlər. Ötürmüş hesab olunmasaydılar belə, əmək haqqı və əmək haqqına əlavələrin aylıq əsasda ödənilməli ödənişlər olduğunu, heç bir halda il sonu və ya hansısa müddətin,dövrün sonunda birgə ödənilməli olmadığını nəzərə alaraq, onların ən yaxşı halda, bir aylıq, yəni, 2022-ci ilin iyul ayının əmək haqqı ödənişləri ilə bağlı tələbi ola bilərdi ki, əslində iyul ayının əmək haqqısı da qanunvericiliyə uyğun qaydada ödənilmişdir. Bundan əvvəlki aylar və illərə münasibətdə isə bu müddət istənilən halda ötürülmüş hesab edilməli idi. Həmçinin, Qaradağ Rayon Məhkəməsi qətnaməsində ödənişlərin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün hesablanmış məbləğin 1 (bir) faizi həcmində ödəncin edilməsi hissəsində də qeyrimüəyyənliyə yol verilmişdir. Belə ki, həmin ödəncin hansı tarixədək hesablanıb ödənilməsi məsələsi sual doğurur. Bununla yanaşı qeyd edilməlidir ki, hazırda iddiaçılar hüquqlarının pozulduğunu 2018-ci ildən bildiklərini məhkəmə iclas zalında şifahi şəkildə dəfələrlə etiraf etmişdilər. Bir daha qeyd edilir ki, iddiaçılarla zavod arasında hər hansı anlaşmazlıq və aydın olmayan hal nə işçinin işə qəbulu zamanı, nə də əmək müqaviləsinə xitam verilən zaman mövcud olmamışdır. İddia ilə bağlı mövqe Konstitusiya Məhkəməsinin də xüsusi olaraq vurğuladığı və aidiyyatı bütün qanunvericilik aktlarında sadalanan və birbaşa müəyyən edilmiş kəsici müddətlərə əsaslanır. Hesab edilir ki, müvafiq tələb üzrə iddia müddətinin buraxıldığı açıq aydın faktdır və iddiaçılar tərəfdən bunun əksini sübut edəcək hər hansı təsdiq edici sənəd təqdim edilməmişdir. Qaradağ Rayon Məhkəməsindən xahiş və gözlənti isə əmək haqqının müvafiq əlavələrlə birgə hər ay üçün ayrıca bir ödəniş faktı kimi qiymətləndirilməsi və qətnamə çıxarılarkən, müddətlərin tətbiq edilməsi zamanı hər ayın əmək haqqısına ayrı baxılması və iddia müddətinin ötürülmüş hesab edilməsi ilə iddia tələblərinin ləğv edilməsi idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçılar və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 97.1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. 154.1. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla. 166.1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin Qeydinə əsasən, bu Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Mülki Məcəllə:
5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, hər bir iddiaçı əmək müqaviləsinə əsasən cavabdeh müəssisədə nəzarətçi vəzifəsində işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqq-hesab məbləğləri ödənilmişdir. İddiaçılar əmək müqavilələrinə xitam verilməsini mübahisələndirmir, onların iddia tələbləri işə başladıqları gündən xx.xx.2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları, xx.xx.2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələrin hesablanmağa başlayaraq ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənildiyi, həmin əlavələrin ödənişinin xx.xx.2023-cü il tarixədək davam etdiyi mülki iş üzrə sübutlarla tam təsdiq olunur və tərəflər arasında mübahisə doğurmur. Hazırki iş üzrə mübahisə tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməli ilə bağlı olmuşdur. İş materiallarından görünür ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilmiş, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar etmişlər. İddiaçıların tələblərinə əsasən həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatlar verilmişdir. İş materiallarından görünür ki, iddiaçıları 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparılmasını şahid,hal-hazırda "xxxx" MMC-də İnsan resursları və inzibati işlər üzrə menecer vəzifəsində işləyən T.Əliyev təsdiq etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, müəssisənin istehsalat bölməsində həmin əlavələrin daha əvvəldən verildiyi halda iddiaçılara münasibətdə bu barədə ayrıseçkiliyə yol verilməsi; əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçılardan İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək, digər iddiaçılar tərəfindən isə həmin tarixdən bir ay keçmədən başlanması və sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçıların birinci instansiya məhkəməsinin hüququn pozulması anının iddiaçılar tərəfindən 2022-ci ilin avqust ayından bilinməsi qənaətinə gəlsə də, faktiki olaraq həmin müddətə qədər olan dövr üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı səbəbdən ödənilməməsini aydınlaşdırmaması, yalnız son ödənişin həyata keçirilməsindən əvvəlki dövr üzrə bir il müddəti əsas götürməklə iddia tələbini qismən təmin etməsi kimi apellyasiya şikayətininə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hüququn pozulması anının iddiaçılar tərəfindən 2022-ci ilin avqust ayından bildiklərindən, vurulmuş zərərin əvəzi məhz həmin tarixdən sonra müəyyən edilməlidir. Çünki həmin vaxta qədər tərəflər arasınad hər hansı mübahisə olmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıların məhkəmə çıxışları zamanı dəfələrlə etiraf etmişlər ki, əlavələrə görə ödənişlərin edilmədiyi ilə bağlı 2018-2019-cu illərdən (bəzi işçilər hətta daha öncəki illərdə bu məsələni öz rəhbərləri qarşısında qaldırmışdır) məlumatlı olmaları və bu barədə öz birbaşa rəhbərləri vasitəsilə zavodun rəhbərliyinə müraciət etmələrini göstərsə də, bu dəlilin əsaslı olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. İşin hallarından isə iddiaçıların qeyd olunan hala dair məhz göstərilən dövrlərdə məlumatlı olması müəyyən edilməmişdir. Bundan başqa cavabdeh tərəf iddia müddətinin ötürülməsinə istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İş materiallarından görünür ki, iddiaçılardan İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək, digər iddiaçılar tərəfindən isə həmin tarixdən bir ay keçmədən başlamışlar, eləcə də sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(002)- 3103/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov