Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1895/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X4 ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı X23ın, onun nümayəndəsi-vəkili X13, Cavabdeh iştirakı ilə, X18 Yadollahın və X5 Cavabdeh qarşı avadanlıqların. əşyaların qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh X19 və X3rşı vurulmuş zərərin ödənilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X23 və X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-142/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, 400 manat dəyərində manqal; 850 manat dəyərində soyuducu vitrin; 770 manat dəyərində 22 ədəd stul; 480 manat dəyərində 8 ədəd stol; 500 manat dəyərində 5 ədəd divan; 150 manat dəyərində havalandırma mühərriki; 140 manat dəyərində dönər aparatı; 200 manat dəyərində səs sistemi; 70 manat dəyərində ətçəkən maşın; 150 manat dəyərində çay samovarı; 35 manat dəyərində qaz plitəsi; 150 manat dəyərində işıq lampaları və 800 manat dəyərində qab-qacaqlar, onlar mövcud olmadıqda isə onların dəyəri olan 4695 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq X18 Yadollaha və X6 verilməsi qət edilmişdir. İlk iddia qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, X18 Yadollah və X8 Cavabdeh qarşı «avadanlıqların, əşyaların qaytarılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat dəyərində manqal; 850 manat dəyərində soyuducu vitrin; 770 manat dəyərində 22 ədəd stul; 480 manat dəyərində masalar; 500 manat dəyərində 5 ədəd divan; 150 manat dəyərində havalandırma mühərriki; 500 manat dəyərində dönər aparatı; 200 manat dəyərində səs sistemi; 70 manat dəyərində ətçəkən; 150 manat dəyərində çay samovarı; 80 manat dəyərində qaz plitəsi; 150 manat dəyərində işıq lampaları və 800 manat dəyərində qab-qacaqların alınaraq onlara qaytarılması; obyektin təmiri üçün xərclənmiş 9.600 manat pulun Cavabdeh tutularaq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat dəyərində manqal; 850 manat dəyərində soyuducu vitrin; 770 manat dəyərində 22 ədəd stul; 480 manat dəyərində 8 ədəd masa; 500 manat dəyərində 5 ədəd divan; 150 manat dəyərində havalandırma mühərriki; 500 manat dəyərində dönər aparatı; 200 manat dəyərində səs sistemi; 70 manat dəyərində ətçəkən; 150 manat dəyərində çay samovarı; 80 manat dəyərində qaz plitəsi; 150 manat dəyərində işıq lampaları və 800 manat dəyərində qab-qacaqların, sadalanan əşyalar olmadığı təqdirdə onların dəyəri olan 5.100 manatın alınaraq onlara qaytarılması; obyektin təmiri üçün xərclənmiş 9.600 manat pulun Cavabdeh tutularaq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 79 m2, yaşayış sahəsi 32,5 m2 olan 2 otaqlı 16 nömrəli mənzili kafe işlətmək məqsədi ilə Cavabdeh xx xxxx 2022-ci il tarixədək icarəyə götürmüşlər. Razılaşmaya əsasən, həmin mənzili təmir etdirmək öhdəliyini öz üzərlərinə götürmüşlər. xx xxxx 2017-ci il tarixli icarə müqaviləsində icarə haqqının hər birindən 150 manat olmaqla, cəmi 300 manat təşkil edir. Mənzili icarəyə götürərkən 1.250 manat məbləğində kirayə pulunu Cavabdeh iştirakı ilə onun anası Məstan xanıma ödəmişlər. Sözügedən mənzili 3 ay müddətində təmir etdirmişlər. Mənzilin təmirinə 9.600 manat məbləğində pul xərcləmişlər. Belə ki: 1) Ustaların əmək haqqı – 3.000 manat; 2) 1-ci mərtəbə üçün işlənmiş tikinti materialı – 2.000 manat; 3) 2-ci mərtəbə üçün alınmış tikinti materialı – 500 manat; 4) Elektrik materialları – 1.500 manat; 5) Çöl üçün tikinti materialı və ustaya ödənilmiş məbləğ – 400 manat; 6) Havalandırma sistemi – 500 manat; 7) Çölün pilləkəni üçün kafel – 300 manat; 8) Manqal ətrafı şüşə – 450 manat; 9) Divarlar üçün tikinti materialı «MDF» – 500 manat; 10) Reklam şiti – 450 manat olmaqla, cəmi 9.600 manat məbləğində pulu obyekt üçün xərcləmişlər. Mənzilin təmiri başa çatdıqdan sonra 5.100 manat məbləğində avadanlıqlar, qab-qacaq, masamizlər alaraq həmin mənzilə yerləşdirmişlər və 2 ay müddətində həmin mənzildə dönər evi və kafe kimi fəaliyyət göstərmişlər. Dönər evi və kafe kimi fəaliyyət göstərdikləri müddət ərzində həmin obyektə Vergilər Nazirliyinin əməkdaşları yaxınlaşıb vergidən qeydiyyatdan keçməyi və kassa aparatı qoymağı təklif və tələb etmişlər. Bununla əlaqədar Cavabdeh və onun anası Məstan xanıma müraciət edərək, vergidən qeydiyyatdan keçmək üçün onların razılığının və iştirakının lazım olduğunu bildirmişlər. Lakin Cavabdeh və anası Məstan xanım müxtəlif bəhanələr gətirərək, fəaliyyət göstərdikləri 2 ay müddətində onları süründürmüşlər və sonda Vergilər Nazirliyindən qeydiyyatdan keçməyə razılıq verməyəcəklərini bildirmişlər. Həmin vaxt onların Azərbaycanda qalmaları üçün «viza» müddətinin bitməsi ilə əlaqədar olaraq İİR-ə qayıtmaq məcburiyyətində qalmışlar. Həmin vaxt onlar mənzilin açarlarını Cavabdeh anası Məstan xanıma vermişlər və bildirmişlər ki, viza müddətləri bitdiyi üçün İİR-ə gedib qayıdacaqlar. İİR-ə gəldikdən sonra maddi vəziyyətlərinin pis olması səbəbindən onlar dərhal Bakıya qayıda bilməmişlər. Təqribən 2 aya yaxın müddət İİR-də qaldıqdan sonra Bakıya qayıdarkən Cavabdeh və anası Məstan xanım onları həmin obyektə buraxmamışlar. Belə olan halda, sonunculardan həmin obyekt üçün aldıqları və həmin obyektdə yerləşdirdikləri avadanlıqların, qab-qacaqların və masastulların qaytarılmasını tələb etmişlər. Lakin Cavabdeh və anası Məstan xanım onlara məxsus olan əşyaların qaytarılmasından imtina etmişlər. Göründüyü kimi, cavabdehin niyyəti mənzili təmir etdirdikdən sonra onları oradan uzaqlaşdırmaq olub və bu səbəbdən, Vergilər Nazirliyində qeydiyyatdan keçməkdən yayınmışlar. Avadanlıqlar və əşyaların siyahısı aşağıdakılardan ibarətdir: 1) Manqal – 400 manat; 2) Soyuducu vitrin – 850 manat; 3) Stul 22 ədəd – 770 manat; 4) Divan 5 ədəd – 500 manat; 5) Masa 8 ədəd – 480 manat; 6) Havalandırma mühərriki – 150 manat; 7) Dönər aparatı – 500 manat; 8) Səs sistemi – 200 manat; 9) Ət çəkən maşın – 70 manat; 10) Çay samovarı – 150 manat; 11) Qaz plitəsi – 80 manat; 12) İşıq lampaları 30 ədəd – 150 manat; 13) Qab-qaşıq – 800 manat; cəmi 5.100 manat. Öz növbəsində Cavabdeh X19 və X1rşı «vurulmuş zərərin ödənilməsi, müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ödəmədikləri icarə haqqı olaraq 6.300 manatın, anasının işləməsi müqabilində ödənilməmiş zəhmət haqqı kimi 2.700 manat, evlərində yaşayıb ödəmədikləri 3.600 manat və alınmış əşyaların dəyərinin yarısı olaraq 1.550 manat olmaqla, cəmi 14.150 manatın X16 və X2 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icarəyə verilən sahə normal təmirli olmuşdur. Orada təmir aparılmasına ehtiyac olmamışdır. Buna görə də, bağlanmış müqavilənin 8-ci bəndində təmir-tikinti işlərinin aparılması onun razılığı olmadan qadağan edilmişdir. Bundan əlavə, iddia ərizəsində onlar bir sıra əşyaları tələb edirlər ki, həmin siyahıda göstərilən əşyaların 7-13-cü sıra sayları ilə işarələnmiş əşyalar ümumiyyətlə olmamışdır, 3-cü sıra sayı ilə göstərilən stulların isə sayı yarıbayarı artırılmış, eyni zamanda qiymətlərini onlar istədikləri kimi yazmışlar. Bununla bağlı bildirir ki, hələ onlar icarə müqaviləsi bağlayıb icarəyə götürdükləri sahədə kafe xidmətləri göstərmək istədikləri zaman maliyyə imkanlarının zəif olduğuna görə aralarındakı şifahi razılığa əsasən kafedə işlədiləcək əşyaların alınmasına bərabər məbləğdə maya qoymağı şərtləşdirmişlər, yəni alınan hər bir əşyanın qiymətinin yarısını özləri ödəmişlər. Beləliklə, iddia ərizəsində göstərilən əşyaların bir qismi ümumiyyətlə olmamışdır. Mövcud olanların isə dəyərini şərikli ödəmişlər. Təmirtikinti işlərinə isə müqaviləyə uyğun olaraq onun razılığı və xəbəri olmadan başladıqlarına görə, ilk iddia üzrə iddiaçılar bu barədə müqavilədən irəli gələn öhdəliklərinə əməl etməmişlər. İlk iddia üzrə iddiaçılar hələ xx xxxx 2017-ci il tarixdə ailə üzvləri X14 ilə onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 79 m2, yaşayış sahəsi 32,5 m2 olan iki otaqlı 16 nömrəli mənzilini icarəyə götürmüşlər. Müqaviləyə əsasən onların hər birindən 150 manat olmaqla, cəmi 300 manat icarə haqqının ödənilməsi barədə razılıq qeyd olunsa da, əslində hər ay onların ikisi birlikdə 1.250 manat məbləğində icarə haqqı ödəməyə razılaşmışlar. Hazırkı iddia üzrə hər iki cavabdehin xahişinə görə vergi orqanlarına çox pul ödəməmək üçün və onların ilk vaxtlarmaliyyə imkanlarının zəif olması ilə əlaqədar rəsmi müqavilədə yuxarıda göstərildiyi kimi 1.250 manat deyil, icarə haqqının 300 manat ödənilməsi nəzərdə tutulmuşdur. Amma, cavabdehlər birinci ayı, yəni 2017-ci ilin iyul ayını ona 1.250 manat ödəyərək hər ayın 25- də icarə haqqı olaraq 1.250 manatın ödənilməsi şərtləndirilmişdir. Bundan başqa, həmin icarə müqaviləsinin 8-ci bəndinə əsasən icarəyə verənin, yəni onun razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparmayacaqlarını da öhdəsinə götürmüşlər. Rəsmi müqavilənin şərtlərinə uyğun olaraq cavabdehlər xx xxxx 2017-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək qüvvədə olacaq müqaviləyə əsasən icarəyə götürdükləri sahədə heç bir təmir-tikinti işləri aparmamağı, həmin sahədə kafe (iaişə) xidməti göstərəcəklərini, hər ay icarə haqqı olaraq 1.250 manat ödəyəcəklərini öhdələrinə götürmüşlər. İcarəyə götürülən obyekti cavabdehlər təxminən 7 ayadək müddətdə işlətmişlər və bu müddət ərzində müqavilə bağladıqları birinci aydan başqa, ona icarə haqqı olaraq 1 manat da ödəməmişlər. Həm də müqavilə şərtlərini pozaraq icarəyə götürdükləri sahədə onun icarəyə verilən sahəni normal təmirli vəziyyətdə cavabdehlərə təhvil verməsinə baxmayaraq, döşəmənin metlaxını, divarların divar kağızlarını qoparmışlar və icarəyə götürülən obyektin yerləşdiyi yaşayış binasının ümumi durumuna zərər yetirə biləcək söküntü işləri aparmışlar ki, bununla da aralarında bağlanmış icarə müqaviləsinin şərtləri pozulmuşdur. Cavabdehlər eyni zamanda onun anası X9 orada qab yuyan kimi işə qəbul edib, hər gün 15 manat ödəyəcəyini öhdəsinə götürsə də, obyekti işlədib anasının xidmətindən istifadə etməsinə baxmayaraq, 6 ay ərzində ona hər gün 15 manat ödəmək şərtilə götürdüyü öhdəliyə əməl etməmişdir. Bundan əlavə, cavabdehlər anasının mülkiyyətində olan yaşayış sahəsindən hər ay 600 manat kirayə haqqı vermək şərti ilə 6 ayadək müddətə həmin mənzildə (Süleyman Rəhimov küçəsi 197 mənzil 48) yaşamalarına baxmayaraq, 1-ci ay 600 manat ödədiklərindən başqa qalan müddət ərzində 1 manat da kirayə haqqı ödəməmişlər. Beləliklə, cavabdehlər icarə haqqı olaraq 6.300 manat, kafedə işçi kimi xidmət göstərdiyinə görə 2.700 manat, evlərində kirayə qaldıqları zaman ödəmədikləri 3.600 manat, özlərinin iddia ərizəsində göstərdikləri bir ədəd manqal üçün ödənilmiş 400 manatdan 200 manat, bir ədəd soyuducu vitrin üçün 850 manatdan 425 manat, stullar üçün verilmiş 770 manatdan 365 manat, 5 ədəd divan üçün ödənilmiş 500 manatdan 250 manat, 8 ədəd masa üçün ödənilmiş 480 manatdan 240 manat, havalandırma mühərriki üçün ödənilmiş 150 manatdan 75 manat olmaqla, 1.555 manatın da cavabdehlərdən alınıb ona verilməsi pozulmuş hüququnun bərpası olardı. Sonradan Cavabdeh qarşılıqlı iddiaya əlavə ilə müraciət edərək ilk iddianın rədd edilməsi, ödəmədikləri icarə haqqı olaraq 6.300 manatın, anasının işləməsi müqabilində ödənilməmiş zəhmət haqqı kimi 2.700 manat, evlərində yaşayıb ödəmədikləri 3.600 manat və alınmış əşyaların dəyərinin yarısı olaraq 1.550 manat olmaqla, cəmi 14.150 manatın, həmçinin 13750 manat, cəmi 32900 manatın X16 və X2 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda gösərilən qaydada həll edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X23 və X11 Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(0061-142/2020 saylı qətnaməsini qismən təmin edilməyən hissəsində ləğv edib, iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan və qanun normalarını düzgün tədbiq etmədən, eləcə də, kobud prosessual pozuntulara yol verməklə baxmışdır, məhkəmə qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədən qəbul olunmuşdur. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını və nümayəndəsini şikayətlə razılaşmayaraq rədd olunması, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən cavabdehi dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin olunmamış hissəsində qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 197 saylı evin 16 saylı mənzili (qeyriyaşayış sahəsi) üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri 3515,0 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X18 Yadollaha və X6 verilməlidir. Qətnaməqalan hissədə dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2.-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4.-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, X12 mülkiyyətində olan, etibarnamə əsasında onun əvəzinə Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilin 1/2 hissəsini X19 və 1/2 hissəsini X6 icarəyə verilmişdir. İcarə müqaviləsinin şərtlərinə görə hər bir icarəyə götürən icarə verənə hər ay 150 manat olmaqla, 300 manat icarə haqqı ödəməli idi. İşdə olan Nəsimi rayon Pİ-nin 22-ci PŞ-nin X19 ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, onun ərizəsi araşdırılaraq onunla X10 arasında yaranmış münasibətlərin mülki xarakterli olması müəyyən olunmuşdur. Ona görə də ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə olunmuş məhkəmə ekspertiza mərkəzinin xx xxx 2019-cu il tarixli 4337 saylı rəyinin nəticə hissəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzildə aparılmalı tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2747,0 manat məbləğində müəyyən olunur. Eyni zamanda iddiaçının sözlərinə görə birinci mərtəbənin elektrik xətti dəyişdirilmiş, lakin cavabdeh sözlərinə görə, birinci mərtəbədə iddiaçı tərəfindən yalnız şpaklyovka və boya işləri aparılmışdır. Bu səbəbdən də, birinci mərtəbədə elektrik xəttinin çəkilməsi üçün sərf olunmuş 300 manat əmək haqqının (material ilə birlikdə) dəyərinin nəzərə alınması son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər.Tədqiq olunan ünvanda aparılmış tikinti təmir işləri nədən ibarət olması, istifadə olunmalı materialların və əmək haqqının ayrıayrılıqda dəyəri rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin xx xxxx 2020-ci il tarixli 19709 saylı rəyinin nəticə hissəsindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 197 saylı evin 16 saylı mənzili (qeyriyaşayış sahəsi) üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri 3515,0 manat məbləğində müəyyən olunmuşdur. İşin faktiki hallarından görünür ki, ilk iddiaçılar qeyd olunan mənzili icarəyə götürdükdən sonra, mənzilə bir sıra əşyalar alaraq yerləşdirmiş və İran İslam Respublikasına qayıdana qədər istifadə etmişlər, lakin qayıtdıqdan sonra tərəflər arasında yaranan narzılıqlarla bağlı icarəyə götürdükləri sahəni istifadə edə bilməmiş və ilk iddiaçı tərəf hazırda həm alınmış əşyaların, həm də obyektin təmiri üçün xərclənmiş pullarını tələb etmişlər. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərək, mənzili (obyekti) icarəyə götürən ilk iddia üzrə iddiaçıların həmin obyektdə istifadə etmək üçün aldıqları, ilk iddiada qeyd edilən və cavabdehin qarşılıqlı iddiada sadaladığı əşyalar ilk iddiaçılar tərəfindən alındığından onlara məxsus olduğu və hazırda onlar cavabdeh tərəfin qanunsuz sahiliyində olmasını əsas gətirmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi ilk iddianın qalan hissəsi olan obyektin təmiri üçün xərclənmiş pulun tutulması ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndində təmir-tikinti işlərinin aparılması üçün icarəyə verənin razılığının olması tələb edilir. Lakin iş materiallarında olan ilk iddiaçıların həmin obyektdə təmir işlərinin aparılması üçün müqavilə şərtlərinə uyğun olaraq icarəyə verən şəxsdən icazə almasına dair sübut yoxdur. Həmçinin də məhkəmə qeyd etmişdir ki, obyektin təmiri üçün xərclənmiş vəsaitlə bağlı iddiaçıların ilk iddia ərizəsində tələb edilən məbləğ də aparılmış ekspertiza ilə təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən qətnamə qanuni sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ekspertiza təyin edilmiş və mütəxəssis rəyi alınmışdır. Belə olan halda, əgər obyektin təmir-tikinti işlərinin aparılması üçün tərəflər arasında razılaşma olmamışdırsa, təkrar ekspertizanın keçirilməsi hansı zərurətdən irəli gəlmişdir. Obyektin təmir-tikinti işlərinə xərclənmiş pul vəsaitinin məbləğinin müəyyən edilməsi zərurəti yarandığından ilk və təkrar ekspertizanın keçirilməsi məqsədə müvafiq hesab edilmişdir. Göründüyü kimi obyektdə əvvələr digər xidmətlər fəaliyyət göstərdiyi üçün, iddiaçılar tərəfindən icarəyə götürülərkən obyektin kafe kimi fəaliyyət göstərməsi məqsədi ilə təmir aparılması tərəflər arasında razılaşma olmuşdur. Obyektin icarəyə götürülənədək və təmirdən sonra vəziyyətini əks etdirən fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməis ilə razılaşaraq qeyd edir ki, ilk iddia ilə tələb olunan əmlaklardan dönər aparatının 500 manat, qaz plitəsinin isə 80 manat dəyərində olmamasına dair ilk iddia üzrə cavabdeh tərəfin dəlilləri ilə razılaşır. Belə ki, bu dəlillər iş üzrə dindirilmiş şahid ifadəsinin məzmunu ilə təsdiq edilir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X17 ifadəsində göstərmişdir ki, o mübahisəli kafedə 12 gün aşbaz işləmiş, həmin obyekt üçün avadanlıqları iddiaçılar almışlar, bildiyinə görə dönər aparatının 140 manat, qaz plitəsini isə 35 manata almışlar Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası məhkəmə ekspertiza mərkəzinin xx xxxx 2020-ci il tarixli 19709 saylı rəyini inandırıcı sayaraq sübut növü kimi qiymətləndirir və hesab edir ki, iddia olunan mənzil (qeyriyaşayış sahəsi) üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri 3515,0 manat dəyərində qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X23 və X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin olunmamış hissəsində qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 197 saylı evin 16 saylı mənzili (qeyriyaşayış sahəsi) üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri 3515,0 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X18 Yadollaha və X6 verillsin. Qətnaməqalan hissədə dəyişdirilmədən saxlanılmaldır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1895/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1895/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver